Kişilik
Sahib çıxar dostuna, yoldaşına,
Dolanar gələndə qonaq başına.
Haram qatmaz çörəyinə, aşına,
Halallıqla yaşamaqdır kişilik.
Mərd kimi atılar hərbdə meydana,
Sadiq olar ədalətə, imana.
Sözü bütöv olar,
uymaz yalana,
Öz əhdinə düz olmaqdır kişilik.
Ara vurub söz gəzdirən olmaya,
Pəl qatıb
da, can bezdirən olmaya.
Çətin gündə heç
əzdirən olmaya,
Ləyaqətin saxlamaqdır kişilik.
Ağsaqqal hörmətin uca
saxlaya,
Düşmən sinəsini çarpaz dağlaya.
Ana duasına bir bel bağlaya,
Böyüyündən halallıqdır kişilik.
Rüşvət ilə baş qaldırıb öyünməz,
Başqa insanlara heç tənə etməz.
Beləsinin ocağında nur
sönməz,
Namusuyla ucalmaqdır kişilik.
Nəfsə əyilməyə, hər
bir yaşında,
Dürüst ola olduğu iş başında.
Etmə-bulma dünyası var
qarşında
Allahına inanmaqdır kişilik.
Əxi kimi əli, dili, belini
Bağlaya, ucalda fəzilətini.
Yüksəldə Vətənin şan-şöhrətini,
Darda dosta əl tutmaqdır kişilik.
Yararlı olmaqdır doğma elinə,
Qanad gərə bilmək öz ailəsinə.
Doğma Vətəninin hər
bir kəsinə,
Bizdə adil davranmaqdır kişilik.
Hər yaşı ötmüşdən umma kişilik,
Aslanda olmayır
erkək, dişilik.
Toplaya elini yarada birlik,
Böyüklüyü bacarmaqdır kişilik.
Şirin
BÜNYADOVA
525-ci qəzet.- 2023.- 6 yanvar.- S.15.