Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət  

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 

 Bir cəhəti qeyd etmək lazımdır ki, Stalinin kultunun yaradılması üçün müvafiq üsul da tapılmışdı, əvvəlcə Leninin kultu meydana gəlmişdi. Bu, əslində canlı rəhbərin xidmətlərinin şişirdilməsinə yol açmışdı. Şəxsiyyətə pərəstiş maşını işə düşdükdən sonra isə onu dayandırmaq, sürətini azaltmaq mümkün olmur, bu proses heç bir həddə məhəl qoymur. Ölkədə sosializmin təbliğatı əslində rəhbərin şəxsiyyətinin hədsiz böyüməsi, hündürlükdə Everesti ötüb keçməsi ilə əvəz olunurdu. Ziyalılar bu sahədə xüsusi fəallıq göstərirdilər, onlar Stalini qədim Misir faraonlarına, Yer üzərindəki Allaha çevirməyə can atırdılar. Rus yazıçısı Leonid Leonov bizim eranın tarixinin başlanğıcını İiususun anadan olmasından deyil, Stalinin dünyaya gəlməsi günündən tətbiq etməyi təklif edirdi.

Milli respublikalarda yaradıcı ziyalılar bu məddahlıq yarışında geridə qalmaq istəmirdilər, bundan həm şəxsi fayda götürürdülər. Rəhbərə qiyabi salam mərasimi insan ruhunun alçaldılması ifadəsinə çevrilirdi. Şairin təmsil etdiyi millətin əslində saxta şəkildə təsvir edilən rəhbər şəxsə sədaqət hissini yalnız Hindistandakı "toxunulmazların" yuxarı kastalardan olan qorxusu ilə müqayisə etmək olardı. Dövrün tələbinə müvafiq olaraq qul asılılığını təbliğ edən yazıçılar batalyonları meydana gəlirdi onlara qoşulmayanları isə öz donosları ilə məhv etməyə müvəffəq olurdular. Yerli satraplar da bu prosesdən faydalanır, nisbətən kiçik ölçüdə öz şəxsi kultlarını yaratmaq imkanı qazanırdılar.

Ölkədə şəxsiyyətə pərəstişin mövcudluğunu danmaq, inkar etmək mümkün deyildir. Lakin bu pərəstiş heç bütünlüklə quru yerdə yaranmamışdı, səhradakı çiçək plantasiyası təsiri bağışlamırdı. Olduqca böyük əraziyə malik olan ölkə qısa müddətdə həqiqi inkişaf yoluna qədəm qoymuşdu. Bu irəliləyiş cəmiyyət həyatının bütün məsamələrinə təsir göstərmiş, iqtisadi-sosial inkişafla yanaşı, təhsilə, elmə, mədəniyyətə qayğı həvəs göstərilməsinə səbəb olmuşdu. Rusiyanın kənarlarında yerləşən ərazilərdə Avropada hələ XVIII əsrdə meydana gələn Sənaye İnqilabı sürət götürmüşdü, həm yerli kadrlar ordusu meydana gəlmişdi. Çox sayda Şərq xalqları feodalizm həyat tərzindən daha inkişaf etmiş sosializm cəmiyyətinə sıçrayış etmişdilər. Cəhalətə, xurafata qarşı, bütün əyintilərlə yanaşı, uğurlu mübarizə gedirdi savadsızlığın bütünlüklə ləğvi bu sahədə mühüm rol oynamışdı. Xırda istisnalarla yanaşı, Şeyx Nəsrullahların meydana gəlməsinə son qoyulmuşdu.

Bir sözlə, yazıçı Mixail Şoloxovun dediyi kimi, "şəxsiyyətə pərəstiş var idi, lakin həm şəxsiyyət var idi". Ümumxalq psixologiyasına güclü təzyiq təsir göstərilməsi şəraitində, həm bütün sahələrdə gur inkişaf gedirdi irəliləyişə doğru hərakat magistral xəttə çevrilmişdi.

Stalinin səyi ilə dünya sosializm sistemi meydana gəlmişdi. SSRİ-nin 1991-ci ildə dağılması ilə Avropada bu sistemə daxil olan ölkələrdəki əvvəlki dövlət quruluşları da yoxa çıxdı, onlar təzyiq altında həyata gətirdikləri sosialist totalitar idarəetmə üsulundan bir andaca uzaqlaşıb, liberal xarakter daşıyan kapitalist istehsal münasibətlərini bərqərar etməyə qayıtdılar. Lakin Asiyada, Amerikada sosialist dövlətləri qalır hər cür təzyiqlərə baxmayaraq, öz varlıqlarını qoruyub saxlayırlar. Vaxtilə iqtisadi cəhətdən geridə qalmış Vyetnam sürətli inkişaf yoluna düşmüşdür. İki sistemin sintezinə uğurla nail olmuş Çin Xalq Respublikası iqtisadi sosial inkişafda möcüzəli nəticələr əldə etmişdir. Təəssüf ki, bu sözləri insanları ağır həyat şəraitində yaşayan digər sosial çətinliklərlə üzləşən Şimali Koreya Kuba haqqında demək mümkün deyildir.

Avstriyanın tarixinə gəldikdə, 1900-cü illərdə Dual Monarxiya öz milli münaqişələrindən əziyyət çəkirdi. Əvvəllər xırda krallıqlardan knyazlıqlardan ibarət olan pərakəndə xalqların nümayəndələri  - almanlar, rumınlar italyanlar artıq öz milli dövlətlərinə malik idilər onlar Avstriya- Macarıstanın müttəfiqləri kimi çıxış edirdilər. Çətin problemlər Monarxiyanın cənub flanqında cərəyan edirdi. Serblər, xorvatlar slovenlər bu regionun çeşidli növlərini təşkil edirdi. Monarxiya daxilində bu qruplar arasındakı əlaqələr kifayət qədər tikanlı idi. Dualizm, vəziyyəti daha da pisləşdirmişdi.

Frants İosif, imperiyasındakı ailəsindəki ağır problemlərə, faciələrə baxmayaraq, özünün sağlamlığının qayğısına qalır, əyləncələrindən uzaqlaşmırdı. O, çox qızğın bir ovçu idi, gündə yüzlərlə qırqovul ovlaması ilə öyünürdü. İngiltərə kralı V Corcun ova olan həvəsini Frants İoiflə müqayisə edirdilər, ingilis hətta iri yırtıcı heyvanları ovlamaq üçün Hindistana da getmişdi. Vyana sarayında isə həmçinin dəbdəbəli tamaşalar da göstərilirdi.

İmperatorun arvadı Yelizaveta isə qədim yunan mifologiyasının vurğunu idi. Yunanıstanın tərkibinə daxil olan Korfu (Kerkira) adasında o, 30 yaşında faciəli şəkildə  həyatdan getmiş oğlu Rudolfun xatirəsinə həsr etdiyi mif qəhrəmanı Axillesin şərəfinə "Axilleon" adlandırdığı qəsri tikdirmişdi. Axı Axilles böyük qəhrəman, döyüşçü igidliyinin simvolu olmaqla yanaşı, həm yarımallah idi, Makedoniyalı Aleksandr Romanın məşhur sərkərdələri onu özlərinə nümunə bilirdilər. Dəbdəbəli binaların yerləşdiyi qəsrdə qadın böyük park saldırmışdı. Parkı qədim yunanların heykəlləri bəzəyir. Onların arasında Axillesi yada salanlar daha maraqlıdır. Birində qəhrəman öz məşhur qalxanı ilə təsvir olunur, axı bu qalxanı allah Hefestin özünün döydüyü güman edilirdi. Digərində isə cavan ikən həlak olan Axilles aqoniya əzablarının ağuşunda göstərilir. Troya müharibəsində Kiçik Asiyadakı varlı şəhər olan İliona müdaxilə edən yunanların Aqamemnonun başçılıq etdiyi ordusunda igidliklə vuruşan Axillesi Troya şahzadəsi Paris yeganə onun zəif yerindən, dabanından yaralamışdı bu, onun ölümünə səbəb olmuşdu. İmperatriçə burada böyük alman şairi Henrix Heynəyə heykəl qoydurmuşdu.

Buradakı binaların birində imperatorun kabineti yerləşir, onun masası ətrafındakı kreslosu at yəhərinə bənzəyir, bələdçi qız, vaxtilə qəsrlə tanış olarkən bizə bunu onun ayaqlarının xəstəliyi ilə əlaqədar olduğunu izah etmişdi. İmperator Frants İosif ovçuluqla yanaşı, musiqini, xüsusən İohann Ştrausun valslarını çox sevirdi, Vyana sarayında hər il vals festivalının keçirilməsi bizim dövrümüzə gəlib çıxmışdır. Festivalda iştirak etməyə görkəmli incəsənət xadimləri, dövlət rəhbərləri axışırlar.

Avstriya-Macarıstan I Dünya müharibəsinə start verir məğlubiyyətə düçar olur

Monarxiyanın taleyini qoruyub saxlamağın yeganə yolu, qəribə görünsə , müharibəyə girmək idi. Frants İosif müharibəyə ona görə bütünlüklə getdi ki, o, hiss edirdi ki, bunu talenin özü tələb edir. Sarayevoda olan qətl hadisələri arxasında nələr olduğunu o, öz manifestində bildirdi.

Avstriya hersoqu Frants Ferdinandın onun arvadı Sofiyanın 28 iyun 1914-cü ildə qətlə yetirilməsi müharibənin başlanması üçün heç casus belli yaratmırdı, müharibə elan etmək hərbi hərəkətlərə başlamaq üçün formal səbəb deyildi. Bu hadisə ancaq bəhanə rolunu oynadı, əsl səbəb isə iri Avropa dövlətləri arasında meydana gələn böyük ziddiyyətlər idi onlar məntiqi olaraq iri ölçüdəki müharibəyə aparmalı idi. Bu qətli Sarayevoda bosniya fəalı, serb terrorist təşkilatı olan "Qara Əl"də çalışan Qavrilo Printsip icra etmişdi. Bu qanlı   serb millətçilərinin panslavyan krallığının yaradılması ideyasını reallaşdırmağa xidmət göstərmək məqsədinə həsr olunmuşdu. Bosniya-Hersoqovina anneksiya edildikdən sonra Avstriya- Macarıstan imperiyasının tərkibində idi bu, milli birləşməyə cəhd göstərən serbləri hiddətləndirməyə bilməzdi. Hadisə Avstriya üçün ağır zərbə idi, gələcək imperator, Frants İosifin birbaşa varisi öldürmüşdü. Baxmayaraq ki, Avstriya hökuməti heç Serbiya hökumətinin ershersoqun qətlinə birbaşa cəlb olunduğundan dəqiqliklə hali deyildi. Serbiyanın tərəfində Rusiyanın müdaxiləsindən qorxan Avstriya liderləri silahlı toqquşma baş verdikdə, öz alman müttəfiqləri olan imperator II Vilhelmə onun kanslerinə bel bağlayırdılar. "İşlər Avstriya-Macarıstanla Rusiya  arasında müharibəyə çevrilsə, onun bütün müddətində Almaniyanın "bütöv dəstəyinə" arxalana bilərdi". Almaniya isə Avstriya-Serbiya müharibəsinin qədər belə geniş əhatəli olacağını, böyük miqyas alacağını ağlına gətirmirdi. İmperator Frants İosifin iradəsi ilə hərəkət edən Avstriya-Macarıstan Baş Qərargahının rəisi Konrad düşünürdü ki, Serbiya ilə müharibə labüd olmaqla, hökmən baş verməlidir. Avstriya liderləri qərara gəldilər ki, 14 iyulda müharibə hədəsi ilə Serbiyaya ultimatum göndərsinlər. Lakin avstriyalılar ultimatumun nəticəsini Fransa dövlət rəsmlərinin Rusiyaya səfərinin başa çatmasına qədər gözlədilər. Tələblər çox sərt olduğundan, Serbiya onları rədd etməkdə yalnız kiçik seçim imkanına malik idi ki, öz suverenliyini qoruyub saxlaya bilsin. Avstriya bu vaxt 1914-cü ilin 28 iyulunda Serbiyaya müharibə elan etdi. Avstriya Balkanlarda öz uğuruna çox arxayın idi, lakin bu ümidlər tezliklə qeybə çəkildi.

Müharibədə Rusiya Serbiyanı, Almaniya isə Balkanlardakı münaqişəni geniş müharibəyə çevirəcəyi ilə hədələyən Avstriyanı müdafiə edirdi. Rusiya çarı II Nikolay müharibə elan ediləndən bir gün sonra köhnə dostu kimi Almaniya imperatoru II Vilhelmə teleqram göndərib xahiş etdi ki, Avropa müharibəsinin bədbəxtliyə çevriləcəyinə görə mən təkid edirəm ki, səlahiyyətində olan hər şeydən istifadə edib, müharibəyə getməkdən sən öz müttəfiqliyini pozasan. 30 iyulda isə II Vilhelm çar II Nikolaya bildirdi ki, sənin istəyin mümkün olmadığı halda təhlükə törədəcəkdir. Sən müharibə sülhə görə məsuliyyət daşımalısan. Beləliklə, Avstriya- Macarıstanın qəyyumu kimi çıxış edən imperator II Vilhelm müharibənin başlanmasının əsl təşəbbüsçüsü olduğu halda, günahı Rusiya çarının üzərinə yıxırdı.

Avstriya-Macarıstanın daxili həm xarici münasibətlər müstəvisindəki zəifliyi şəraitində 1914-cü ildə genişmiqyaslı müharibəyə girməsi, müstəqil böyük bir dövlət kimi onun özünü məhv etmək aktı idi. Frants İosif təkcə Serbiya ilə müharibəyə girmək qərarını verməmişdi, yaxşı düşünsə, müharibənin sonunda öz imperiyasının məhvinə əvvəlcədən imza atmışdı. Habsburq siyasi dairələrindən, bir çox adam, mərhum Frants Ferdinandın özü daxil olmaqla, bunu yaxşı başa düşürdü.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.22.