Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Mariyanın Fransa kralı IV Henri
Burbona ərə getməsi, onun qarşılıqlı
razılıq əsasında Fransa kralı II Henrinin və
kraliça Katerina de Mediçinin qızı, toyu günü
huqenotların qırğını təşkil edilmiş
Marqaret Valuanı boşamasından sonra baş tutdu. Beləliklə, Mediçi nəslindən olan ikinci
qız Fransa taxt-tacına yüksəldi, lakin bu, heç də
Ferdinandonun güclü səyi olmadan baş verməmişdi.
O, bu ittifaqla öz ailəsini Avropa hakimiyyəti zirvəsində
möhkəmləndirmək istəyirdi.
Bu nikahın əsl səbəbləri Mediçilər
üçün yüksək prinsip məsələsi olsa da,
fransızlar üçün pul əldə etmək
şansı idi. Faktiki olaraq fransızlar Mariyadan tələb
etdilər ki, özü ilə 1 milyon qızıl skudo məbləğində
cehiz gətirsin. Bu məbləğ sonra
600 yüz minə qədər azaldıqda, bunu,
danışıqlarda fransız nümayəndələri
sevinclə qəbul etdilər, həmin vaxt yeni təklif olunan
rəqəm olduqca böyük məbləğ idi.
Kraliçanın 1600-cü ildəki toy mərasimini
flamand rəssamı Paul Rubens böyük kanvasda təsvir
etdi.
Daim Fransada baş verən kimi Parisdəki qeyri-adi hadisə
ilə, buna səlahiyyət verilmiş adamlar tərəfindən
nikah bağlanmışdı. Qızıl zərgərləri,
otaqları daxilini bəzəyənlər, şənliyi təşkil
edənlər, klounlar səfərbərliyə
alınmışdı. Onların
hamısı gözəl tamaşa yaratmalı idilər.
Rəsmi mərasim nikah bayramı kimi effektiv
qaydada keçirilməklə, 1600-cü ilin dekabrın 17-də
Lionda baş tutdu.
Qız
fransızlar üçün həmin dövrdə xüsusən
cavan deyildi, onun 27 yaşı var idi, əlbəttə ki,
fiziki cəhətdən də heç də xüsusilə
cazibədar deyildi və açıq görünürdü
ki, o qədər bacarıqlı da deyildir. Bunların
hamısı toyda o saatca özünü büruzə verdi.
Mariya bütün ömrü boyu italyan ər-arvad
cütlüyü ilə dostluq əlaqəsində idi və
onlar, heç şübhəsiz, qıza təsir göstərməmiş
deyildilər.
Onlar özləri üçün faydalı
imkan axtarırdılar, pula çox həris idilər. Mariya tezliklə bayramlar və mərasimlər təşkil
etməyə qadir oldu, buna onun həmin iki kompanyonu da köməklik
edirdi və buna görə də sarayda kraliçaya
qarşı olan cəbhədə müstəsna dərəcədə
qüdrətli olan kardinal Rişelye də var idi.
Sonra 1610-cu ildə IV Henri qəflətən öldü. Fanatik katolik
onu xəncər zərbəsi ilə karetasında bayram etməyə
gedən yolda öldürmüşdü. Bundan sonra
Mariya regentə
çevrildi, lakin ondan xoşları gəlmirdi və
o, hətta sürgünə getməyə də məcbur
edildi. Onun regentliyi 1617-ci ilə kimi davam etdi və
hakimiyyət aclığı və itkiyə görə
qorxusu onu məcbur etdi ki, özünə loyal olan və
şeytan kimi tanınan Konçinidən asılı olsun.
Bununla o, saray müşavirlərinin işlərə
müdaxiləsinin qarşısını almaq istəyirdi.
Xidmətinin əvəzində o, Konçiniyə markiz
titulunu verdi. Həmin vaxt onun
oğlu XIII Luinin buna reaksiyası çox güclü oldu.
Kral anasının Bluaya getməsini qadağan etdi, həmin
vaxtdan qadının əzab çəkməsi
başlandı. 1617-ci ildə onun dostları olan
Konçinilər öldürüldülər, hətta
Konçininin arvadına da aman verilməmişdi. Mariya
öz oğlu ilə barışmaq üçün bir
neçə cəhd həyata keçirdi, oğlu onu 1622-ci
ildə yenidən yanına çağırdı və sonra
onu on il sonra daha uzağa göndərdi. Qadın Blua şatosundan qaçmağa cəsarət
göstərdi, lakin yenidən Fransanın özündən
xaricə göndərildi.
O,
Antverpenə yollandı, orada səfillikdə yaşadı,
uşaqları ona gizli qaydada xırda xərclik göndərirdilər.
O, rəssam Rubensin onun üçün tutduğu evdə
yaşayırdı. Əvvəllər o, Rubensə
mühüm sifarişlər vermişdi və rəssam əsərlərində
IV Henrini döyüşdə və 1594-cü ildə Parisə
daxil olarkən təsvir etmişdi. Mariya
1642-ci ildə Kölndə tam yoxsulluqda öldü.
Böyük
Hersoq II Kozimo
II Kozimo ürəyinin təbii xeyirxahlığına
malik idi və müstəsna dərəcədə
yaxşı davranırdı, ona görə də hamı ona
hörmətlə yanaşırdı. O, xəstə səhhətindən
əziyyət çəkirdi və hətta yaxşı cəhətlərini
də idarəçiliyində istifadə edə bilmirdi.
O,
Florensiyada taxt-taca çıxdıqda İspaniyaya olan köhnə
ailə rəğbətindən istifadə edərək, digər
tərəfdən Fransaya rəğbətsizlik göstərirdi.
Xarici siyasətdə xüsusi təşəbbüslərdə
bulundu. O, elə bir dövlətin nümayəndəsi
idi ki, bu vaxt həmin dövlət başlıca beynəlxalq
danışıqlardan və münaqişələrdən kənarda
qalmışdı. Otuz illik müharibə
(1618-1648-ci illər) aparan dövlətlər arasında da onun
dövləti xüsusi qaydada neytral idi. Onun
davranışı kiçik əhəmiyyəti olan faktlardan
irəli gəlirdi.
Bunlardan birincisi, Mediçi ailəsini dəstəkləyən
bank fəaliyyətinə onun yaxın olması idi. İkincisi,
Qalileo Qalileyin qayıtması idi, onu Florensiyada irəli
çıxmış matematiklərin sədri təyin
etmişdi.
O, daha
çox diqqəti donanmaya verirdi. Avropada
sığınacaq tapmış çox istedadlı adamlardan
biri olan ingilis Dadlinin köməyi ilə hərbi gəmilər
hazırlatdırmışdı. O, həm də
donanmadan istifadə edirdi, cəngavərlər vasitəsilə
druzlarla və türklərlə qalibiyyəti vuruş aparmaq
üçün Aralıq dənizinin şərq hissəsinə
üzmüşdü.
Onun təbiəti, vəd verən və nəcib olmaqla,
tez-tez xəstələnməyə məruz qalırdı. Siyasi məsuliyyətinə
və ailənin bank işlərinə laqeyd idi. O, 1621-ci
ilin fevralında öldü.
II Kozimo 15 yaşında taxt-taca qalxmış və
avstriyalı Meri Maqdalinaya evlənmişdi. Lakin onun
hökmranlığı qısa müddət çəksə
də, rəssamlıq və mədəniyyət
üçün həmin dövr çox əhəmiyyətli
idi.
Ehtiraslı kolleksiyaçı olmaqla, II Kozimo Florensiyaya
yeni rəssamlıq janrını gətirdi, bu vaxta qədər
isə ona laqeyd münasibət göstərilirdi. Şəhərin
genişləndirilməsini davam etdirmək üçün
Livorno limanını tikdirdi.
Böyük
Hersoq II Ferdinando
II
Ferdinando yumşaq və zəif bir fərd olmaqla 50 il ərzində hökmranlıq etdikdə,
Mediçi ailəsini yeniləşdirmək üçün
imkan qazandı. Lakin həm də başa
düşürdü ki, dövlət yamacdan aşağı
tərəfə, tənəzzül qaydasında
sürüşür.
II Kozimo öz səhhətinin ümidsiz olduğundan hali
olduqda, varisi olacaq 10 yaşlı Ferdinandoya özünün
ölümündən sonra regent kimi iki Böyük
hersoginyanı - lotaringiyalı Kristinanı və avstriyalı
Maqdalenanı vəsiyyət etdi. Onlardan birincisi
uşağın anası, digəri isə nənəsi idi.
Lakin onların hər ikisinin qüsuru dəbdəbəyə
hərislik və bədxərclik idi. Onlar
həm də bu məsələdə bir-birilə rəqabət
aparırdılar. Qısası, onların regentlik etdikləri
səkkiz il zəruri bədbəxtlik
halları ilə əlamətdar oldu.
Kozimonun zəmanətləri
qiymətləndirilmədi və nəhəng məbləğdəki
irs, hersoqun nəzərdə tutduğu kimi
bədbəxtlik anında sığorta formasında xalqa
çatdırılmalı olduğu halda, həmin pullar
artıq xərclənib, yoxa çıxmışdı.
Regent hersoginyalar öz təbiətlərinə
uyğun olaraq hərəkət edib, xəzinəni boş
qoymuşdular.
Florensiyanın kommersiyası da böhran vəziyyətində
idi, xarici yun və ipək bazarlarında rəqabətin kobud
formaları buna gətirib çıxarmışdı.
Ferdinando hələ cavan və təcrübəsiz olanda
onu evləndirməyi qərara aldılar. Regentlər olan Kristina və
Meri Maqdalena əmioğlu ilə əmiqızını
nişanladılar, məqsəd ondan ibarət idi ki, Urbino
hersoqluğu ilə Toskana hersoqluğu birləşdirilsin,
lakin ən vacib olan məsələ baş vermədi, ərazi
birliyi həyata keçmədi.
1627-ci ildə Ferdinando Romaya göndərildi ki, təkrarən
nəcib adamlarla görüşsün və Papa Sarayında
olsun. Lakin Barberinilər ona hörmətlə
yanaşmadıqlarından o, Romanı tərk etməyi qət
etdi. O, Vyanaya getdi və orada öz anasının
dayısı gildə qaldı. 1628-ci ildə 18
yaşında o, könüllü olaraq Florensiyaya
qayıtdı ki, hakimiyyəti əlinə götürsün.
O, əlbəttə
ki, avtoritar hökmdar deyildi və təsirlərə məruz
qalırdı. O, xüsusən iqtisadi sahədə və taun
epidemiyana sirayətlənmiş əhalinin
sağaldılmasına kömək sahəsində uğur
qazandı. Saray özünü infeksiyadan qorumaq
üçün Belvedor Fortunda izolyasiya qaydasında
yaşadı. Lakin Ferdinando səhiyyə
idarəsi yaratdı, keşişlərdən və qadın
monastırlarından xahiş etdi ki, xəstələrə
maddi cəhətdən qayğı göstərməkdə
iştirak etsinlər. Lakin papa ona senzura
qoydu və onu qanunlar qoyduğuna görə məzəmmət
etdi. Axı onun keşişlərdən
itaət tələb etmək hüququ yox idi. Həm də o, hələ də anasının təsiri
altında idi və bu, qadının 1531-ci ildəki
ölümünə qədər davam etdi.
Ferdinandonun hökmranlığı çox pis əlamətlər
altında başlamışdı. Tarixçilər
razılaşırlar ki, o, qabiliyyətli adam
idi, yetkin şəxsiyyət olmaqla yaxşı ədalət
hissi ilə mükafatlanmışdı. Onun
müasirlərinin Böyük Hersoq haqqındakı rəyi də
oxşar idi. 1670-ci ildə o, öləndə
tarixə yaxşı insan keyfiyyətləri olan hökmdar
kimi düşdü. Onun dövründə Florensiya
siyasi cəhətdən kiçik bir şəhərə
çevrildi, onun artıq xarici siyasətdə elə bir təsiri
yox idi. Şəhər iqtisadi cəhətdən
kasıb olsa da, incəsənətdə, ədəbiyyatda və
elmdə varlı idi. Toskana sarayı
İtaliyada o vaxtlar ən möhtəşəm saray idi, bu da
onun rəssamlıq incilərinin bolluğu ilə əlaqədar
idi.
Sosioloqların dedikləri həqiqətdirsə, hər
bir siyasi layihənin mahiyyətcə elementi insanın xoşbəxtliyə
çatması olmalıdır, bu heç olmazsa, mənəvi
səviyyədə baş verməlidir. Hökmdarın
borcu öz təbəələrini bəşər miqyasındakı
şəhərlə təmin etməkdir. Şəhər
sakinlərinə də fəxr etdikləri mədəniyyət
nümunələrindən fayda götürmək imkanı
verilməlidir.
Ferdinando
1650-ci illə 1660-cı il arasında
qardaşları ilə birlikdə özünü intellektual
yenidənqurmaya həsr etdi. Qardaşı Leopoldo
onun qətiyyətli köməyi ilə 1657-ci ildə
"Sinento" Akademiyasını yaratdı.
Ferdinando, Royal cəmiyyət tərəfindən, bu
çox mühüm elmi institut o vaxt mövcud idi, rəsmi
qaydada təbrik edildi. Bununla Qalileo ilə əlaqədar olan elmi
nailiyyətlər etiraf edilirdi, buna həm də Vinçentso
Viviani və Yevangelista Torriçelli köməklik göstərmişdi.
Ferdinando innovasiyalara maraq göstərdiyindən,
onları həmin vaxt şəhərə gətirirdi. O, Roman barokkosu ilə də
çox maraqlanırdı. Qardaşlarının
köməyi ilə o, rəsmlərdən ibarət
böyük kolleksiya yaratmışdı.
Ferdinando qiymətli obyektlərə də ehtiraslı
münasibət tərbiyə edirdi. Saatları,
daş-qaş mücrülərini, oyuncaqların
kolleksiyasını toplayan institut təşkil etmişdi.
O, özü həvəskar kolleksiyaçı idi və buna
görə heç vaxt ittiham edilməmişdi.
I Ferdinando 1670-ci ildə öləndə ölkədə
problemlər daha da böyümüşdü.
Böyük
Hersoq III Kozimo
III Kozimo siyasi cəhətdən ortabab şəxsiyyət
olmaqla, Florensiyanı qalan Avropa tərəfindən ehtiram bəslənməməsi
ilə yanaşı, izolyasiya edilmiş bir əyalət şəhərinə
çevirmişdi, bu, şəhərin əhəmiyyətinin
kiçildilməsi idi. Orada tarixə, elmə və texnologiyalara
dair fundamental hadisələr baş vermişdi.
Əgər Mediçilər arasında kimsə ailənin və Florensiyanın taleyini yaşamağa qətiyyətli idisə, elələri də var idi ki, çox pis mövqe tuturdu. Bədbəxtlikdən, Kozimo dəhşətli hökmdar idi. Onun 1670-1723-cü illərdəki hökmranlığı bütün öz sələflərindən daha uzun çəkmişdi. O, zəif xarakterə malik olsa da, öz təbəələrini sərt qaydada cəzalandırırdı. Onun davranışının nəticəsi kimi Böyük Hersoqluq əsl terror rejimində yaşayırdı və bu, vətəndaşlar arasında şayiələrin, yalanların, bəhanələr gətirməyin yayılmasına səbəb olurdu.
Hökmlər, adətən, ictimai qaydada icra edilirdi ki, başqa vətəndaşlara da öz təsirini göstərsin. Misal üçün, yəhudi kişi ilə yaxınlıq etmiş bir qızı lüt soyundurmuş və ittihamla əlaqədar olaraq şallaqla döymüşdülər. Bu səbəbə görə III Kozimo ilk və yeganə Mediçi idi ki, onun kilsə xadimlərinə göstərdiyi təsir nəticəsində, onlarda yəhudilərə qarşı düşmən münasibəti meydana gəlmişdi.
O, Böyük Hersoqluğun ərazisinə
geniş səyahət etmişdi. "İctimai əxlaq" siyasəti formasından
istifadə edirdi.
Xarici siyasətdə o, özünü çox hiyləgər
aparırdı. İmperatorla gözlənilmədiyi halda,
qəflətən barışmışdı. Bundan məqsədi Fransa və İspaniya
arasındakı münasibəti gözə çarpdırmaq
idi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 25 yanvar.- S.14.