Şəmsi
VƏFADAR
Mən burdayam...
Vaqif Səmədoğluya
Günahlara bələndim,
Mən burdayam, İlahi!
Bəxtimə dərd ələndi,
Mən burdayam, İlahi!
Hər gün əl açıb göyə,
"Ya rəbbim" deyə-deyə,
İçimi yeyə-yeyə
Mən burdayam, İlahi!
Nəyim
var ki, qorxam
mən,
Gözü-könlü toxam mən.
Kim deyib ki, yoxam
mən,
Mən burdayam, İlahi!
Dünyadan qopar məni,
Yanına
apar məni,
Kim olsa, tapar məni,
Mən burdayam, İlahi!
Bitməmiş eşq nağılı,
Qolları, gözü bağlı,
Ürəyi, qəlbi dağlı,
Mən burdayam, İlahi!
Sevəndən dərdi-qəmi,
Taleyim batmış gəmi,
Unutmamısan məni?
Mən burdayam, İlahi!
Səni sordum
Rüzgarlara məktub yazıb,
Küləklərdən sordum səni.
Gözü yaşlı, sevgi
dolu,
Ürəklərdən sordum səni.
Həsrətindən ölə bilsəm,
Məni
eşqə
kölə bilsən
-
Sən çiçəksən, axı
gülsən,
Çiçəklərdən sordum səni.
Bağrımın başı yaradı,
Bəxtimə düşən qaradı,
Gözlərim gəzdi, aradı
Mələklərdən sordum səni.
Günaha
yazma
Qəlbindən dərd boylanır,
Gözündə qəm gizlənib.
Nigaranam
gecikmə,
Yollarda çən gizlənib
Qəlbimdəki yaralar,
Uşaq kimi ağlayır.
Sənin
dərdin, həsrətin
Ürəyimi dağlayır.
Ürəyimin göz yaşı
Damla-damla süzülər.
Sən olmasan, dünyadan
Əlim çoxdan üzülər.
Tanrı
mənə tapşırıb:
- Eşqin yolunda azma.
Bu sevgini, bu eşqi,
Ya Rəbb,
günaha yazma.
Məni apar yanına
Həsrətin ayaq səsin,
Eşidirəm hər gecə.
Qəlbimi sənə verdim,
Günlərim getdi heçə.
Ürəyimi göynədir,
Səsindəki göz yaşı.
Qorxuram dəli etsin
Məni
eşqin təlaşı...
Ürəyimə yazmışam,
Axı sənin
adını.
Mənə sən öyrətdin,
sən
Ayrılığın dadını.
Həsrətinlə doludu
Qəlb evim, könül evim.
Gəl incimə, nə olar...
Üstünə səni sevim.
Qəlbimin divarından,
Şəkilini asmışam.
Yaram yaman göynəyir,
Üstünə köz
basmışam.
Yoruldum gözləməkdən,
Harda qaldı
bu ölüm.
Allah, apar yanına,
Dərdimi sənlə bölüm.
525-ci qəzet 2023.- 15 sentyabr.- S.15.