Ömər Faiq Nemanzadə Nağı Şeyxzamanlının xatirələrində

 

 

"525-ci qəzet"in səhifələrində dərc olunan yazılarını səbirsizliklə gözlədiyim maraqla oxuduğum hörmətli alim diplomat Vilayət Quliyevin professor Solmaz Rüstəmova-Tohidinin Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr etdikləri məqalələrindən çox təsirləndim dövlətini azad görmək üçün çarpışan, bu yolda həyatını qərq etmiş millət fədaisi, M.Ə.Rəsulzadənin sözlərilə desək, "Vətəni dəlicəsinə sevən" Ömər Faiq haqqında indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi olan AXC dövrü "Əksinqilab ilə Mübarizə İdarəsi"nin rəisi (1919 avqust-1920 mart) Nağı Şeyxzamanlının "Xatirələri" yadıma düşdü. Çox qısa olan, lakin mənalı görüşləri barədə fikirlərimi oxucularla bölüşməyi qərara aldım.

"Biz ana vətən hesab edərək Türkiyəyə mühacirət etdik özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq. Vətəndaşlıq vəzifəmizi şərəflə daşıdıq, daşıyırıq daşıyacağıq. Digər tərəfdən, Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq çalışacağıq". Bu sözlər cəmi 23 ay yaşamış yüzlərlə qərarlar qəbul etmiş Azərbaycan Xalq Cümhuriyyətinin indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi olan "Əksinqilab ilə Mübarizə İdarəsi"nin rəisi Nağı Şeyxzamanlının xatirələrindəndir.

Nağı Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində doğulub. O, əvvəlcə Gəncədə fəaliyyət göstərən "Difai" partiyasının Ədəmi-Mərkəziyyət firqəsinə üzv olub.

Rusiyada baş verən 1917-ci il fevral çevrilişi 300 illik Romanovlar hökmranlığına son qoydu, hərbçilər hakimiyyəti ələ almağa çalışırdılar. Bəzi yerlərdə bu baş tutmuşdu onlar Bakıda hakimiyyəti ələ keçirmişdilər.

Gəncədə isə iki rus ehtiyat alayı yerləşirdi (Alayın tərkibində ermənilər vardı) şəhərə hakim olmaq istəyirdilər. Bu zaman gəncəli Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə ruslara qarşı mübarizə aparan Milli Komitə fəaliyyət göstərirdi. Milli İstiqlal Komitəsi Osmanlı dövlətindən hərbi yardım istəmək üçün nümayəndə göndərməyi qərara aldı. Nəsib bəy bunun üçün Milli Komitənin üzvü olan Nağı Şeyxzamanlıya müraciət edərək dedi: "Bu ağır təhlükəli vəziyyəti səndən başqa heç kəsə tapşıra bilmərəm. Sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat de ki, millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddə üçü bugün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar istiqlalımızı elan etməyimizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb, başımıza çarə qılarıq".

Nağı Şeyxzamanlı vaxtilə Osmanlı imperiyasının zabiti olmuş Hüsaməddin bəy yola düşməzdən əvvəl Milli Komitənin baş katibi Əhməd Cavad rəisi Nəsib bəy Yusifbəyli ilə görüşüb vidalaşdılar. 1917-ci ilin sonları idi. Nağı Şeyxzamanlı Hüsaməddin bəy 1918-ci ilin yanvar ayında Tiflisə gəlmiş, oradan çətinliklə Batuma yola düşmüşdülər. Batumda Şəhər Xeyriyyə Cəmiyyətinin sədri, doktor Mahmud bəylə görüşmüş, ondan təhlükəsiz yolla Türkiyəyə keçməyə onlara yardımçı olmağı xahiş etmişdilər. Mahmud bəyin evində bir xoş təsadüf nəticəsində Tiflisdə nəşr olunan məşhur "Molla Nəsrəddin" jurnalının mühərrirlərindən axıskalı Ömər Faiq Nemanzadə ilə tanış olurlar. Onun da Türkiyəyə getmək istədiyini bilirlər. Batum Xeyriyyə Cəmiyyətinin sədri Mahmud bəy onlara Trabzona getməyə kömək edir, oradan qayıqla Qara dəniz sahilində yerləşən  Triboluya çatırlar burada onlardan əvvəl gəlmiş mühərrir Ömər Faiqlə görüşürlər. Ertəsi gün limanda İstanbula getmək üçün Tribolu limanına enərək, motorlu qayığı gözləyirlər. Bu zaman Nağı Şeyxzamanlı xoş əhvali-ruhiyyə ilə söhbət əsnasında deyir: "Əgər Türkiyənin yardımını almağa müvəffəq olsaq, istiqlalımızı elan edər müstəqil olarıq. Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış olar". Şeyxzamanlı daha sonra yazır: "Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı: "Sən söyləyirsən? Sarıqamışda on minlərlə şəhid verən Türkiyə Qafqazı işğal etməyəcəksə, sizə necə istiqlal verəcək, ?" O, belə bağırır, həm məni hədələyirdi: "Sən Osmanlı dövlətinin rəhbərləri ilə görüşəcək fikrini anladacaqsan, ? Sən zindanlarda çürüyəcəksən". Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi bir azdan geri qayıtdı. Sonra onlar yenidən bir yerdə motorlu qayığa əyləşərək İstanbula yola düşdülər. Ordu komandanı Vahab Paşa ilə görüşərkən, Ömər Faiq Nağı Şeyxzamanlının yanında idi. Vahab Paşa Baş komandan Ənvər Paşadan onların İstanbula getmələri üçün icazə almışdı.

İstanbulda onlar Osmanlı dövlətinin Baş naziri Tələt Paşa ilə görüşərkən onun yanında Ənvər paşa Xəlil bəy var idi. Nağı Şeyxzamanlı İstanbulu ilk dəfə idi ki, görürdü. Ömər Faiq isə şəhəri tanıyırdı. Çünki Axalsix qəzasının Azqur kəndində dünyaya gəlmiş Ömər Faiq İstanbulda əvvəl "Fateh" məktəbində, sonra "Darüş-şəfəq" adlı yetimlər məktəbində oxumuş, orada dini elmlərlə yanaşı, kosmoqrafiya, zoologiya, coğrafiya fənlərini öyrənmişdi. O, məktəbi bitirdikdən sonra İstanbulda çalışmış, türkiyəli şair ədiblərdən Tofiq Fikrət, Namiq Kamal digərlərinin bədii irsi ilə tanış olmuşdu. İstanbulda olarkən Ömər Faiq Nemanzadə istibdada qarşı mübarizə aparan gənclərə qoşulmuş, onlarla əməkdaşlıq etmişdi. Gənclərin gizli fəaliyyətinin üstü açıldıqda Ömər Faiq çətinliklə qaçıb, vətənə gəlmişdi. Bununla əlaqədar o yazırdı: "Keçmiş həyatın, adətin doğurduğu üsul həyatı yıxıb təzə yolları keçmək üçün uzun-uzadı ictimai, inqilabi elmi hazırlıq lazımdır".

1917-ci il fevral çevrilişi baş verən zaman Ömər Faiq Gürcüstanda, doğma kəndində idi (Bu zaman "Molla Nəsrəddin" jurnalı nəşrini dayandırmışdı). "O, dərhal kəndlilərin hüququnu müdafiəyə qalxmış, torpaq islahatı tələb etmiş, torpağı kəndlilər arasında pulsuz paylamaq fikrini irəli sürmüşdü" (Ş.Qurbanov). Bu fikirlərinin üstündə bəylər onu ölümlə hədələmişdilər.

Ömər Faiq Nemanzadə Nağı Şeyxzamanlı ilə İstanbulda Tələt Paşanın qəbulunda olarkən bu görüş zamanı Baş nazirə deyir: "Paşam, mən qəzetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan xalqı türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü bir ədəbiyyata malikdirlər. Ancaq mənim xahişim budur ki, bizim qəzamız Axıska düz Türkiyənin sərhədindədir. Oranın sizə ilhaq olunmasını istəyirəm". Tələt paşa: "Əmin olun, Paşa həzrətləri bu arzunu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq" - deyə cavab verir.

Haşiyə: 1918-ci il 26 mayda Gürcüstan müstəqil respublika elan edildi Axalkələk Axalsıx qəzaları Türkiyəyə birləşdirildi (Ö.F.Nemanzadə. Seçilmiş əsərləri. Tərtib edən: Ş.Qurbanov, Bakı:1902, 533 s.)

 

Bu söhbətdən sonra Ömər Faiq göz yaşları içərisində Nağı Şeyxzamanlıya yaxınlaşaraq görüşür. Nağı bəy: "Ömər Faiq lap düz yerində məni dəstəkləmişdi" - deyə xatirələrində yazır. Ənvər Paşa ilə İstanbulda görüşən Nağı Şeyxzamanlı Gəncəyə göndəriləcək hərbi hissəyə onun qardaşı Nuru Paşanın başçılıq etməsini arzulamışdı. Onun bu arzusu yerinə yetirildi.

Nağı Şeyxzamanlının xatirələrində Sarıqamış döyüşündə ruslara əsir düşmüş türk döyüşçülərindən, onların Sibirə sürgün olunduğundan, Rusiya I Dünya müharibəsində zəifləyərkən Sibir sürgünləri yaddan çıxdığı üçün bundan istifadə edən əsirlərin Gəncəyə axışdığından da bəhs edilir, Gəncədə ruslara qarşı yerli əhalinin mübarizəsi qələmə alınır, əsir türk zabitlərinin Gəncədə gizli yaşadıqları, gəncəlilərin onları necə himayə etdikləri təsvir olunur.

Xatirələrinin sonunda, AXC-nin hazırlayaraq həyata keçirdiyi layihələrdən bəhs edən Nağı Şeyxzamanlı hazırlanmış iki layihənin həyata keçmədiyini təəssüflə qeyd edir: "Birincisi, Ermənistanda yaşayan azəri türkləri ilə Azərbaycanda yaşayan ermənilərin yerlərinin dəyişdirilməsi, ikincisi isə Azərbaycanda olan dəmiryollarının xərclərinin dövlət büdcəsindən ödənərək pulsuz olaraq vətəndaşların xidmətinə vermək".

Nağı Şeyxzamanlının xatirələri cəmi 23 ay yaşamış, lakin tariximizdə silinməz iz qoymuş AXC-nin yaranmasından süqutuna qədər olan hadisələri öz gözlərilə görmüş canlı şahidin qələmindən çıxdığı üçün dəyərli mənbədir.

 

Tahirə HƏSƏNZADƏ

Tarix elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi

525-ci qəzet.- 2023.- 14 yanvar.- S.23.