"Meduza"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Güləbətin Əhmədovadır. Güləbətin xanımla məşhur italyan rəssamı Karavvaconun "Meduza" əsərindən danışmışıq.

XVI əsrin sonu - XVII əsrin əvvəllərində məşhurlaşan italyan rəssamı Mikelancelo Karavvaco 29 sentyabr 1571-ci ildə  Karavacco şəhərində anadan olub. Rəssamın erkən həyatı doğma şəhəri ilə atasının emalatxanasının olduğu Milan şəhəri arasında bölünürdü. Fiziki cəhətdən qədər cılız tələbə olsa da, onu bir rəssam kimi təyin edəcək xüsusiyyətlərin çoxu gəncliyini keçirdiyi mühitlə formalaşmışdı.

Tələbəlik illərindən sonra Karavacco Romaya köçdü. O, burada əsərlərində yeni texnikalardan istifadə etməyə başladı. Bu texnikalardan biri tenebrizm texnikası idi ki, əsərlərində obrazları detallı şəkildə vurğulamaq üçün kölgələrdən istifadə edirdi. Lakin onun yaradıcılığı qısa sürdü. Giulio Mancininin rəssamın həyatı haqqında ilk əlyazmalarında apardığı qeydlərdə onun bir polisin öldürülməsi ilə bağlı zorakılıq hadisəsində iştirak etdiyini Romadan qaçdığını vurğulayırdı. O, qaçaq həyat yaşadığı sağlam həyat tərzi sürmədiyi üçün çox keçmədən malyariya xəstəliyinə tutularaq, 1610-cu il iyulun 18-də vəfat edir.

- Mifologiyadan tanıdığımız məşhur Meduza obrazı Karavacconun fırçasında nələri ifadə edir?

- Yunan mifologiyasında Meduza Qorqonlar kimi tanınan üç bacıdan (Stheno, Euryale Medusa) biri idi. Həm Stheno, həm Euryale ölümsüz idi, lakin Meduza yox. Onlar Forkis (dəniz tanrısı) onun bacısı Cetonun (dəniz ilahəsi) qızları idilər. Bir gün yunan mifologiyasının ölümlü gözəli Meduzanı görən dənizlər tanrısı Poseydon ona aşiq olur. Meduzadan qarşılıq ala bilməyən Poseydon, Athena məbədində Meduzaya zorla sahib çıxır. Bunu eşidən aşiq Athena qısqanclığından Meduzanı cəzalandırır.  Gözəllər gözəli Meduza artıq çirkindir ipək saçları əvəzinə ilanlar var. kim ona baxarsa, daşa çevrilir. Bir müddət sonra Meduzanın ölüm fərmanı imzalanır. Perseus, kral Polydectes tərəfindən onu öldürmək üçün göndərilir. Athena isə Perseusa parlaq bir qalxan verərək, Meduzanın gözlərinə baxmamasını, yoxsa daşa çevriləcəyini deyir. Nəticədə, Meduzanın başı kəsilir. Onun başı kəsildikdə bədənindən iki məxluq çıxdı: qanadlı at Peqas qızıldan bir qılınc Xyrasor.

Meduza təxəyyül imkanları ilə dolu mifoloji məxluqdur. Onun obrazı əsrlər boyu rəssamları yazıçıları valeh edirdi. Kardinal del Monte Karavacciodan Meduzanın iki variantı çəkməsini istəmişdi. Zəngin tarixdən ilhamlanaraq, rəssam 1596-1597-ci illər arasında bəzi qeyri-adi təəccüblü xüsusiyyətlərə malik Meduzanın kəsilmiş başı ilə insanın içində həm valehedici, həm qorxu hissi yaradan iki tablosunu çəkdi. Hər iki rəsm Toskana Böyük Dükü Ferdinando de Mediciyə hədiyyə idi. İkisi arasında ən məşhuru 1597-ci ildə çəkilmiş ikinci versiya idi.

- Həmçinin, bir vaxtlar Mediçi ailəsinin şəxsi sənət kolleksiyasında olan Leonardo da Vinçinin "Meduza" əsəri ilə rəqabətin olduğu da ehtimal edilir.

- . Təəssüf ki, Da Vinçinin "Meduza" əsəri itdiyinə görə, Karavacco versiyası ilə necə müqayisə edildiyini bilməyəcəyik.

- Əsərin rəng koloriti haqqında deyə bilərsiniz?

- Karavacco burada daha tünd, zəngin rənglərdən istifadə edib. Əsərdə qırmızı , bir qədər qızılı tonlarla dramatik bir görüntü yaradır.

- Bəs kompozisiya hansı mesajı verir?

- Meduza Yunan mifologiyasında təsvir olunan bir fiqurdur. Ona baxan insanları baxışı ilə daşa çevirə bilirdi. Normal saç əvəzinə başında canlı, zəhərli ilanlar var. Əsərdə təsvir olunan ilanlar Tiber çayından gələn su ilanlarıdır. Çünki onlar Karavvaconun yaxınlıqda tapa biləcəyi ən yaxşı ilan növü idi. Mən onun başında ən azı səkkiz ilan sayıram. Yunan tanrısı Perseus tərəfindən yenicə öldürüldüyü üçün başından qan axır.

- Əsərdə konkret olaraq hansı məqam təsvir olunur?

- Bu rəsm Meduzanın Perseusun əlində olan yansıtıcı qalxana baxdığı anı göstərir (mifə görə bu, əslində, onun başını kəsməzdən əvvəl baş verib). Başının bədənindən ayrıldığını, lakin hələ şüurunun olduğunu başa düşmək olar. Bu fərqi onun gözlərindəki dəhşətdən görə bilərik. Rəsm qalxan üzərində yaradıldığına görə, rəssamın fikri bu idi ki, bu rəsm əslində Perseusun Meduzanı öldürdükdən sonra tutduğu qalxanın görünüşünü əks etdirir. Karavacconun bu rəsmdə işıq kölgədən istifadəsinə daha yaxından baxmaq da maraqlıdır. Rəsm əslində Karavvaconun avtoportretidir. O, öz simasını qabarıq qalxan üzərində təsvir etmək üçün qabarıq güzgüdən istifadə edib. Diqqətlə baxsanız, Meduzanın alın yanaqlarının gözləniləndən bir qədər böyük olduğunu görə bilərsiniz.

- Sizcə, bu rəsm bizə deyir?

- Karavacco Meduzanın kəsilmiş başını təsvir etsə də, o, sanki huşunu itirmir. Meduzanın ifadəsində həyat və ölümün birləşməsi var. Onun açıq ağzından səssiz, lakin dramatik bir qışqırıq yayılır. Şoka düşmüş gözləri və çatılmış qaşı ilə sanki o ana qədər özünü yenilməz hesab edirdi. Karavacconun "Meduza"sı təcavüzə, haqsızlığa uğramış Meduzanın çarəsizliyini vurğulayır.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 18 yanvar.- S.13.