İbrahim YUSİFOĞLU
Bakı küləyi
Sanki
bəd qaynana fağır gəlinə
Hayqırır
səslənir, doymur ürəyi.
Zalımlıq
fürsəti düşüb əlinə,
Həm
asır, həm kəsir Bakı küləyi,
Yamanca sərt
əsir Bakı küləyi.
Göy üzü büsbütün
bürünüb toza,
Günəşin al rəngi bələnib
boza,
Həyatı döndərib içi
boş qoza,
Həm atır, həm tutur xəlbir-ələyi,
Yamanca bərk
əsir Bakı küləyi.
Dəniz
çalxalanır, aşır
səddini,
Köklü ağacların bükür
qəddini.
Cığal adam kimi keçir həddini,
Dizi üstündədi duzu-çörəyi,
Yamanca tərs
əsir Bakı küləyi.
Gəlir,
uzaqlardan atlanıb gəlir,
Təbiət əzaba qatlanıb
gəlir,
Qorxuya, haraya şadlanıb gəlir.
Yıxıb-dağıtmaqdı istək-diləyi,
Yamanca pərt əsir Bakı küləyi.
Bir səbəb tapılmır
davalarına,
Oynadır xəzəli havalarına,
Edilən
hər Tanrı dualarına,
Yumşalır, səngiyir çılğın
ürəyi,
Yavaş-yavaş kəsir Bakı küləyi.
Mənə bircə gilə
göz yaşı bəsdi...
Göylərin üzünü aldı
buludlar,
Qəlbimi ürpədən külək
də əsdi.
Mənim
səndə xeyli əmanətim var,
Qaytarsan... bir gilə göz
yaşı bəsdi.
Bitdin bənövşətək yolumun
üstə,
Yaydın
yaylığını qolumun
üstə,
Yığdım dərdlərimi solumun
üstə,
Ağrılar çoxaldı səbrimi
kəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Vətənin obasın, elin sevmişəm,
Günəşin, yağışın, yelin sevmişəm,
Anamın
şipşirin dilin sevmişəm,
Zirvənin qartalı, sərt
qaşı bəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Bəxtimə düşənlər Tanrıdan gəlir,
Sevincim,
kədərim yarıdan
gəlir,
Bütün istəklərim "barı"dan gəlir,
Həyat
nə verdisə, bir üzü tərsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Bir gün göz yaşıyla yuyulacağam,
Üç qarış torpağa qoyulacağam.
Bir sal daş altında
uyuyacağam,
Tanrımın verdiyi öz yaşı bəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Qorxuram
Otları
saralmış, gülləri
solmuş
Çəmənəm, qırovdan, çəndən
qorxuram.
İnadkar gözəltək gözləri
dolmuş
Buluddan qorxmuram,
səndən qorxuram.
Qorxuram,
adına söz gələr axı,
Sözlər sinən üstə köz ələr axı.
Közlər ürəyini pörşələr
axı -
Qəlbinə çökəcək nəmdən
qorxuram.
Gözlərin göy kimi durudu, duru,
Yanağın yaş deyil, qurudu, quru,
Üzündə günəşin nurudu,
nuru -
Saçına ələnən dəndən
qorxuram.
Bəd nəzər dikilib boyuna sənin,
Qoymaram salalar
oyuna səni.
Özüm gələcəyəm
toyuna sənin -
Yoluma ələnən qəmdən
qorxuram.
525-ci qəzet 2023.- 15 sentyabr.- S.15.