Ağlama
Hey yürüdüm bu yollarda
Ömrü qoydum yarı yolda
Görən gənclik qaldı harda?
Daha sellərtək çağlama,
Ağlama, ürək, ağlama.
Olan oldu, keçən keçdi.
Ürək dərdlərdən su içdi.
Taleyimi çətin
seçdi.
Qalan günə bel bağlama,
Ağlama, ürək, ağlama.
Ayrılıq var, ölüm
varmış,
Görünür, bu dünya darmış,
Nə biləydim
son olarmış?
Ümidlərə kin saxlama,
Ağlama, ürək, ağlama.
Bu tale ilə barışsam,
Dost tanışdan ayrı düşsəm,
Bir gün torpağa qarışsam,
Yaxını, yadı dağlama,
Ağlama,
ürək, ağlama...
Ərənlərdənəm
Demə,
gəldi getdi ömrün yarısı,
Yoluma sədd çəkdi həsrət barısı,
Əzizdir torpağın gənci, qarısı,
Uğrunda can qoyub ölənlərdənəm.
Bağlarda bülbültək ötənlərim var,
Dağlarda, daşlarda itənlərim var,
Torpaqda şəhidtək bitənlərim var,
Vətəni qoruyan ərənlərdənəm.
Dünyanın malına uyanlar hanı?
Çoxu zəbt elədi, tutdu dünyanı.
Göstər mənə görüm o Süleymanı,
Sonu yerlə-yeksan olanlardanam.
Minarə
İSGƏNDƏR
525-ci qəzet.- 2023.- 6 yanvar.- S.15.