"Azərbaycan ədəbiyyatşünaslığı"nın yeni sayı çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatşünaslığı" elmi jurnalının növbəti (2022 №2) sayı nəşr olunub. 1946-2019-cu illərdə "Ədəbiyyat məcmuəsi" adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

"Azərbaycan ədəbiyyatşünaslığı" elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin "Böyük qayıdış epopeyası" adlı məqaləsi ilə açılır. Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

Jurnal Azərbaycan ədəbiyyatını onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. "Elm təhsil" nəşriyyatında çap olunan jurnalın bu nömrəsi "Azərbaycan ədəbiyyatı", "Folklorşünaslıq", "Yubileylər" "Resenziyalar" bölmələrindən ibarətdir.

"Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilistürk dillərində dərc edilir.

 

525-ci qəzet.- 2023.- 6 yanvar.- S.9.