"Əziz dost" haqqında söz  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 

  İnsan yaranandan qəbrədək dünyanı dərk etməyə çalışır ona görə öyrənməyə, bilik almağa can atır. Kitablar da dünyanı dərk etməyin mənbələrindən biridir. Böyük "ölülərlə" ünsiyyətdə olmaqla biz öz biliklərimizi artırırıq. Belə bir həqiqət bizə məlumdur ki, ən yaxşı kitablar ən böyük müəlliflərə məxsusdur. Kitablar parçalanmış təəssüratları bir yerə yığmağa kömək edir. Kitablar adamın fikrini yayındırmaqla, həyatın əzici qüvvələrindən onu müəyyən müddətə olsa azad edir, səni sevinc atmosferinə, başqa dünyaya aparır. Əgər teatr insan həyatının yüksək ifadəsidirsə səhnə adamların maskasını göstərirsə, kitablar adamların ürəyinə nüfuz etməyə imkan verir bizim öz sirlərimizi özümüzə açır. Bir müdrik adamın dediyi kimi, "kitablar, ürəyimizə ən yaxın əziz olan mümkün həzlərin birincisi axırıncısıdır".

Teatr tamaşaçısının çoxluğu, bir tamaşanın uzun müddət getməsi ilə öyünür. Natiq onun nitqinə heyranlıqla qulaq asanların hisslərindən ilhamlanır bunda öz mükafatını görür. Fransanın məşhur ilahiyyat alimi, XI-XII əsrlərdə yaşamış Pyer Abelyara (O, daha çox sevgilisi Eloizadan ayrı düşdükdən sonra bir-birinə yazdıqları məhəbbətin ucalığından xəbər verən məktubları ilə daha böyük məşhurluq tapmışdır), Fransa torpağında özünün sxolastik dialektikası haqqında mühazirə oxumaq qadağan edildikdə, o, ağaca dırmaşıb oradan öz söhbətlərini davam etdirirdi, ona havadan mühazirə oxumağı yasaq etdikdə o, qayığa minib çaydan sahilə toplanmış tələbələrə mühazirə oxumağa başladı. Onun mühazirələrinə 30 minədək dinləyici yığılırdı. Bu, o dövr üçün olduqca qeyri-adi bir hal idi. Bəs çap olunmuş sözlərin mühazirəsinə əsrlər boyu neçə yüz min, neçə milyon adam toplaşmışdır? Təəssüf ki, bunun statistikasını heç kəs aparmır.

Tarixçi Diodor belə şəhadət verirdi ki, qədim Misir kitabxanası binasının giriş qapısının üzərində "könül üçün dərmanlar" sözü yazılmışdır. Doğrudan da, adama bədbəxtlik üz verdikdə o, özünün yeganə könül sirdaşına - kitablara müraciət edir. Kitablar onun birinci ən yaxın təskinlik verəni olur. Xəstəlik anlarında onun əzablarını həblərdən, dərmanlardan daha çox kitablar unutdura bilir. Mən bir qayda olaraq, xəstəxanada yatanda çoxlu mütaliə ilə məşğul oluram, bir kitabdan yorulduqda, digərinə keçirəm demək olar ki, eyni vaxta 4-5 kitabı oxuyub qurtarıram. Bu kitablar mənim müalicəmi yüngülləşdirməsə , sürətləndirməsə , mənim əzablarımı azaltmağa, ruhən dözümlülük aşılamağa kömək edir. Həyatın ağır sınaqlarında da mən dostların ən incə hissləri ilə müqayisədə belə, kitabların köməyini heç az hiss etməmişəm.

Dahi adamlar sarsıntılar keçirdikdə elmlə məşğul olmağa başlamışlar. Belə söyləyirlər ki, Höte oğlu öldükdən sonra ona tanış olmayan elm sahəsinə nüfuz etmişdir. Axı Höte optika fizikasında, biologiyada, anatomiyada müxtəlif elmi sınaqlar aparmışdır. Çünki ağır dərdin öhdəsindən əyləncələrlə gəlmək mümkün olmur, burada ağılın daim oyadılması, canlanması tələb olunur. Bu vaxt beyin ürəyi müalicə etməyə başlayır. Belə zamanda dil öyrənmək köməyə gəlir, mən bunu öz təcrübəmdə görmüşəm. Kitab bizi öz üzücü dünyamızdan ayırıb, başqa dünyalara aparır, burada sən ən müdrik adamlarla fikir mübadiləsi etmiş olursan. İstənilən qapını açan sehrli Sezam kimi kitablar bizə əsrlər boyu yığılan bəşəriyyət xəzinəsinin qapılarını açır bu səltənəti sənin ağlının ruhunun ixtiyarına buraxır.

Kim kitab oxumağı sevirsə, ona özünün ən sədaqətli dostu kimi baxır. İtalyan intibahının görkəmli nümayəndələrindən olan Petrarka yazırdı: "Mənim dostlarım var ki, onların məclisi mənim üçün qeyri-adi dərəcədə əzizdir; onlar müxtəlif əsrlərə müxtəlif ölkələrə məxsusdurlar. Onlar alim adamların otaqlarında döyüş meydanlarında fərqlənmişlər; onlar öz elmi idraklarına görə yüksək mükafatlara layiq görülmüşlər. Mənim üçün onlarla görüşməkdən asan yoxdur, çünki onlar həmişə bizim xidmətimizə hazırdılar - mən onları öz yanıma çağıra istəsəm, başqa yerə göndərə bilərəm. Onlar heç vaxt zəhlə tökən deyillər, lakin mənim verdiyim istənilən suala cavab verməyə hazırdırlar. Biri mənə keçmiş əhvalatlardan danışır, digərləri isə təbiətin sirlərini açır. Biri mənə necə yaşamağı, digəri isə necə ölmək lazım olduğunu öyrədir. Bu dostların məclisindən, səs-küylü yığıncaqda olduğu kimi deyil, təklikdə həzz almaq lazımdır".

 Kitablar aləmində sən özünü həm ən böyük tənhalıqda həm ən çox adamın olduğu cəmiyyətdə hiss edirsən. İngilis filosofu Karleyl (XIX əsr) yazırdı ki, kitab toplamaq həqiqi universitetdir. Kitablar qarşısında, dünyanın ayrı-ayrı guşələrində ayrı-ayrı dövrlərində müqəddəsliklər qarşısında olduğu kimi sitayiş etmişlər. Sərt normanlar daş yazılarına - runlara möcüzəli qüvvəyə malik olan bir şey kimi baxırdılar. Əslində, daşlar bəşəriyyətin ilk kitabları olmuşdur. ərəblərdə isə belə bir zərb-məsəl var idi: "Müdrikin bir günü cahilin ömründən uzundur". Sultanlardan daha maarifpərvər olan xəlifələrə (bunlar az olmamışlar) daha çox uyğun gələn digər zərb-məsəldə isə deyilir: "Alimlərin mürəkkəbləri edam olunanların qanından qiymətlidir". Belə söyləyirlər ki, Çinin böyük mütəfəkkiri Kun-Tszı (Konfutsi) özünü, ruhi qidaya bədən qidasından daha üstünlük verən adam adlandırırdı. Elmi məşğələlərin sevincində o, həyatın kədərlərini unudurdu, hətta qocalığının da necə gəlib çatdığını hiss etməmişdi. Siseron isə deyirdi ki, kitabsız ev, ruhu olmayan bədənə bənzəyir. Axı kitablar köhnə dostlar kimi öz məsləklərini dəyişmir, onlar sən dövlətli, ya da kasıb olduqda, şöhrət sahibi olduqda yaxud da tənəzzülə uğradıqda, həmişə səninlə bir yerdə qalır. XIX əsrin ortalarında İngiltərənin Baş naziri olmuş, lord Eduard Derbi yazırdı ki, kim bədən tərbiyəsi üçün vaxt tapmırsa, bu vaxtı xəstəlik üçün tapacaq. Bu sözləri bir qədər dəyişdirib, demək olar ki, kim kitab oxumağa həvəs göstərmirsə, cəhalət xəstəliyi onu cana doyduranda, necə səhv etdiyini anlayacaqdır.

Kitabxana, həqiqətən, Bibliyada Allahın yəhudilərə vəd etdiyi torpaq kimidir. Bu həqiqi həzz sarayında varlı da, kasıb da eyni dərəcədə ləzzət ala bilər, çünki burada var-dövlət heç bir üstünlüyə malik deyildir. Kitabxana lazım olan kitablara malik olduqda o, Edem bağına, həqiqi Yerüstü cənnətə çevrilir bunun bir üstünlüyü var ki, burada heç bir qadağa-yasaq yoxdur. Burada hər şeyi dadmaq olar, axı əcdad anamız Həvva idrak ağacının meyvəsindən daddığına görə əri ilə birlikdə cənnətin gözəlliklərindən birdəfəlik məhrum oldu. İstənilən meyvəni istədiyin qədər yeyə bilərsən, təki beyin bu yediklərini həzm etmək qabiliyyətində olsun. Bu meyvələr isə insan dühasının yaratdığı zəkalarda təcəssüm olunur. Kitablar bizi dəyişdirir, zənginləşdirir, kiçik mikrokosmdan çıxmağa, günəş sisteminin dərinliklərinə, yeni qalaktikaya daxil olmağa şərait yaradır.

Bir qədim ibrətamiz hekayətdə deyildiyi kimi, iki adam var idi. Şah hər gecə yuxusunda görürdü ki, o, dilənçidir, digəri, dilənçi isə hər gecə yuxuda görürdü ki, o, şahdır sarayda yaşayır. Yəqin ki, belə yuxulardan cana gələn şah o qədər  xoşbəxt deyildi. Təxəyyül bəzən həyatın özündən canlı olur. Kitabları oxuyarkən biz nəinki şahlara çevrilir, saraylarda yaşayırıq, hətta daha mühüm cəhət ondadır ki, biz dağların zirvəsinə qalxır dəniz sahilinə enirik, dünyanın ən gözəl guşələrinə səyahət edirik bu vaxt elə bir xərc çəkirik, yorğunluq rahatsızlıq hiss edirik. XIX əsrin məşhur ingilis tarixçisi Tomas Makoley kiçik bir qıza yazdığı məktubda qeyd edirdi ki, yaxşı, qoy mən kasıb olub çardaqda yaşayım, ancaq mənim çoxlu kitablarım olsun, nəinki kitabxanası olmayan kral olum. Doğrudan da, kitab ən kasıb komanı da belə, fikirlər sarayına çevirir. Bir müdrikin dediyi kimi, "Parnasdan, kral taxtından olduğundan daha uzaq məsafə görünür". Kitabla adam daha tez dünyanı dərk etməyə başlayır, nəinki şəxsi təcrübəsi ilə. Axı həyat təcrübəsi uzun illər ərzində əldə edildiyindən adamlara müdriklikdən daha çox, bədbəxtlik gətirir. İngilis Lebbok yazırdı ki, heç bir xalqda bizdə olan gözəl, nəcib ədəbiyyat yoxdur. O, bizim ticarətdən varlı, bizim ordudan güclüdür. O, ölkəmizin həqiqi fəxri şərəfidir onu şöhrətləndirən heç bir söz o qədər ucadan səslənməyəcək. Bu sözləri başqa xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar da eyni əsasla öz doğma qədim ədəbiyyatları haqqında söyləyə bilərlər.

Axı böyük mütəfəkkir Höte Azərbaycanı tanımadığı halda, özünün "Qərb-Şərq divanı" kitabında "ərəb-İran Şərqinin məşhur yeddi şairinin" siyahısına daxil etdiyi Nizaminin öz vətəni Gəncədə dəfn edildiyini qeyd edir. Xosrov Dəhləvi Əlişir Nəvai öz əsərlərini yaradarkən Nizamiyə istinad etdiklərini qeyd etmişlər. Hərb sahəsində hünərlərimiz elə bir səs salmasa da, bu isə ancaq XXI əsrin ikinci dekadasında, erməni işğalçıları üzərində 44 günlük müharibədəki qalibiyyətlə bizə nəsib oldu, XII əsrdən başlayaraq öz ilk çiçəklənmə dövrünü keçirən poeziyamız bütün dünyada olmasa da, Şərqdə geniş yayılmış yaxşı tanınmışdır. Ədəbiyyatımız tarix boyu xalqımızın ən böyük iftixar mənbəyi olmuşdur. Lakin onu bilmək, oxumaq şit tərif nidalarından daha vacibdir. 2020-ci ilin payızındakı Azərbaycan Ordusunun qələbəsinə gəldikdə, bu Zəfəri hazırlayanlar həyata keçirənlərin böyük xidməti bədii cəhətdən tərənnüm edilməyə layiqdir panoramanı andıran geniş tabloda, mübaliğədən kənar, əsl bir epopeyada öz əksini tapmalıdır. İftixar mənbəyimiz olan qələbə öz bədii reinkarnasiyasını gözləyir yaradıcı ziyalılar bu məsələdə üzərlərinə düşən məsuliyyətli vəzifəni yerinə yetirməyə borcludurlar.

Mütaliəyə həvəs uşaq yaşlarında oyadılmalıdır. Çünki bu həvəs bütün ömürə kifayət edir, bir an belə şiddətini azaltmır. Bədii ədəbiyyata məndə maraq yazıb-oxumağı öyrəndiyim vaxtdan başlamışdır. Doğma ədəbiyyatın ələ düşən əsərləri ilə yanaşı, üçüncü sinifdə oxuyarkən Vasili Ajayevin Tatar boğazından materikə sualtı boru çəkilməsindən bəhs edən iri həcmli "Moskvadan uzaqlarda" tatar yazıçısı Ğumer Bəşirovun müharibə dövründəki kənd həyatını təsvir edən "Namus" romanlarını oxudum. Bunun arxasınca Vilis Latsisin "Balıqçı oğlu", "Qanadsız quşlar" Muxtar Auezovun "Abay" romanları gəldi. Xarici ədəbiyyat antologiyasından ilk dəfə Azərbaycan dilində "Tristan İzolda" ilə, "Hamlet"lə, Şekspirin digər pyesləri ilə tanış oldum. Bu mütaliə heç bir istiqamətə malik deyildi, ələ düşən kitabların hamısı oxunurdu.

 

    (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.14.