"Şərq araşdırmaları"nın növbəti sayı

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Şərq araşdırmaları" elmi-nəzəri jurnalının 5-ci sayı işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər fəlsəfə sahələrinə aid 25 elmi məqalə dərc olunub.

Jurnalın "Ədəbiyyat" bölməsində gender problemlərinin yeni dövr Misir ədəbiyyatında işıqlandırılması, Circi Zeydanın "Harunun bacısı Abbasə" romanında dövrün ictimai-siyasi reallıqları, divan ədəbiyyatının son təmsilçisi Leskofçalı Qalib, XVII əsrin məşhur Türkiyə mütəfəkkiri Katib Çələbinin həyatı əsərləri, türk ədəbiyyatında tarixi roman janrının nəzəri aspektləri haqqında sair məqalələr yer alır.

"Dilçilik" bölməsində Türkiyə türkcəsində nəzakət anlayışına "Yətimətud-dəhr" antologiyasında poetik fiqurlara aid məqalələr təqdim edilir.

"Tarix, etnoqrafiya siyasi elmlər" bölməsindəki məqalələrdə Cənubi Azərbaycanda türk müsəlman əhaliyə qarşı soyqırımının qarşısının alınmasında Ənvər Paşanın fəaliyyətindən, XIX əsr Qərb səyahətnamələrində Osmanlı evlərinin memarlıq xüsusiyyətlərindən, müstəqil Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərindən, İran Rusiyanın beynəlxalq məsələlərdə əməkdaşlığından, XIX əsr Osmanlı İmperiyasında "salon" mədəniyyətinin yaranmasından, sosializm sisteminin süqutu dövründə Azərbaycan-Qazaxıstan əməkdaşlığının hədəflərindən bəhs edilir. Bu bölmədə, həmçinin, Şərq Qərb mədəniyyətlərinin qarşılıqlı təsirinin öyrənilməsində tətbiq olunan metod metodologiyaların əlaqəsinə, Azərbaycanın xarici siyasətinin elmi-konseptual əsasları, əsas prinsipləri prioritetlərinə, ərəblərin Mərkəzi Asiyada məskunlaşması tarixinə dair s. məqalələr yer alır.

Jurnalın "Fəlsəfə" bölməsində Şərq Qərb arasında fərqli düşüncə tərzinin yaranma səbəblərindən bəhs edən məqalə təqdim edilir.

 

525-ci qəzet.- 2023.- 6 yanvar.- S.9.