Mart qırğınları və şahid ifadələri
1918-ci il mayın 28-də Azərbaycanda müstəqilliyin
elan edilməsi, azərbaycanlıların ilk milli dövlətinin
- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması kimi
böyük əlamətdar hadisə xalqımız üçün heç də asan
başa gəlməyib, qanlı faciələr, saysız
qurbanlar, ərazi itkiləri, soyqırımları,
deportasiyalarla müşayiət
olunub.
1918-ci ilin mart günlərində Bakının
istisnasız olaraq bütün azərbaycanlı əhalisi -
kübar zümrələrdən tutmuş sadə adamlara qədər
bütün təbəqələr erməni zorakılıqlarının
qurbanına çevrilmişdi. Bakının müsəlman əhalisinə
qarşı silahlı çıxışlar şəhərin
müxtəlif hissələrində - həm mərkəzi məhəllələrdə,
həm də kasıb və imkansız təbəqələrdən
olan sakinlərin məskunlaşdığı "Məmmədli",
"Kərpicxana", "Kanitapinskaya" adlanan ucqarlarda eyni zamanda başlanmışdı. Erməni
daşnakları şəhərdə
qarşılarına çıxan bütün müsəlmanları, hətta
qadın, uşaq və yaşlı kişilərin olmasına
belə baxmadan onları qarət
edir, qətlə yetirirdilər.
1918-ci il martın 30-dan
başlayan hadisələr bir həftə davam etmiş, onun
üç günü erməni
daşnak dəstələrinin hədsiz
azğınlığı, amansızlığı və qəddarlığının
xüsusilə kütləvi xarakter alması ilə səciyyələnmişdi.
Həmin günlər erməni quldur dəstələri
Bakının ətraf kəndlərinə də basqınlar
edərək sakinlərin evlərinə soxulur, şəhər
kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları
qarət edir və qətlə yetirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il iyulun
15-də hüquqşünas Ələkbərbəy Xasməmmədovun
sədrliyi ilə
yaradılmış Fövqəladə Təhqiqat Komissiyası çox qısa bir
zamanda ermənilərin törətdikləri cinayətləri
tam üzə çıxardı. Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən
toplanmış Bakı qəzasında və Azərbaycanın başqa qəzalarında
erməni silahlı dəstələrinin dinc türk-müsəlmanlara
qarşı törədikləri vəhşiliklərini əks
etdirən 36 cild və 3500 vərəqdən ibarət sənədlərin 6 cild
740 vərəqi Bakı şəhəri
və ətrafında törədilmiş
zorakılıq hadisələrinə aiddir. Sənədlər
Bakı şəhəri və ətraf kəndlərin 12 mindən
çox dinc müsəlman əhalisinə qarşı erməni
hərbi qüvvələrinin törətdikləri vəhşilikləri
və amansızlıqları haqqında çoxlu sayda faktlar,
tanınmış, zəngin azərbaycanlıların
ünvanlarından ibarət siyahıların əvvəlcədən
hazırlanması, hərbi əməliyyatların şəhərin
müxtəlif hissələrində eyni vaxtda
başlanmasına dair planın mövcud olduğunu göstərir.
Bu plan isə öz növbəsində erməni millətçilərinin
öz gələcək dövlətləri
üçün potensial ərazi
kimi baxdıqları Azərbaycanın bütün
regionlarında müsəlman əhalisinin sayının
maksimum azaldılmasına yönəlmiş daha irimiqyaslı əməliyyatların
və planların tərkib hissəsi idi.
Cinayətlərin şahidi olmuş bir neçə nəfər
azərbaycanlının tarix elmləri doktoru, professor Solmaz
Rüstəmova-Tohidinin "Bakı. Mart 1918-ci il Azərbaycan
qırğınları sənədlərdə"
kitabında yer alan ifadələrində də məsələlərə
tam aydınlıq gətirilir.
Sənəd ¹14
Dindirmə protokolu: 1918-ci il, 6 noyabr. Bakı şəhəri;
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat
Komissiyasının Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən
qismində dindirdiyi aşağıda adı çəkilən
şəxs göstərmişdir:
Balabəy Aşurbəyov: 36 yaşındayam,
Bakıda, Qoqolevskaya küçəsindəki şəxsi
evimdə yaşayıram. Ermənilərin müsəlmanlara
qarşı mart çıxışları zamanı mən
öz ailəmlə birlikdə
Persidskaya küçəsinə, bacımın evinə
getmişdim. Mənim olma dığım müddətdə
evimə 40 nəfər erməni əsgərlərindən
ibarət dəstə gəlmiş və bütün mənzilləri
gəzərək, ailəmlə birlikdə məni və
qardaşım Əli bəyi axtarmışlar. Həmçinin
şəhər rəisinin keçmiş köməkçisi
polkovnik Olonqrenin mənzilinə girərək, bizi
çarpayıların altında belə axtarmışlar. Ermənilər
mənim mənzilimdən
köhnə qiymətlə, ümumilikdə 60.000 rubl dəyərində
gümüş, müxtəlif qadın parçaları,
qadın alt geyimi, mənim kostyumlarımı aparıblar. Hələ
qırğınlar başlayanadək şəhərdə ermənilərin
müsəlmanlara qarşı çıxış etməyə
hazırlaşdıqları barədə şayiələr gəzirdi. Elə
bu zaman biz ermənilərin şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəyə
köçdüyünü
görürdük. Ermənikəndin yaxınlığında ermənilərin
səngərlər qazdıqları da aşkar olunmuşdu.
Buna görə də mart hadisələri bizi qəfildən
yaxalamadı və mən ailəmlə birlikdə
qırğınlar başlamazdan iki saat əvvəl evdən
çıxıb getməyə müvəffəq oldum.
Oxundu. Balabəy Aşurbəyov. İmza.
Komissiya üzvləri: A.Kluge, Məmməd Xan Təkinski
(imzalar). AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 148.
Sənəd ¹ 284
Dindirmə protokolu: 1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat
Komissiyasının Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən
qismində dindirdiyi aşağıda adı çəkilən
şəxs göstərmişdir: Məşədi Möhbəli
Loğman oğlu: 35 yaşım var, Qala kəndinin sakini,
Bakıda, 9-cu Kanitapinskaya küçəsi, 6 ¹-li evdə
yaşayıram, savadsızam. Bu il mart ayının 19-da 70 nəfərə
yaxın erməni əsgəri yuxarıda göstərdiyim evə
soxularaq, 60 yaşlı atam Loğman Kərbəlayı Yusif
oğlunu, 55 yaşlı anam Əminə Avolya qızını,
6 yaşlı qızım Raziyəni qətlə yetirdilər,
qızım Raziyəni mismarla otağın divarına
mıxladılar. Məni yaraladılar və mən
özümü ölülüyə vurdum. Mənim hər
iki ayağıma 2 güllə dəymişdi və sol
ayağımı bu günədək müalicə edirəm.
Ermənilər həmçinin 40 yaşlı qardaşım
Bəyəlini öldürdülər, mənim və
ölümündən qabaq atamın 38.000 pulumuzu
götürdülər. Atam və mən
pullarımızı ermənilərə verdik ki, bizi
öldürməsinlər, lakin erməni əsgərləri
pullarımızı aldıqdan sonra atamı
öldürdülər. Qətldən sonra mənzili qarət
etdilər və təqdim etdiyim siyahıda göstərilən
118.700 rubl dəyərində əşyalarımızı
apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, A.Kluge (imzalar). AR
Pİİ SSA, f. 277, s. 2, iş 14, v.198.
Sənəd ¹ 378
Dindirmə protokolu: 1918-ci il, 19 noyabr. Bakı şəhəri. Azərbaycan Hökuməti
yanında Fövqəladə Təhqiqat Komissiyasının
Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü
maddələrinə uyğun olaraq zərərçəkən
qismində dindirdiyi aşağıda adı çəkilən
şəxs göstərmişdir: Anaxanım Nur Məmməd qızı: 50
yaşım var, Bakı sakini, Bakıda yaşayıram,
savadsızam. Bu il mart ayının ortalarında, silahlı erməni
əsgərləri səhər tezdən şəhərin
müsəlmanların yaşadığı "Poxlu Dərə"
adlanan hissəsini mühasirəyə aldılar. Mənim digər
müsəlmanlarla birlikdə olduğum evin həyətinə
erməni əsgərləri soxuldular və bütün
müsəlman kişiləri, 15-16 nəfəri, o cümlədən
mənim 60 yaşlı ərimi, 18 yaşlı oğlumu
öldürdülər və iki qadını da qətlə
yetirdilər. Qalan qadınları qundaqlarla döyməyə və
pullarını və zinət əşyalarını əllərindən
almağa başladılar. Bütün qadınları
hörükləri ilə bir-birinə bağlayaraq,
başıaçıq və ayaqyalın əsir apardılar.
Yolboyu müsəlmanların cəsədləri uzanıb
qalmışdı, bizi isə dayanmadan qundaqlarla vurur və
dinimizi təhqir edirdilər. Ermənilər mənim 15.000 rubl
pulumu aldılar və mənzilimi təxminən 20.000 rubl məbləğində
qarət etdilər. Mən indi tamamilə yoxsul və qundaq zərbələrindən
sonra xəstə vəziyyətdə qalmışam. "Poxlu
Dərə"də müsəlman kişilərdən demək
olar ki, heç kim sağ qalmamışdır. Mən
bütün dəhşətlər haqqında danışa bilmirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, A.Kluge (imzalar) AR
Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 165.
Müsəlmanların kütləvi surətdə əsir
alınmasında iştirak etmiş bəzi erməni xadimləri
sonradan bu əməlləri guya dinc müsəlman vətəndaşların
təhlükəsizliyini təmin etmək məqsədi ilə
görülmüş zəruri tədbir kimi izah etməyə
çalışırdılar. Halbuki zərərçəkənlərin
çoxsaylı ifadələri ilə sübut olunur ki,
müsəlmanların əsir alınması silahlı erməni
quldur dəstələri tərəfindən zorla həyata
keçirilmiş, təhqirlərlə, istehza, hədə-qorxu,
bir çox hallarda isə qətllərlə müşayiət
olunmuşdur. Bir çox ifadələrdə göstərilirdi
ki, erməni əsgərləri müsəlman
qadınların çadralarını dartaraq cırır,
onları hörükləri ilə bir-birinə
bağlayır və başıaçıq, ayaqyalın
şəhərin küçələrində gəzdirərək
əsir saxlanılacaqları yerlərə qovur, yolboyu
süngülərlə döyürdülər. Əsir
götürülənlər arasında öz
yaxınlarının qətlindən dəhşətə gələn,
azyaşlı uşaqları qucaqlarında keçinən
qadınlar arasında dəli olmaq, ölmək kimi hallar
baş verirdi. Erməni ziyalıları isə bu zaman öz
arvadlarını azərbaycanlıların
"rüsvayçılığına" tamaşa etməyə
gətiridilər.
Sənəd ¹ 419
Dindirmə protokolu: 1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat
Komissiyasının Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən
qismində dindirdiyi aşağıda adı çəkilən
şəxs göstərmişdir: Pir Xanım Məmməd Həsən
qızı: 40 yaşım var, Bakı şəhər sakini,
Aziatskaya küçəsi, dalan ¹ 5, ev ¹ 2 ünvanda
yaşayıram. Bakıda baş vermiş 1918-ci ilin mart
qırğınlarında ermənilər 10-cu Kanitapinskaya
küçəsindəki 3 ¹-li evimizdə mənim 55
yaşlı ərim İbrahimi, on yaşlı oğlum Ələsgəri
öldürmüş, biz qadınları isə əsir
götürmüşlər və beş gün əsirlikdə
saxlamışlar. Mənim yanımda 4 uşaq var idi; biz
Kanitapinskaya küçəsindəki Qorodskoy domda (Şəhər
evi) saxlanılırdıq. Orada təxminən iki min nəfərə
yaxın əsir var idi. Mən orada, öz yanımda əllərindən
və ayaqlarından yaralanmış üç qadın
görmüşəm; Məni 8595 rubl məbləğinə
qarət ediblər. Siyahını təqdim edirəm və
işə əlavə olunmasını xahiş edirəm. Mənim
əşyalarımın qiyməti bu gün 35.380 rubldur və
onun mənə ödənilməsini xahiş edirəm. Mənim
öhdəmdə dörd uşaq qalıb, ən kiçiyinin
üç yaşı var.
Oxundu. Pir Xanım Məmməd Həsən
qızı.
Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 81.
Sənədlər həmçinin onu da sübut edir
ki, həmin günlərdə şəhərin küçələrində
həlak olanlar arasında digər millətlərin nümayəndələri
də var idi və onlardan əksəriyyətinin mənzili və
əmlakı erməni quldur dəstələri tərəfindən
talan edilmişdi. FTK-ya zərərçəkən qismində
ifadə verənlər arasında ermənilərin də
olması diqqəti cəlb edir.
Sənəd ¹ 620
Dindirmə protokolu: 1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat
Komissiyasının Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən
qismində dindirdiyi aşağıda adı çəkilən
şəxs göstərmişdir: Fəxrəddin Abdulla
oğlu: 33 yaşım var, İran təbəəsi,
çoxdan Bakıda, 7-ci Parallelnaya küçəsində
yaşayıram, savadsızam. Bu il sentyabr ayının ilk
günlərində erməni əsgərləri Sabunçuya
girdilər və mənim dükanımı 45.340 rubl məbləğində
qarət etdilər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M.Təkinski, A.Kluge (imzalar). AR
Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 102.
Sənədlərdən göründüyü kimi,
Bakı şəhəri və onun ətraf kəndlərinin
müsəlman əhalisinin müsibət və iztirabları
mart qırğınlarından sonra da bitməmiş və
Bakı şəhəri 1918-ci ilin sentyabrında azad edilənədək
davam etmişdir.
Lətafət ƏLƏSGƏR QIZI
Quba şəhərində Soyqırımı Memorial
Kompleksi Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin
müdiriörədə biləcəyi fəsadların
qarşısının alınması baxımından
xüsusi əhəmiyyət kəsb edir. Yağış
sularının idarə olunması həm təbii sututarlar, həm
də inşa olunmuş su anbarlarında tənzimləmə və
ehtiyat suyun yığılması ilə həyata
keçirilir: "Bu suların mərkəzləşdirilmiş
qaydada idarə olunması üçün ərazidə qəbulu,
nəqli və toplanması məqsədilə şəbəkə
və qurğulardan, o cümlədən, mexaniki təmizləyici
qurğulardan ibarət sistemlərin yaradılması tələb
olunur. Bu suların istifadəsi üçün isə tətbiq
nöqtələri və tələbat müəyyən
edildikdən sonra paylayıcı şəbəkə və
qurğulardan ibarət texniki su sisteminin yaradılması
vacibdir. Yağış sularının toplanması
üçün ərazidə olan təbii göllər və
sututarlardan istifadə oluna bilər ki, bu da, misal
üçün, "Abşeron yarımadasının su təchizatı,
kanalizasiya və yağış suları sistemlərinin
2035-ci hədəf ilinə hazırlanmış Baş
Planı"nda nəzərdə tutulub".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-1 avqust.(¹135).- S.15.