Azərbaycan teleməkanında ictimai-siyasi proqramlar  

 

 

Qarabağda Silahlı Qüvvələrimiz tərəfindən aparılan antiterror tədbirləri, buna qədər baş verən hadisələr, qonşularımızla, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlər, dünyada gedən geosiyasi proseslərin regiona təsiri digər ictimai-siyasi movzular siyasi telejurnalistikanın rolunu daha da aktuallaşdırır üzərinə məsuliyyət qoyur. Bu yazıda bir neçə telekanalda yayımlanan ictimai-siyasi proqramlar həmin proqramlarda müxtəlif məsələlər ətrafında müzakirələr təşkil edən jurnalistlərin mövzularla bağlı hazırlıq səviyyəsi, peşəkarlığı barədə bəzi qeydlərimi diqqətə çatdırmağa çalışacağam. İstər ənənəvi televiziyada, istərsə internet TV-lərdə siyasi məzmunlu verilişlər çox olduğundan, bütün proqramlarla bağlı düşüncələri bir məqaləyə sığışdırmaq mümkün deyil. Ona görə siyasi proqramlarla bağlı qeydlərin müəyyən qismini növbəti yazılarda bölüşəcəyəm.

Milli qəzetçilikdə televiziya jurnalistikasında siyasi məsələlər 1988-ci il Milli Azadlıq Hərəkatının başlanması, Sovetlər İttifaqının dağılması Qarabağ münaqişəsi fonunda aktuallaşdı. Yeni reallığın dalğası ümumilikdə mətbuada yeni dönəmin əsasını qoydu fərqli dəyərləri, üslubu, baxış bucağı olan siyasi jurnalistika formalaşdırdı. Hərçənd, yeniləşmə prosesi televiziyada nisbətən ləng gedirdi. Səbəb həmin dövrdə dövlət nəzarətində fəaliyyət göstərən AzTV-nin alternativsizliyi ictimai-siyasi məzmunlu verilişlərin aparıcılığının əsasən, özlərini bu çərçivədə narahat hiss edən diktorlara həvalə olunmasıydı. Bununla belə, dövlət televiziyasının efirinə siyasi icmallarla çıxış edən, ictimai-siyasi vəziyyətin müzakirə olunduğu verilişlər aparan jurnalistlər görünürdü: Osman Mirzəyev, İlqar Əlfioğlu, Vüsal Əfəndiyev, Ələddin Əsədov, Qulu Məhərrəmli, Telli Pənahqızı daha bir neçə nəfər.

ANS kanalının yaranması ilə efirdə siyasi müzakirələr intensiv xarakter aldı fəaliyyət göstərdiyi müddətdə kanalda Mir Şahin, Xəyal Tağıyev, Sevil Nuriyeva, Qənirə Paşayeva digərləri özlərinin ictimai-siyasi yönümlü proqramları ilə tanındılar.  Zamanın tələbinə uyğun olaraq, sonralar yaranmış digər telekanallarda (Space, Lider, ATV) da pis-yaxşı bu tendensiya davam etdirildi.

Yeri gəlmişkən, sözügedən profilli proqramların ideoloji baxımdan bəzən jurnalistikanın prinsiplərini üstələməsini, ölkənin maraqlarının, təbliğat diskursunun əsas tutulmasını bilərəkdən vurğulamayacağam. Necə ki 44 günlük müharibənin gedişatında dövlət başçısından müsahibə alan Qərbin məşhur media qurumlarının nümayəndələri ölkələrinin siyasi maraqlarını, dini dəyərlərini jurnalistika meyarlarından üstün tutduqlarını qərəzli suallarında, aqressiv bədən dillərində rahatlıqa bəyan edirdilər. indiyədək Azərbaycana münasibətdə onların bu üslubları dəyişməz qalır...

Günümüzdə maraqlı, polemik, intellektual siyasi proqramların əsasən İTV-nin payına düşdüyünü düşünürəm. Söhbət iki formatda yayımlanan "Diqqət mərkəzi" verilişindən gedir. Düzdür, proqramın mövzuları arasında iqtisadi məsələlər yer alır. Amma bununla belə əsas ağırlığı ictimai-siyasi hadisələr təşkil edir. Proqramın axşam efirində Murad Hüseynov aparıcılıq edir bu formatda mövzular adətən dörd nəfərin müzakirəsi ilə baş tutur.

Siyasi jurnalistika aparıcıdan ölkədə dünyada baş verən mühüm siyasi proseslər haqda detallı bilgilər, analitik təfəkkür tələb edir. Murad Hüseynovun bu mənada apardığı verilişlərdə məlumatlılığı, peşəkarlığı dərhal nəzərə çarpır onun mövzuya bələdliyi suallarından aydın görünür. O, müsahiblərinə təkcə öncədən hazırlanmış suallar ünvanlamır, müzakirənin gedişatında ortaya çıxan müxtəlif məqamları anında dəyərləndirərək adekvat suallar verir ki, bu da polemikanı daha canlı dinamik edir.

Günorta efirininin aparıcılığı isə adətən Nigar Sabirqızının öhdəsinə düşür. Nigar Sabirqızının siyasi leksikonu zəngindir, onlardan rahatlıqla, yerində istifadə edir, söhbət əsnasında mövzu üzrə zəruri informasiya-sualları ilə söhbəti lazımi məcraya yönəldir. müsahiblərini yaxşı tanıdığı, fəaliyyətlərini izlədiyi hiss olunur. Məsələn, siyasi şərhçi Orxan Amaşovla Qarabağdakı proseslərə bağlı müzakirəsində olduğu kimi. Bu yerdə mövzudan qısaca ayrılıb,  siyasi proqram aparıcılardan üzr istəyərək, bir məqamı vurğulamaqdan özümü saxlaya bilmirəm. Orxan Amaşov siyasi şərhçi kimi çox savadlıdır, mövzuya dərin yanaşır, fikirlərini sadə ifadə edir, maraqlı şərhlər verir intellektual siması var. Bu qədər tərifi ona görə elədim ki, Orxan Amaşov kimi siyasi şərhçilərin televiziyada müəllif verilişi aparmasına ehtiyac var. Çünki öz sahəsini dərindən bilən peşəkar kadrlar sarıdan teleməkanımız, xüsusən, indiki dönəmdə boşluq yaşayır.

2018-ci ildə İTV- "Radius" hərbi-analitik layihəsinin yaradıcısı Heydər Mirzənin "Radius" proqramı hərbi analitik məzmunda olsa da, istər-istəməz siyasi məqamlara da toxunulurdu. Hazırda veriliş efirdə yayımlanmasa da, düşünürəm ki, Heydər Mirzə televiziya üçün yeni simaydı, analitik qabiliyyəti, hərtərəfli informasiyaya malik olması səbəbindən apardığı verilişlərdə o, yalnız sual ünvanlayan qismdə qalmırdı, müsahibləriylə söhbəti, hər iki tərəfin analizi formasında baş tuturdu.

Hazırda Heydər Mirzə 2020-ci ildən, Qafqaz regionunu nəzərə almaqla hərbi-siyasi hərbi-texniki mövzularda, həm geniş izləyici kütləsi, həm bu sahədəki ekspert mütəxəssislər üçün nəzərdə tutulan "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinin rəhbərlərindən biridir (Yeri gəlmişkən, İkinci Qarabağ savaşı, həmçinin son antiterror tədbirləri, ümumiyyətlə, vacib siyasi xəbərləri bir oxucu kimi ən çox operativliyini itirməyən "Caliber"in teleqram kanalından izləyirəm).

2018-ci ildən ixtisaslaşmış xəbər kanalı kimi fəaliyyətə başlayan   ARB 24 müxtəlif formatlarda tamaşaçıya ölkədə dünyada baş verən hadisələr haqda operativ, zəngin məlumatlar ötürür. Belə bir kanalın olmasına mütləq şəkildə ehtiyac vardı. Teleməkanın əsasən şou proqramlarla yükləndiyini nəzərə alsaq, iqtisadi-siyasi-sosial verilişlər üçün kadrlar yetişdirən, onları peşəkarlaşdıran, zəruri təcrübəni verən bir xəbər kanalının fəaliyyəti vacib idi. ARB 24 təkcə informasiya ötürməklə kifayətlənmir. Eyni zamanda burada bir necə ictimai-siyasi yönümlü veriliş yayımlanır. Bunlardan biri gündəlik efirdə yayımlanan "Gündəm" proqramıdır. Proqramın sabit aparıcısı yoxdur. "Gündəm" hər dəfə ayrı-ayrı jurnalistlərin təqdimatında bir qədər fərqli intonasiyaya köklənir. Vizual cəhətdən "Gündəm" nisbətən dinamikdir, müsahib ilə mövzu müzakirə olunur, ehtiyac olarsa, aparıcı digər ekspertlə canlı bağlantıya qoşulur söhbət zamanı, paralel olaraq haqqında danışılan hadisələrdən kadrlar görüntülənir.

Mənə elə gəldi ki, "Gündəm" gənc aparıcı Aynur İsgəndərovanın təqdimatında bir qədər naşı, təcrübəsiz təsir bağışlayır. O, müzakirə olunan problemlərlə bağlı məlumatları siyasi xəbər ötürücüsü intonasiyasından çox, əzbər dərs danışan şagird kimi çatdırır.   hiss olunur ki, gənc aparıcı gücünü  mətni mümkün qədər səhvsiz deməyə, düzgün tələffüzə səfərbər edir. Bütün hallarda onun dinamik enerjisi, normal sualları söhbəti monotonlaşmaqdan müəyyən qədər qoruyu.

"Gündəm"in digər aparıcısı Rəhman Rəsulovun isə təcrübəsi öz sözünü deyir, o, mövzulara hakimdir qonaqlarla müzakirəni çevik, canlı qurur. Ümumiyyətlə, jurnalistin, aparıcının sualları necə qurmasından onun mövzuya hazırlıq səviyyəsi özünü mütləq büruzə verir.

"Gündəm"in digər aparıcılarından biri Çinarə Nurməmmədovanın da təcrübəsi, peşəkarlığı kamera qarşısındakı sərbəst davranışından, rəvan nitqindən, məlumatlılığı eskpertlərlə söhbətindən duyulur. Amma bir məsələ var. Diqqət elədim, bəzi siyasi proqram aparıcılarının sual vermə manerası (xüsusən, qadın aparıcılar), danışıq tempi, vurğuları, bədən dili bir-birinin təkrarıdır, emosiyaları bir az aşırıdır, başqa cür desək, individuallıqları nəzərə çarpmır. Lakin "Gündəm"in digər aparıcısı Kəmalə Əliisgəndərqızı bu mənada fərqlidir; soyuqqanlıdır, təmkinlidir, minimum emosiya ilə danışır, sualları ifadəli, bir qədər artistik tərzdə verir, vurğuları seçilir. Bu da yəqin ki, onun çoxillik təcrübəsindən qaynaqlanır. Aparıcı bundan öncə AzTV-də, ANS-, İTV- çalışıb.

Real TV-nin efiri ictimai-siyasi verilişlər sarıdan kasad deyil. Gündəlik "Real İntervyu" verilişində mədəniyyət, təhsil, idman, turizm, sosial sahələrə bağlı məsələlər müzakirə olunsa da, daha çox siyasi mövzular üstünlük təşkil edir. Amma indi Real TV efirə gedən başqa bir proqram - Tural İsmayılovun müəllifi olduğu "Real Tədqiqat" verilişi ilə bağlı qeydlərimi bölüşəcəyəm. Adıçəkilən proqramda da əsasən ideoloji, ictimai, siyasi məzmuna önəm verilir. Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri işləyən Tural İsmayılov mövuzları peşəkar səviyyədə araşdırır, eskpertlərlə söhbətində dəqiq nöqtələrə toxunur, dili yaxşı bilir s. Sadəcə bir proqram müəllifi üçün aşırı coşqulu ekspressiya ilə danışır. Buraxılışlardan birinin girişində onun poetik-publisistik "Vətən üçün hər kəsin qəlbi bir döyünür. Ona görə Vətən bizik. Vətən sizsiziniz. Dəhşətli olan odur ki, Vətənsiz olasan. Vətənsiz olmaq xainlikdir, insanlıqdan çıxmaqdır. Bir heç kimi ölümə addımlamaqdır" kimi fikirlər verilişin konsepsiyasına nəinki uyğundu, heç buna ehtiyac da yoxdur. Proqramda ideoloji aspekt özünü göstərdiyindən, üstəlik, mövzular maraqlı müzakirə olunduğundan əlavə poetik pafosa hacət qalmır.

Nəhayət, Dünya TV-nin efirində yayımlanan, siyasi layihə kimi təqdim olunan "DTV Aktual" proqramı haqda. Verilişin aparıcısı Könül Həbibqızı uzun müddət Az.TV- fəaliyyət göstərib. Hazırda o, Dünya TV- müxtəlif peşə sahiblərinin, özəlliklə  ədəbiyyat, incəsənət adamlarının qonaq olduğu "Üz-üzə" verilişinin aparıcısıdır. "Üz-üzə" verilişi başqa bir söhbətin mövzusudur...

İzlədiyim siyasi proqramlar arasında ən zəifi, bəsiti məhz "DTV Aktual" idi. Düzdür, Könül Həbibqızının nitqi səlisdir, incəsənət, ədəbiyyat haqda müəyyən bilgilərə sahibdir, amma siyasi layihələrdə aparıcı kimi uğurlu təsir bağışlamır. Belə təsəvvür yaranır ki, Dünya TV- siyasi verilişə uyğun aparıcı tapılmadığından onu Könül Həbibqızına həvalə ediblər. O, sualları kağızdan diktor mətni kimi oxuyur, müsahiblərini (müsahibləri millət vəkilləri, tarixçilər, siyasi ekspertlərdir) dərindən tanımır, siyasi mövzular haqda lazımi məlumatlara malik deyil. suallarını əsasən sitatlar üzərində qurur, demək olar ki, sual vermir. Məsələn, hansısa tədbirdə, müşavirədə, çıxışda səslənən sitatı deyib, qonağına baxır. Müsahiblər isə bir qayda olaraq, şagirdə dərs başa salırlarmış kimi tərzdə danışırlar. Üstəlik, aparıcının ziyafətə uyğun geyimi makiyajı  da siyasi proqrama yaramır.

Sonda yadımdan çıxmamış onu da deyim ki, siyasi proqramların studiyaları ötən illərlə müqayisədə texniki baxımdan daha peşəkar, zövqlü qurulub (daha yaxşı təəssürat yaradan "Radius"un studiyası oldu). Həmçinin aparıcıların, xüsusən, qadın aparıcıların qiyafətləri, saç düzmü, sadə makiyajı əvvəlki dövrlə müqayisədə informasiya proqramlarına daha uyğun görünür.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 23 sentyabr.- S.12.