yeyib-içdiyimizi bilirikmi?

 

QİDA MƏHSULLARI ALARKƏN ONUN KEYFİYYƏTİNİ NECƏ MÜƏYYƏN ETMƏLİ?

Alqı-satqı zamanı, məhsul seçərkən potensial alıcıların tələblərinin nəzərə alınması rəqabətin ən aktual məsələlərindəndir. Təsadüfi deyil ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində keyfiyyətin idarə olunması təcrübəsini özündə ehtiva edən 9 minə yaxın beynəlxalq standart mövcuddur.

Məhsul alarkən onun keyfiyyətini iki üsulla müəyyənləşdirmək olur. Birincisi vizual üsuldur. Vizual üsulda əsasən məhsulun xarici görünüşünə və etiket məlumatlarına diqqət yetirilir. Əgər hər hansı pozuntu varsa, hansısa formada (qapağın şişməsi, rəngin dəyişməsi, çürümə, əzilmə və s.) mütləq özünü göstərir. Pozuntu halları gizli formada da ola bilir. Məhsulun tərkibi haqqında etiket üzərində verilən məlumatlardan isə onun yuxarı, ortaya aşağı keyfiyyətli olması haqqında bilgi əldə etmək olur. Məhsulların saxlanma və istifadə müddətinin az olması qatqıların az istifadə olunmasının göstəricisidir.

Keyfiyyəti müəyyən edən ikinci üsul orqanoleptikadır. Bu üsulla keyfiyyətin təyin edilməsi insanın hissetmə orqanları - görmə, iybilmə, dadma, toxunma hissi və eşitmə vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ölkəmizə gətirilən qidayeyinti məhsullarının minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin yoxlanılmasına cavabdeh qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Qida texnoloqu Ağa Salmanov "525"ə açıqlamasında qida məhsullarının yerləşdirilməsi zamanı onların rəflənməsinə xüsusi diqqət yetirməyin vacib olduğunu vurğulayıb: "Qida məhsullarının mikrobioloji çirklənmədən, nəmişlikdən  qorunmaması keyfiyyətini aşağı salan başlıca səbəblərdir. İlk növbədə qida məhsullarının saxlanma şəraiti siniflərə görə uyğun olmalıdır. Məsələn, quru meyvələr, konservləşdirilmiş məhsullar gün düşməyən yerlərdə saxlanmalıdır. Kimyəvi risklərdən qaçmaq üçün rəflənmə zamanı onların kimyəvi məhsullardan uzaq tutulması çox vacibdir. Çörək məhsulları təmizlik məhsullarının yanında rəfləndirilə bilməz. Ümumiyyətlə, qida məhsullarının tarladan süfrəyə qədər qət etdiyi yola bütün gigiyenik şərtlərlə tam əməl olunmalıdır. Məhsul istehsal edən müəssisənin işçilərinin öncədən həkim nəzarətindən keçməsi, hər 6 aydan bir yoxlanması məsləhətdir. Mütəxəssislər təlimlər yolu ilə işçilərə fərdi təmizlik qaydalarını aşılamalıdırlar. Üstündə son istifadə tarixi olmayan yeyinti məhsullarından uzaq durmaq lazımdır. Xüsusilə də açıq yerdə, günəş şüaları altında satılan şirniyyatlar, şokolad və konfetlər  insan həyatı üçün təhlükəlidir. Yağlara, süd məhsullarına gəlincə, bunlar eyni rəfdə olmalıdırlar. Qida qonşuluğu pozulmamalıdır ki, çarpaz çirklənmə  olmasın. Meyvə və tərəvəz alarkən onun yerli məhsul olub-olmamasını dəqiqləşdirmək lazımdır. Lənkəranın sitrus meyvələri dünyanın ən gözəl meyvələri sayılır. Bu iqlimdə yaşadığımız üçün yerli məhsullar orqanizm üçün daha faydalıdır. Yerli məhsul yetişdirmək və almaq üçün Kənd Təsərrüfatı Nazirliyi kiçik  sahibkarlara dəstək olmalı, müxtəlif texnikaorqanik gübrələrlə təmin edilməlidir. Xaricdən idxal olunan məhsullardan çox istifadə insan orqanizminə mənfi təsir göstərir və mutasiyaya uğramasına gətirib çıxarır. Nəticədə isə gələcək nəsillərimizin şikəst, diabetli doğulması halları ilə üzləşirik".

Qeyri-qida məhsulları ilə bağlı vəziyyət isə heç də ürəkaçan deyil. Hazırda bunu nəzarət edən hanısa dövlət qurumu yoxdur. Yalnız hansısa şikayət olanda məsələyə Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müdaxilə edilir. Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiyauyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, istehsal olunan məhsullarla bağlı maarifçilik fəaliyyətini həyata keçirmək üçün "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi yaradılıb. Qurumdan "525"ə verilən məlumatda qeyd edilir ki, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi qarşısına qoyduğu hədəflərə nail olmaq üçün məsləhət, təlim, auditoriya fəaliyyətləri həyata keçirir. Qurumun əsas fəaliyyət  istiqamətlərindən bir də iqtisadiyyatın müxtəlif sahələrində çalışacaq mütəxəssislərin yetişdirilməsidir. Bununla əlaqədar olaraq İctimai birlik yerlixarici ekspertləri cəlb etməklə keyfiyyət və idarəetmə üzrə müxtəlif mövzularda təlim kursları həyata keçirir. Təlim kursları qurumun struktur vahidi olan Keyfiyyət Akademiyasının Təlim Mərkəzi tərəfindən keçirilir. Təlimlərdən əvvəl şirkət və təşkilatların, habelə iştirak edəcək şəxslərin təlim ehtiyacları diqqətlə öyrənilir. Təlimlərdə iştirakçıların həm nəzəri biliklərə, həm də müvafiq vərdişlərə yiyələnməsi üçün ən müasir metodologiyalardan istifadə olunur və öyrənilən biliklər ayrıca olaraq praktiki çalışmalarla möhkəmləndirilir.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 20 yanvar.- S.19.