Güney Azərbaycanda vahid ədəbi dil
məsələsi
Qloballaşma və Qərbə - Avropaya inteqrasiya
dövründə Çağdaş Güney Azərbaycan ədəbiyyatı
öz mövcudluğunu əzmlə qoruyub saxlayır. Bu anlayışı
formalaşdıran gücün - Güney yazarlarının
yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik
inkişafı ilə diqqət çəkən modern ədəbiyyat
fərqli müstəvilərdə dartışma-mübahisə
mövzusuna da çevrilməkdədir. Ancaq
Çağdaş Güney Azərbaycan ədəbiyyatı
bugünkü duruma yetənədək beş
inkişaf mərhələsi keçməli olub. Bu inkişaf
mərhələlərinin dördü - Məşrutə
dövrü (1906-11), Xiyabani hərəkatı dövrü
(1920), 21 Azər İnqilabı - Milli Hökumət
dövrü və hələlik sonuncu - 1978-79-cu illər
İran İslam İnqilabı dövrü siyasi, beşincisi,
Ağ inqilab dövrü isə ədəbi müstəvidə
təzahür edib. Təbii, bu dövrlərdə
cərəyan edən ictimai-siyasi hadisələrin
yansıdığı ədəbiyyat, söz sənəti də
istisnasız olaraq bu inkişaf mərhələlərini
keçməli olub. Lakin 1960-cı illərdən
başlayaraq İranda və Güney Azərbaycanda
"Şeiri-no" hərəkatı, Ağ şeir-Ağ
inqilab dalğası da kükrəyib ki, məhz həmin mədəni
inqilab bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə
prosesini güclənib.
Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın
yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma
prosesinə keçidi Məşrutə inqilabı
dövründən etibarən başlanmışdı. Qeyd etməyi
gərəkli sayırıq ki, XX əsrin əvvəllərində,
yəni 1918-19-cu illərdən etibarən rüşeymləri
qoyulmuş modernləşmə prosesinin önündə məhz
Tağı xan Rüfət gəlirdi.
İranda
və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini
qoymuş Tağı xan Rüfət (Şəms xanım Kəsmayi,
Cəfər Xamneyi, Yəhya Ariyanpur ilə birlikdə) Şeyx
Məhəmməd Xiyabani ilə eyni cəbhədə
mübarizə aparmış və hər şeyini - sənətini,
şeirini, hətta canını belə ustadı və əqidəsi
yolunda qurban vermişdi. Novator şairin qənaətinə
görə, ədəbi yenilik ədəbiyyata xas bir olay
deyil, bəlkə bir sosial və milli məsələdir.
Onun gənclərə və əqidədaşlarına:
"Sərbəstcə düşünün və hiss edin.
Düşüncələrinizi və hiss etdiklərinizi
yazın. Düşüncələriniz
gerçəyə və elmə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin
altında buraxmayın. Hər zaman səmimi
olmağa çalışın. Tənqidçinin
baxış acısı nə olursa-olsun, tənqidlərini
sevinclə qarşılayın. Amma yetərli
dəlil olmadan öz düşüncələrinizi söyləməyin.
Düşüncələri təcrübə və
sınamalardan sonra qəbul edin. Özəlliklə
könlünüzdə hüznə-qəmə və iztiraba
yer verməyin, əzmli olaraq yarınlara koşun!" -
şəklində etdiyi tövsiyəni əməli işə
çevirən Güney yazarları bu gün sərbəstcə
düşünüb hiss etdiklərini yazır, gerçəyə,
həyat həqiqətlərinə və elmə dayanan əsərlər
yaradır, ustad Məhəmmədhüseyn Şəhriyar, Həbib
Sahir, Bulud Qaraçurlu Səhənd, Səməd Behrəngi,
Həmid Nitqi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə
Səhər, Mərziyə Üskülü, Söhrab Tahir, Pənahi
Makulu, Həmzə Fəthi Xoşginabi, Mirzə Əbdürrəhim
Talıbov və digərlərinin yolunu uğurla davam etdiriblər.
Güney
Azərbaycan poeziyası və nəsrində,
bütövlükdə ədəbiyyatında bu proses
2011-2020-ci illərdə, yəni XXI əsrin I çəyrəyində
də dinamik sürətlə inkişaf edib. Şair
və yazıçılar çağdaş və modern
şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii
ki, ilk öncə çağdaş və modern bir dilin gərəkliliyini
dərindən dərk edir və bu istiqamətdə də
uğurlu addımlar atırlar. Təəssüflər
olsun ki, Güneydə Ana dilinin - Azərbaycan türkcəsinin
uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin
fars dilində olması öz fəsadlarını
vermiş, ədəbi dilin inkişafı ləngimişdi. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən,
yəni 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti
şəkildə qadağan olunmasının, xalqın
bütün milli haqq və hüquqlarının əlindən
alınmasının əsas nədənləri despot hakim
rejimin və bu rejimin tərəfdarlarının
başladıqları iranlılaşma, farslaşdırma siyasətində
idi. Müasir fars millətçiliyi
"modernləşmə və qərbliləşməni
ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi.
Bu nəzəriyyənin təməlini ilk dəfə
çökdürən Mirzə Fətəli Axundzadə
olmuşdur", - deyən Arif Kəskin "Fars milliyyətçiliyinin
iç üzü" adlı I yazısında müasir fars millətçiliyinin nəzəri
inkişafının erməni əsilli Mirzə Mülküm
xanla yeni bir mərhələyə qədəm qoyduğunu da
diqqət mərkəzində saxlayaraq yazır: "Mirzə
Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində
dünyaya göz açmışdı. Mülküm xan
Fransada təhsil almış, İranda "Fəramuşxanə"
adlı bir masson təşkilatı da qurmuşdu... "Qanun" qəzetini nəşr edən
Mülküm xan yeni cəmiyyət qurmaq məqsədini
güdürdü. Fars millətçiliyi
onun təfəkküründə təməl prinsip hesab olunurdu.
Onun bu fəaliyyəti fars millətçiliyinin
inkişafı üçün ilham qaynağı olmuşdur.
Bu siyasəti yürüdən müasir fars
millətçiləri üçün İranda böyük
təhlükə türklər, sonra isə İslam və ərəblər
idi. Fars dili və ari irqi İranın milli və
tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində
çıxan, İranın 40-a yaxın şəhərində
oxunan və yaxşı tanınan "İranşəhr"
dərgisinin yazdığına görə, İranın ən
böyük problemi etnikçilik və regionçuluqdur:
"Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər
bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan
olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri,
geyimləri, adət və ənənələri məhv etməliyik..."
Məşrutə dövründə yaranmış modern
ifadə olan "millət" termini sadə əməkçi
insanların təmsil olunduğu rəiyyət (ərəbcə)
ifadəsini əvəzlədi. Əlbəttə, Pəhləvi xanədanının
"Modern millət" anlayışı əsasən milli
ayrı-seçkilik-nasionalizm, sekulyarizm, şahlıq-taxt-tac ənənələri,
azad bazar iqtisadiyyatı, əski İran tarixinə
heyranlıq, eləcə də hərbçilik təməlləri
üzərində boy verirdi və təbii ki, İranda
yaşayan digər xalqların, həmçinin, Azərbaycan
türklərinin də əleyhinə idi. Çünki bu
heyranlıq nəticəsində Türk dili və Türk
kimliyi köşəyə
sıxışdırılırdı...
Uzun illərdir
ki, Güney xalqının ədəbiyyat adamları - şair
və yazarları üzləşdikləri belə bir çətin,
mürəkkəb duruma, müxtəlif yönlərdən
göstərilən basqılara, Azərbaycan türkcəsinə
qoyulan qadağalara, ana dilində təhsil üzərindəki
yasaqlara rəğmən, var gücü ilə qələmə
sarılır, dəyərli əsərlər yaradırlar.
Böyük Vətənimizin Güney parçasında qələm
sahiblərinin güclü həyat eşqi ilə
yaratdığı əsərlər - Nasir Mənzurinin
"Avava", "Qaraçuxa", Məcid Şəbbağ
Yalqızın "Çalhaçal", "Ağ
aşıq", Huşəng Cəfərinin "Günəş",
"Ağ atım", Nasir Merqatinin "Talanmış
günəş", Əziz Səlaminin "Torpaq duyur
addımını", "Susmaz mahnı", "Anamın
yurdu uzaqlardan", "Yollar boyu dostumuz" və "Axar
kitab", Səhər Xiyavinin "Və... qadın
danışır", "Ağrılarım özgə
deyil", Hadi Qaraçayın "Barışa inanma, Fərihcəm",
Əli Daşqının "Zaminim sevgidir", Məhəmmədrza
Təbrizlinin "Qartal balası", İsmayıl Mədədi
Ülkərin "Günəş tonqalı",
"Yalqız bitki", "Buyur addım at", "Bir
salxım dan yeri", "Urmu gölü şeir
antologiyası", Məmmədrza Ləvayinin "Gəlirəm,
mənə inanın", "Dərinliyimdir dəniz"
,"Günəş səsindir, batır", "Gözlərin
doğum günüm", "Terror və azadlıq",
"Sonra ürəyimi onlara verdim" poetik topluları bu
sırada xüsusi seçilir. "Arbatan", Mustafa
Şeyxpurun "Dünya durduğum yerdə qurtarır", Fəriba
Mürtəzainin "Dilim ağzımda quruyur", Məlihə
Əzizpurin "Göy gözlü tanrı", Fəranək
Fərid İpəyin "Yuxuda ayılmaq",
"Cızıq", Aydın Arazın "Axşamlar gedir,
yoxsa qayıdır?", "Yasaq sözcüyüm",
Eyvaz Tahanın "Qurşun hardan açıldı",
Ə.M.Ağdaşlının "Şaman", Saleh
Ətayinin "Mənim adlarım", Əhməd
Xeyrullapurun "Alzaymer", Ərəstu Mücərrədinin
"İtən kölgələr", Hamid Əhmədinin
"Tutmaz tora", Səid Muğanlının "Sənsiz
yalqız qalıb Təbriz", Nəsim Köhnəsalın
"Yarım açıq çamadanlar", Xosrov
Barışanın "İçdim Təbrizin
işıqlarını", Həsən
İldırımın "Üşütmə içində
istədiklərim", Rüqəyyə Kəbirinin "Təbrizin
al təbim", Babək Qocazadənin "Təbrizimə
yana-yana baxaydım", "Bir səbət qızıl
yumurta", Saleh Səccadinin "İşıqdan
danışıq", Rəsul Qədirinin "Tanri bilsin, bir
də könül", Ərgin Avşarın "Sən
olmasan, gözəlim özgürlük" kimi şeir
topluları da ayrıca dəyər daşıyır. Həmid
Arğışın tərtib etdiyi "Səksən il hekayəmiz",
Rüqəyyə Kəbirinin "İçimdəki
qız", "Bu qapı heç çalınmayacaq",
"Evim", "Yerdən uca torpaq" və başqa bu kimi
kitab və toplularda (adını yazmadığım
yazarlarımız, lütfən bağışlayın, əlimə
çatan, haqqında bilgim olan kitab və topluları
sadalayaraq fikir bildirmək zorundayam), "Dayaq"
yayınları və AYB-nin birgə layihəsi əsasında
Bakıda nəşr olunmuş Ramin Cahangirzadənin
"Daşlar", Elvar Qullivəndin "Zibil dolunda ziyafət",
Rəsul Yunanın "Mən Çin məhəlləsində
itmişəm" və "Duel", İsmayıl Ülkərin
"Sevda yoldaymış", Məlihə Əzizpurun "Su
pıçıltısı" və "Mənə bir
küçə bağışla", Sayman Aruzun
"Paltarlarım adamsızdır", Səkinə Purhəsənin
"Ayrılıq durağı", Kiyan Xiyavın
"Sarı saatlar dənizində") və dərgilərdə
("Varlıq", "Xudafərin", "Yaşmaq",
"Güneyin səsi" və s.), "Dayaq.orq",
"Düşərgə", "İşıq",
"Sözün sözü", "Öyrənci",
"Günaz.TV", "Bulaq.info", "Turuz",
"Azadlıq.orq" kimi internet sitələrində, Hadi
Qaraçay, Hümmət Şahbazi, Əziz Səlami, Rəsul
Yunan, Rza Vəidi Artan, Əli Daşqın, Ramin Cabbarzadə,
Məsud İslami, Məsud Haray, Baraz, Neda Səmədi,
Ülkər Ucqar, Alqış, Qadir Cəfərinin bloq və
özəl səhifələrində də çox önəmli
mətnlər vardır. Eləcə də
www.anjomaneardabil.blogfa.com, danulduzu53.blogfa.com, yazaraz.blogfa.com,
shaerazarbaijan.blogfa.com/cat-1.aspx, mayak2.blogfa.com, anjomanadabi
moghan.blogfa.com, cobanyildizi.blogfa. tenqid.blogfa.com,
mohajer3657.blogfa.com, www.tonqal.blogfa.com, www.ishiqsoy.blogfa.comlacin-dergisi.blogfa.com,
www.modernpoem.blogfa.com, almayolu.blogfa.com, yazaraz.blogfa.com,
anjomanvarzegan. blogfa.com, www.dushunce.blogfa.com/post-3.aspx,
tabrizfizuli.blogfa.com, www.sabahayol.blogfa.com, com/post-16.aspx kimi bloq və
sitələrdə yer almış yazılarla, şeir və
nəsr örnəkləri ilə tanışlıq bir daha təsdiqləyir
ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə
gəlişməkdədir. Bu sırada
Güneyin tarix boyunca gəzən canlı məktəbləri
rolunu oynamış aşıq yaradıcılığına
geniş meydan verən ashiglar.blogfa.com, www.ozan2007.blogfa.com,
www.ozanlar dunyasi.blogfa.com, sadaflisaz.blogfa.com və digər
bloqları öncül yerdədir.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.- 2023.- 6 yanvar.- S.13.