Alban-türk tarixini ermənilər necə
oğurladılar...
1820-ci illərdən I Pyotrun "Qafqazı
xristianlaşdırmaq və yerli əhalini deportasiya etmək"
vəsiyyəti nəticəsində ərazilərimizə
köçürülən ermənilər öncə
Göyçə mahalında 6 kəndə yerləşdirildi,
1849-cu il I Nikolayın sərəncamı ilə bu ərazi
"Erməni əyaləti" statusunu aldı. Yüzillər
öncə İslam dinini qəbul etdiyimiz üçün
Qıpçaq, Xaçmataq, Skif kimmerlərə məxsus olan
Tanrı məbədləri, eləcə də qədim
türk yazılı daşlarının qorunduğu vənglər-Bəngü
taş-yazılı daş məbədləri boş
qaldığından, bu məbədlər yenicə
xristianlığı qəbul etmiş ermənilərə
verildi. Bu tarixi prosesdə xalqımızın qədim tarixi mədəniyyət
abidələri tariximizdən uzaqlaşdırıldı,
"erməni tarixi" kimi dünya ictimaiyyətinə təqdim
edildi.
Bütün bunlara baxmayaraq, əsl tariximizi tam təhrif
etmək mümkün olmadı, antik mənbə və müəllif
əsərlərində günümüzə qədər gəlib
çatdı. Herodot, K.Ptolomey, Strabon, Korneliy Tatsit, Tit Liviy,
Ammian Marsellin, İbn Xordadbeh, İosif Flavi kimi qədim
dövr müəlliflərinin əsərlərində, eləcə
də Şərq və dünya tarixi kitablarında
xalqımızın m.ö. VI minilliklərdə əlifbası
olması, Asər tayfalarının Asmaq qolunun-Maq asların
Yunan çarlarına məsləhətlər verdiyi yer
alıb. Bu baxımdan Alban dövlətimiz də ərazilərimizdə
qurulmuş, Mitan, Manna, Midiya, Atropatena kimi dövlətlərdən
biri olmuş, alban, qarqar, quqar, kaspi, xəzər, sak, kəngər,
peçeneq, udin, sarmat, çol/çul, koman, bolqar, xurs kimi
37 prototürk tayfalarının qurduğu dövlət olub.
Lakin xeyli sayda etnik qruplar mövcuddur ki, bu qruplar da hələ
bu gün xalq kimi mövcud olmasalar da, özgə tarixinə
sahib çıxmaqla özlərini "qədim tayfa" kimi
dünya ictimaiyyətinə göstərməyə
çalışırlar. Belə tayfalardan biri də
günümüzdə hələ 3 milyona çatmayan ermənilərdir.
Bu tayfalar tarix boyu bizim ərazilərdə olmamış,
Pyotrun vəsiyyətinə istinadən Suriya, Livan və b. ərazilərdən
1820-ci ildən başlayaraq, 1978-ci ilə qədər Azərbaycan
ərazilərinə köçürülmüşlər.
Çar Rusiyası və sovetlər siyasətində
onlar əhali sayını artırmaq üçün ailədə
1 uşaq olduğu halda 5-6 uşaq adları sənədləşdirməklə,
həm sovetlərdən uşaq pulu almış, həm də
erməni əhalisinin "sayını
artırmışlar". Onlar Azərbaycan tarixi və
etnogenezinə sahib çıxmaq üçün başlanğıc
olaraq Alban tarixinə və bu ərazidə məskun olan qeyd
etdiyimiz tayfalar mədəniyyətinə yiyələnməklə,
bu mədəniyyəti "erməniləşdirməyə",
öz tarixlərini qədimləşdirib "yerli əhali"
statusunu almağa çalışıblar. Bu tarixi prosesdə
göstərilən tayfa adlarını özlərinə
bağlamaq üçün Kasparyan, Xazaryan, Saakyan, Komanyan kimi
soyadlar götürən bu etnik qrup, bununla bərabər,
Asaturyan, Torkayan, Kutiyan, Şubaryan, Manqaçiryan, Kolayan kimi
Asər, Şu, Kuti, Türükkü tayfalarının Tork
Tanrı adını, Maq kimi yüzə yaxın türk tayfa
adını əks etdirən soyadlar da götürüblər.
Bununla kifayətlənməyən friq-ermənilər Korkutyan,
Dəmirçiyan, Allahverdiyan kimi soyadlarla məişət və
inanclarımız hesabına da özlərinə tarix
yaratmağa çalışıblar, bu cür oğurluqlar ilə
onlar yenə də tariximizə sahiblənmək siyasəti
güdməkdədirlər. Bu oyunda onlar rus siyasi
yardımı ilə Alban tarixinə də sahib
çıxmış, özlərinə "Tarix"
yaratmışlar.
Biz Z.İ.Yampolskinin Albaniya tarixi və albanların
dili ilə bağlı tədqiqatlarında maraqlı elmi nəticələrlə
qarşılaşırıq. M.Kalankaytuklunun "Alban
tarixi"nin erməni dilində olmadığını qeyd edən
müəllif, ilkin variantda bu kitabın qarqarey, ya da udin dilində
olduğunu göstərir. Sonra isə bu kitab qrabar dilinə tərcümə
olunub. V.V.Bartold isə, qarqar və qıpçaqları
türk olaraq göstərib, bu kitabın "erməni dilində"
olmadığını yazıb. Müəlliflər qarqar,
udin, qıpçaq dillərinin friq, erməni dili
olmadığını göstərib, bu dildə olan
"Alban tarixi" kitabının qrabar dilinə çevrilməsini
siyasi oyun kimi qimətləndiriblər. Onlar 1700 illik tarixin
(m.ö. IV yüzillikdən eramızın 1260-cı ilinə
qədərki tarix) erməniləşdirildiyini yazırlar. Məhz
bu yolla friq ermənilər türk-alban tarixinə, eləcə
də prototürk müəlliflərdən Ananai Şirakasi,
Kirakos Gəncəli, Asoqik, Mxitar Qoşun yazılarına sahib
çıxmaqdadırlar.
Bəs bu siyasi oyun necə baş vermiş və friqlər
ərmən türk tarixi və Alban tarixinə necə sahib
olmuşlar? Bu tarixi prosesə qısaca nəzər salmaq istərdik.
M.Kalankaytuklunun kitabı onun ölümündən 400
il sonra, eramızın XVIII əsrində Alban Xaçın
knyazlığının süqutundan, Həsən Cəlal
İslamı qəbul etməyib tanrıçılıqda
qaldıqdan sonra "erməniləşdirilir". Qeyd edək
ki, xristianlıq datanrıçılıq üzərində
qurulur və ilk xristian duası eramızın IV əsri -
312-ci ilində Avropa auditoriyası qarşısında
"Xuday altında bütün adəm açıq
bulsun" - "Xudanın altında bütün adamlar
açıq qəlblə dayansın-dursun" ifadəsi ilə
türk dilində oxunur. Bundan istifadə edən,
özünü "Alban katolikosu" kimi göstərən
friq-erməni Nerses qrabar dilinə çevrilmiş "Alban
tarixi"nin bir kopyasını 1453-cü ildə
"Konstantinopol"a - İstanbula, erməni patriarxına
göndərir. Osmanlı imperiyası bu hiylənin
qarşısını aldığından erməni katolikosu
Simeonun tələbi ilə əlyazma 1766-cı ildə
Eçmiədzin kitabxanasına qaytarılır. Sual oluna bilər:
nəyə görə əlyazma Alban Xaçın
knyazlığının süqutundan 400 il sonra gizlin çap
üçün "Konstantinopol"a göndərilir?
Qeyd edək ki, hələ eramızın XVII əsrində
Albaniya ərazisində türk tayfaları
tanrıçılıq dinində idi və türklərin məbədlərində
xeyli xaç mövcud idi ki, bu inanc işarəsi m.ö. III
minilliyə aid Gəmiqaya işarələrində də
qalmaqdadır. O dövrdə nə xristianlıq, nə də
friq ermənilər tarixdə var idi. Albanlar isə yüzlərlə
tanrıçılıq məbədində bu inancla
bağlı xaçları saxlayırdılar. Bu xaçlar
tanrıçılıqda olan Altay, Sibir, Volqaboyu tatarlar və
digərlərinin də məbədlərində
qalmaqdadır. Biz ərazilərimizdə mövcud bütün
türk məbədlərinin altarlarında Günəş rəmzli
xətlərlə qarşılaşırıq ki, bu, m.ö.
V minillikdə Kassi türklərinin inancındakı
Suriyaş - Günəş Tanrısını təmsil
edirdi. Strabonun, Diona Kassinin yazılarına görə, bu
Tanrı işarəsi Anu Ekbatanda da mövcud idi ki, o zaman ermənilər
hələ Balkanda "friq briq" idi və hayas, erməni
deyildi. Xüsusi qeyd edək ki, eramızın 48-ci ilində
Alban məbədləri xristianlara aid deyildi, 460-cı ildə
hələ xristianlarda xaç işarəsi yox idi və onlar
qıpçaq, hun, xaçmataqları "xaçgəzdirən
vəhşi" hesab edirdilər. Lakin friq-ermənilər
özlərinə qədim tarix yaratmaq üçün bu məbədlərə
və oradakı yazılı daşlara sahib
çıxmağa çalışırdılar.
Erməni müəllifləri V.S.Nalbandyan və
S.T.Melik-Baxşiyan da etiraf edərək yazırlar: "Friq
ermənilərə görüntü üçün, siyasi
məqsədlə xristianlığı qəbul etdirdilər".
Bundan sonra 1839-cu ildə "Alban tarixini yenidən "Erməni
tarixi" kimi üzə çıxarıb "ilk erməni
yazısı", "Qədim Eçmiədzin əlyazması"
kimi təqdim etməyə başladılar. Lakin M.Xorenli
açıq yazırdı ki, "əlyazma erməni dilində
deyil, "vəhşi Qarqar" dilindədir".
Bu siyasi oyunda 1841-ci ildə Alban tarixinin "erməniləşdirilmiş"
II variantı E.Börye tərəfindən "Peterburq
variantı" kimi götürülməklə, "Erməni
tarixi" adı ilə nəşr olunur və bu variant yenə
də fransız M.Brosse tərəfindən 1851-ci ildə
götürülməklə "Erməni tarixi" adı
ilə Fransada nəşr etdirilir. Bu tarixi proseslərdən
sonra ermənilər 1700 illik türk tarixini "erməniləşdirib
özlərinə tarix yaradırlar" və bizim qədim
Tanrı məbədlərinə sahib çıxmaqla
buradakı yazılı daşlara - bəngü taslara da erməni
yazısı kimi sahib çıxırlar.
Xüsusi olaraq qeyd edək ki, təkcə
Naxçı
van ərazisindəki Tanrı məbədlərindən
(məbədlərə ermənilər "kilisə"
deyirdilər) 1963-1975-ci illər arası yüzlərlə
yazılı daş uydurma "Ermənistana"
daşınaraq, yazılar təhrif edilmişdi.
Bütün bunlara istinadən biz inanırıq ki, Azərbaycan
rəhbərliyinin iradəsi ilə xüsusi qruplar
yaradılacaq və bu Tanrı məbədlərindəki
yazılar özümüzə qaytarılacaq, beləliklə
də, ermənilərin gizli sifətləri dünya ictimaiyyətinə
bir daha çatdırılacaq.
Firudin RZAYEV
AMEA Naxçıvan Bölməsi, Onomastika şöbəsinin
müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent
firudinrzayev@gmail. Com
525-ci qəzet.- 2024.- 9 aprel, №62.- S.13.