Bəxtiyar Vahabzadənin
ev-muzeyində bir gün...
Şəkinin gözəlliyi, mehribanlığı,
qonaqpərvərliyinə
çoxumuz bələdik. Bu haqda indiyə qədər dəfələrlə
müsbət sözlər
deyilib, yazılıb. Mən də
ən sevdiyim şəhərlərdən biri
olan Şəkinin bir gözəl, qonaqların marağına
səbəb olan bir yerindən danışmaq istəyirəm.
Bu, böyuk şairimiz
Bəxtiyar Vahabzadənin
ev-muzeyidir. Şəkidə bir neçə dəfə olsam da, ora getmək
qismət olmamışdı.
Lakin son səfərimdə ilk baş
çəkdiyim məhz
həmin muzey oldu.
Muzeyin həyətinə girən
kimi gözəl bir mənzərə açıldı: bir tərəfdən uzaqdakı
uca dağlar, o biri tərəfdən həyətin öz rəngarəngliyi, yaşıllığı,
bir tərəfdən
də havanın təmizliyi. Daha sonra girişdə asılan şairin şeiri diqqətimi çəkdi:
Qədrini bil axıb keçən günlərin,
Həyat
şirin, ömür şirin, gün şirin,
Bu dünyanı düşün
dərin, duy dərin,
Eşq oduna yana-yana yaşayaq,
Duya-duya, qana-qana yaşayaq.
Biz həyətə girəndə
muzeyin direktoru Elşən müəllim
başqa qonaqlarla məşğul idi. Ona görə
bizi dostları, qonşular qarşıladı.
Həyətdə əyləşib,
sərin sudan
içib bir az dincimizi aldıq.
Az sonra
Elşən müəllim
özü yaxınlaşıb
bizi içəriyə
dəvət etdi. Evə daxil olanda sanki
Bəxtiyar bəyi görmüş olduq.
Evin girişində şairin kitabları qoyulub. İçəridə isə
950-dən çox eksponatlar
var: Bəxtiyar Vahabzadənin medalları,
diplomları, əlyazmaları,
geyimləri və s. Muzeyin özünün maraqlı olmağından,
şairin böyüklüyündən
başqa, muzey direktorunun söhbəti marağı daha çoxaldır. Həm maarifləndirici sözlər,
həm şairin şeirlərini gözəl
və məqamında
deməsi...
Ziyarətimiz bitəndən sonra Elşən müəllim
bizi samovar çayı
içməyə dəvət
etdi. Onun şairə
oxşarlığını vurğuladıq və qohum olub-olmadıqlarının
soruşduq:
- Bura gələn çox adam
onu deyir. Xeyr, biz Bəxtiyarla dost olmuşuq, bir-birimizin evinin içi kimi olmuşuq, ancaq qohum olmamışıq.
- Muzeyə çox adam baş
çəkir?
- Bəli, axşama qədər qonaqlarımız
gəlir. Hətta elə olur,
gecə zəng vururlar ki, gəlmək
istəyirik, olarmı?
Mən də deyirəm gəlin. Qapılarımız həmişə, hər kəsin üzünə açıqdır.
Bu işi sevsəm
də, səyahəti
də bəyənirəm.
Bilirəm ki, bir gün yenidən əvvəlki kimi səyahətə başlayacağam.
Əsasən də türk
ölkələrinə səfərləri
çox sevirəm.
Oradan da qonaqlarımız olur. Bizi də dəvət
edirlər qonaq kimi.
- İndi yəqin
muzeyin işi çox olar. 2025-ci ildə
isə şairin 100 illiyidir.
- Bəli. Bəzi yerləri düzəltmək,
qaydaya salmaq lazımdır. Ev şairin
adınalayiq vəziyyətdə
olmalıdır. Bəxtiyar Vahabzadə
böyük, mərd insan olub. Ona görə də buraları yaxşı vəziyyətdə saxlamaq,
gələcəkdə də
məsuliyyətli insana
güvənmək lazımdır.
Çayımızı içənə qədər
başqa qonaqlar da gəldi. Türkiyədən idilər. Biz də yavaş-yavaş sağollaşıb oradan ayrıldıq. Çıxarkən evin girişindəki şeir bir daha
diqqətimizi çəkdi.
Ondan Bəxtiyar Vahabzadənin bir şeiri yadına düşdü:
Şəkidə məhlə var
nə qədər desən,
Gəldim bu dünyaya "Yuxarıbaş"da.
Bir göz evimizdə nə desən vardı,
Taxça
aşağıda, buxarı başda.
Çıxdı ahıllığım o evdən çölə,
Amma uşaqlığım
yuxarı başda.
İndi mən həsrətəm
ata yurduma,
Odu ürəkdədir, buxarı başda!
Cavad MUSAYEV
525-ci qəzet .- 2023.- 20 sentyabr.-
S.12.