Müəllimlərə
metodik dəstək keyfiyyət və inkişaf
üçün vacib şərtə çevrilib
Təhsildə son illər xüsusi diqqət mərkəzində
olan inkişaf istiqamətlərindən biri də şagird
nailiyyətlərinin yüksəldilməsi məqsədilə
müəllimlərə göstərilən metodik dəstəyin
keyfiyyətinin və effektivliyinin artırılmasıdır.
Bu, "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
2030" üzrə Azərbaycanın qarşıya qoyduğu
"Keyfiyyətli Təhsil" məqsədinə çatmaq
istiqamətində atılan addımlardan sadəcə biridir.
Şüarı "Hər kəs üçün
inklüziv və keyfiyyətli təhsili təmin etmək və
ömür boyu təhsili təşviq etmək" olan bu
işin hədəflərindən biri də şagirdlərin
inkişafında əhəmiyyətli rola malik olan ixtisaslı
müəllimlərin peşəkarlıq səviyyəsini
artırmaqdır. Belə müəllimlərin əsas
xüsusiyyətləri öz fənlərini və məzmun
sahələrini yaxşı bilməkləri, şagirdin
öyrənməsinin keyfiyyət qiymətləndirməsini
aparmaları, müxtəlif uyğun tədris metodları və
strategiyalarından istifadə etməkləri, şagirdlərin
inkişaf ehtiyaclarını anlayaraq tədris və öyrənmə
üzrə peşəkar bacarıqlarının davamlı
şəkildə təkmilləşdirilməsində fəal
olmalarıdır.
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil
işçilərinin qiymətləndirilməsi şöbəsinin
əməkdaşı Cəmilə Kazımovanın dediyinə
görə, müasir təhsil yanaşmasında
pedaqoqların şagirdlər üçün təlimi
diferensiallaşdırması istiqamətində lazımi bilik
və bacarıqları inkişaf etdirmələri geniş
yayılmış təcrübəyə çevrilib. Müəllimlər
təhsilalanların fərdi göstəricilərini -
hazırlıq səviyyələrini, maraqlarını və
üstünlük verdikləri öyrənmə tərzlərini
nəzərə alaraq təlimi bu göstəricilərə
uyğunlaşdırmaq üçün müxtəlif
yanaşmalar, strategiyaları araşdırırlar. Bunun əsasında
bütün şagirdlərin öyrənməsinə və
akademik uğur qazana bilmək bacarığına inam
dayanır: "İnsanların fərdi fərqlərinin və
potensiallarının onların inkişafında önəmli
rol oynayan faktorlardan biri kimi nəzərə
alındığı bu dövrdə müəllimlərə
metodik dəstəyin göstərilməsi zamanı seçilən
yanaşmaların da diferensiallaşdırılmasına
ehtiyacın müşahidə olunması təəccüblü
deyil. Diferensial metodik dəstək modeli müəllimlərin
fərdi və özünəməxsus xüsusiyyətlərini
və inkişaf ehtiyaclarını nəzərə alaraq
onların əsaslı peşəkar inkişafını təmin
etməyə əsaslanan yanaşmadır. Bu metod müəllimlərə
tərcih etdikləri metodik dəstək xidmətlərini
seçmək imkanı verir. Keçmişdən miras
qalmış yanaşmaya əsasən, metodistlik kollegial
münasibətlərə deyil, iyerarxiyaya əsaslanan
yanaşmanı dəstəkləyirdi. Müasir metodik dəstəyin
fokuslandığı əsas məqam isə müəllimlərə
nəzarət etmək deyil, onların peşəkar
inkişafını dəstəkləməkdir. Metodist fəaliyyətinə
diskret bir hadisə kimi deyil, müəllimin təkmilləşməsinə
və şagird nailiyyətlərinin yüksəldilməsinə
yönəlmiş davamlı proses kimi baxılır. Metodistin
yönləndirdiyi monoloqlar peşəkar inkişafı təşviq
etdirmək məqsədi daşıyan reflektiv dialoqlar,
söhbət və müzakirələrlə xarakterizə
edilir. Metodist və müəllim birgə nailiyyətlərində inkişaf
etdikcə istifadə olunan metodik dəstək
yanaşmasının dəyişməsi təklif olunur.
Peşəkar hazırlıq artdıqca və şərait dəyişdikcə,
metodist kontinuumda yuxarıya doğru irəliləməli və
daha çox müəllim tərəfindən idarə olunan
metodik xidmət yanaşmalarına keçməlidir. Müəllim
tərəfindən idarə olunan metodik xidmət
yanaşmaları ilə metodist və müəllimlər
metodik xidmət prosesindən daha çox töhfə ala bilərlər.
Effektiv metodik dəstək müəllimlərə öz
peşəkar inkişaflarını idarə etmək səlahiyyəti
və imkanı verən bir yanaşmanı mənimsəyir.
Metodistin rolu bütün biliklərə və cavablara malik
olan, müəllimi idarə edən bir fərd olmaqdan
çıxararaq daha çox fasilitatorluğa əsaslanır".
O bildirib ki, bəzi təhsilverənlər vaxt və
enerji baxımından çox böyük öhdəlik hissi
nümayiş etdirərkən, bəziləri isə bu öhdəliyi
çox az və ya heç nümayiş etdirmir. Heç bir
öhdəlik hissi müşahidə olunmayan müəllimlərin
yeganə motivasiyası işdə qalmaq olub,
özünüinkişaf üçün vaxt və enerji sərf
etməyə meyilli deyillər. Orta dərəcədə
öhdəlik nümayiş etdirən müəllimlərdə
bir akademik sahəni seçərək üzərində
işləmələri, digər istiqamətlərə diqqət
yetirməməkləri və ya bir qrup şagirdlə səylə
işləyərək digərlərini nəzərdən kənarda
qoyduqları müşahidə oluna bilər. Yüksək
öhdəlik hissinə malik müəllimlər daim
şagirdlər üçün əllərindən gələni
etməyə, iş saatlarından kənarda həmkarlarına
köməyə meyilli olurlar. Aşağı absrtakt təfəkkür
ilə işləyən müəllimlər siniflərindəki
problemlərin fərqində olmaya bilərlər və ya bu
problemlərdən xəbərdar olsalar da, bu, onları
çaşdıra bilər. Problemin necə həll ediləcəyini
bilmirlər və adətən, həll yolu onlara göstərilməli
olur. Adətən, problemin təbiətindən asılı
olmayaraq, "daha sərt olmaq lazımdır" və ya
"daha çox ev tapşırığı vermək
lazımdır" kimi çox limitli həll yollarını
düşünürlər. Orta səviyyədə abstrakt təfəkkürə
malik olan müəllimlər, adətən, problemi
gördükləri kimi təsvir edirlər: "Bir neçə
mümkün fəaliyyət təklif edə bilsələr də,
ümumi həll planını idarə etməkdə çətinlik
çəkirlər. Məsələn, kimya dərsində
şagirdlərin çoxu aşağı nəticə
göstərirsə, daha aşağı səviyyəli oxu
materialı olan düzəliş paketlərindən istifadə
etsələr də, inkişafın izlənilməsi, kifayət
qədər dərs vaxtının ayrılması, akademik
bacarıqları daha yüksək olan şagirdlər
üçün digər tapşırıqların, fəaliyyətlərin
təmin edilməsi, paketlərdən istifadə
qaydalarının izah edilməsi və fərdi işlərə
ehtiyacın müəyyənləşdirilməsində
çətinliklə üzləşə bilərlər. Orta
abstraklığa malik müəllim qabaqcadan hərtərəfli
planlaşdırma apararaq tədbirlər görmədiyi
üçün bu problemlərlə fəaliyyət zamanı
üzləşməli olur. Abstrakt düşünmə
bacarığı yüksək olan müəllimlər problemə
müxtəlif perspektivlərdən baxa və bir çox
alternativ həll yolları formalaşdıra bilərlər.
Onlar hər bir planın üstünlükləri və
çatışmazlıqları üzərində
düşünə və ən perspektivli olanı seçə
bilərlər. Əgər proqnozlaşdırılan nəticələr
baş verməsə, onlar bu planı dəyişməyə
hazırdırlar. Planlaşdırarkən, ortaya çıxa
biləcək əlavə problemləri mühakimə edə
və problem baş verməzdən əvvəl sistematik olaraq
qarşısını ala bilərlər".
Cəmilə Kazımovanın dediyinə görə,
metodik dəstəyin diferensial modeli hər bir müəllimin əsaslı
peşəkar inkişafını təmin etmək
üçün onların müxtəlif və özünəməxsus
ehtiyaclarını nəzərə alan dəstək modelidir.
Bu, müəllimlərə aldıqları metodik xidmətlərinin
növləri ilə bağlı seçimlər təqdim edən
yanaşmadır. Diferensial metodik dəstək xüsusilə
müəllim yönümlü olur və metodistə müəllim
üçün daha çox mentor, fasilitator olmağa imkan
verir. Bundan əlavə, metodist səylərini ən çox
ehtiyac duyulan yerə yönəldə bilər:
"Diferensiallaşdırılmış metodik dəstəyin
dörd variantı təklif edilir. Müəllim metodik dəstək
variantlarından birini seçir, metodist və müəllim
daha sonra busahəyə diqqət yetirir.
Diferensiallaşdırılmış nəzarət modelinin ilk
variantı olan intensive inkişaf zamanı metodistin
müşahidələrinin tədris metodları əvəzinə
təlim nəticələrinə fokuslanmasını tələb
edən prosesdir. Tədris prosesində çətinlik çəkən
müəllimlə intensiv inkişafdan istifadə edilməlidir.
İntensiv inkişaf beş və ya daha çox dövr və
çoxsaylı dərs dinləmələri əhatə edən
səkkiz komponentdən ibarətdir. Birinci komponent, ilkin
konfrans, metodist və müəllimin öz peşəkar
münasibətlərini müzakirə etmək və ya
refleksiya etmək istədikləri zaman keçirilir.
İntensiv inkişaf variantının ikinci komponenti - dərsdinləmə
öncəsi konfransıdır. Bu zaman müəllim
müşahidə olunacaq dərsin məqsədləri barədə
metodistə məlumat verir. Müəllim dərsin detallı
bir planını hazırlayır, rəy və təkliflərini
almaq üçün metodistə təqdim edir".
O qeyd edib ki, müəllim birlikdə mentorluq prosesindən
keçən iki və ya üç müəllimdən ibarət
komandanın bir parçası olur. Müəllimlər
bir-birlərinin dərslərini izləyir və tədris
haqqında rəy verirlər. Bu tip metodik dəstək metodist
üçün daha az vaxt tələb edir, çünki nəzarət
prosesini müəllimlər aparır, metodist isə yalnız
resurs rolunu oynayır. Kooperativ peşəkar inkişaf
kollegiallıq və ya faydalı mentorluq təcrübəsi
axtaran daha təcrübəli müəllimlərlə istifadə
edilə bilər. Diferensial metodik dəstəyin təklif
olunan üçüncü variantı özünüidarədir.
Özünüidarəyə əsaslanan metodik xidmət fərdi
müəllimə öz peşəkar inkişafı üzərində
müstəqil işləməyə imkan verir. Bu halda, müəllim
metodisti ilə öz peşəkar inkişafı
üçün fərdi inkişaf planları
hazırlayır və həyata keçirir. Bu texnika xüsusi
olaraq tək işləməyə üstünlük verən,
lakin mentor kimi metodistin köməyinə müraciət edən
müəllimlər üçündür. Müəllim
öz tədris prosesinə tənqidi yanaşaraq təhlil etmək
üçün videolent, inventar, refleksiya jurnalı və ya
portfoliolardan istifadə edərək öz tədris prosesini
qiymətləndirir. Metodistin dərsi qiymətləndirməsinə
ehtiyac yoxdur, lakin fərdi görüşlər vasitəsilə
müəllim istəsə, tədrisin təkmilləşdirilməsi
ilə bağlı rəy bildirə bilər. Diferensial metodik
dəstəkdən faydalanan müəllimlər
üçün mövcud olan son seçim inzibati monitorinqdir.
Glatthorn inzibati monitorinqi metodistin müəllimin sinfinə
qısa, gözlənilməz səfərlərlə nəzarət
etdiyi proses kimi müəyyən edir. Bu seçim sinifdəki
fəaliyyətə nəzarət etmək üçün
istifadə olunur və metodistə müəllimin
qarşılaşa biləcəyi hər hansı problemdən
xəbərdar olmağa imkan verir. Kollektivdə müəllimlərin
fərdi ehtiyaclarını və onlara uyğun
yanaşmanı müəyyən etmək üçün bəzi
göstəricilərə diqqət yetirmək lazımdır:
"Müəllimin əvvəlki tədris təcrübəsini,
müxtəlif tədris metodları ilə
tanışlığını və hansı pedaqoji nəzəriyyələri
əsas götürdüyü müəyyənləşdirilməlidir.
Bu amillər müəllimin sinifdə tədris tərzini və
çətin tapşırıqları yerinə yetirmək
üçün hazırlıq səviyyəsini müəyyən
etməyə kömək edəcək. Məsələn,
sinifdə az təcrübəyə malik olan, lakin bir öyrənmə
nəzəriyyəsinə əsaslanan və tədrisini bir
çox öyrənmə tərzlərinə
uyğunlaşdıran müəllim orta dərəcədə
strukturlaşdırılmış metodik dəstək
yanaşmasına hazır ola bilər. Bunun səbəbi müəllimin
daha yüksək səviyyəli tədris bacarıqları
nümayiş etdirməsi, lakin sinif təcrübəsinin
olmamasıdır. Tədris təcrübəsi az olduğuna
görə metodist müəllimə uzun müddət nəzarət
etməlidir. Lakin orta strukturlaşdırılmış nəzarət
səviyyəsi müəllimin tədris qabiliyyəti və hazırlıq
səviyyələrinə uyğunlaşmağa davam edəcəkdir.
Bundan əlavə, metodist müəyyən bir müəllimə
dəstək göstərmək üçün
özünün hazırlıq səviyyəsini qiymətləndirməlidir.
Metodik dəstəyin mahiyyəti peşəkar inkişaf
yolunda müəllimi müşayiət etməkdir; buna görə
də metodistlər lazımi yanaşmanı seçmək
üçün bilik bazasına malik olmalıdır. Əvvəlki
nümunəyə diqqət yetirsək, əgər metodist
sırf bu müəllimlə daha
strukturlaşdırılmış nəzarət modelindən
istifadə edərsə, bu, müəllimin tədris
bacarıqlarının gələcək inkişafına mane
ola bilər. Aydındır ki, bu müəllim şagirdin
öyrənməsi ilə bağlı aydın anlayışa
malikdir, lakin yalnız pedaqoji təcrübəsi yoxdur. Metodist
müəllimin inkişaf səviyyəsini tanımalı və
ona uyğun olaraq metodik dəstək yanaşmasını tənzimləməlidir.
Nəhayət, metodist alınan risklərə görə
mükafatların əldə oluna biləcəyini başa
düşərək fəaliyyəti zamanı əlavə
risklər almağa hazır olmalıdır. Eyni
yanaşmanın tətbiqi metodist üçün daha rahat ola
bilər, lakin bütün müəllimlər
üçün effektiv olmayacaq. Buna görə də müəllimlərin
metodik dəstək modelinin seçilməsinə cəlb edilməsinə
icazə verilməsi müəllimlərin inkişafı
üçün vacib ola bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.-26 aprel,№72.-S.12.