Təbriz duyğuları
ZİYARƏTGAH
Sizə
baş əyirəm, ərən kişilər,
Şair
olmusunuz,
Şah olmusunuz,
Aydan arı, sudan
saf olmusunuz,
"Azərbaycan!" - deyib ölən kişilər,
Bilirəm, siz harda dəfn
olmusunuz.
Günah
saysalar da, əfv etsələr də,
Təbrizdi Məkkəmiz,
Kəbə evimiz.
Özümüzü harda dəfn etsələr də,
Təbrizdə dəfn olur ürəklərimiz.
Amma ürəyimiz
hökmən dəfn olur.
Mələklər qaldırır çiyinlərinə,
Mələklər əliylə qəbrə qoyulur.
Qılnca
dönəndə düşmən
ayağı,
Təbrizin qisməti kef yox, nəf olar.
Səncə, harda olar ürəyin
qəbri?!
Pas atmış tüfənglər,
toplar sayağı,
Partlamış ürəklər harda dəfn olar?!
Təbrizi ürəklər qoyub
bu günə...
Özünə ürəyi yağı
saxlayır,
Əsl Azərbaycan kişilərinin,
Təbriz
ürəyini bağrına
basır,
Təbriz
ürəyini yığıb
saxlayır!
Gedib baş çəkərsən
yolun düşəndə,
Alınmış canımın orda canı var.
Şəhriyar qəbrinin beş addımında,
Dəfn
olmuş ürəklər
qəbristanı var!
QARAQAN
Salam, axşamlara qarışan kişi,
Salam, gecə kimi qaralan adam!
Mən kişi görəndə,
adam görəndə,
Təzədən anadan oluram, atam,
Salam, gecə kimi qaralan adam!
Taleyin nəfəsi üstümdə
imiş,
Başımın üstündən yaradan baxır.
Dünyanın nə xoşbəxt
adamıyammış,
Mənim
ürəyimdən qara
qan axır!
Mənim
ürəyimdən qara
qan axır,
Nəsimi ordadı, Füzuli orda.
Allahın izniylə kişi alnını,
Təzədən mən özüm
yazıram orda!
Döyüşdə çıxmalı
kişinin canı,
Kişi döyüşlərdə yer
almalıdır.
Heç
vaxt durulanmaz kişinin qanı,
Daim kişi qanı
qaralmalıdır!
Baxtımı ağaran bənzimdə
gör,
Necə
baş-başlayam Təbrizimlə,
gör!
Əgər kor deyilsə, gəl gözünlə gör,
Qanım
milyon illik yaradan axır,
Məni ürəyimdən qara qan axır.
Ay bazar içində bazarı açan,
Donmayıb, donmaz da damarımda
qan.
Nəsimi,
Füzuli məzarınacan,
Dərbəndə, Hələbə, Xoyacan
axır,
Mənim ürəyimdən qara qan axır.
Namərdin, nakəsin işi bitəcək,
Daş üstə qalmayıb daşı, itəcək.
Kişi göyərəcək, kişi bitəcək,
Mənim ürəyimdən hara qan axır...
Mənim ürəyimdən qara
qan axır!
Barat
VÜSAL
525-ci qəzet.- 2023.- 6 yanvar.- S.15.