Sərhəd dirəkləri
(silsilə şeirlər)
Keşiyində durub doğma yurdumun,
Sərhəd dirəkləri əsgərdi
sanki.
Düşmənin bağrını yaran ordumun
Haqq üçün
qurduğu çəpərdi
sanki.
Sərhədi qoruyan igid oğuldu,
Silaha sarıldı,
silaha doldu.
Bu yol qələbəyə aparan yoldu,
Tarix yazan uğur, zəfərdi sanki.
lll
Sərhəddən başlayır Vətən
torpağı,
Sərhəd qorunursa, Vətən
bizimdir.
Bizlərə sevdirən bu daşı, dağı
Onun qolundakı dəmir dözümdür.
lll
Bu yerlər Vətənim, torpağım, daşım,
Üstünə quş qonmaz sərhədlərimdir.
Millətlər içində ucadır
başım,
Ali Baş Komandan güvənc yerimdir.
Azaddır dərələr, dağlar
bu yerdə,
Kəndlər abadlaşır, yollar
çəkilir.
Yamaclarda
çiçək açır
güllər də,
Çəmənə Günəşin
nuru tökülür.
Ey əsgər, Vətənin
dur keşiyində,
Düşməni sarsıdan dəyanətindir.
El rahat yaşasın ev-eşiyində,
Sərhəd dirəkləri əmanətindir.
Əsgər
Ey igid əsgər, Vətəni qoru,
Ananı
qoru, atanı qoru.
Elini qoru, obanı qoru,
Nənəni qoru, babanı qoru.
Yaxşı bilirsən, bilirsən
ki sən,
Öz əsgərinə güvənir
Vətən.
Səngər
Səngərdən başlayır Vətən,
Səngər evim-eşiyimdir.
Səngər mənim azadlığım,
Səngər mənim beşiyimdir.
Şəhid Əkbərin anası
Ruhiyyə xanıma
Əsgər oğlum sağ
qayıtsın,
Müharibə bitsin, dedin.
Oğlun
evə qayıdan gün
Sən qurban
kəsmək istədin.
Öz ayağıyla
getmişdi,
Öz ayağıyla
dönmədi.
O, çiyinlərdə qayıtdı,
Tabutdan yerə
enmədi.
Amma sən
qurbanı kəsdin,
"Oğlum qalib gəlib", - dedin.
"Vətəni azad eləyib,
Nə olsun ki, ölüb", -
dedin.
"Qalib əsgərə
qurbandı
Öz canım
mənim", - söylədin.
Qurbanın kabab
olmadı,
Qəlbləri kabab eylədin.
Bilal
HÜSEYNBƏYLİ
525-ci
qəzet.- 2023.- 29 sentyabr.- S.15.