"Angelus"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Türkan Hacırəhimovadır.
Onunla fransız rəssam Jan-Fransua Millenin "Angelus" əsəri
haqqında danışmışıq.
Barbizon məktəbinin yaradıcılarından
olan fransız rəssam Jan Fransua Mille
1814-ci il oktyabrın 4-də La-Manş körfəzinin sahilində yerləşən
balaca Qrüşi kəndində varlı kəndli ailəsində dünyaya gəlib. Onun rəssamlıq qabiliyyəti ailəsi tərəfindən tanrı
vergisi kimi qarşılanır. 1837-ci ildə
o, Parisə gəlir və iki il
rəssam Pol Delaroşun emalatxanasında
rəssamlıqla məşğul
olur. 1840-cı ildən
gənc rəssam işlərini nümayiş
etdirməyə başlayır.
- Türkan xanım,
əsərin yaranma tarixçəsi haqqında
nə bilirik?
- Fransua Millenin "Axşam duası" əsəri 1859-cu ildə
yaranıb. Əsər
kətan üzərində
yağlı boya ilə təsvir olunub. Ölçüsü
53.3 x 66-dır. Rəssamın digər əsərləri
ilə müqayisədə
daha kiçik ölçüdə olan
tablo XIX əsrin ən məhşur əsərlərindəndir.
- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?
- İlk olaraq onu qeyd
edək ki, əsərin
olduqca maraqlı bir atmosferi var. Rəsm sanki bizi düşünməyə
vadar edir. Əsərin arxa fonunda açıq tonlardan istifadə olunub. Eyni zamanda
günəşin qürubunu
göstərərkən tünd
rənglərdən istifadə
olunması, hər iki kontrastın bir-biri ilə mükəmməl uyumu tamaşaçıda maraq
oyadır. Rəsmin ön planında isə hər iki obraz tünd
tonlarda, əsasən,
qəhvəyi rəng
tonlarında verildiyi üçün üz cizgilərinin tam əks olunmadığını görürük.
Obrazların geyimindən
də bəllidir ki, onlar torpağa, məhsuldarlığa böyük
önəm verirlər.
Yəni necə deyərlər, öz ruzilərini torpaqdan çıxarırlar. Hər
iki obraz üfüqi xətt boyunca təsvir olunub. Üz cizgiləri tam dəqiqliklə
təsvir edilməsə
də, yorğun olduqları aydın şəkildə görünür.
Əsərdə istifadə
olunan bütün rənglərin bir-biri ilə uyumu düşündürücü təəssürat yaradır
və özümüzü
o təsvirin içində
hiss edirik.
- Bəs kompozisiya mövzu ilə necə səsləşir?
-
"Angelus" tablosunda günəşin
qürub çağında
dua edən bir cütlük görürük. Kartof tarlasında çalışan
bu iki obraz
sanki arxadakı kilsənin zəng səslərini eşidib işlərini yarıda dayandırıblar. İstifadə
etdikləri alətləri
bir kənara atıb, dua edirlər. Əsərdə
təsvir olunmuş adam papağını əlində tutub başını önünə
əymiş bir tərzdə dua edir. Qadın da eyni şəkildə, lakin hər iki əlini bir-birinə birləşdirmiş
formada təsvir olunub. Cütlüyün
Angelus duasını etdikləri
güman edilir. Elə məhz əsər də öz adını bu duadan götürüb.
Angelus mücəssəmə və müjdəni xatırladan bir katolik sədaqəti deməkdir. Duada bəhs edilən mələk Allahın oğlu olan İsaya hamilə qalacağını Məryəmə
vəhy edən Allahın elçisi Cəbrayıldır.
- Əsər hazırda harda saxlanılır?
- Tablo Parisin Orsay muzeyində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəsm torpağa verilən dəyər, münbitlik, Tanrıya sevgi təcəssüm etdirir. Onu da qeyd edək ki, bu əsər dini mövzulu deyil, ancaq dini
inanclarla sıx bağlıdır. Fransua
Mille burada yaşadığı
modern dünyada Tanrını
yox, ona olan sevgini təsvir
edib.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.10.