Gənclərin xaricdə təhsili: yeni dövrün prioritet ixtisaslarına üstünlük verilir

 

"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı bu günlərdə Elm Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

Siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizinin magistratura səviyyəsini əhatə edəcəyi nəzərə alınır. Müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika verilənlərin təhlili, fundamental tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya kosmos, dövlət idarəetməsi, nəqliyyat logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan - 575 bakalavriat 3551 magistratura olmaqla - ümumilikdə 4126 təhsil proqramını əhatə edir.

Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3551 proqram arasında fundamental tətbiqi elmlər (24 faiz), mühəndislik (19 faiz), informasiya texnologiyaları (12 faiz) statistika verilənlərin təhlili (10 faiz) üstünlük təşkil edir.

Qeyd edək ki, sözügedən siyahıda bakalavriat təhsil səviyyəsi üzrə informasiya texnologiyaları, mühəndislik, fundamental tətbiqi elmlər, energetika, aviasiya kosmos, arxitektura dizayn, iqtisadiyyat kənd təsərrüfatı ixtisas sahələri üzrə proqramlar yer alır.

Magistratura səviyyəsində isə Dövlət Proqramının bütün prioritet ixtisas sahələrinə aid proqramlar üzrə təhsil almaq mümkündür.

Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat magistratura proqramları üzrə qəbul sənədlərini əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın sözlərinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilib. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik bacarıqlara yiyələnən, müasir, gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir: "Proqramın icrası ilə ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaranacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq. Ölkəyə qayıdan məzunların ən müasir təcrübə biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət daha da güclənəcək. Xatırladım ki, bu proqram məzunların məşğulluğunun təmin edilməsini karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılmasını da şərtləndirəcək. Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, proqram Dövlət Neft Fondunun vəsaiti, eləcə beynəlxalq təşkilatların texniki-maliyyə yardımları, kredit qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdirilir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı innovativ düşüncəli gənclərin iqtisadi fəallığı idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük verilir. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyatsair. Nəzərdə tutulan müddətdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir: "Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük verilir. Sənəddə o da qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən edilir. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən edilir. Bu da gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və proqramları reallaşdırılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə, ümumilikdə 3558 təqaüd verilib. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə mühüm təsir göstərib".

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev insan kapitalı amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə, ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 31 yanvar.- S.11.