Yaddaqalan regional təhsil konfransı
Bu günlərdə Ağdam
Muğan Mərkəzində
Qarabağ Regional Təhsil
İdarəsinin tabeliyindəki
təhsil müəssisələri
işçilərinin iştirakı
ilə keçirilən
sentyabr konfransında
yeni tədris ilində
qarşıya qoyulan vəzifələr müzakirə
edildi, ötən il ərzində görülmüş
işlər geniş təhlil olunaraq yeni dərs ilində qarşıda duran vəzifələrin təhlili
aparıldı.
Konfransı Ağdam Rayon İcra
Hakimiyyətinin başçısı
Vaqif Həsənov açaraq tədbir iştirakçılarını salamladı.
Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyi Ümumi və Məktəbəqədər təhsilin
təşkili və idarəolunması şöbəsinin
müdiri Elnur Əliyev tədbirdəki çıxışında təhsil
işçiləri qarşısına
aşağıdakı mühüm
vəzifələrin qoyulduğunu
bildirdi: təlim prosesində ilk dərs saatı, eləcə də tədris ilinin birinci yarımilə kimi Ulu öndər Heydər Əliyev irsinin şagirdlərə dərindən
öyrənilməsi, məktəblərdə
şagird davamiyyətinin
gücləndirilməsi və
maksimum həddə çatdırılması, məktəbəqədər
təhsilə diqqət
və qayğının
artırılması, valideynlərlə
məktəbin əlaqəsinin
möhkəmləndirilməsi, məktəb avadanlıqlarının
qorunub saxlanılması,
4-cü və 9-cu siniflərdə
buraxılış imtahanların
nəticələrinin yaxşılaşdırılması,
məktəblərdə keyfiyyət
göstəricilərinin yüksəldilməsi
və s.
Qarabağ Regional Təhsil İdarəsinin
müdiri Gündüz
Əbdülov konfransdakı
hesabat məruzəsində
Regional Təhsil İdarəsinin
2022-2024-cü illər üzrə
vizyonunu açıqladı:
"Region təhsilinin vəziyyətinin
təhlilini apararaq, prioritet istiqamət kimi dayanıqlı nizam-intizamın təmin olunmasına müvəffəq
olmaqla təhsilin keyfiyyətinin artırılması,
həmçinin funksional
istiqamətlər üzrə
fəaliyyətində qanunun
aliliyini rəhbər tutaraq göstərilən
etimadın doğruldulması,
təhsil müəssisələri
və vətəndaşlar
arasında qarşılıqlı
etimad və inama söykənən münasibətlərin formalaşması".
Qarabağ Regional Təhsil İdarəsinin
tabeçiliyindəki 8 rayonda
fəaliyyət göstərən
637 təhsil müəssisəsi
haqqında məlumat velən idarə rəhbəri G.Əbdülov
slayd vasitəsilə
4-cü sinifin monitorinq
nəticələri əsasında
formalaşmış reytinq
siyahısını açıqladı.
Regional idarənin tabeçiliyndəki
rayonların içərisində
Şuşa, Xocalı,
Xocavənd, Bərdə
rayonlarının göstəriciləri
digər rayonların göstəricilərindən nisbətən
üstün idi (Tərtər, Ağcabədi
rayonları isə qeyd olunan monitorinqin
nəticələrinə görə
aşağı səviyyədə
idi). İdarə rəhbəri respublika üzrə 12 Regional təhsil
idarəsinin fəaliyyət
göstərdiyini qeyd
edərək bu idarələrin 4-cü sinif
monitorinqinin nəticələri
əsasında formalaşmış
reytinq siyahısının
2022-ci il ilə 2023-cü il arasında müqayisəsini
apardı, Abşeron-Xızı,
Şəki-Zaqatala, Dağlıq
Şirvan, Quba-Xaçmaz,
Şirvan-Salyan və digər Regional Təhsil idarələrinin orta bal göstəricilərinin
33,47-dən 25,99-a qədər olduğunu vurğuladı.
O, 9-cu sinif buraxılış
imtahanların nəticələrini
ətraflı təhlil
etdi, ötən tədris ilinin nəticələrinə görə
Şuşa (102,63), Xocalı-Xocavənd
(94,38), Bərdə (89,54), Ağdam
(88,27), Füzuli (84,12) rayon təhsil sektorlarının
keyfiyyət göstəricilərinin
yetərincə olduğunu
bildirdi. Ölkə üzrə ortalama göstəricini
(97,7) Regional Təhsil İdarəsi
üzrə göstərici
ilə (85,6) müqayisə
edən idarə rəhbəri təhsilverənlər
qarşısında yeni dərs
ilində bu rəqəmi ölkə üzrə göstərici
səviyyəsinə çatdırmaq
üçün səylərini
artırmaq vəzifəsini
qoydu.
İdarə müdiri hesabat
məruzəsində 2022-2023-cü tədris ilində 202 məzunun məktəbi fərqlənmə attestatı
ilə bitirdiyini konfrans iştirakçılarının
nəzərinə çatdırdı.
Qeyd olundu ki, məzunlardan 102 nəfər
tam, 100 nəfər ümumi
orta təhsil səviyyəsi üzrə
attestat alıb, 11-ci sinifdən 2 məzun isə gümüş nişana (medala) layiq görülüb.
Regionda təhsilin nəticələrini
yaxşılaşdırmaq üçün idarə tərəfindən bir
çox real işlər
görülüb: müxtəlif
məzmunda tədbirlərin
keçirilməsi, şagird
inkişafını dəstəkləyən
tədbirlər planının
hazırlanması və
icra olunması belə işlərdəndir.
Eyni zamanda hesabat məruzəsində
şagirdlərin olimpiadaya
marağının get-gedə
artdığı da vurğulandı.
Ötən ilə nisbətən bu göstərici 1101 nəfər
artaraq 2775 nəfər
təşkil edib ki, bu da göründüyü
kimi, çox yaxşı nəticədir.
Hər
zaman təhsil işçilərinin
peşəkarlıq baxımından
inkişafı daim diqqət mərkəzindədir.
Bu, həyatın və
dövrün tələbidir.
Bu tələb Regional Təhsil
İdarəsi rəhbərinin
məruzəsində də
öz əksini tapdı. Məruzədə
bu məsələlərin
- "müəssisə rəhbərlərinin
idarəetmə bacarıqlarının
artırılması, təhsilə
müasir yanaşmanın
təmin edilməsi, inkişafa yönəlmiş
fəaliyyətin təmin
olunması, kadrların
rəqabət qabiliyyətinin
artırılması, mövcud
təhsil qanunvericiliyinin
icrasının təmin
edilməsi və əmək fəaliyyətinin
stimullaşdırılmasının" başlıca yer tutduğu diqqətə çatdırıldı. Bu da çox
yaxşı haldır
ki, idarənin tabeliyində
olan müəssisələrdə
5 ildən artıq müddətə rəhbərliyi
həyata keçirən
direktorların təlim
ehtiyaclarını müəyyənləşdirmək
üçün qiymətləndirmə
həyata keçirilib.
Bu qiymətləndirmədə ən yaxşı nəticə göstərən
Tərtər, Xocavənd,
Şuşa, Fizuli rayonları olub. Həmin rayonların orta göstəriciləri
70,41 faizdən 64,87 faizə
qədərdir.
Təhsilverənlərin sertifikatlaşdırılması
qarşıya qoyulan tələblərdən xeyli
aşağıdır. İdarə
müdiri bundan hər bir təhsilverənin
ciddi nəticə çıxarmasının vacibliyini
xüsusi olaraq vurğuladı. O, daha sonra təhsil sahəsində fərqlənən
müəllimlərə diqqət
və qayğı göstərdiyini qeyd etdi ki, bu da olduqca vacib məsələlərdəndir.
Ulu öndər Heydər
Əliyevin təbirincə
desək, "Bizim ziyalıların, mədəniyyət
xadimlərinin cəmiyyətdə
hörmətini qaldırmaq
lazımdır. Çünki
xalq həmişə öz ziyalısı, öz mədəniyyəti,
öz elmi ilə tanınır".
Məhz elə bu baxımdan idarə rəhbərinin öz məruzəsində
vurğuladığı kimi,
obyektivliyə, reallığa
əsaslanaraq 8 nəfərin
"Tərəqqi" medalı,
2 nəfərin "Əməkdar
müəllim", 2 nəfərin
"Qabaqcıl təhsil
işçisi" fəxri
adı, 6 nəfərin
Fəxri Fərmanla təltif olunduğunu, təhsil müəssisələrində
çalışan 511 nəfər
təhsil işçisinin
isə idarə rəhbəri tərəfindən
Fəxri Fərman və "Təşəkkürnamə"
ilə mükafatlandırıldığını
diqqətə çatdırdı.
Bildirildi ki, təhsil idarəsinin tabeliyindəki
təhsil müəssisələrinə
texniki və yardımçı pedaqoji
vəzifələr üzrə
işə qəbul
872 nəfər olub
ki, onlardan 105 nəfəri
şəhid ailə üzvü, 184 nəfəri
aztəminatlı ailə
üzvü, 76 nəfəri
müharibə əlili
və müharibə veteranıdır. O cümlədən,
məşğulluq göndərişləri
əsasında 108 nəfər
işə götürülüb,
380 nəfər mövsumi
işlə təmin edilib, 19 nəfər isə müsahibə əsasında işə qəbul olunub.
Bacarıqlı gənc kadrların
irəli çəkilməsi
də daim diqqət mərkəzində
saxlanılır. Bunun nəticəsidir
ki, il ərzində idarənin
tabeliyindəki ümumtəhsil
müəssisələrinin 33 faizinin rəhbəri yenilənib. İdarə müdiri işə qəbulla əlaqədar onu da bildirdi ki, işə qəbul şəffaf şəkildə
aparılıb: dövlət
qulluğuna 27, direktor
vəzifəsinə 87, direktor
müavinliyinə 32, pedqaqoji
işə 1489, hərbi
rəhbər vəzifəsinə
40, qeyri-pedaqoji işə
17, texniki işə isə 805 nəfər qəbul edilib.
Dövlət başçısı cənab İlham Əliyev
vətəndaşların yerlərdə,
eləcə də onlara yaxın rayonlarda qəbulunun keçirilməsi ilə əlaqədar dövlət
məmurları qarşısına
bir çox vəzifələr qoyub.
RTİ-nin müdiri bu tələb və göstərişlərə
əsaslanaraq öz işini bu istiqamətdə
qurub. O, idarədə
öncə 146-0-4 saylı
"Çağrı Mərkəzi"
təşkil edib, vətəndaşlarla idarə
arasında inama söykənən vahid birlik yaradıb. Keçən tədris ili ərzində idarə müdiri və idarənin digər şəxsləri
birlikdə 4616+13493 nəfər
vətəndaşı qəbul
edib.
İdarə müdiri çıxışında
məktəblərdə davamiyyətin
zəif olması üzərində də dayandı, onun səbəblərini açıqladı
və mövcud infrastrukturunun qənaətbəxş
olmadığını, təhsilalanların
mövsumi xəstəliklərə
yoluxduğunu və rəhbər heyətin idarəetmədə nöqsanlara
yol verdiyini bildirdi. Qeyd olundu ki, məktəblərdə
süni yolla şagird qəbulu və yerdəyişməsi
zamanı müəyyən
neqativ hallara yol verilməsi faktları müəyyənləşdirilib
və günahkarlar haqqında lazımi tədbir görülüb.
Gələcəkdə belə
neqativ halların qarşısını almaq
üçün idarədə
lazımi şərait
yaradılıb. Elə
bunun nəticəsində
də əvvəlki illərlə müqayisədə
ciddi dönüş olub.
Məruzədə diqqəti cəlb
edən əsas məsələlərdən biri
də ümumtəhsil
müəssisələrində süni yolla yaradılmış sinif komplektinin qarşısının
alınmasıdır. Bu məqsədlə
2022-2023-cü tədris ilində
53 sinif komplekti azaldılıb.
İdarə müdiri daha sonra çıxışında
uşaqların keyfiyyətli
qida ilə təmin olunması, neqativ halların aradan qaldırılması,
korrupsiya faktlarının
qanuni araşdırılması,
intizam tənbehinin verilməsi, 2023-2024-cü tədris
ili üçün ümumi və məktəbəqədər təhsil
üzrə məqsəd
və hədəflərin
istiqamətləri, o cümlədən,
xüsusi prioritet istiqamətlər, həmçinin
aşağıda qeyd
edilən digər prioritet istiqamətlər
- "tədris digər
dillərdə aparılan
siniflərdə Azərbaycan
dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması,
ibtidai təhsil sahəsində tədrisin
keyfiyyətinə xüsusi
diqqət ayrılması,
şagirdlərin, xüsusilə
oxuyub anlama və riyaziyyat üzrə akademik nəticələrinin artması,
icbari təhsildən yayınma hallarına qarşı işin daha sistemli və
davamlı aparılması,
şagird sağlamlığı
və təhlükəsizliyi
ilə bağlı nəzarət və profilaktiv faəliyyətin
yaxşılaşdırılması, ümumi və tam orta təhsil səviyyəsində təhsilin
keyfiyyətinin yaxşılaşdırılması
və s." məsələləri
açıqlayıb hərtərəfli
təhlil etdi.
Tarixən şagirdlərin vətənpərvərlik,
qəhrəmanlıq, tolerantlıq,
milli köklərə, ənənələrə
bağlılıq ruhunda
tərbiyə olunması
təhsilverənlərin qarşısına
qoyulan əsas vəzifələrdən biri
olub. Heç də təsadüfi deyil ki, dövlətimizin başçısı çıxışlarının
birində 2-ci Qarabağ
savaşında erməni
faşistləri üzərində
şanlı, tarixi qələbə qazanmağımızın
bir səbəbini də son illərdə gənclərimizin milli, vətənpərvərlik
ruhunda tərbiyə edilməsi ilə əlaqədar olduğunu qeyd etmişdi. Elə bu baxımdan
idarə müdiri hesabat məruzəsində
bu işin nə qədər önəmli, mühüm
əhəmiyyət kəsb
etdiyini, xüsusi prioritet istiqamələrindən
biri olduğunu vurğuladı: "Təhsilalanların
vətənpərvərlik, mənəvi cəhətdən
sağlam, yüksək
dəyərlərə sahib, dövlətçilik ruhunda
tərbiyə alması
məsələsinin prioritet
istiqamət olaraq davam etməsi". Bu tələblər hər
zaman gündəmdə aktual
olaraq qalacaq.
Regional Təhsil İdarəsinin müdiri çıxışının
sonunda təhsil işçilərinin ötən
tədris ilində yol verdikləri nöqsanları aradan qaldırmaq üçün
bütün bilik və bacarıqlarını
sərf edəcəklərinə
və 2023-2024-cü tədris
ilində daha böyük naliyyətlər
qazanacaqlarına ümidvar
olduğunu bildirdi.
Çox maraqlı keçən tədbirdə respublika fənn olimpiadasında qızıl medala layiq görülmüş Ağdam rayonu 118 nömrəli məktəbin şagirdi Elvin İbrahimli və akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Ləman çıxış edərək qazandıqları uğurlardan danışdılar. Sonra təhsildə fərqlənənlər Fəxri Fərmanla təltif edildilər.
Ədalət HÜSEYNOV
Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu
üzrə
təhsil sektorunun metodisti, Qabaqcıl maarif xadimi
525-ci qəzet.- 2023.- 28 sentyabr.- S.10.