Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Katerina, həmçinin, fiziki təcrübələrdə
də xüsusən fəal idi. O, fransız qadınlarına bir tərəfdə
oturulan yəhərdə at çapmağı, ovçuluq sənəti
təcrübəsinə yiyələnməyi öyrədirdi,
bu məşğuliyyətlərdə isə özü
yüksək dərəcədə bacarıqlı idi.
Onun xoşa gəlməyən, acı ləqəblərindən
biri "Madam İlan" idi, bu, digər qadınlar
arasında onun meditasiyaya meylinin izahından əmələ gəlmişdi.
Saray adamları tərəfindən bu ləqəbdən
ona qarşı olan taktikaların bir hissəsi kimi istifadə
olunurdu.
Katerinanın həyatının bu dövrü xüsusi
faciələrlə əlamətdar olmuşdu. 1536-cı ildə, öz
nikahından üç il sonra dofin Fransisk
öldü. Bu hadisə yeni dofin Henrinin
arvadı kimi onu dofina roluna keçirdi. Həm
də gəlin hələ öz uşağına malik deyildi.
Onun qısır qalması göstərirdi ki, bu
qızla nikah heç vaxt yaddan çıxmayacaq bir səhv
imiş.
Nəticədə,
astroloqların, ilahiyyatçıların, filosofların və
həkimlərin fəal müdaxiləsi ilə, nikahından 9
il sonra, 1543-cü ilin fevralında Katerinanın ilk
övladı oldu, körpəni kral babasının və
ölən dofin əmisinin adı ilə Fransisk
adlandırdılar. Katerinanı uzun müddət
doğmadığına görə həm də "Steril
qadın" adlandırmışdılar. Bundan sonra o, daha 9 uşaq doğdu. Onlardan üçü körpə ikən
ölmüşdü, dördü oğlan və
üçün qız olmaqla sağ qalmışdılar.
Onlardan üçü - Fransisk, Şarl və Henri gələcəkdə
Fransanın taxt-tacına çıxacaqdı, üç
qızdan Elizabet ispan kralı II Filippə, Klaudiya Lotaringiya
hersoquna, Marqaret isə Navarralı şahzadəyə, gələcək
kral IV Henriyə ərə getmişdi.
Katerina əvvəllər münəccimlərlə,
cadugərlərlə və falçılarla yaxından məşğul
olurdu, sonra isə məhsuldar ana olmaq naminə
özünü tələb olunan yeni rola həsr etdi. Katerina de
Mediçinin cadugərliyə loyal yanaşması, qətllərə
meyli qızı Marqaretin toyu günü huqenqotların
qırğınını təşkil etməkdə
özünü çox sərbəst aparması Aleksandr
Dyuma-atanın və Moris Dryuonun məşhur romanlarında
geniş təsvir olunur.
Normandiyadan olan dul qadın Dayana Puatye onun əri Henriyə
güclü təsir göstərirdi. Təbiət tərəfindən
müzakirə edilə bilinməyən gözəllik
verilmiş və hissiyyata planlaşdırılmış bu
qadına müqavimət göstərmək mümkün
olmadığına görə, Katerinanın əri Henrini o,
bütünlüklə nəzarətinə götürməklə,
onu özünə əsir etmişdi.
Katerina bu çətin situasiyaya ləyaqətlə və
taktiki ustalıqla yanaşmağa qadir idi, o, hətta
qayınatasından da şübhə edilməyən bir həmrəylik
qazanmışdı. Buna baxmayaraq, on il ərzində
müstəsna olan bu çətinliyə
dözmüşdü. Həm də Dayananın
düşməncəsinə müdaxiləsi ilə
üz-üzə gəlirdi, bu qadın isə xəyanətkar
olmaqla yanaşı, Henri tərəfindən ciddi himayə
olunurdu. O, Katerinanı "dükançının
qızı" deyə çağırmağı da
özünə rəva bilirdi. Katerinanın
yerini uşaqlarının beşiyi yanında müəyyən
etmişdi, həm də "italyan qadını" bu yolla
digər uşaqlarını da doğa bilərdi.
"İtalyan qadını" üçün bu, əslində,
öz həqiqi rolunu müəyyən etməkdə də
çətinlik törədirdi. Qayınatası I
Fransisk 1547-ci ildə öldükdən sonra kraliçaya
çevrilsə də, fransız adəti üzrə
uşaqlarının tərbiyəsi ilə məşğul
oldu və cəhd edirdi ki, öz təbiətindən irəli
gələnləri buna aid olan sahələrdə tətbiq
etsin. Bu nöqteyi-nəzərdən
uşaqlarının ürəyində özünə qanuni
yer qazanmışdı. Bu cəhd daha vacib
idi, çünki faktiki olaraq onun əri 28 yaşında II
Henri kimi taxt-taca qalxmışdı. Həm
də o, özünün sevimlisi olan Dayananı, ictimai həyatın
bütün hadisələrində irəli çıxarırdı.
Katerina,
Mediçi ənənəsinə uyğun olaraq, italyan
qadını kimi bu vaxt çox sayda yollar vasitəsilə təbii
fransız qadınına çevrilmişdi, öz ailəsinin
rəssamlığa və tikintiyə olan zövqünü
davam etdirirdi, buna misal kimi, onun Parisdə Tyulri sarayını
layihələşdirməsi və tikdirməsi oldu. Bundan əlavə, o, Şenonso şatosunu (qəsrini)
də tikdirmişdi.
Onun enerjisi nə azalırdı, nə də mülayimləşirdi,
əri II Henri 1559-cü ildə öldükdən sonra Katerina
dul qaldı. Henrinin sifəti, turnirdə rəqibin nizəsinin
onun bir gözünə girməsi ilə,
dağılmışdı və qaçılmaz
ölümlə nəticələnmişdi.
Katerina 40 yaşında dul qadına çevrildi. Bunun təbəələrə
xoş gəlib, gəlməməsindən asılı
olmayaraq sonrakı 30 ildə Katerina bütün Fransada ən
mühüm şəxsiyyət sayıldı.
Onun üç oğlu krala çevrildi. İlki olan II
Fransisk 16 ay ərzində hökmranlıq etdi və 1560-cı
ilin dekabrında öldü. O, Şotlandiya
kraliçası Mariya Styuartın əri idi və gənc
qız dul qaldıqdan sonra vətəninə qayıtmalı
oldu, orada təhlükəli hadisələrin
iştirakçısı olmaqla, sığınacaq tapmaq istədiyi
İngiltərədə həbs olundu və kraliça I
Elizabetə sui-qəsdin təşkilinə görə ittiham
olunaraq, 1587-ci ildə edam edildi.
Fransızlar kral II Fransiskə nifrət edirdilər,
çünki o, şəxsiyyət olmaqdan və qətiyyətlilikdən
bütünlüklə məhrum idi və faktiki olaraq
Fransanın idarə edilməsini Giz hersoqu Fransiskə və
onun qardaşı, Lotaringiya kardinalına vermişdi. Bu dövrdə
Katerina hakimiyyətdən xaric edilmişdi.
Katerinanın ikinci doğulan oğlu IX Şarl on
yaşında öz qardaşını bir varis kimi əvəz
etmişdi, bu, ananın regent olmasını mümkün
etmişdi və o, hakimiyyəti əlinə
götürmüşdü. Bununla o, 1560-cı illə 1574-cü
il arasındakı 14 il ərzində
ilhamlanmış qaydada hakimiyyətin yüyənini öz əlində
saxlamışdı.
Üçüncü
doğulan oğlu III Henri 1589-cu ildə ölmüşdü,
bu vaxt onun 38 yaşı var idi və artıq 15 il
ərzində ölkədə hökmranlıq etmişdi.
Katerina oğlu II Fransiskin hökmranlığı
dövründə dövlət işlərinə müdaxilədən
bütünlüklə kənar edilmişdi; IX Şarlın
dövləti idarə etməsi illərində isə o, həqiqətən,
əsl kraliça idi. III Henrinin hökmranlığı ərzində
də o, kraliça kimi davranmağını davam etdirirdi.
Gənclik dövründə anası onun məsləhətçisi
olmuş, yaşa dolanda isə onun Fransanı bədbəxtliyə
aparmasının qarşısını almışdı,
çünki oğlunun hər cür həddi aşan hərəkətləri
buna səbəb ola bilərdi.
Katerina bu vaxt dini müharibələrlə üzləşdi,
onu 1572-ci ilin avqustundakı Müqəddəs Varfolomey gecəsində
böyük qan axıdılmasında ittiham edirdilər. Göründüyü
kimi, o, istənilən səbəbə görə birbaşa
bu bədbəxtliyi törətməyə cəlb
olunmuşdu. Çünki o, antikalvinizmin
möhkəm tərəfdarı idi.
Fransadakı dini müharibələrin böyük tarixi
vardır. 1572-ci ildə qüdrətli Giz hersoqu sülhsevər
huqenotları Vasidə qırdı. 1560-cı
illər onilliyində huqenotlar özlərini qoruyub
saxlamışdılar. Belə kiçik
qrup Fransanın bəzi ərazilərini işğal etdi,
onların ordusu müdafiə kampaniyalarında daha
yaxşı vuruşa bilirdi. Biabırçı
Müqəddəs Varfolomey gününə qədər
onları məğlub etmək mümkün
olmamışdı.
1572-ci ilin 24 avqustunda huqenotların qırğını
başlanana qədər, həmin gün katolik və kalvinist
partiyaları hökmranlıq edən Valua kralı IX
Şarlın bacısı Marqaretin və Navarralı Burbon
hökmdarı Henrinin toyu vasitəsilə açıqca
barışmışdılar. Henri Navarra
kraliçası Janna d`Albertinin oğlu idi. O, öz
krallığında kalvinist ideyalarını yayırdı. Henri həm də huqenotların etiraf edilən lideri
idi. Çox sayda huqenot toyda iştirak etmək
üçün Parisə gəlmişdi.
Lakin Giz ailəsi kralı və onun anası Katerina de
Mediçini inandırmışdı ki, huqenotların
toplaşması onlar üçün təhlükədir. Kral Şarl və
onun məsləhətçiləri huqenot liderlərini bir zərbə
ilə məhv etməyi qərara aldılar. Şarl inanırdı ki, onlar tezliklə vətəndaş
müharibəsi başlayacaqlar. Yaxşısı
budur ki, məhz Parisdə döyüş udulsun,
çünki bütün liderlər paytaxtda olacaqlar. Ona görə də açıq meydanda
döyüşə girmək təhlükəli olduğu
kimi, həm də qeyri-müəyyən bir müharibəyə
girmək riski idi.
Katoliklərin
huqenotlara qarşı mübarizəsi
Qırğın 24 avqustun səhər çağı
başladı, kralın mühafizəçiləri bir
sıra görkəmli huqenot liderlərini axtarıb
tapdılar və öldürdülər. Bu qətllər
tezliklə zorakılıq dalğası yaratdı və bu,
bütün Parisə yayıldı. Üç
gün ərzində qızışdırılmış
katolik kütləsi Parisin küçələrini doldurdular,
onlar huqenotları qəddarlıqla və qana susayan qaydada
öldürdülər. Bir şahidin müşahidəsinə
görə: "Sonra onlar onu (Fransuaza Lusson adlı
qızı) tutub, saçından dartıb, küçələrdə
sürüdülər, onun qızıl bilərziyini qolundan
açdılar və biləyini kəsdilər".
Qətlin üç günü 3 min huqenotun
ölümünə səbəb oldu. Henri
Navarralı katolikliyə keçməyə söz verdiyinə
görə öz həyatını xilas etmişdi.
Əyalət şəhərlərində də minlərlə
adam öldürülmüşdü. Qırğın Valua sülaləsini hələ
münaqişə başa çatmamışdan nüfuzdan
saldı.
Vuruş davam edirdi. Huqenotlar öz güclərini bərpa etdilər və
1576-cı ildə isə ultrakatoliklər buna cavab olaraq
"Müqəddəs Liqa"nı
formalaşdırdılar. Onlar yeretikliyi ləğv
etməyə and içdilər. Katolikliyi ilə
öyünən kral III Henri (1574-1589-cu illərdə taxt-tacda
olmuşdu) öz qardaşı IX Şarlı bir az əvvəl əvəz etmişdi.
1588-1589-cu illərdə üç Henrinin müharibəsində
dönüş nöqtəsi meydana gəldi. Giz hersoqu Henri
ispan kralı II Filippə verdiyi sözə görə Parisi
tutmuşdu və kral III Henri məğlubiyyət
qarşısında onu Baş nazir təyin etdi. Gizin təsirindən kənarlaşmaq
üçün III Henri Giz hersoqunu öldürtdü və
sonra Henri Navarralı ilə birləşdi. Axırıncı artıq katolitsizmə
keçmişdi və sonra həmin xətt üzrə
taxt-taca gəldi ki, katolik Müqəddəs Liqasını
darmadağın etsin.
III Henri 1589-cu ildə rahib tərəfindən
öldürüldü. Henri Navarralı bu vaxt taxt-taca iddia etdi.
Katolik Fransasının onu heç vaxt qəbul
etməyəcəyini görüb, Henri məntiqi bir yol tutdu və
bir daha yenidən katolitsizmə qayıtdı və Parisə
girməyə müvəffəq oldu. Henri
Navarralı kral IV Henri kimi 1594-cü ildə Fransa paytaxtına
uzun cəhddən sonra daxil oldu. Gələcəkdə
özünə haqq qazandırmaq üçün demişdi:
"Paris messaya dəyər!" Messa isə
katolik dininin ən mühüm ibadətidir. Bu vaxt həm
də onun taclanması baş verdi,
artıq dini müharibələr də sona
çatmışdı.
Lakin dini problemlər 1598-ci ildə dərc olunmuş Nant
ediktinə qədər davam etdi. Edikt katolitsizmi Fransanın rəsmi
dini kimi etiraf etməklə yanaşı, huqenotlara da
seçilmiş yerlərdə ibadət etməyə qarantiya verdi və onlara icazə verdi ki, bir sıra
istehkamlanmış şəhərləri öz himayələrində
saxlasınlar. Üstəlik, huqenqotlara icazə
verildi ki, bütün siyasi imtiyazlardan istifadə etsinlər,
bura ictimai vəzifələr də daxil idi. Baxmayaraq ki, Nant edikti protestant azlığın
hüquqlarını tanısa da, dini tolerantlıq prinsipləri
önə çəkilsə də, siyasi zərurətdən
uzaq idi, lakin inandırma sahəsindəki cəhddən də
heç də xali deyildi.
Katerina
Mediçinin son illəri
1586-cı ildə Katerina ölkəsində
dördüncü vətəndaş müharibəsi ilə məşğul
oldu, ondan sonra hökmranlığı müşahidə edərək,
öz degenerat və dəli oğlu III Henriyə nəzər
yetirməli idi. Taclanma işinin bayram edilməsi ərzində
Henri topladığı şərəfli qonaqların
yanında özünü xüsusən eybəcər qaydada
aparmışdı. O, qadın paltarı geyinmişdi,
özünü daş-qaşla bəzəmiş, üzünə
çoxlu boya vurmuşdu. Katerina 1589-cü ilin
yanvarında öldü, öz oğlu III Henrinin
ölümündən altı ay əvvəl həyatdan
getmişdi. Henrinin taxt-taca rəqib hesab
etdiyi Giz hersoquna qarşı sui-qəsd nəticəsində
onun qətlindən sonra o, Liqadan qayıdanda, həmin nəcib
katolikin öldürülməsinin intiqamı kimi qətlə
yetirilmişdi.
Fransa
kraliçası Mariya
Mariya de
Mediçi, öz dayısı Fernando bunu arzu etdiyindən sələfi
Katerina kimi Fransa taxt-tacına gəlib
çıxmışdı.
Mariya 1573-cü ildə anadan olmuşdu, 6 yaşı
olanda anası İonna Avstriyalı ölmüşdü və
onun yerini kənardan işlərə qarışan Blanka
Kapella tutmuşdu. Uşaq onunla birlikdə yaşamalı
olmuşdu. 1582-ci ildə onun yeganə
qardaşı Filippo da öldü. Onun iki bacısı
da az müddət yaşadı. Digər bacısı Anna 15 yaşında
öldü, yeganə sağ qalan Eleanor 1583-cü ildə
Mantuya hersoquna ərə getdi.
1587-ci ildə atası Böyük Hersoq həmçinin
öldü və bir neçə saat sonra onun çox sevdiyi
arvadı Blanka Kapella da öldü.
Sonra Mariya öz əmisi I Ferdinandonun evində
yaşadı.
Qız hersoqun nəzərdə tutduğu kimi,
onun arvadı olmaqla da razılaşmadı.
Məhəbbət məktubları ilə hissləri dillərə
düşmüş Abelyarın sevgilisi Eloizanı da əmisi
özünə arvad etmək istəmişdi, qız buna etiraz
etdikdə, əmisi Abelyardan qisas almaq üçün onu xədim
etdirmişdi.
Mariya gəncliyini Pitti sarayında keçirdi, orada onun
yeganə dostu bir qadın idi, həmin qadını sonralar
özü ilə Fransaya aparmışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 18 yanvar.- S.14.