Poeziyamızın ağ çiçəyi
Nurəngiz Gün - 85
Azərbaycan tamaşaçıları televiziyada onun səsinə heyran kəsilmişdilər. On beş il televiziyada diktor kimi çalışdı,
beş il də İncəsənət Universitetində
nitq mədəniyyəti
kafedrasında müəllim
kimi fəaliyyət göstərdi.
43 yaşında ədəbiyyata
gəldi. 1981-ci ildə
"Ulduz" jurnalının
aprel nömrəsində
"Tanrı bəşər
övladıdır" adlı
povesti oxuculara təqdim edildi. Və bu povest
çoxları üçün
gözlənilməz hadisəyə
çevrildi. Təbii
ki, yaşın burada heç bir önəmi yox idi. Çünki bu povest "mən yazıçı olmaq istəyirəm" havasına yazılmamışdı.
O əsərdə bir
qadının ömür
yolu, həyatının
dramatik-faciəli anları
təsvir edilirdi, burada nəsrə məxsus bütün elementlərə riayət
edilmişdi. Az sonra povest kitab halında da nəşr olundu və hamıdan qabaq Xalq yazıçısı
Mirzə İbrahimov "Ədəbiyyat
və incəsənət"
qəzetində bu əsər barədə öz sözünü:
"Yazıçı Nurəngiz
Günün "Tanrı
bəşər övladıdır"
povestində hadisələr
otuz yaşlı Məryəm adlı gənc bir qızın
mürəkkəb həyatı
və ağır taleyi ilə bağlıdır. Nurəngiz
xanım öz qəhrəmanını sevə-sevə
təsvir edir. Vaqondakı kədərli,
fikirli, dalğın, həyəcanlı vəziyyətini,
daxili aləmini elə canlandırır
ki, biz bu başdanca onun mənən, ruhən təmiz, mehriban, insanları sevən, qayğıkeş
bir qadın olduğuna inanırıq və öz hisslərimizdə heç
də aldanmırıq;
həm zahirən, həm də daxilən gözəl olan bu qadının sevincinə,
kədərinə şərik
olur, onun gözəlliyinin, məlahətinin
ətrini duyurun. Nurəngiz xanımın əsərində yazıçı
üçün çox
vacib olan keyfiyyətlərdən birinə
- səmimiyyətə söz
ola bilməz. Povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə
üz-üzə oturub
söhbət edir.
Sanki o, həyatda, insanlar
arasında gördüklərini,
eşitdiklərini, şəxsən
yaşadıqlarını sənə
nəql edir, hətta ürəyini boşaldır. Yaz, qızım Nurəngiz,
yeni uğurlar sənə".
Əlbəttə, böyük Xalq
yazıçısının bu xeyir-duasından sonra Nurəngiz xanım gərək qələmə sarılıb
yeni-yeni povestlər, romanlar
yazaydı. Amma o, ədəbiyyata
nəsrlə gəlsə
də, nasir kimi yox, şair
kimi tanındı və sevildi. Çünki onun povesti lirik-psixoloji üslubda qələmə
alınmışdı və
həm qəhrəmanın
öz daxili dünyası, həm də müəllifin təhkiyəsində, obrazların
qarşılıqlı münasibətlərində
bir şeiriyyət havası vardı. Az sonra Nurəngiz Günün "Ağ qanadlar" adlı şeir kitabı ("Yazıçı", 1986) çap
olundu. Bu kitabı yeni
bir poetik istedadın ədəbiyyata
gəlişiydi. Adətən,
özü də əksər hallarda, hər hansı şairin ilk şeirlər
kitabı ədəbi
aləmdə o qədər
də ciddi bir reaksiya doğurmur.
Elə Nurəngiz xanımın "Ağ qanadlar" şeirlər kitabı da sükutla qarşılandı. Amma bu
şeirlər kitabı
ədəbi tənqidin
sükutu ilə qarşılansa da, əslində,
"Ağ qanadlar"
şeirimizə böyük
uçuşa hazırlaşan
bir şairin start vəziyyətindəki hazırlığını
aşkara çıxardı.
Mən Nurəngiz xanımın bu ilk şeirlər kitabı ilə sonuncu şeirlər kitabları arasındakı təbii poetik inkişafı görürəm, amma sizi inandırım ki,
"Ağ qanadlar"da
toplanan şeirlərdə
şairənin bütün
poeziyasına xas olan bir sıra
keyfiyyətlər diqqəti
cəlb edir. Deyim tərzindəki sərbəstlik, həyat hadisələrini daha dərin və mürəkkəb şəkildə
anlamağa çalışmaq
və bunun üçün assosiasiyalara
meyl, fikir və hiss vəhdətindən
doğan obrazlı ifadə tərzi, bədii təsvir vasitələrindəki orijinallıq
onun sonrakı şeir kitablarında da öz əksinqi tapdı. İlk növbədə
onu qeyd edim ki, Nurəngiz Gün müasir şeirimizdə məzmun zənginliyi ilə diqqəti cəlb etdi. Şair hər şeydən yaza bilərmi? - bu suala Nurəngiz
Günün şeirlərində
cavab axtarsaq, deyə bilərik ki, yalnız könüldən
keçən, ürəyi
titrədən, həyəcanlandıran
nə varsa, şeirin məzmununda öz əksini tapacaq. Yəni həyat hardadırsa, poeziya da ordadır. Nurəngiz Gün üçün gördüyü,
müşahidə etdiyi
və yaşadığı
həyat bütün mürəkkəbliyi və
ziddiyyətləri ilə
şeirlərində öz
ifadəsini tapırdı,
həm də poetikliyi ilə. Demək istədiyim budur ki, Nurəngiz Gün şeir aləminə hazırlıqlı
gəlmişdi. Şair
üçün mütaliə,
dünya və milli ədəbiyyatımızdan bol-bol
faydalanmaq başlıca
amillərdən biridir.
Nurəngiz Gün ilk əsərini yazana qədər bu yolu artıq keçmişdi. Amma onun poeziyasında hansı şairinsə təsiri yoxdur, Nurəngiz Gün bizim milli poeziya örnəklərindən
bəhrələnmək, böyük
türk şairi Nazim Hikməti bitr ustad kimi sevmək
və ondan öyrənmək dərslərini
keçib.
Bu yazının adını
niyə "Poeziyamızın
ağ çiçəyi"
adlandırdım? Bunun iki
mənası var. Birincisi:
Nurəngiz Gün bir şeirində yazırdı:
Tükəndi ağ çiçəklərim,
bir payıza yaraq oldu,
Çaşdı əsən rüzgarlarda,
qopub varaq-varaq oldu.
Quş olub uçdu güllərim,
əldə
qalan budaq oldu
Busələrimin qonağı
bir üşüyən yarpaq
oldu.
Gözlərim gölə çevrildi,
vüsal məndən uzaq oldu,
Nə gəldi, qüssədən
gəldi,
məni üzən fəraq oldu!
Xəyal
oldu sevdiklərim,
Yanıb-sönən
çıraq oldu,
Mənim
o ağ çiçəklərim
dönüb
qara torpaq oldu.
Bizim poeziyanın zərifləri
içərisində eləsi
tapılmaz ki, güllərə,
çiçəklərə şeir həsr etməsin, o güllərə
və çiçəklərə
öz ürəklərindən
sevgilər bəsləməsin.
Bu sevgiləri mən daha çox üç şairimizdə
- Mirvarid Dilbazidə, Mədinə Gülgündə
və Nigar Rəfibəylidə müşahidə
etmişəm. Nurəngiz
Gün də çiçəkləri çox
sevir, ağ çiçəklər onun
şeirlərində ürəyinin
gizlinlərində yatıb
qalan sirlərin üzə çıxmasıdır.
Fikrimcə, Nurəngiz
Günün poeziyası
bu AĞ ÇİÇƏKLƏR poetik obrazı ilə sıx bağlıdır. O, bu ağ çiçəklərin
dünyasından Dünyaya
baxır, cəmiyyətə,
təbiətə, insanlar
aləminə, yaşadığı
Vətənə boylanır.
Nurəngiz Günün bütün
şeir və poemaları onun 2019-cu ildə çap olunmuş "Seçilmiş
əsərləri"nin I cildində toplanıb.
İlk şeiri 1979-cu ildə
qələmə alınıb
- "Salam çörəyə, gülə, günəşə".
Onun poeziyası həm mövzu, həm də sənətkarlıq baxımından
rəngarəngdir, çoxçeşidlidir.
Bir-birini təkrar edən şeirlər yoxdur bu sırada.
Hətta mövzuca yaxın olan şeirlərin də hər biri digərindən
asılı deyil, müstəqil şeirdir.
Əlbəttə, mən bu şeirləri mövzular üzrə qruplaşdırmaq,
hansı şeiri isə xüsusi fərqləndirmək kimi
artıq şablona çevrilmiş bir üsuldan yayınıram.
Mən onun poetik düşüncə
tərzinin özünəməxsusluğunu
nəzərə çarpdırmaq
istəyirəm. Əgər
bu düşüncə
tərzi şeirin gözəlliyini təmin edən bədii sənətkarlıqla süslənibsə,
o şeir həm də sənin olur. Şairdən sənə qədər bir meridian xətti çəkilir, sən şairi dərk edirsən, ona inanırsan. Məsələn,
Nurəngiz Günün
ayrıca "Vətən"
və "Vətən,
məslək, düşüncələr"
adlı şeirləri
var və bu şeirlərdə o dövrün
vətən şeirlərində
nəzərə çarpan
şablon ifadələr
yoxdur, gözəl şeirlərdir. Amma "Torpaq
yuxularım" şeiri
Vətən haqqında
onun ən gözəl, ən səmimi şeiridir, deyərdim.
Bu torpağın üstündən
Araz adlı bir çay
axar -
Qubar dolu suyundan
hönkürüb
şərbət içmişəm.
Kənarında dəmir çəpər
var!
Bu çəpərin
küncündə
ölmək üçün
üç arşın yer seçmişəm.
Bu çəpərin
küncündə
atamın ləpirləri!
Bu çəpərin
küncündə
anamın həsrət əlləri!
Bu torpaqda nələr tapdım,
nələri
itirdim.
Bu torpağın
üstündə
bir qoşa məzar var,
Bürünüb göz yaşına,
Nurəngiz Günün şeirlərində
bir çox simvolik obrazlar var ki, hətta deyərdim ki, bu obrazlarsız onun poeziyasını tam dərk etmək mümkün olmazdı.
Ulu nənəm, Gün xanım hey!
Bu torpağbın öncə
Günəşi doğub,
Bu torpaq sarı tellərdən yoğrulub,
Gün xanım, Günəş xanım!
Andım,
Tanrım, imanım!
Gün
- Günəşin qısa
formasıdır. Azərbaycan
şeirində Günlər
çoxdur. Məhsəti,
Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Umugülsüm,
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün...
Bunların poeziyada saçdıqları işığın
ömrü əbədiyyət
qədər olacaq. Nurəngiz Gün də bu sönməyən
Günlərin sırasındadır.
Söhbətimi ona gətirirəm ki, Gün təxəllüsü əbəs
seçilməyb, bu, Nurəngiz Günün Günəşə sitayişi
ilə bağlıdır.
"Günəşin elçisi"
adlı esse-monoqrafiyanın
müəllifi - Nurəngiz
Gün poeziyasının
pərəstişkarı Elçin
İsgəndərzadə bu
bağlılığı geniş izah edib.
Nurəngiz Günün şeirlərinin
çoxdan çoxu sərbəst şeirlərdir.
Böyük şairimiz
Rəsul Rzanın XX əsr Azərbaycan şeirində Yola çevirdiyi
sərbəsi şeir
keçən əsrin
ikinci yarısında özünün istedadlı
müəlliflərini tapdı.
Onların biri də Nurəngiz Gün idi. Təfərrüata
varmıram, yalnız onun "Qəfəs bülbülü" şeirindən
bir parçanı misal gətirirəm. Şeirdə şairin bir bülbülü mahir ovçunun şikarı olmaqdan xilas etməsi və sonra da onu qəfəsdən azad edib uçurmasından
söz açılır:
Uç,
uç!
Aldım
bu qəfəsi,
açdım bu qəfəsi,
Açdım və buraxdım səni.
Uç, uç!
Geniş ormanlar
yaxşıdır.
Baxma ki,
pələngi, aslanı
var.
Və əgər,
İşdi-şayəd,
pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
haqsız qəfəs
düçarlarını!
Bir qəfəs
bülbülünü azadlığa
buraxan Nurəngiz Günün özü də Azadlıq aşiqi idi. Təkcə şeirlərində
deyil, "Salamat qal, Ağca yol", "Əsrin son yuxusu", "Xocalı simfoniyası",
"Quzey Kıbrıs
rüzgarları", Nazim
Hikmətə həsr
etdiyi "Qar romanı" poemalarında
da Azadlıq sevdalısıdır.
Mən Nurəngiz xanımın 85 illiyinə həsr etdiyim bu yazıda onun yaradıcılığı ilə bağlı çox məsələlərdən sizi hali etmədim. Onun şeirlərindən öncə, özünün şeir dediyi zaman sanki ilahidən gələn Səsindən söz açmadım. Onun şeirlərindəki təravətli və orijinal təşbih, epitet və metaforaları incələmədim. N.Günün şeirlərində ayrı-ayrı poetik obrazlar, şeir dilindəki səlislik, poetik leksikonunun zənginliyi haqqında da söz deməliydim. Qalsın sonraya, deyirəm, çünki poeziyamızın bu hünərvər zərif şairinin ədəbi irsi zəngindir...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.20.