“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının təqdimatı keçirilib

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğuKitabi-Dədə Qorqud qeyri-səlis məntiq Milli KitabxananınAzərbaycanın görkəmli şəxsiyyətlərilayihəsi çərçivəsində nəşr etdiyiLütfi Zadə. Biblioqrafiyakitablarının təqdimat mərasimi keçirib

Yanvarın 13-də Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğuKitabi-Dədə Qorqud qeyri-səlis məntiq Milli KitabxananınAzərbaycanın görkəmli şəxsiyyətlərilayihəsi çərçivəsində nəşr etdiyiLütfi Zadə. Biblioqrafiyakitablarının təqdimat mərasimi keçirib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Vurğulayıb ki, bu gün Milli Kitabxanada şərəfli bir məclisə toplaşmışıq. Lütfi Zadənin yaradıcılığından bəhs edən direktor bildirib ki, Rafiq Əliyev Kamal Abdulla Lütfi Zadə ideyalarını nəinki Azərbaycanda, eləcə bütün dünyada təbliğ edən insanlardır.

Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov öz çıxışında qeyd edib ki, qeyri-səlis məntiq nəzəriyyəsini ilk dəfə olaraq texnika sahəsində çalışanlar istifadə ediblər, Azərbaycanda bu elm ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq edilib. O, öz çıxışında bildirib ki, Lütfi Zadə məntiqi təsadüfən yaranmayıb, Şərq təhsili onun tədqiqatlarına böyük təsir edib. Zadə informasiya nəzəriyyəsi sahəsində böyük inqilablar yaradıb, Azərbaycan alimlərinin inkişafında böyük xidmətləri olub. Qorxmaz İmanov çıxışında Rafiq Əliyevin Zadə nəzəriyyəsinə gətirdiyi yeni fikirlərdən, əldə etdiyi mühüm nəticələrdən bəhs edib. O, daha sonra Kamal Abdullanın yaradıcılığından bəhs edərək, onun ədəbiyyata olan sevgisindən, qorqudşünas alim kimi tədqiqatlarından, qeyri-səlis məntiqin qorqudşünaslığa tətbiqindən bəhs edib.

Tədbirin davamında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qeyd edib ki, kitabın aparıcı xəttini türk yunan mifləri ilə müqayisə təşkil edir. Bu kitab həm qədim miflərin, həm , müasir ədəbiyyatın strukturunu öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

Xalq şairi Ramiz Rövşən çıxış edərək bildirib ki, bu kitab çox qiymətli yoluxucu bir kitabdır. Kitabda ya yaxşı, ya pis sistemi yaxşıdır pis sistemi ilə əvəz olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi bir növ ironiyaya yol açır, belə ki, atalar sözlərində xeyli ironiya vardır.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərəkKitabi-Dədə Qorqud qeyri-səlis məntiqkitabının mətninin 525-ci qəzetin 5 nömrəsində müzakirə məqsədilə dərc olunduğunu bildirərək qeyd edib ki, mütəxəssislərdən geniş ictimaiyyətdən alınan müsbət rəylər belə qeyri-adi mövzuya həsr olunan kitabın çap olunması fikrini ortaya qoydu bu gün söylənilən fikirlər bir daha sübut etdi ki, biz müəlliflərlə birlikdə bu kitabı nəşr etməkdə yanılmamışıq bu kitab çox əhəmiyyətli bir mövzuya həsr olunub, habelə gələcəkdə başqa elm sahələrində qeyri-səlis məntiqin təzahürü ilə bağlı tədqiqatların aparılmasına yol açacaqdır.

Kitabın müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək Milli Kitabxanaya belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib. O, öz çıxışındaLütfi Zadə. Biblioqrafiyakitabının əhəmiyyətindən bəhs edərək, “Kitabi-Dədə Qorqud qeyri-səlis məntiq  kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyek rol oynayacağı qənaətində olduğunu vurğulayıb.

Kitabın digər müəllifi Xalq yazıçısı, akademik, ADU-nun rektoru Kamal Abdulla kitabın necə ərsəyə gəlməsindən bəhs edərək bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsi “Dədə Qorqud” dastanının öyrənilməsinə yeni ruh gətirib. O, qeyd edib ki, kitab artıq ingilistürk dillərinə tərcümə edilib.

Tədbirin davamında digər çıxış edənlər Milli Məclisin üzvləri Fazil Mustafa, Vahid Əhmədov, Etibar Əliyev, AMEA-nın birinci vitse prezidenti, akademik Arif Həşimov, AMEA-nın İqtisadiyyat institutunun direktoru, professor Nazim İmanov, Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev və başqaları qeyri-səlis məntiq nəzriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən, 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirməsindən, Rafiq Əliyevin Lütfi Zadə nəzriyyəsinə qatdığı yeni ideyalardan, əldə etdiyi mühüm nəticələrdən, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, Dədə Qorquda qeyri-səlis məntiqi yanaşmadan bəhs ediblər.

Tədbir zamanı qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”  kitabında qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütunümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb. Qeyd edilib ki,bu kitabda ilk dəfə olaraq qeyri-səlis məntiq prinsipləri xalq dastanına tətbiq edilib və müəlliflər belə bir nəticəyə gəliblər ki, “Kitabi-Dədə Qorqud” bizə o imkanı verir ki, onun gizli dil qatlarında qədim əcdadlarımızın təfəkkürünə xas olan demokratik əhvaldan danışa bilək. Bu kitab həm qorqudşünaslar, həm də informasiya nəzriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlı olacaq.

Təqdimat mərasimində Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi ilk fundamental biblioqrafiya olanLütfi Zadə” biblioqrafiyasından bəhs edilərək bildirilib ki, burada görkəmli alimin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri ayrıca bölmədə verilib. Biblioqrafiyada görkəmli elm xadimi Lütfi Zadənin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis başqa xarici dillər üzrə verilib. Bildirilib ki, 2500-dən artıq mənbəni əhatə edən bu biblioqrafiya  həmyerlimiz, dünya şöhrətli alim Lütfi Zadə haqqında Azərbaycan oxucularına müfəssəl məlumat çatdırılması baxımından çox zəngin ədəbiyyatı əhatə edən ensiklopedik informasiya mənbəyi rolunu oynayacaqdır onun elektron versiyasının Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlanması biblioqrafiyanın əhəmiyyətini daha da artıracaqdır.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı geniş kitab sərgisi ilə tanış olublar.

 

525-ci qəzet.- 2023.- 17 yanvar.- S.8.