"STEAM Azərbaycan" layihəsi: təhsildə
müasir dünya
reallıqlarına doğru
Xəbər verildiyi kimi, bu günlərdə Bakıda "STEAM İnnovasiya
Mərkəzi"nin açılışı olub.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya
Mərkəzi"nin açılışında iştirak
ediblər. Açılış zamanı dövlət
başçısına və
birinci xanıma Mərkəzdə yaradılan
şərait barədə
ətraflı məlumat
verilib. Bildirilib ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbəli
yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün
Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları,
robotların hazırlanması
laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.
Qeyd edək
ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı
mütəxəssislərin yetişməsi üçün
təhsil qarşısında
bir çox mühüm vəzifələr
qoyur. Həyatın bütün sahələrində
işlərin yeni dünya düzəninə
uyğun qurulması üçün təhsil
ocaqlarında öyrənmək
maraqlı olmalı, bilik təcrübədə
tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir.
Yəni bu günün məzunları müasir tələblərə cavab
verən, əmək bazarında özünü
doğruldan şəxslər
olmalıdır. Elə
bu məqsədlə də Elm və Təhsil Nazirliyi
2019-2020-ci tədris ilindən
başlayaraq Heydər
Əliyev Fondunun dəstəyi ilə
"STEAM Azərbaycan" layihəsinə
start verib. STEAM - elm, texnologiya,
mühəndislik, incəsənət
və riyaziyyatın birləşməsi nəticəsində
yeni ideyaların reallaşdırılması, cəmiyyətdə
müxtəlif problemlərin
həllinə kömək
edə biləcək təhsil yanaşmasıdır.
Hazırda ölkəmizin bir
sıra məktəblərində
STEAM otaqları və
mərkəzləri fəaliyyət
göstərir.
"STEAM
Azərbaycan" layihəsinin
davamı olan
"STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə
eyniadlı mövcud mərkəzlərin tədris
proqramına görə
fərqlənir. Bu Mərkəzə müraciət
edən müxtəlif
yaş kateqoriyasından
olan məktəblilər
və tələbələr
XXI əsr bacarıqlarını
- kreativliyi, əməkdaşlığın
inkişaf etdirilməsini,
müxtəlif proqramlaşdırma
dillərini tətbiq etməklə müasir
İKT avadanlıqlarından istifadə qabiliyyətlərini
yüksəldəcəklər. Uşaqlar
real həyat problemləri
ilə qarşılaşdıqda,
STEAM metodu vasitəsilə
onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq
və yaradıcı yanaşmalarını nümayiş
etdirəcəklər.
Bu Mərkəzin məqsədi
şagirdlərin potensialını
və maraqlarını
cəmiyyətə xidmət
işinə yönəltmək,
onları öyrənməyə
həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi
inkişafında çox
böyük əhəmiyyətə
malikdir. Belə ki,
uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin
məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri
kimi yetişəcək
və ölkənin inkişafına töhfələrini
verəcəklər. Sözügedən Mərkəzin
yaradılması dövlətimiz
tərəfindən ölkədə
elm və təhsil sahəsində yeniliklərin
tətbiqinə, təhsilin
müasir tələblər
səviyyəsində inkişaf
etdirilməsinə, gənc
nəslin yeni ideyalarının reallaşdırılmasına
göstərilən diqqətin
və verilən əhəmiyyətin əyani
təzahürüdür.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri İlqar Orucov deyib ki,
mühüm təhsil
və elm hadisəsi olmaqla yanaşı, müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq
olunan təhsil yeniliklərinə ölkəmizin
nə qədər açıq olmasının
göstəricisidir. İstifadəyə verilən "STEAM İnnovasiya
Mərkəzi" kifayət
qədər böyük
hədəfləri və
geniş istifadəçini
qarşılamaq imkanında
olacaq. Mərkəzdə həm məktəbyaşlı
uşaqlar, həm də tələbələrin
istifadəsi üçün
kifayət qədər
geniş imkanlar var.
Onun sözlərinə görə,
mərkəz müasir
dünyanın yeni yaradıcı peşə
və ixtisaslarına yiyələnməyə, təkmilləşdirməyə,
gələcək ixtisaslarını
müəyyənləşdirməyə imkan yaratmaqla bərabər, həm də beynəlxalq reallıqları nəzərə
alınmaqla yüksəkixtisaslı
kadr hazırlığı
istiqamətində mütəxəssis
yetişməsinə hədəflənmiş
çox vacib təhsil və tədris mərkəzidir:
"Artıq bir neçə ildir Heydər Əliyev Mərkəzinin və Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə STEAM layihəsi
reallaşmağa başlayıb.
Bu çərçivədə
ayrı-ayrı məktəblərdə
STEAM sinifləri istifadəyə
verilib, regionlarda STEAM mərkəzləri uğurla
fəaliyyət göstərir
və bu istiqamətdə işlər
genişlənməkdə davam
edir. Bakıda məhz "STEAM İnnovasiya
Mərkəzi"nin fəaliyyət göstərməsi
elm, texnologiya, mühəndislik,
incəsənət və
riyaziyyatın birləşməsi
nəticəsində multidissiplinar
müstəvidə və
fənlərarası münasibətlər
kontekstində yeni ideyalar platformasının
formalaşmasına xidmət
edəcək. Ümumiyyətlə, STEM hərəkatının vüsət
alması Azərbaycanın
beynəlxalq təhsil
və elm məkanına
inteqrasiyada nə qədər ardıcıl
və məqsədli olmasını göstərir.
STEAM fərqli elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının
üzərində formalaşıb.
Bildiyimiz
kimi, fənlərarası
münasibətlər və
yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır.
Fənlərarası proqramlar ənənəvi
fənlərin mühüm
problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu gün dünyada
həddən artıq
ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı
vasitə kimi özünü göstərir.
Nazir Emin Əmrullayev də açılışda
qeyd etdi ki, STEAM sayəsində spesifik, real dünya problemləri üzərində
qısa müddətdə
birlikdə işləyən
multidissiplinar komandalar
formalaşacaq. Artıq təhsildə
öyrətmə tamam
fərqli bir yanaşmalar üzərində
qurulub. Mərkəzin
açılışını ölkəmiz adına,
təhsilimiz adına çox vacib hadisə kimi xarakterizə edirəm".
İlqar
Orucov hesab edir ki, Azərbaycanda
bu istiqamətdə görülən işlər
ölkə başçısının
Azərbaycanı hər
zaman təhsilli və elmtutumlu ölkə olaraq görmək istəyinin nəticəsidir: "Prezident
İlham Əliyev çıxışında da
qeyd edib ki, layihə bu istiqamətdə görülən işlərin
davamıdır. STEAM platforması gələcəkdə
həm də rəqəmsal əmək
bazarı üçün
müasir kadr hazırlığına imkan
yaradır. Bu, sürətlə dəyişən
dünyada insan kapitalının formalaşmasına
önəm verilməsindən
irəli gəlir.
Fənlərarası əlaqələrlə yanaşı, STEAM mərkəzlərinin
inkişafı olduqca vacibdir. STEAM Azərbaycanda
yeni insan modelinin yaradılmasına,
əmək bazarı üçün yeni biliklərə və innovasiyalara söykənə
biləcək komandaların
formalaşmasına təsir
göstərir. STEAM XXI əsr
bacarıqlarını özündə
əks etdirən yeni nəslin formalaşmasına hədəflənib
və burada ən vacib məqamlardan
biri kimi müxtəlif yaş kateqoriyalarından olan insanların vahid komandalarda birləşərək
birgə iş qurmaq, yeni ideyalar
üzərində işləmək
və düşünmək
bacarığını inkişaf
etdirməkdir. İnkişaf etmiş ölkələrdə
məhz bu istiqamətdə kifayət
qədər yaxşı
təcrübələr mövcuddur.
Məhz bu baxımdan ölkəmizdə də yeni texnologiyaları mənimsəmək, tətbiq
etmək, onlardan istifadə edərək yeni reallıqlar üzərində düşünmək
istiqamətində insanları
formalaşdırmaq lazımdır.
Burada yeni metodlar vasitəsilə
beyin məhsullarının
ortaya qoyula bilməsi, yeni nəsli gələcəyin
mütəxəssisləri olaraq insanları formalaşdırmaqdan söhbət
gedir. İntellektual mühitin bir
hissəsi olan STEAM mərkəzləri fənn
münasibətlərinin öyrənilməsi,
müxtəlif fənlərin
birgə tətbiqi nəticəsində yeni elmi innovativ məhsulların ortaya gəlməsində insanların
düşünməsinə şərait yaradır.
Bu, həm də
fənlərarası münasibətlər
və yeni yanaşmalara yaranan ehtiyacdan qaynaqlanır".
İ.Orucovun fikrincə, mərkəz
sayəsində həm
şagirdlərin, həm
də tələbələrin
müasir dünyanın
yeni innovasiyalara əsaslanan elmi-texnoloji məhsul olaraq STEAM məhsulları üzərində
işləmək bacarıqlarını
artırmaq mümkün
olacaq: "Dünyada xeyli sayda peşə
və ixtisas mövcuddur. Müasir peşə və
ixtisasların təbliği
baxımından da bu fənlərarası əlaqələrin dinamikasının
yaranması zərurəti
var. Yeni yaradılmış
mərkəz şagirdlərin,
bütövlükdə yetişməkdə
olan nəslin onların potensialını
və maraqlarını
məhz cəmiyyət
naminə işə yönəltməyə, onları
həm də yeni üsullarla öyrənməyə, həvəsləndirməyə
xidmət edəcək.
Müasir dövrdə ölkənin
sosial iqtisadi inkişafında bütövlükdə
təhsilin və elmin payının artırılması STEAM tədris
üsulundan istifadəyə
əsaslanmalıdır. Yeni peşələr
yeni səriştələr
və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına
məhz STEAM birbaşa
təsir imkanına malikdir. Gənc nəslin yeni
baxışlarının və
ideyalarının formalaşması
və onların realizə edilməsinə
önəm verilməsi,
bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması
dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı
kontekstində beynəlxalq
rəqabət mühitində
öz imkanlarımızı
genişləndirməyimizə imkan yaradacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 17 yanvar.- S.12.