Ünvansız məktublar

 

(II məktub)

 

"Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə

Yaşadığı cəmiyyətdə, taleyinə düşmüş zamanda müəyyən ictimai-tarixi çəkisi olan hər şəxsiyyət yaşa dolduqca özü zəmanəsi haqqında görüb-götürdüyü həqiqətləri yazmaq, gələcək nəsillərə yadigar qoymaq istəyir. Mən 60 yaşım tamam olanda özüm, nəslim, taleyim, ailəm, mühitim haqqında qənaətləri "Mən kiməm" (2015) kitabında, eləcə "İdrakın üfüqləri" (2019), "Estetik meyar bədii mahiyyət" (2022) adlı kitablarda işıq üzü görmüş müsahibələrimdə müəyyən qədər bəyan etmişəm. Bunlarla yanaşı, "Bizdən sonra gələnlərə" adlı fəlsəfi-publisistik kitab üzərində işləyirəm ki, bu məktubları həmin kitabın (Allah qoysa 70 illik - 2024!) hissələri hesab etmək olar...

İndi həyatımızda tamamilə yeni mərhələ başlayır. 30 illik mənfur işğala son qoymuş, Böyük Zəfərlə başa çatmış mahiyyət tarixi mənasına görə hər günü bir ilə bərabər 44 günlük Vətən müharibəsi həm Azərbaycan, həm ümumtürk tarixində, həm dünya çapında dönüş yaratdı. Bu, Dünya hərb tarixində misli görünməmiş yeni bir mərhələ, yeni bir gerçəklik, başlıcası, yeni təfəkkür tərzi formalaşdırdı. Bu, ilk növbədə Prezident, Ordu Xalq birliyinin praktik tarixi ifadə tərzində mümkün oldu.

Həqiqətən, Azərbaycanda yeni tarixi gerçəklik yarandı, Azərbaycan sivil, qüdrətli diplomatiyaya malik, aydın tarixi yol seçmiş demokratik dövlət kimi əhəmiyyətli dərəcədə böyüdü dünya çapında öncül bir qüvvəyə çevrildi. Bununla paralel iki qüvvətli güc məhz Azərbaycanın yanında oldu: Türk Dövlətləri Birliyi İslam Həmrəylik Ttəşkilatı! Onların fəaliyyəti dünyada birinci olan BMT-ni kölgədə qoydu. Heç kimdən heç bir güclü dövlətdən asılı olmayaraq müstəqil siyasət aparan Azərbaycan onun qüdrətli rəhbəri dünya dövlətləri ilə münasibətləri öz ölkəsinin xeyrinə dəyişdirə bildi. Bu tale yüklü tarixi prosesdə Türkiyə Cümhuriyyətinin, onun cümhurbaşqanı R.T.Ərdoğanın türk xalqlarının xidməti minnətdarlıqla qeyd olunmalıdır. Türkiyə faktiki olaraq Azərbaycanın, digər türk dövlətlərinin xalqlarının təəssübkeşi himayədarı kimi çıxış etdi.

Biz XXI əsrə qədər tarixi bir ədalətsizlik olaraq işğal yolu ilə qədim ulu xalqı, onun tarixi Vətəni olan Azərbaycanı Araz çayı boyunca iki yerə bölmüş İran Rusiya asılılığının bir tərəfindən rus imperializmindən xilas olub müstəqillik qazandıq, indi isə qalıq fars şovinizmi, sonuncu Fateh Nadir şahdan sonra İran adlanan, xalqımızın həssas duyğusu olan islam dinini dəstəvuz edərək, iki yüz ildir işğalçılıq siyasətini davam etdirən, 40 milyonluq həmvətənimizi torpaqlarımızın böyük bir hissəsini işğal altında saxlayan qonşu dövlətə borcumuz hələ qalır. Fəqət, əminik ki, tarix haqq sözünü deyəcək, öz ədalətli qərarını verəcək, biz Bütöv Azərbaycanı tezliklə görəcəyik. Zor gücü, dini fanatizm, xurafat qorxu ilə bütöv bir xalqı əsir saxlamaq vaxtı keçib.

Biz tarixə güvənirik, ona arxayınıq, o, ən ədalətli hakimdir, zaman özü hər şeyi yerbəyer edəcək. Ona görə babalarımızın bizə miras qoyduğu Tarixi yad təfəkkürü ilə yazmamalı, doğru öyrənməliyik.

Müasir, sivil Azərbaycan həm o zaman qüdrətli olur ki, arxasında dünyaya 40 adla səpələnmiş türk millətinin olduğunu unutmur. İndi biz türkün oyanması, türk intibahı dövrünü yaşayırıq. Türk özünə qayıdır, özünə dönür, tarixdə onu daha qüdrətli, daha şanlı mərhələlər gözləyir. Türkiyənin Azərbaycanın müasir texniki, diplomatik humanitar səviyyəsi onun bariz nümunəsidir. "Xəyal gerçəkliyə atılan toxumdur" - deyib R.T.Ərdoğan, "XXI əsr türk əsri olacaq" - deyib İlham Əliyev. Bu gün bu iki böyük türk əl-ələ verib əsrin zirvələrinə doğru gedir. qədər təzyiq göstərsən, o qədər müqavimət görəcəksən. Bu vaxt İran da dözülməz fiziki mənəvi təzyiq altında, hər cür hüquqlardan məhrum olan türklər artıq oyanıb öz hüquqlarını tələb etməyə başlayıblar. Tarixin hökmü verilib, onu heç kəs poza bilməz, dini fanatizm tarixin gedişatına əngəl ola bilməz. Şöhrətli tarixə, qüdrətli mənəvi gücə malik olan türk tarixində ağa, qul, nökər olmayıb, qədim türk cəmiyyətində diskriminasiya yox idi, hamı bərabər yaşayırdı, bu cəmiyyəti ədalət, mərhəmət qəhrəmanlıq idarə edirdi.

Türk qadını cəsur, mərhəmətli, sədaqətli qayğıkeş idi. O, ilahi duyğularla sevməyi bacarır, zorakılığı qəbul etmir, öz sevgisi uğrunda cəsarətlə mübarizə aparırdı. Türk xatunu qürurlu, sadə ruhlu nəcib idi. Türk qadınını sevmək əsl xoşbəxtlikdir. Türk dövlətinin əsasında təbiətə inam dayanırdı, türk cəmiyyəti təbiət qanunları ilə idarə olunur, bu, təbii idarəetmə idi. Türklər cəmiyyəti ox qılıncla, təbiəti isə qayğı məhəbbətlə qoruyurdur. Bu mühitdə Tanrı təbiətlə bərabər idi, əbədi Günəş Tanrının sifəti hesab olunurdu. Qədim türk cəmiyyətini səmimiyyət idarə edir, türklər xəyanət bilmir, biləndə isə bağışlamırdılar.

Başqa xalqlara xüsusi hörmət var idi, türk dövlətlərinə - 17 türk imperiyasına əcnəbilər gələndə gəlişinin məqsədin bilməmiş qonağı xonça ilə, çal-çağırla qarşılayırdılar. Türklər ürəyiaçıq millət, bir az da sadəlövh idilər. Türk milləti böyük, düşmənləri güclü idi. Onlar bəzən bu sadəlövhlükdən sui-istifadə edirdilər. Türk tarixi aldanışlarla doludur. Əslində çoxlarına bəlli olan, lakin qısqanclıqdan etiraf etmədikləri bütün bu həqiqətləri ona görə yazıram ki, gələcək nəsillər - bizdən sonra gələnlər onları unutmasın, öz şərəfli tarixləri, həqiqətli əcdadları ilə fəxr etsinlər.

XIX əsrdə M.F.Axundzadə dostlarından birinə yazırdı ki, müasirlərimin məni anlamamasından təngə gəlmişəm. Hər bir təfəkkür sahibi, vicdan əhli, şəxsiyyət timsalı ziyalı öz dövrü müasirləri barəsində müəyyən həqiqətləri vaxtında görməyi deməyə borcludur. Heç bir mütəfəkkir zəmanəsi müasirləri tərəfindən yetərincə qiymətləndirilməyib. Hətta belə bir arzu olunmaz hal millətinin tarixi taleyi ilə birgə yaşayan fikir adamını pərişan etməməlidir. Həkim heç zaman xəstədən incimir, onu müalicə etməyə çalışır. Əsl şəxsiyyət, fikir adamı kütlədən yüksəkdə dayanmalıdır. Alim, şair, yazıçı, bəstəkar - ziyalı kütlədən nə qədər çox uzaqlaşsa, bir o qədər şəxsiyyət və ziyalı, seçilmişlərdən olur, tarixə çevrilir. Tarix məhz belə şəxsiyyətlərin çiyinlərində bərqərar olur, bolşeviklərin dediyi kimi, kütlə tarixin yaradıcısı deyil, tarixin memarı şəxsiyyətlərdir. Böyük İskəndər Şərqlə tanışlıqdan sonra öz ölkəsinə gedib belə bir fərman verir:

 

Əmr etdi: verilsin belə bir fərman,

Alimdir gözümdə ən böyük insan.

Elmlə, biliklə başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.

Rütbələr içində seçilir biri

Hamıdan ucadır alimin yeri.

 

Əlbəttə, bu, dahi Nizami Gəncəvinin arzusu, Fateh İskəndərə verdiyi müdrik dərs idi ki, möhtəşəm "İskəndərnamə" dastanında yer alıb. Makedoniyalı İskəndər Şərqdə - Azərbaycanda Zərdüşt peyğəmbərin "Avesta" traktatını görüb, onu yunan dilinə tərcümə etdirir, sonra da qısqanclıqdan onu yandırır. Bununla da o, "Avesta"nın öz məna və fəlsəfi möhtəşəmliyinə görə dünyaya hikmət təlimi keçən antik yunan fəlsəfəsindən üstün olduğunu etiraf etmiş olurdu.

Mən öz ixtisasım üzrə tənqidçiyəm, bundan əlavə, nəzəriyyəçi ədəbiyyatşünas aliməm, vəzifəm sözün, sənətin keşiyini çəkmək, onu urvatdan salan, cırmaqlayan cızmaqaraçılardan, istedadsız yazarlardan qorumaqdır. Sənət siyasətə xidmət etməməlidir. Sənət ideologiyaya çevriləndə məhv olur. Sənətin vəzifəsi ictimai problemləri hələ etmək deyil, insanı təsvir və tərənnüm etməkdir. Çünki sənətdə səmimiyyət var, siyasətdə səmimiyyət yoxdur, maraqlar var. Siyasətdə əxlaq yoxdur, istedadla yaradılmış sənət əxlaq və sərvətlər sərgisidir.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet.- 2023.- 6 yanvar.- S.10.