Böyük Qayıdış istiqamətində uğurlu addımlar atılır

 

Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.

Prezident İlham Əliyev bu barədə çıxışlarının birində vurğulayıb ki, Böyük Qayıdış proqramı uğurla icra edilir: "Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir".

Bununla yanaşı, 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu qeyd edən Prezident deyib: "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq".

Qeyd edək ki, ötən ilin noyabrında Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.

Dövlət proqramında qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilib. Otuz ilə yaxın müddət ərzində Azərbaycanın güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun əsas prioritet istiqamətlər "Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili", "Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini", "Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması", "Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması", "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası", "Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi" məsələləri daxildir.

Ərazilərin bərpası dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.

Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.

Millət vəkili Vüqar Bayramov bildirir ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ Şərqi Zəngəzurda qayıdışın birinci mərhələsində vətəndaşlarımızın öz ata-baba yurdlarına dönmələri üçün sistemli ünvanlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: "Proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat logistik imkanların genişlənməsi, şəhər, qəsəbə kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub".

Millət vəkilinin dediyinə görə, həmin ərazilərdə iqtisadiyyatın formalaşması proqram çərçivəsində Vergi Məcəlləsində reallaşmaqdadır: "Gələn ildən etibarən işğaldan azad edilmiş ərazilərdə 10 il müddətinə gəlir vergisi güzəştlərinin tətbiqi planlaşdırılır. Bu, iqtisadiyyatın formalaşması baxımından vacibdir. Prezident İlham Əliyevin göstərişi ondan ibarətdir ki, dədə-baba yurduna köçən vətəndaşlarımız işlə təmin olunsunlar. Ərazilərdə məskunlaşan vətəndaşlarımızın sosial təminatı proqram çərçivəsində prioritetdir. Proqramda konkret hədəf fəaliyyətlər var. Burada qiymətləndirmə öz əksini tapıb".

Millət vəkili Tahir Rzayev qeyd edir ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" böyük vəzifələri özündə əks etdirən bir sənəddir. Sözügedən Proqramda ilk olaraq ərazilərin təhlükəsizliyinin təmin edilməsi əsas hədəf kimi qoyulub. Sonrakı mərhələdə isə orada müasir qəsəbələrin salınması, yaşayış binalarının tikilməsi önəmli bir məqsəd kimi sənəddə öz əksini tapıb. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün gələn ilin büdcə sənədində bu istiqamətə 3 milyard manata yaxın vəsait nəzərdə tutulur. Əvvəlki illərdə azad olunmuş ərazilərə büdcədə vəsait ayrılıb həmin vəsaitlər yenidənqurma işlərinə sərf edilib. Bu da göstərir ki, gələn il növbəti illərdə Qayıdış Proqramı uğurla yerinə yetiriləcək.

Proqrama əsasən iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək: "Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. Proqramda qoyulan müddət ərzində işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək".

Millət vəkili Müşfiq Cəfərovun sözlərinə əsasən, Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir: "Artıq iki ildir işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda, yenilərinin təməli qoyuldu. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən  xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Düşünürəm ki, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azadinnovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur. İki il kimi qısa müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdumühüm işlər görüldü".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 7 yanvar.- S.23.