Hüseynbəyli Bilal Şaiq
oğlu
Hüseynbəyli Bilal Şaiq oğlu 2008-ci il avqustun 11-də Cəlilabad
rayonunun Alar kəndində anadan olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində
Sənaye və Texnologiya Kollecində sənaye avadanlıqlarının
quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsil alır. Şeirləri ikinci sinifdə oxuduğu vaxtlardan dövrü mətbuatda çap olunur. 2019-cu ildə onun vətənpərvərlik mövzusunda
şeirlərindən ibarət
"Səngərdən başlayır
Vətən" adlı
poetik toplusu nəşr olunub.
2023-cü ildə isə
"Sərhəd dirəklərinin
nəğməsi" adlı
ikinci poetik toplusu işıq üzü görüb.
Bilal riyaziyyata
maraq göstərsə
də, yaxşı şeirlər yazır. Şeirləri öz yaşına uyğundursa da, onlara "uşaq şeirləri"
deməyə də adamın dili gəlmir. Çünki bu şeirlərdə qoyulan məsələlər
böyükləri də
düşündürən və narahat edən mövzulardadır.
Onun "Sərhəd
dirəklərinin nəğməsi"
kitabında toplanmış
vətənpərvərlik mövzulu şeirlərindən
bir neçəsini oxuculara təqdim edirəm.
Bilal Alarlı-Hüseynov
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 29 sentyabr.- S.15.