"Uğur qazanmaq üçün inadkarlıq və özünə güvənmək lazımdır"

 

İNTERYER-DİZAYNER LEYLA NAİB CABBARLI: "İSTEDADLI GƏNCLƏRİMİZ ÇOXDUR, SADƏCƏ ÖZÜNÜ DÜZGÜN ŞƏKİLDƏ TƏQDİM EDƏ BİLMƏYƏNLƏR VAR"

  sənəti rəssamlıqla bağlı sahədir. Burada müasir düşüncə yeniliklərə açıq olmaq, estetik zövq mütləq şərtlərdəndir. Yaxşı dizayn birinci növbədə insanları düşünür. O, problemləri həll etmək üçün yaradıcılıqdan istifadə edir, düşüncələrə meydan oxuyur həyatı daha da təkmilləşdirir. Dizaynerlər iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərirlər. Onlar daha yaxşı məhsullar yaradaraq modellər tərtib edirlər. Həmsöhbətimiz interyer-eksteryer, dizayner Leyla Naib Cabbarlıdır.

- Leyla xanım, necə oldu ki, memarlıq peşəsini seçmək qərarına gəldiniz? Sizdə bu sahəyə maraq necə yarandı?

- Uşaqlıqda geyim üzrə modelyer olmaq arzum var idi, yaxşı əl qabiliyyətim olduğundan, geyimlərin rəsmini çəkirdim. Sonradan - 2000-ci illərdə interyerə marağım yarandı. Həmin vaxtlar kompüterlər hələ yeni-yeni çıxırdı. Mən 3D ilə maraqlanmağa başladım, interyer-dizayner peşəsini seçdim Rusiyada təhsil aldım. Karyera qurmağa həvəsim çox idi. Yadıma gəlir, birinci dəfə işə qəbul olunmaq üçün yalan danışdım ki, məni işə götürsünlər (gülür). Çox istəyirdim ki, artıq işə başlayım. Başladım, özümü doğrultdum, hətta maaşımı artırdılar (gülür). Yəni uğur qazanmaq üçün inadkar olmaq özünə güvənmək lazımdır, qorxmaq lazım deyil.

- Peşəkar dizayner necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

- Peşəkar dizayner olmaq üçün ilk növbədə öz imicini yaratmalısan. Bütün inşaat, dizayn sərgi tədbirlərdə iştirak etməlisən. Daha sonra isə kiçik bir layihə götürüb onun üzərində çalışmalı açar təsliminə kimi işləməlisən. Necə deyərlər, peşəkar professional mütəxəssis olmaq üçün insan öz səhvləri üzərində çalışmalı bundan nəticə çıxarmalıdır. Xarici memarlıq nümunələri ilə maraqlanmalısan, əgər xaricə  çıxış imkanın yoxdursa, onlayn seminarlara qatılmaq yetərlidir. Amma bu o demək deyil ki, bunları etdikdən sonra dayanmaq olar, ildən-ilə yeni tendensiyalar yaranır, insanların zövqü dəyişir, tələblər artır, texnologiyalar inkişaf edir. Dizayn sahəsi yaradıcı sahədir, daim inkşaf etmək yeniliklərdən xəbərdar olmaq çox vacibdir. Ona görə , dediyim kimi, mütəmadi olaraq sərgi tədbirlərdə iştirak etmək çox önəmlidir.

- Ölkəmizdə daha çox hansı interyer növlərə tələbat var?

- Ölkəmizdə daha çox neoklassik üsluba tələbat var, bu üslub komfort isti ab-hava yaradır. Bir ara loft üslubu çox dəbdə idi, lakin sürətli şəkildə meydana gəldiyi kimi, sürətli şəkildə dəbdən düşdü. Sonra soft minimalizm dəbə mindi - buna daha çox gənclər arasında tələbat yarandı - daha düz formalar, açıq rənglər, işıqli, düz tavanlar s.

- Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ali təhsil? Ali təhsil almadan dizayner olmaq mümkündürmü?

- Ali təhsil əlbəttə, vacibdir, amma mən insanlar tanıyıram ki, ali təhsili olmadan bu işin peşəkarıdırlar, sadəcə zaman faktoru var. Alitəhsilli dizayner professional karyerasına daha tez başlaya bilir. Amma yenə hər şeyə zaman lazımdır, həvəs inadkarlıq olmalıdır.

 

- Hazırda fəaliyyətinizi harada davam edirsiniz?

- 2018-ci ildə öz şirkətimi təsis etmişəm, çox peşakar zəhmətkeş komandamız var.

- Bu il bu sahədə hansı yeni trendlər dəbdə olacaq? Yeniliklər varmı?

 

- İnteryer dizaynda dəb fashion sahəsi kimi sürətlə dəyişmir, lakin yenə də hər il yeni parlaq tendensiyalar meydana çıxır və ya köhnə üslublar yenilənir. 2023-cü ildə interyerdə növbəti trendlər ümumi şəkildə bunlar olacaq: soft minimalizm, ağıllı ev sistemi və ən sevdiyim keçmişə qayıdış. Ən əsası isə rənglər, təbiətə yaxın çalarlar, isti təbii tonlar - qəhvəyi, terakota, mərcan, çəhrayı. Ümumi tendensiyalar çox dəyişməyib, təbiilik və eyni zamanda funksionallıq və minimalizm. Ümumiyyətlə, bütün müasir dizayn minimalizm konsepsiyası üzərində qurulub. Ancaq 2023-cü ildə diqqət daha çox yumşaqisti minimalizmə yönələcək. Minimalizm interyerlər daha canlı və rahat görünür. Birinci növbədə palitra çox vacibdir: burada bej-qəhvəyi isti rənglər əsas götürülür, onlar qırmızı, sarı, narıncı rəng çalarları, fakturalar (mümkün qədər ağac, tekstil, bitki) və hamar yuvarlaq formalarla tamamlanır. Minimalizm digər üslubların elementləri ilə də tamamlana bilər: skandi, boho, kantri, klassik. İndi texnologiya çox sürətlə inkişaf edirbundan evinizdə tədricən istifadə edə bilərsiniz. İnteryerdəki hər bir detal ev sahibinin həyatını asanlaşdırmalıdır. Hər növ sensorlar, pultla idarə olunan açarlar, taymerlər, səsli köməkçilər, smart qadjetlər hər hansı bir mənzil və ya fərdi evdə mütləq olmalıdır. Əgər ağıllı ev sistemi qurmağa hələ hazır deyilsinizsə, kiçik "köməkçilərdən" başlayın: robot tozsoran, uzaqdan idarə olunan pərdələr, suya qənaət edən kranlar, çoxfunksiyalı məişət texnikası və s. Keçmişə qayıdış. Analitiklər 70-ci illərin üslubunun xüsusi populyarlığını proqnozlaşdırırlar. Nostalji interyerə pozitivlik gətirir, rahatlıq və istilik əlavə edir. Neytral baza dəbdən düşmür və yaxın illərdə öz yerini itirməyəcək. Ən əsas rənglərdən biri terakota rəngidir. Bu, neytral çalarlarla yaxşı görünəcək, bundan xüsusən də tekstil detallarında istifadə edə bilərsiniz.

- Bəs bu sahəyə maraq göstərən gənclərə nə demək istərdiniz?

- Əvvəldə qeyd etdiyim kimi, insan gərək özünü inkişaf etdirsin. Ümumi kütlədən seçilmək üçün öz üzərində işəmək lazımdır.  Məsələn, yaddaşlarda qalan bir obraz yaratmaq, maraqlı fikirlər bildirmək, kiçik uğurlu bir proje hazırayıb onu reallaşdırmaq və düzgün şəkildə təqdim etmək, veb-sayt, maraqlı vizit kartlararabir qısa video çarxlar hazırlamaq. İstedadlı gənclərimiz çoxdur, sadəcə özlərini düzgün şəkildə təqdim edə bilməyənlər var. Ona görə də bu deyilənləri nəzərə almaq çox vacibdir.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 28 yanvar.- S.24.