"Dostluq bir nəğmədir - himn kimi doğulur"

Uzaqdan səslər

 

1975-ci ilin oktyabrında Azərbaycanda sovet ədəbiyyatı ongünlüyü tədbirləri keçirilirdi; burada Sovet İttifaqından olan müxtəlif millətlərin xalqların şair yazıçıları, incəsənət xadimləri iştirak edir, ənənəvi olaraq müxtəlif şəhər rayonlarda oxucularla görüşlər keçirirdilər. Bu tədbirlərdə atam - kalmıkiyalı şair Mixail Xoninov da iştirak etmişdi. Azərbaycandakı görüşlərdən aldığı təəssüratlar kalmık şairinin qeydlərində öz əksini tapmışdı; bu qeydlərdə o, Xəzər dənizindəki üzən neft buruqlarını dəvənin əyilmiş iki belinə bənzədirdi. Aşağıda təqdim etdiyim şeir rus dilində yazılıb, səfər təəssürat qeydlərindən yaranıb, çox illər ötsə belə, indi maraq doğurur.

Bakıda olarkən qonaqlar Neft Daşlarına səyahət etmişdilər. Mixail Matusovski dünyanın bu səkkizinci möcüzəsini "Neft Venetsiyası" adlandırmışdı, insan əməyinin möcüzəli nəticəsi kimi qiymətləndirmişdi. Mixail Xoninovun insanlar arasında dostluq qardaşlıq münasibətləri haqqında düşüncələri onun qeyd dəftərçəsindəki yazıların əsas mövzusuydu. "Biz dostluğu qırmızı sözlərlə yox, kollektiv əməklə qurmuşuq" yazırdı şair. "Dostluq bir nəğmədir - himn kimi doğulub. Dostluq - insan ağlıdır!"

M. Xoninov Bakıda çıxanVışkaqəzetini oxuyur. 1975-ci il.

Ədəbiyyat incəsənət ongünlüyü tədbirlərinin iştirakçısı olan Mixail Xoninov müharibə veteranıydı, onun müharibəyə həsr etdiyi Sovet İttifaqında yaşayan xalqların qəhrəmanlığından bəhs edən romanında müharibədə qəhrəmancasına həlak olan azərbaycanlı Məmmədovun da adı vardı. Bütün bunlar bizim xalqlarımız arasındakı əbədi dostluğu əks etdirirdi. Atam romanında kalmık atalar misalından istifadə edərək yazmışdı: "Vaxtında deyilən söz insanı ölümdən qurtara bilər". Mən belə deyirəm: "Vaxtında deyilən söz dünyanı xilas edə bilər".

Aşağıda atamın uşaqlara həsr etdiyi bir şeirini təqdim edirəm. Şeirin sətri tərcüməsi Azərbaycan yazıçısı, dostum Kamran Nəzirliyə məxsusdur.

Rimma Xoninova,

Filologiya elmləri doktoru, Kalmıkiya Elmlər Akademiyasının folklor ədəbiyyat şöbəsinin müdiri, Rusiya Yazıçılar İttifaqının üzvü

 

                                                                     

 

Mixail Xoninov

Rusiyanın Xalq şairi,

Kalmıkiya

 

Balaca uşaqları sevirəm

 

Əsgər idim,

Mən hər şeyi

gördüm bu dünyada,

Qorxu-filan bilmədim,

Cəbhə yollarında da

bütün fəlakətləri,

Külə dönmüş yerləri

görüb gəldim bu çağa...

Qoy uşaqlar sevinsin...

Ah, mən gör necə

Uşaqları sevirəm!

Əsgər idim.

Bu qaçaqaç əsrdə,

Ya qələbə var idi,

Ya da xırda bir uğur.

Uşaqlar da gördüm ki,

gülüşləri donmuşdu.

Ah, elə o vaxtdan

mən yamanca sevmişəm

Uşaq gülüşlərini!

 

 

Əsgər idim,

küləklər tufanlar

nəğmə oxuyurdular bizə.

Torpaq səngər gəlmişdi

cəbhədə evimizə.

Lakin orda mən

eşidə bilmədim ki

uşaq nəğmələrindən...

Ah, uşaqlar oxurkən

Necə sevinirəm mən!

 

 

Əsgər idim,

o illər yada düşür.

Gah özüm düşməni

mühasirəyə aldım,

Gah da mühasirəyə

özüm-özümü saldım.

Cəbhədə gördüm

Uşaq ölümlərini...

Ah, mən indi

Necə sevirəm

uşaqların üzünü!

 

 

Əsgər idim,

onda mən cavan idim.

Özümüzü atırdıq,

oda-suya cumurduq;

Soyuqda, şaxtada, qarda

Ac-susuz uşaqları

Belimizdə

daşıyıb aparırdıq...

Ah, indi necə

fərəhlənirəm mən

uşaq yemək yeyəndə!

Əsgər idim,

 

Düşmənin "pələng"ləri

çay qırağındakı kəndi

yandırıb kül elədi,

Kəndi yeksan elədi.

Orda əbədi susdu

uşaq oyunları da...

Ah, mən necə sevirəm

uşaqlar oynayanda!

 

 

Əsgər idim,

Yenə istər-istəməz

yuxuda atəş gələn

nöqtəni götürmüşdük.

Faşistlər kənd məktəbində

uşaqları yandırıb

külə döndərmişdilər.

Ah, mən necə sevirəm

əlifba kitabının

üstündəki uşağı!

 

Əsgər idim mən,

qırx beşi gördüm həmən,

Bizim qələbəmizi ,

düşmənin ordusunun

təslim olmasını da,

gördüm öz gözlərimlə.

Yoruldum gəzdirməkdən

avtomat silahımı.

axı çox sevirəm ki

tutum uşaq əlindən

gəzdirim doyunca mən!

 

 

Əsgər idim.

Hər şeyi gördüm dünyada!

Neçə dəfə ölümün

üzünü görmüşəm!

Özümə bu həyatda

əbədi bir sevgini

sevə-sevə hörmüşəm:

İstəyirəm ki, indi

mənim böyür-başımda

yalnız uşaqlar olsun,

Onların gözləri

sevinc yaşıyla dolsun!

 

525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.21.