Zəfərin başlanğıcı
olan o gün...
2020-ci İLİN SENTYABRIN 27-də AZƏRBAYCAN
ORDUSU UĞURLU ƏKS-HÜCUM ƏMƏLİYYATINA
BAŞLAMIŞDI
Bu gün Vətən müharibəsinin başlanmasından üç il ötür. 2020-ci il sentyabrın
27-də səhər saatlarında
Ermənistan silahlı
qüvvələrinin növbəti
genişmiqyaslı hərbi
təxribatına cavab
olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
44 gün davam edən və Azərbaycanın böyük
zəfəri ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə
yaxın davam edən işğalına
son qoydu. Prezident
İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən
sentyabrın 27-si Azərbaycanda
Anım Günü kimi qeyd edilir.
Anım Günü Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş,
ölkəmizin ərazi
bütövlüyü uğrunda
canlarından keçmiş
bütün şəhidlərimizə
dərin ehtiramın ifadəsidir.
Azərbaycan ərazilərinin 20 faizinin
30 ilə yaxın davam edən işğalı müddətdə
aparılan sülh danışıqları heç
bir nəticə vermədi.
27 sentyabrda 44 günlük müharibəyə gətirən
daha bir hərbi təxribat baş verdi... Azərbaycan Prezidenti
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin
gedişində xalqa
ilk müraciətində bütün
cəmiyyəti qəti
qələbəyə köklədi:
"Biz haqq yolundayıq.
Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Müharibənin ilk günlərindən başlayaraq hərbi üstünlüyə malik olan
ordumuz "Dəmir yumruq" adlandırılan
əməliyyatlarla kəndləri,
strateji yüksəklikləri,
ardınca şəhər
və rayonlarımızı
düşmən işğalından
azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd,
Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı
kəndləri, Cəbrayıl
rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə
və Murovdağ istiqamətlərində yüksəkliklər
işğaldan azad edildi.
Ümumilikdə, Azərbaycan Ordusu
sentyabrın 27-də Qarabağda
başladığı uğurlu
əks-hücum əməliyyatı
nəticəsində noyabrın
9-dək 5 şəhər, 4 qəsəbə və 286
kəndi işğaldan
azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri
işğaldan azad edildi.
Dövlət başçısı xüsusilə Füzuli döyüşləri barədə
danışarkən deyib:
"Bu gün tam məsuliyyətlə
deyə bilərəm
ki, Füzuli əməliyyatı
hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar
da. Doğrudan da çox
böyük peşəkarlıq,
məharət, şücaət,
fədakarlıq tələb
edən döyüşlərdi.
Çünki bu 30 il ərzində düşmən
təmas xəttində
o qədər möhkəm
istehkam qurmuşdur ki,
bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan
azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi
mütəxəssislər də
belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək
hələ böyük
sual altında idi. Ancaq Müzəffər
Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən
gələ bildi və qısa müddət ərzində
Füzuli rayonunun əksər kəndləri
və Füzuli şəhəri düşmənin
tapdağından azad edildi".
Şuşanın işğaldan azad
edilməsi xəbərini
isə dövlət başçısı noyabrın
8-də Şəhidlər xiyabanından
xalqa sayca yeddinci müraciətində
elan etdi. Həmin günü hələ də hər bir azərbaycanlı böyük həyəcanla
xatırlayır. Çünki
Şuşanın tarixən
Azərbaycan xalqı və dövləti üçün böyük
mənəvi dəyəri
olub.
Prezident
İlham Əliyev hələ
oktyabr ayında Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin
Şuşa ilə bağlı sualına cavabında demişdir:
"İşğal edilmiş
torpaqların hər bir qarışı, hər bir şəhər
bizim üçün
doğmadır, əzizdir.
Mənim üçün
hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə,
o biri şəhərlə
müqayisədə eynidir,
bərabərdir. Ancaq
siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan
xalqının qəlbində
xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir,
qədim mədəniyyət
ocağıdır. Şuşa
Azərbaycan xalqına
bir çox istedadlı, dahi şəxslər bəxş
edibdir. Əlbəttə
ki, Şuşasız bizim
işimiz yarımçıq
olar".
Dövlət başçısı Şuşanın azad olunması xəbərini
elan edəndə isə
"Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin,
Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz
aydın olsun dünya azərbaycanlıları!",
- dedi.
2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi
qalacaqdır. Azərbaycan
Prezidentinin dekabrın
3-də imzaladığı sərəncama əsasən
hər il noyabrın
8-i ölkəmizdə Zəfər
Günü kimi təntənəli şəkildə
qeyd edilir.
Nəhayət noyabrın 10-da ağır
məğlubiyyətlə üz-üzə
qalmış Ermənistan
rəhbərliyi kapitulyasiyaya
məcbur oldu. Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında
atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması
barədə bəyanat
imzaladılar. Bəyanata
əsasən noyabrın
20-də Ağdam, 25-də Kəlbəcər,
dekabrın 1-də isə
Laçın rayonları
bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanata uyğun olaraq, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə
keçdi. Prezident Laçının mərkəzində
dövlət bayrağımızı
ucaltdı. 44 günlük
müharibədəki böyük
qələbəmizi təmin
edən mühüm məqamlardan biri də Azərbaycan xalqının Prezident, Ali
Baş Komandan
İlham Əliyevin ətrafında
sıx birləşməsi
oldu. Dövlət başçısı həmin
günlərdə tək
döyüş meydanında
deyil, həm informasiya cəbhəsində
apardığımız müharibənin
başında dayanmışdır. Vətən müharibəsində böyük
qələbəyə imza
atan Azərbaycan 3 minə yaxın şəhid verdi, bu günə itkin düşmüş şəxslərin sayı
6 nəfərdir və
onların axtarışları
davam etdirilir. Ermənistan tərəfinin
itkiləri isə bundan qat-qat çoxdur.
Azərbaycan qalib tərəf
olsa da müharibədən
sonra məğlub Ermənistana sülh müqaviləsinin imzalanmasını
təklif etdi. Ermənistan sözdə sülh desə də, təxribatlarını
həm hərbi, həm siyasi müstəvidə davam etdirdi. Rəsmi Bakının dəfələrlə
xəbərdarlıqlarına baxmayaraq, ərazimizə qanunsuz yollarla silah sursat, canlı
qüvvə, minalar daşımaqda davam etdilər. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanata zidd olaraq Ermənistan üç il ərzində
öz silahlı qüvvələrini, canlı
qüvvəsini və
texnikasını ərazimizdən
çıxarmadı, əksinə,
onları Laçın
postu qurulana və qanunsuz daşınmalarda istifadə
edilən yollar tam nəzarətə götürülənə
qədər sürətlə
silahlandırdı. Halbuki
Prezident İlham Əliyev
həm Ermənistan rəhbərliyi ilə təmaslar zamanı, həm beynəlxalq tədbirlərdə məsələni
dəfələrlə qaldırıb,
Azərbaycan dövlətinin
haqlı narazılığını
ifadə etmişdi.
Azərbaycan Ordusu bölmələrinin
ötən ilin avqustunda keçirdiyi
"Qisas" cavab əməliyyatı nəticəsində
Qırxqız yüksəkliyi,
həmçinin Kiçik
Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəkliklər
nəzarətə götürüldü,
düşmənə sarsıdıcı
zərbə endirildi.
12-13 sentyabr tarixində
Ermənistan ordusunun sərhəddə növbəti
genişmiqyaslı təxribatı
da onların sarsıdıcı
zərbə alması
ilə nəticələndi.
Ermənistan hakimiyyəti
sonrakı mərhələdə
də öz havadarlarının dəstəyi
ilə sülh prosesindən yayınaraq müxtəlif təxribatlara
əl atdı. Eyni zamanda Qarabağdakı
separatçılara hərbi,
siyasi, maliyyə dəstəyini davam etdirdi, onların reinteqrasiyasına mane oldu. Bu ilin aprelində
Azərbaycan öz suveren ərazisində - Laçın-Xankəndi yolunda
nəzarət-buraxılış məntəqəsi yaratdıqdan
sonra İrəvan öz xarici havadarları ilə birlikdə bundan da öz mənfur niyyətləri üçün
istifadə etməyə
çalışdı. Ardınca
isə "aclıq",
"blokada" şouları
qurdu, dünyada əleyhimizə kampaniyaya başladı. Ermənistan
vəziyyəti gərginləşdirəcək
bütün addımları
atdı. Sentyabrın
19-da qanunsuz erməni silahlı birləşmələrinin
törətdikləri növbəti
terror aktı nəticəsində
6 Azərbaycan vətəndaşı
mina terrorunun qurbanı
oldu. Bundan sonra Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və 24 saatdan az müddət
ərzində qarşıda
duran bütün vəzifələr yerinə
yetirildi. Bununla bağlı rəsmi açıqlamada vurğulandı
ki, Azərbaycan konstitusiya
quruluşunun bərpa
edilməsi məqsədilə
bölgədə lokal
xarakterli antiterror tədbirlərinə
başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,
eləcə də döyüş vasitələri
və hərbi təyinatlı obyektləri
yüksək dəqiqlikli
silahların tətbiqi
ilə sıradan çıxarıldı. Ölkə
rəhbərinin tapşırığı
ilə mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı,
yalnız legitim hərbi
hədəflər sıradan
çıxarıldı. Tədbirlərin
nəticəsi olaraq terrorçular cəzalandırıldı,
separatçılar təslim
oldu.
Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev
xalqa müraciətində
qeyd etdi ki, antiterror tədbirləri nəticəsində
Azərbaycan öz suverenliyini bərpa etdi. Dövlət başçısı hərbçilərimizin
qəhrəmanlığını xüsusi vurğuladı:
"Qeyd etməliyəm
ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük
qəhrəmanlıq, şücaət,
peşəkarlıq göstərmişlər.
Ağır relyef şəraitində, düşmən
tərəfindən uzun
illər böyük mühəndislik işləri
nəticəsində istehkamların
mövcudluğu şəraitində,
düşmən mövqelərinin
təpələrdə, əlverişli
yerlərdə yerləşdirilməsinə
baxmayaraq, bizim hərbçilərimiz bir
daha qeyd etdiyim kimi, qəhrəmanlıq,
peşəkarlıq göstərmişlər
və qısa müddət ərzində
bütün istiqamətlər
üzrə əhəmiyyətli
dərəcədə hərbi
uğurlar əldə
etmişlər. Ermənistan
dövlətinin Azərbaycan
ərazisində qanunsuz
yerləşdirilmiş və
Ermənistan dövlətinin
öhdəliyinə baxmayaraq,
bu günə qədər çıxarılmamış
ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".
Antiterror tədbirlərindən sonra
Azərbaycanın mərkəzi
hakimiyyəti ilə Qarabağın erməni sakinləri arasında artıq iki görüş keçirilib,
Bakı erməni sakinlərin ehtiyaclarının
ödənməsi üçün
lazımi addımlar atır, onların təminatını həyata
keçirir. Azərbaycan
44 günlük müharibə,
bir günlük lokal antiterror tədbirləri
ilə təkcə Ermənistanın, Qarabağdakı
separatçıların deyil,
eyni zamanda bölgə ilə bağlı planlar quran, burada öz
təsir dairəsini yaratmağa çalışan
və problemin illərlə qalmasında
maraqlı olan bəzi xarici qüvvələrin də
iflası oldu. Eyni zamanda Azərbaycan
öz gücünə
bütün problemə
nöqtə qoyub, ərazi bütövlüyünü,
suverenliyini tam bərpa
etməklə dünyada
nüfuzunu daha da gücləndirmiş oldu.
Əminik
ki, bu gün Vətən uğrunda gözünün qırpmadan
canından keçən
şəhidimizin ruhu şaddır. Çünki
onların öz müqəddəs arzularına
çatıblar - Azərbaycan
bütövdür, Qarabağ
Azərbaycandır.
Anım
günündə şəhidlərimizi
bir daha ehtiramla yad edir, ruhları qarşısında
baş əyirik.
Pərvanə SULTANOVA
525-ci
qəzet.- 2023.- 27 sentyabr.- S.5.