Kinomuzun müşkülləri  

 

 

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 22-də Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin olundu mədəniyyət naziri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edildi. Bildiyim qədərilə bu təyinatdan sonra yeni rəhbərlik tərəfindən nazirliyin müvafiq strukturlarına sənət adamlarına daha diqqətli, həssas münasibət göstərilməsi tapşırığı verilib. Nazirliyin feysbuk səhifəsində tanınmış sənətkarların anım doğum günlərinin intensiv xatırlanması da bunu göstərir.

İnanmaq istərdik ki, yeni rəhbərlik xələfindən miras qalmış problemlərin, o cümlədən, kino sahəsində mövcud olan müşküllərin aradan qaldırılması istiqamətində ciddi addımlar atacaq, ölkəmizdə kinonun inkişafı naminə, nəhayət ki, əhəmiyyətli işlər görüləcək. Elə bu yazımda da uzun müddətdir, kino sahəsindəki durumu müşahidə analiz edən biri kimi bəzi məsələlər barədə qeydlərimi bölüşmək istəyirəm.

Kinematoqrafçıların əsas istəklərindən biri, əlbəttə ki, şəffaf, ədalətli film müsabiqələrinin daimi, ildə azı üç dəfə keçirilməsi, kinonu gəlirli sahəyə çevirə biləcək uyğun modelin tətbiqidir. Kinonun inkişafında, istedadların üzə çıxarılmasında vasitələrdən biri debütantlara qayğıdır. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının (sədri Rasim Balayevdir) gənc rejissorları dəstəkləmək məqsədilə müntəzəm keçirdiyi film baxışların moderatoruyam. Bu tədbirlərdə kino fəaliyyətinə yeni başlayan müəlliflərinin ekran işləri nümayiş müzakirə olunur. İstər həmin müzakirələrdə, istər şəxsi söhbətlərdə gənclər layihələrinə nazirlikdən dəstəyin azlığından ya heç olmamasından gileylənirlər. Onlar filmlərini sıfır ya çox kiçik büdcələrlə çəkməyə məcburdurlar, çəkiliş, postprodakşn prosesində meydana çıxan çətinliklər isə işin keyfiyyətinə, məhsuldarlığa mənfi təsiri göstərir. Eyni zamanda, lazımi maliyyənin olmaması ucbatından illərlə ilk tammertajlı filmini çəkə bilməyən, bu sektorda yaşa dolan rejissorlar var. Ona görə ildə bir neçə dəfə debütantların iştirakını təmin edən qısa tammetrajlı film müsabiqəsinin keçirilməsi, onların qrant layihələrinə cəlbi zəruridir. Son iki il ərzində yalnız iki ("Böyük qayıdış" qısametrajlı, digəri dəstək fondu 300 min manatdan ibarət olan tammetrajlı bədii film müsabiqəsi) müsabiqə keçirilib ki, bu da xüsusi olaraq debütantlar üçün nəzərdə tutulmayıb. Yeri gəlmişkən, Hesablama Palatasının ötən il nəticəsini açıqladığı araşdırmada deyilir ki, 2021-ci ildə dövlət büdcəsindən kinoya ayrılan 6 milyon manatdan çox vəsait hesabına 45 film çəkilib 40 tədbir həyata keçirilib. Yəni tədbirlərə ən azı film istehsalatına xərclənən qədər pul ayrılıb. Kinonun mövcud vəziyyəti isə maliyyənin daha çox film istehsalına ayrılmasını diktə edir, nəinki tədbirlərə. arzuolunadır ki, debüt ekran işlərində bütün komanda ssenarist, operator, rəssam debütantlardan ibarət olsun. Kino daha çox praktiki sənətdir, gənclər peşəkar vərdişlərə film çəkdikcə yiyələnəcəklər.

Vacib məsələlərdən biri dövlət sifarişi əsasında çəkilən filmlərlə bağlı mexanizmin formalaşmasıdır. Yəni Hesablama Palatasının rəyində deyildiyi kimi, "dövlət sifarişi" anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, sifarişin çərçivəsinin, istiqamətlərinin müəyyənləşdirilməməsi  problemlərə yol açır. Ötən illərin təcrübəsi göstərir ki, sifariş olunan filmin hansı meyarlarla seçilməsi, kimlər tərəfindən qiymətləndirilməsi, bununla bağlı hər hansı tender, yaxud müsabiqənin elan edilməməsi nəticəsində ortaya keyfiyyətsiz məhsul çıxıb.

 

Nazirliyin keçmiş kino, indiki Audiovizual interaktiv media şöbəsinin mətbuatla kommunikasiya işini doğru qura bilməməsi mədəniyyət sahəsində işləyən jurnalistlər arasında narazılıq yaradır. Dəfələrlə olub ki, mədəniyyət yazarları aidiyyəti şöbənin məmurlarına ünvanladığı sorğuya cavab almadıqlarından ya onlara qeyri-müəyyən cavablar verildiyindən, sualları məcburən kino adamlarına, həmçinin, kinotənqidçi kimi mənə ünvanlayıblar. Şöbənin media ilə sıx əməkdaşlıq etməməsi, jurnalistləri adlarını açıqlamayan mənbələrə istinada sövq edir ki, nəticədə tərəflər arasında narazılıq yaranır. Başqa bir məsələ, filmlərin maliyyəsinin açıqlanmaması ilə bağlıdır. Filmin maliyyələşməsi ilə bağlı məlumatların açıqlanması dünya praktikasında normadır. Filmlərin istehsalat xərcləri haqda medianı məlumatlandırmaq dövlət büdcəsindən maliyyələşən layihəyə ictimai nəzarətin bir formasıdır. Məlumat üçün deyim ki, mediada davamlı tənqidlərdən sonra yalnız ötən il  "Azərbaycanfilm" kinostudiyasının yeni direktoru Nazim Hüseynov mətbuat konfransında qurumda istehsal edilən sənədli, bədii sənədli təlim layihələrin büdcələri ilə bağlı açıqlamalar verdi.

Bununla yanaşı, deyim ki, mətbuatla münasibətindəki problemlər səbəbindən nazirliyin müsbət addımları bəzən neqativ rəylərin içində itib-batır.

Digər məsələ, Bakıda yerləşən, nazirliyin balansındakı yeganə kinoteatr "Nizami" kinoteatrının kinorejissorların filmlərinin, xüsusən, müəllif işlərinin nümayişi, kino diskussiyaları üçün əlçatanlığının təmin edilməsidir. Digər sənət növləri kimi, kino da diskussiya şəraitində inkişaf edir, əməkdaşlıqların, yaradıcı komandanın təməli işgüzar müzakirələrdə qoyulur. Ehtiyac duyulan məsələlərdən biri kinodan yazan media nümayəndələrinə bu sahəylə bağlı zəruri bilgilərin verilməsi məqsədilə treninqlərin keçirilməsidir. Təəssüf ki, yerinə yetirilməyən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda da kinematoqrafiyanın mühüm sahəsi olan kino tənqidinin inkişaf etdirilməsi bəndi vardı. Ölkənin yeganə analitik kinojurnalı "Fokus" (Mədəniyyət Nazirliyinin dəstəyi ilə son iki nömrəsi işıq üzü görüb) yeganə peşəkar kinoyazar.az (Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə reallaşır) saytının əsas qayğılarından biri kinoşünaslıq kino tənqidi sahəsində yeni, tələblərə cavab verən kadrların olmamasıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqı bu sahədə müəyyən işlər görsə , kino ilə bağlı mühüm kitablar nəşr etsə (A.Tarkovskinin "Həkk olunmuş zaman", "Azərbaycan kino sənəti" 4 cildliyi, "Həsən Seyidbəyli - şəxsiyyət yaradıcılığı"), bütün hallarda nəticənin böyük miqyaslı əhəmiyyətli olmasından ötrü Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyinə, maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlığa ehtiyac var.  Ümumiyyətlə, kinotənqidin inkişafını stimullaşdırmaq, gənclərin bu sahəyə cəlb olunması üçün birgə müsabiqələrin təşkili, təlimlərin keçirilməsi faydalı olardı.

Ötən il dekabrın 13-də sabiq mədəniyyət nazirinin kino ictimaiyyəti ilə görüşündə rejissor Elvin Adıgözəl təklif etmişdi ki, ssenarilərin rəsmi qurumlar tərəfindən (Filming Azərbaycan adlı qurumun nəzarəti nəzərdə tutulur) oxunması məmurların müdaxiləsinə, senzurasına səbəb ola bilər. Tədbirdə cavab olaraq bildirildi ki, ssenarinin oxunması zərurəti materialda dövlətçilik əleyhinə məqamların ola biləcəyindən qaynaqlanır. Əslində, hər iki tərəf haqlıdır.

Amma problem nədədir? Konfliktlərin, problemlərin ortaya çıxmaması üçün, yaxşı olardı ki, nazirlikya onun tabeliyində olan qurum bəndlərlə dövlətçilik əleyhinə məsələləri konkret müəyyənləşdirsin. Çünki bu barədə konkretlik olmadığından müəllif hansısa məmurun və ya ssenariyə rəy verən münsifin son dərəcə subyektiv və qərəzli münasibəti ilə qarşılaşacaq. Tutaq ki, mühafizəkar dünyagörüşlü ekspert liberal dəyərlərə söykənən əhvalatı qəbul etməz. Təcrübəmdə bunun şahidi olmuşam. Halbuki həmin ssenaridə dövlətçiliyə xələl gətirən nəsə olmayıb, bu, sadəcə dünyaya baxış fərqiydi. Yaxud iki il əvvəl, ölkəmizin Oskar komitələrindən biri Hilal Baydarovun  2020-ci il Venesiya festivalının əsas proqramına düşmüş "Səpələnmiş ölümlər arasında" filmini "əcnəbi dildə ən yaxşı film" nominasiyası uğrunda Oskara göndərməyi məqbul saymamışdı. Səbəb ondan ibarıət idi ki, Hilal Baydarov cəmiyyəti pis tərəfdən göstərib. Əslində, "Səpələnmiş ölümlər arasında" poetik-fəlsəfi intonasiyada çəkilmiş pritçadır, uzun yolçuluq boyu qəhrəman özünü analiz edir, təmizlənir və dəyişir. Bəzi ekspertlərın iradı ayrı-ayrı epizodlarda qadının emosionalfiziki zorakılığa məruz qalması ilə bağlıydı. Hərçənd bu, Azərbaycana xas özəllik deyilrejissor əslində filmində sözügedən məsələni vurğulamamışdı. Dünyanın hər yerində, qadın haqlarının prioritet olduğu Qərbdə belə, qadına qarşı zorakılıq faktları mövcuddur. Ümumiyyətlə, ideal cəmiyyət yoxdur, yaxud belə deyək, hər şeyin yaxşı olduğu yerdə sənət mövcud ola bilməz. Çünki kinematoqraf konfliktlər, ziddiyyətlər üzərində qurulur ki, bu da dramaturgiyanın təməl qanunlarından biridir və qaranı, pisi vurğulamadan müsbət olanın dəyərini göstərmək mümkün deyil.

Ona görə "cəmiyyəti, ölkəni pis göstərmək" kimi dəyərləndirmələr qərəzə yol açır. Hətta qosqoca kino aləmində çoxdan lətifəyə dönmüş bir hadisəni kədər qarışıq təbəssümlə xatırlayırıq. İllər öncə nazirliyin maliyyələşdirdiyi filmdən bir məmur şikəst it obrazını o səbəblə çıxartdırmışdı ki,  cəmiyyətimizdə şikəst heyvan yoxdur.

Kinomuzun vacib problemlərindən biri də Qarabağ mövzusunun ekran həllidir. Nazirliyin sifarişi ilə İkinci Qarabağ müharibəsindən, Qələbə ilə bağlı hələ də tammetrajlı bədii film çəkilməyib. Qarabağla bağlı son dərəcə maraqlı, orijinal real hekayələr var. Mövzu üzrə keyfiyyətli, gerçəklik duyğusuna, müəlliflərin emosional təcrübələrinə, yaşantılarına əsaslanan ssenari bazasının müsabiqə yolu ilə yaradılması zəruridir. Nəticədə bu, hekayələrin uğurlu ekranlaşmasına yol aça bilər.

Təəssüf ki, müasir kinematoqrafiyamızın problemləri çoxdur: dublyaj, prodüser  sistemindən tutmuş uşaq kinosunun, animasiyanın itirilməsi təhlükəsinə qədər. Yazımda isə problemlərin çox az qismini dedim.

Problemlərin həlli həm də ötən il dövlət başçısınıın sərəncamı ilə yaranan Kino Agentliyinin fəaliyyətinin effektliyindən asılı olacaq.

 

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 7 yanvar.- S.9.