Cığırın üfüqə döndüyü yerdə

 

 

Xəyalsan, izinə düşmüşəm sənin,

Üstümdə fələyin ahı, qarğışı.

Süzürsən içində dumanın, çənin,

zəhərli qılınctək kəsir baxışın.

 

 

Çatıram, sürüşüb uçursan bir ,

görünür, yox olur iz , ləpir .

Cığırın üfüqə döndüyü yerdə

ovcuna yığırsan yağan yağışı...

 

 

Sənə fərqi yoxmu yığdığın nədi?

Duzludu, şirindi, acıdı, təlxdi?

Bəlkə bir fəqirin qəlb yaxan bəxti,

bəlkə bir aşiqin nakam göz yaşı?

 

 

Dolanbac

 

 

Dünya bir dəryaymış, sirr ilə dolu...

Xəyala daldıqca sirr oldum, Allah...

dolanbac imiş bu həyat yolu?

Çıxışı tapınca yoruldum, Allah.

Hər məqama ayrı məna verdilər.

Hər əməldə bir qəbahət gördülər.

Geriyə qalanda "yazıq" dedilər,

irəli gedəndə, vuruldum, Allah.

 

 

qədər düz, eniş, yoxuş dolaşdım.

Fırlandım, əyildim, buruldum, aşdım...

Çoxa qaçdım, çox da kirə bulaşdım.

Aza qane oldum, duruldum, Allah.

 

 

Rübabın kökündən düşər cüt simi

 

 

Gerçəyə çevrilmir çox vaxt arzular,

arzu var aşkardı, arzu var sirdi.

Sənin ürəyimdə ayrı yerin var,

mənsə gözlərində adidən biri...

 

 

mən dönəcəyəm bu qismətimdən,

sən biləcəksən duyduqlarımı.

Sənin addım səsin keçər içimdən,

mənim daş bağlayar ayaqlarımı...

 

 

Bir şərqi göylərə qaldırar səni,

bir ağı içimdə boğar səsimi.

Bir ağrı susdurar bir xoş nəğməni,

rübabın kökündən düşər cüt simi...

 

 

Məzəmmət

 

 

 

Yenə məzəmmət eləyib

Bu davan davasıdı?

Fələk unumu ələyib,

halva onun halvasıdı...

 

 

Hamı deyir: "Unut qəmi"...

Hər günüm - son ümid kimi,

Gözüm dolub bulud kimi.

Yoxsa yağış havasıdı?

 

 

Gah gedənlə, gah qalanla

ömür-gün çapır dördnala.

Hamı dilində yalanla

deyir Elman vasvasıdı...

 

 

Yağış

 

 

Mən özümə bir ev qurmaq istədim...

Təməlini qazdım, divarı tikdim.

Damını örtməyə macal tapmamış

bu leysan, bu tufan bəs hardan gəldi?!

 

 

Torpaq su üzünə həsrətmiş demə.

Təbiət çönübmüş - yanırmış oda...

Bu yağış hamıya yarıdı, bircə

məni - islanmışı qorxutdu o da...

 

 

Bu payız gəlməyə heç tələsməmiş,

bu yağış yağmamış, külək əsməmiş,

duman dörd tərəfi hələ kəsməmiş...

Gərək bağlayaydım evin damını!

 

 

Qış gələr, hər tərəf ayazda, qarda.

Üşüsəm, axtarım ocağı harda?

Gərək bir soba da quraydım orda.

Bir sabah bacamdan tüstü çıxardı...

 

 

Lap yağış yağsa da, külək əssə ,

gərək bağlanaydı evimin üstü!

Damı bağlı evdə qəm, qüssə?

Yayı sərin keçir, qışıysa isti...

 

Elman İSGƏNDƏR

525-ci qəzet.- 2023.- 29 sentyabr.- S.15.