İki qonşu
xalqın kəskin mənəvi fərqləri
Cənubi Qafqazda yaşayan iki qonşu xalq öz milli
dövlətlərinə malikdir. Bunlar Azərbaycan və Ermənistan
respublikalarıdır. Azərbaycan əhalisinin sayına və
ərazisinə görə Ermənistandan üç dəfə
böyükdür. Bu xalqları həm də bir-birinə bənzəməyən,
çox hallarda əkslik təşkil edən mühüm
xüsusiyyətlər fərqləndirir. Azərbaycanlılar
sülhsevər xalqdır, öz qonşuları ilə dinc
şəraitdə yaşamağa üstünlük verməklə,
onlara yalnız dostluq münasibətləri bəsləməyə
çalışır. Ermənilər isə ərazilərində
yaşadığı dövlətə və xalqa
qarşı məkrdən xəbər verən sınaqlar
qurmaqla məşğul olur, onlara xəyanət etməkdən
və əsl düşmənçilik hissləri bəsləməkdən
uzaqlaşa bilmirlər.
Elm sübut etmişdir ki, qədim məməlilərin
dişi onların şəxsiyyət vərəqəsi idi.
İti dişi ilə seçilənlər yırtıcı
kimi ətlə qidalanırdılar. Erməniləri isə
daim başqa xalqlara nifrət bəsləməsi,
anlaşılmayan düşmənçilik hissi nişan
verir.
Ermənilərin bu eybəcər xisləti imkan
düşən kimi özünü tam açıq və
daha qabarıq şəkildə göstərməyə
başlayır. I Dünya müharibəsinin gedişində
Rusiya, bir neçə ay sonra Almaniya və
Avstriya-Macarıstanla ittifaqda müharibəyə girən
Osmanlı imperiyasına qarşı vuruşduqda, onun Qafqaz
ordusu Türkiyənin cənubi-şərq ərazilərinə
müdaxilə etmişdi. İmperiyanın təbəqələri
olan ermənilər açıq xəyanətə yol verərək,
rus ordusuna kallaborantlıq etmiş, türklərin
döyüşlərdə məğlub olması
üçün əllərindən gələni etmişdilər.
Erməni qatı millətçiləri bu vaxt həm də
İstanbulda qiyam qaldırmışdılar. Müharibə
aparan dövlət öz vətəndaşlarının
açıq xəyanətinə göz yuma bilməzdi və
buna görə də erməniləri cəzalandırmağı
qərara aldı. Özü də, ermənilərin daim
qaraladığı sultan II Əbdül Həmid artıq
taxt-tacda deyildi, imperiyanı Gənc Türklər idarə
edirdilər.
Ermənilər kütləvi şəkildə
Türkiyə ərazisindən deportasiya edildi, Yaxın Şərqə
sürgünə göndərildilər. Müharibə
dövründə təkcə xəyanət edənlərin
deyil, bu təhlükəni yarada bilənlərin də
heç də başı sığallanmır, onlar
müvafiq qaydada cəzalandırırlar. II Dünya müharibəsində
Sovet İttifaqı yerli almanları, hətta demokratik dövlət
olan ABŞ isə ölkəsində yaşayan yaponları
deportasiyaya məruz qoymuşdular. 1944-cü ildə Sovet
İttifaqında guya alman nasistlərinə rəğbət bəsləyən
bütöv xalqlar Qafqazdakı, Krımdakı və
Kalmıkiyadakı öz torpaqlarından qovulub, Mərkəzi
Asiyaya və Sibirə sürgün edilmişdilər.
Sürgün, əlbəttə, heç də xoş səyahət
səfəri deyildir, tətbiq olunan cəza növüdür.
Türkiyədə 500 min erməni sürgünə göndərilmişdi.
Onlar Suriyanın və İraqın bataqlıqlarından və
dağlarından keçəndə ağır şəraitə
dözməyib, ölürdülər. Yolda kürd silahlı
dəstələrinin basqınları nəticəsində
ölənlər də az deyildi. Axı ermənilərin
özü də çox sayda türkləri
öldürmüşdülər.
Köçürülmüş ermənilərin
yaşadıqları kəndləri geri qaytarmağa
çalışılanda, erməni silahlı quldurları
müsəlmanlara qarşı açıq qəddarlıq
göstərmişdilər.
Ermənilərin xəyanəti və buna görə
aldıqları cəza 1915-ci ildə baş vermişdi.
İngilis casusu Tomas Lourens Osmanlı imperiyasına
qarşı ərəbləri mübarizəyə
qaldırdığı kimi, o, Böyük Britaniya
imperiyasının mənafeyini güdürdü, ermənilər
də ruslara hər cür kömək etməklə
yanaşı, həm də döyüş üçün
vacib olan casusluq xidmətinə də biganə deyildilər...
Ermənilərin Türkiyədən deportasiya edilməsi
və ağır səfərdə həlak olmaları
faktı baş verdiyindən, bu, heç bir şübhə
doğurmur. Lakin ermənilər dünyaya özlərini əzabkeş,
milli ədavətə qurban gedən bir xalq kimi qələmə
vermək üçün öz adamlarının bu faciədəki
tələfatını şişirdərək, 1,5 milyona
çatdırmışdılar. Onlar həm də yalnız
1940-cı illərdən leksikona daxil olmuş "genosid"
terminindən bol-bol istifadə edir, bunu öz xalqının
kütləvi məhv edilməsi kimi qiymətləndirməklə
yanaşı, türklərə qarşı
ağlasığmayan ittihamlar irəli sürürlər.
Onların göstərdiyi miqdar rəqəminin heç bir təsdiqi
yoxdur, çünki belə həcmdə
qırğının özü mövcud
olmamışdır. İngilis dilindəki ensiklopediyalar -
Britannikadan tutmuş başqalarına qədər, bunun belə
həcmdə olmadığını qeyd edirlər. Onların
mətnlərində "genosid" ifadəsi işlənmir,
"qırğın" sözü işlədilir. Genosidə
dair məqalələrdə bu termindən, yəhudilərə
qarşı olan holokostun sinonmi kimi və II Dünya müharibəsinin
başlanğıcında SSRİ-də sığınacaq
tapmış minlərlə polyak zabitinin məhv edilməsi ilə
əlaqədar olaraq istifadə olunur. Bəzi tarixçilər
isə, daha dərinə gedərək, hətta həmin
dövrdə Türkiyədə heç o qədər erməni
yaşamadığını göstərirlər.
Ermənilərin saxtakarlığı ümumən hədd
tanımır. Onların kvazi tarixçiləri erməni
xalqını saxta şəkildə qədimləşdirmək
üçün hər cür yollara əl atırlar. Ona
görə də ön plana Ermənistan dövlətinin
deyil, erməni xalqının tarixi çəkilir, millətçilik nöqteyi-nəzərindən
axırıncı birincini, müxtəlif uydurmalar işə
salınmaqla əvəz edir. Ermənilər daim
yaşayış yerlərini dəyişmişlər, ona
görə də onları daha çox tarixin
qaraçıları adlandırmaq daha düzgün olardı.
Məşhur sovet filmindən fərqli olaraq. bu qaraçı
taboru artıq göyə qalxmayıb, XIX əsrdə azərbaycanlılara
məxsus olan İrəvan xanlığında məskən
saldılar və Rusiya imperiyasının köməyi ilə
burada karlik ölçüsündəki milli dövlətlərini
yaratdılar. Həmin dövləti Sakit okeandakı indiki
Polineziya ada dövlətlərinə bənzəyirdi. 1918-ci
ilin mayında Ermənistan respublikası yarananda, onun ərazisi
yalnız İrəvan və Eçmiadzin qəzalarından
ibarət idi. Azərbaycan qonşusu ilə dinc yanaşı
yaşamaq, erməni quldurlarını sakitləşdirmək
üçün, həm də Qərb dövlətlərinin
Ermənistanın müstəqil dövlət qurmasına
göstərdiyi hər cür himayəçiliyi nəzərə
alaraq, öz ərazisinin xeyli hissəsini, Şərq
miniatürlarını andıran bu dövlətə güzəştə
getdi. Ermənistan öz ərazisini, başqalarının
torpaqlarından almaqla, indiki həcmdəki tək
böyütsə də, bu dövlət hələ də
qurama uşaq yorğanını yada salır.
Ermənilər təkcə türklərə
qarşı deyil, ərazilərində yaşadıqları
azərbaycanlılara qarşı da düşmənçilik
edərək, silahlı quldurları vasitəsilə XX əsrin
əvvəllərində xeyli azərbaycanlını qətlə
yetirmişdilər. 1918-ci ilin ilk iki ayı ərzində ermənilər
10 min adam qırmışdı, silahlı dəstələr
kütləvi qətllər həyata keçirməklə, Azərbaycan
kəndlərini bir-birinin ardınca boşaldırdılar.
Bakıdakı və Qubadakı qırğınlardan
başqa, ermənilər 1918-ci ilin ortalarından etnik təmizləmə
apardıqda, Zəngəzur ərazisində Andranikin mənfur
partizanları müsəlman kəndini qarət edib, 600
qadını öldürmüşdülər. Ermənilər
hələ XVIII əsrin əvvəlində, 1701-ci ildə azərbaycanlıları
öz kəndlərindən qovmaq üçün, guya müsəlmanların
onları sıxışdırdığı barədə
Ori adlı bir erməni vasitəsi ilə Rusiya imperatoru
Böyük Pyotra şikayət göndərmişdilər.
Rus çarı İsveç ilə münaqişənin
davam etdiyini bəhanə gətirərək, ona cavab verməmişdi.
1709-cu ildə İsveç ordusuna qalib gəldikdən sonra
da, o, əsasən öz dövlətinin mənafeyinə diqqət
verdiyinə görə, ermənilərin saxta şikayətinə
ümumiyyətlə baxmamışdı. Ermənistan siyasi
xadimləri isə son vaxtlarda da bu nəticəsiz müraciəti
yada salmaqdan yorulmurlar. İki əsr sonra, 1918-ci ildə Zəngəzur
ərazisindən artıq 50 min nəfərə yaxın azərbaycanlı
öz evlərindən qovulmuşdu, 100 kənd məhv
edilmiş və 10 min nəfərə qədər adam
öldürülmüşdü. Andranik, o, hələ
1916-cı ildə əsir düşərkən, türklər
onun qulağını kəsmişdilər, Şuşaya gedərkən
yol üstündəki azərbaycanlıların kəndlərini
məhv etmiş və sakinləri qırmışdı.
Yalnız 1918-ci ilin oktyabrında türk qoşunları
Şuşanı tutanda, ermənilər Dağlıq
Qarabağda Azərbaycanın siyasi suverenliyini etiraf etməyə
məcbur olmuşdular.
XX əsrin sonunda ermənilərin xəyanəti daha
geniş miqyas aldı. Dağlıq Qarabağda yaşayan ermənilər
"Miatsum" - Ermənistana "birləşmək"
şüarı altında geniş separatçılıq hərəkatına
başladılar və az sonra bu, silahlı toqquşmalara və
insan tələfatına səbəb oldu. Əvvəlcədən
müharibəyə hərtərəfli hazırlaşan Ermənistan
ordusu 1992-1993-cü illərdə
Dağlıq Qarabağla yanaşı, qonşuluqdakı
yeddi rayonu işğal etdi. Həmin ərazidəki şəhərlər
və kəndlər xarabazara çevrildi. Ermənistandakı
ata-baba yurdlarından qovulan qaçqınlara, işğal
olunmuş əraziləri tərk edən məcburi
köçkünlər dəstəsi qoşuldu və
onların ümumi sayı 1 milyon nəfərə
çatdı. Qarabağ erməniləri Ermənistan ordusunun
vəhşiliklərinə nəinki etiraz edir, əksinə, hətta
onu alqışlayırdılar. Qatı millətçilər
azərbaycanlılara qarşı nifrət dalğası
yaradanda da, ermənilər bütünlüklə buna tərəfdar
çıxmışdılar, bir dənə də olsun
istisna faktı meydana gəlməmişdi.
Separatizmin başlanğıcında, 1988-ci ildə ermənilər
Xankəndidə azərbaycanlıların evlərinini
yandırmış və həmin şəhər sakinlərini
öz millətinin yaşadıqları rayonlara qovmuşdular.
Onlar cəzasızlıqlarına əmin idilər və Azərbaycana
qarşı xəyanətdə SSRİ-nin süqutuna
çalışan o vaxtki bədnam rəhbəri Mixail
Qorbaçova bel bağlayırdılar. Xankəndidə etiraz
mitinqinə şəhər sakinləri Qobaçovun portretləri
ilə gəlirdilər. Moskvanın müdafiəsi ermənilərin
azğınlıqlarına və vəhşiliklərinə əlverişli
şərait yaradırdı. 1992-ci ilin fevralında ermənilər
Xocalıda qətliam törədib, yüzlərlə
qocanın, qadının, uşağın həyatına son
qoydular.
XX əsrin başlanğıcı və sonu ermənilərin
düşmənçilik hərəkatının genişlənməsi
üçün münbit şərait yaratmışdı.
Bu, heç də təsadüfi deyildir. Elm sübut edir ki,
havada oksigenin konsentrasiyası çox, indikindən bir
yarım dəfə artıq olanda həşəratların
fiziki ölçüləri xeyli böyüyür, oksigen
onların daha iri olmasına şərait yaradırdı. Ermənilər
də I Dünya müharibəsindən və SSRİ-nin
dağılması ərəfəsindən öz alçaq məqsədləri
üçün istifadə etməyə tələsdilər.
Türkiyədə onlar cəzalandırıldıqları
halda, Azərbaycanda isə onların vəhşiliklərinə
kəskin müqavimət göstərilmədiyindən, cinayətin
və həyasızlığın miqyası hədd
tanımırdı. I Dünya müharibəsi və SSRİ-də
qanunçuluğun zəifləməsi ermənilərin xəyanətinin
xeyrinə işlədi, bu şərait, qədim həşaratlardan
ötəri olduğu kimi, onların cinayətinə
böyük ölçülər verən ifrat oksigen rolunu
oynadı.
Ermənistan ordusunun Azərbaycan torpaqlarını
işğal altında saxlaması uzun illər davam etdi.
Ərazisinin xeyli hissəsini itirən Azərbaycan
alçalmaya məruz qaldı. Nüfuzlu dövlətlər
işğalçını cəzalandırmaq, tutduqları
torpaqları tərk eməyə onu məcbur etmək əvəzinə,
Azərbaycanın hərb yolu ilə öz ərazi suverenliyini
bərpa etməsinə etiraz edir, yalnız dinc yolla,
danışıqlar vasitəsilə sülhə nail olmaq barədə,
əslində nəticəsi olmayan məsləhətlər
verirdilər. Ermənilər isə formal, aldadıcı
xarakter daşıyan danışıqlarda iştirak etməklə,
işğal müddətini daha on illərlə uzatmaq istəyirdilər.
Azərbaycanın səbir kasası dolmuşdu və Ermənistan
ordusunun yeni təxribatını cavab olaraq Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham
Əliyev orduya 27 sentyabr 2020-ci ildə hücum əmri verdi. 44
gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi
ilə başa çatdı. Ermənilər öz
düşmənçiliklərinə layiqli cavab aldılar.
Ermənistan ordusu darmadağın edildi və məhv olmaq təhlükəsi
ilə üzlədikdə, barışıq müqaviləsi
bağlanması barədə yalvarış tipli xahiş
edildi. Uzun müddət onlara himayəçilik etmiş
Rusiyaya müraciət etdilər və şimal qonşumuz
üçtərəfli müqavilənin
bağlanmasını təşkil etdi. Müqavilədə Azərbaycan
Respublikası Prezidentinin irəli sürdüyü
bütün şərtlər öz əksini tapdı. Erməni
silahlı qüvvələri Azərbaycan ərazisindən
qovuldu və dövlətimizin ərazi suverenliyi
bütünlüklə bərpa olundu. Üç il sonra Xandəndidə
erməni hərbi texnikasının gizlədildiyi məlum
olduqda, onlar müsadirə edilib götürüldü, ermənilər
öz düşmənçiliklərinə rəğmən,
azərbaycanlılarla bir yerdə qalıb yaşamağı
qeyri-mümkün hesab edib, şəhəri tərk etdilər.
"Miatsum" şüarı onların arzuladığı
kimi deyil, tam əks qaydada həyata keçirildi. Qarabağ erməniləri
Ermənistana qaçıb, oradakı onları qiyama səsləyən
öz "davakar qardaşlarına" qoşuldular.
"Miatsum" nəzərdə tutulduğu kimi Qarabağda əlavə
torpaq əldə edilməsi ilə deyil, adamların
könüllü olaraq oradan Ermənistana qaçması ilə
həyata keçirildi. Hitler də Şərqdə almanlar
üçün yaşayış məkanı əldə
etmək istəyirdi, sovet ordusu və müttəfiqlərin
qoşunları Almaniyanın özünü işğal etdilər.
Ermənistan torpağına isə sülhsevər Azərbaycanın
əsgərlərinin ayağı dəymədi,
çünki milli ordumuz heç vaxt
işğalçılıq məqsədini güdməmişdi,
ancaq torpaqlarımızı azad etmək vəzifəsini yerinə
yetirmişdi.
Azərbaycan rəhbərliyi yerli ermənilərə,
tam hüquqlu vətəndaşlar kimi qalıb, Qarabağda
yaşamağı təkidlə təklif etsə də, onlar
öz cinayətlərinin böyük olduğunu, Ermənistan
ordusunun vəhşiliklərini sevinclə
qarşıladıqlarını nəzərə alıb,
haqsız olaraq düşmən hesab etdiyi millətin ərazisini
tərk etməli oldular.
Azərbaycanlıların
qırğına məruz qalmasına, qədim insanlar məhv
etdiklərinin qəbri ətrafında mərasim rəqsini ifa
etdikləri kimi, ermənilər də hədsiz dərəcədə
sevinirdilər. Lakin bu sevincə də tam son qoyuldu. Azərbaycan
Ordusu çoxdan gözlənilən qisası almağı
bacardı və erməni əsgərləri işğal ərazilərindən
qaçmağa başladı. Erməni qatı millətçilərinin
başladıqları "qumar oyunu", rus ruletkası onlara
olduqca baha başa gəldi, başlarında çatladı. Ermənistan revanşizm ruhuna sadiq
qalsa da, artıq öz dövlətçiliyinin itirilməsi təhlükəsi
altında yaşamağa başladı. Azərbaycan ərazilərində
isə əhalinin sakit həyatını daim pozmağa
çalışan ermənilərin çıxıb getməsi
ilə, ölkəmizdə çox sayda millətlərin qardaşcasına
birgəyaşayış tərzi bütünlüklə bərpa
olundu. Talışların və ləzgilərin, ermənilərin
bədnam təsiri ilə həmin dövrdəki separatizm cəhdləri
də bütünlüklə yoxa çıxdı və
unuduldu. Lakin ermənilərin özünün ağır dərsdən
bütünlüklə düzgün nəticə
çıxaracağına da ümid etmək sadəlövhlük
olardı. Ermənistan silahlanmaqda davam edir, başqa dövlətə
qarşı torpaq iddiasını təsdiq edən öz
konstitusiyasına düzəliş etməyə həvəs
göstərmir, əksinə, yenə də revanşist
çağırışlarla çıxış etməkdən
uzaqlaşmır. Bu ağılsız işdə Fransa
hökuməti Ermənistanı müdafiə etməklə
kifayətlənməyib, onu yeni müharibə aparmağa
qızışdırır. Ermənilər də, onların
hamiləri də unudurlar ki, Azərbaycan heç də
1990-cı illərin zəif dövləti deyildir, böyük
iqtisadi qüdrətə malik olmaqla, həm də yaxşı
silahlanmış, güclü orduya malikdir. Ermənistan ordusu
Azərbaycanla yeni müharibəni başlamaq eşqinə
düşsə, daha ağır fəlakətlə, onun
özünün və sahibinin məhvi səhnəsi ilə
üzləşməli olacaqdır. Azərbaycan - Türkiyə
hərbi əməkdaşlığı, ötəri
şimşək timsallı erməni
"ildırımı" üçün möhkəm sipər
rolunu oynayacaqdır.
Ermənilərin faciəsində qatı millətçilər
daim başlıca rol oynamışlar. Ziyalılar, xüsusilə
onların yaradıcı qrupu xalqı qonşu millətlərə
qarşı düşmənçilik ruhunda tərbiyə etməyə
çalışır, ermənilərin də, Hitlerin
uydurduğu arilər kimi, xüsusi millət olduğunu
onların şüuruna həkk edirlər. Bu təbliğatdan
nəticə etibarilə onların öz xalqı böyük
ziyan çəkir. Nə qədər ki, qorxulu virus
daşıyıcıları olan erməni qatı millətçiləri
cəzasız qalırlar, onlar öz xalqının beynini yenə
də zəhərlə dumanlandırmaqda davam edəcəklər.
Onları zərərsizləşdirmək üçün
ermənilər özləri onlara "Nürnberq
tribunalı" qurmalıdır. Bunun baş tutacağına
isə inanmaq çətindir.
Qonşuluqda, uzun müddət ərzində öz
torpağında ermənilərlə birgə yaşayan azərbaycanlılar
mənəvi cəhətdən onlardan tam fərqlidirlər.
Böyük ölkələrlə müqayisədə
ölkəmiz kiçik əraziyə malik olsa da, burada
çox sayda milli azlıqlar - talışlar, ləzgilər,
avarlar, tatlar, gürcülər, ruslar, yəhudilər qanun
çərçivəsində tam sərbəst
yaşayır, heç bir təzyiqə və
ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycanlılar
onların hamısına, o millətlərin hər bir
üzvünə əsl qardaşlıq münasibəti bəsləyir,
onlarla hətta məişət müstəvisində də
milli zəmində heç bir ixtilaf baş vermir. Azərbaycanlıların
xarakterindəki mehribançılıq xüsusiyyətləri
onlara da müsbət təsir göstərir, öz xalqına
məxsus olan bəzi lazımsız və əsassız
natamamlıq hisslərindən onlar uzaqlaşırlar. Az
saylı xalqlar əsasən kompakt yaşayırlar, lakin
onların ərazisinə girməyi, azərbaycanlılar özləri üçün məqbul
saymırlar. Həmin ərazilərdə məskunlaşmaq
üçün oraya yeni azərbaycanlı ailələri
köçürülmür. Axı bəzi ölkələrdə
milli azlıqları sıxışdırmaq
üçün, titul millətdən olan ailələr
onların yaşadıqları ərazilərə kütləvi
qaydada köçürülməklə, yerli əhalinin say
nisbəti az saylı xalqların ziyanına dəyişikliyə
məruz qalır, məhz milli zəmində demoqrafik problemlər
yaranır. Talış, ləzgi, avar, gürcü, yəhudi kəndləri
öz millətindən olanlar üçün
yaşayış məskəni olaraq qalır, buraya qanunun
himayəsi altında və ya qanunsuz olaraq heç bir
müdaxilə halı baş vermir. Vaxtilə ermənilər
də öz kəndlərində və şəhərlərində
sərbəst yaşayırdılar, azərbaycanlılar tərəfindən
hansısa bir təzyiqlə üzləşmirdilər.
Azərbaycanlılar dinc yaşayışı,
sülh şəraitini sevir, başqa xalqlara məhəbbət
adlanması uyğun olmasa da, xoş münasibət bəsləməkdə
davam edir. Son vaxtlar Bakıda işləməyə və təhsil
almağa çox sayda başqa millətlərin nümayəndələri,
cavan qızlar və oğlanlar gəlirlər. Hamı onlara
imkanında olan qaydada hörmətlə, qayğı ilə
yanaşır, onların hüquqları heç bir mənfi təsirə
məruz qalmır. Bunlar həm də dövlətimizin
multikultural siyasətinin uğurudur. Lakin belə üsulla
münasibət nümayişini təkcə ölkəmizdəki
dövlət siyasəti ilə əlaqələndirmək,
izah etmək düzgün deyildir. Birinci və başlıca səbəb,
azərbaycanlıların mənəvi dünyasıdır,
onların başqa xalqlara olan xoş, daha dəqiq deyilsə,
dost münasibətinin təzahürüdür. Azərbaycanlılar
ümumi mənzərəyə xələl gətirənlərə
də səbirlə, onları anlamaqla yanaşır. Ruhi cəhətdən
xəstə olanlar bəzən qeyri-adi paltar geyinməyə
meyl edir, parklarda skamyalar üstündə uzanıb
yatırlar, lakin onlara heç kəs təzyiq göstərmir,
belə qaydasızlıqla da barışmaq yolunu tapmaq
lazım gəlir. Az saylı xalqların da, onlar tam normal
insanlardır, müəyyən fərqli xarakter daşıyan
hissini nəzərə aldıqda, onlara qayğıkeş
münasibət göstərilməsi daha faydalı olur.
Bakıda küçədə rast gəlinən
çinliyə,vetnamlıya, pakistanlıya, afrikalıya, ərəbə,
iranlıya şəhər sakinləri gülərüz
göstərir, onları özlərindən fərqləndirməyə
yol vermirlər. Bu, başqa xalqlara öz geniş
dünyasını açmağa hazır olmaq heç də
təəccüb doğurmur, bu xüsusiyyət azərbaycanlıların
məhz təbiətindən irəli gəlir, onlar əcnəbilərin
hansısa bir sualı yarandıqda, ona gülərüzlə
cavab verməyə çalışırlar.
Azərbaycanlılara başqalarına yuxarıdan
aşağı baxmaq, onun dərisinin rənginə, milli mənsubluğuna,
dilinə, dininə görə fərq qoymaq, onları
sıxışdırmağa cəhd etmək xüsusiyyətləri
yaddır. Bakıda və əyalətlərdə islam məscidləri
ilə yanaşı, provaslav və katolik xristian kilsələri,
sinaqoq fəaliyyət göstərir. Bu, heç də öz
millətimizə tərif demək istəyi olmayıb, sadəcə
mövcud həqiqəti ifadə etməkdir. Heç bir
mübaliğəyə yol vermədən,
xalqımızın bu sahədəki xarakterini, böyük
fransız filosofu Şarl Monteskyenin sözləri ilə ifadə
etsək, onu "dosluğa vurğunluq" adlandırmaq daha
düzgün olardı.
Bizim də müəyyən qüsurlarımız
vardır, insana xas olanlar bizə də yad deyildir. Lakin
qüsurlar heç də başqalarına nifrət, onları
qəbul etməmək mənbəyinə çevrilmir, təəssüf
ki, onlardan birinci növbədə özümüz ziyan
çəkməli oluruq. Biz başqa xalqların nümayəndələri
ilə ünsiyyətdə olduqda müəyyən həddləri
gözləyirik, onlara hörmətlə, ən xoş
duyğularla yanaşmağa çalışırıq.
Hansısa əcnəbi və ya milli azlığın
üzvü ona qarşı azərbaycanlının kobud, qaba hərəkət
etdiyindən şikayətlənmir, çünki bunun
üçün biz azacıq da olsa bəhanə də
vermirik. Köhnə milli qüsurumuzun davamı kimi, indi də
yeni tanış olduğun adamın hansı bölgədən
olduğu soruşulduğu halda, kiməsə onun milli mənsubiyyəti
barədə sual vermək qəbahət sayılır.
Mən demirəm ki, həmvətənlərimiz ideal
insanlardır, lakin biz ürəyimizin
açıqlığı ilə daim, ən çətin
anda da filantrop olaraq qalırıq, heç vaxt mizantropluq
çuxuruna yuvarlanmırıq. Azərbaycanlılar Rusiyada,
Ukraynada, Mərkəzi Asiya ölkələrində
yaşadıqları və uğurla işlədikləri
müddətdə, öz davranışları ilə yerli əhalidən
özlərinə çoxlu dostlar qazanırlar. Bizim şənlik
məclislərində iştirak etmək üçün
onlar uzaq məsafələri qət etməkdən,
ağır xərclərə düşməkdən də
çəkinmirlər. Qəlbimizin
açıqlığı bizə heç də düşmənlər
deyil, əksinə, çox sayda dost qazandırır. Biz bu
dostları özümüzün malik olduğumuz sərvətlər
hesab edirik. Şəxsi dostlarımız, bizə xoş
münasibət bəsləyən xalqlar çox olduqca, biz
özümüzü daha ləyaqətli insanlar
sayırıq, təkcə bir ölkəyə mənsub olan
xalq deyil, hətta dünya vətəndaşı kimi hiss
edirik.
Qədim Romanın böyük filosofu, 161-180-ci illərdə
həm də imperator olmuş Mark Avreen özünün
"Düşüncələrim" əsərində
yazırdı ki, "Mən bir Antonin olaraq Roma vətəndaşıyam,
ancaq bir insan olaraq dünya vətəndaşıyam". Bu
adı öz üzərimə götürmək asan məsələ
deyildir, milli çərçivədən çıxıb,
özünü dünyanın taleyi üçün cavabdeh
hesab etmək mənasını verir. Lakin onun həm də
bizim milli mentalitetimizə uyğun gəlməyən prinsipləri
olduğundan, onu bütünlüklə qəbul edə bilmərik.
Kosmopolit, yunan dilindən gələn dünya vətəndaşı
mənasını verir. Təəssüf ki, bu ifadədə
bizə yad olan cəhətlər də vardır, bunlar vətənpərvərlik
hisslərindən məhrum olmaq, milli maraqlardan uzaqlaşmaq,
öz vətəninin mənafeyinə laqeydlik, öz xalqına
yad olmaq, özünü heç bir millətə aid etməmək
kimi bizim qəbul etmədiyimiz prinsipləri də əhatə
edir. Biz, ən başlıcası, sarsılmaz beynəlmiləlçiliyimizə,
yalnız başqa xalqlara mehriban münasibətimizə görə
kosmopolit adlanmaq hüququna yiyələnirik, lakin vətəni,
öz millətini inkar etmək bizə bütünlüklə
yaddır. Ermənilərin isə həddi aşan millətçilikdən,
başqa millətlərə və xalqlara nifrətdən və
düşmənçilikdən qidalanan öz vətənpərvərlikləri,
bu mənada L.N.Tolstoyun dediyi kimi, barbar dövrlərinin
qalıqlarını yada salır. Bu isə müasir insan
üçün yolverilməzdir. Biz, başqa xalqlara,
onların nümayəndələrinə, digərlərinə
o dərəcədə xas olmayan, özümüzə məxsus
bir tolerantlıq göstəririk, onlara bizim
dünyamızı rövnəqləndirən varlıqlar kimi
baxırıq. Biz başqalarına hörmətlə
yanaşmaqla özümüzü də ucaldırıq,
xoşbəxtlikdən, digər xalqlara qarşı
düşmənçilik münasibəti bəsləmək
bizə bütünlüklə yaddır.
Azərbaycanlılar həm də təbii qonaqpərvərliyi
ilə seçilən xalqdır, biz qonağa hər neməti,
ən ülvi hisslərimizi də həsr etməyə
hazırıq. Bu ilin iyul ayında Şuşada çox sayda
ölkələrdən gəlmiş nümayəndələrin
iştirakı ilə olduqca təntənəli və çox
məzmunlu media forumu keçirildi. İşğaldan azad
olunmuş gözəl şəhərdə
xalqımızın ünvanına çoxlu xoş sözlər
söylənildi. Görkəmli rus jurnalisti, çox sayda
dövlət rəhbərlərindən müsahibə
almış, əslən bakılı olan, yəhudi mənşəli
Mixail Qusman azərbaycanlıları "unikal tolerant millət"
adlandırmışdı. Onun belə obyektiv qiymət verməyə tam
haqqı vardır. Çünki geniş intellektə və
iti müşahidə qabiliyyətinə malikdir, həm də əksər
əcnəbi xalqların təbiətinə,
dünyagörüşünə yaxşı bələddir.
Yeniyetməliyini Bakıda, görkəmli ziyalı ailəsində
keçirmiş, yerli millətin uşaqları ilə
yaxın ünsiyyətdə olmuşdur. O, olduqca sərrast kəlmə
ilə azərbaycanlıların ruhunun mahiyyətini ifadə
etməyi bacarmışdır.
Azərbaycan öz xalqının dəyərlər
sistemi ilə, mənəvi dünyası və beynəlxalq aləmə
açılması ilə özünə çoxlu dostlar
qazandırmışdır. Beynəlxalq forumların tez-tez
keçirilməsinə görə Bakı, digər
böyük paytaxtları da geridə qoymağı bacarır.
Azərbaycan təkcə hərb sahəsində Ermənistanı
məğlub etməmişdir, həyatın başqa sahələrində
də qələbəmizin təsiri özünü aydın
büruzə verir. Öz vətəndaşlarının vahid
birliyi, başqa xalqlara xoş münasibəti ilə də Azərbaycan
dünyada layiqli hörmət qazanmışdır. Dövlətimizin
beynəlxalq nüfuzu arzuladığımızdan da yüksək
səviyyəyə qalxmışdır. Bu, dostları
sevindirir, düşmənləri isə lazımınca
qıcıqlandırır və kədərləndirir. Qədim
millət olan azərbaycanlılar öz təbiətini dəyişən
deyildir, hamıya xoş münasibət, dostcasına
yanaşmaqla öz həyatını da daha məzmunlu və
maraqlı etməyi bacarır. Ermənilər
başqalarına qarşı düşmənçilik hissləri
yaydığı halda, azərbaycanlılar ətrafa
işıq və hərarət saçır, özlərinə
daha çox dost qazanmağa çalışır. İki qonşu
xalqı bir-birindən ayıran diametral xarakterli fərq bundan
ibarətdir. Ona görə də gələcək heç də
nifrət yayanlara deyil, hökmən
mehribançılığa, dostluğa
çalışanlara, can atanlara məxsus olacaqdır.
1 avqust 2024-cü il.
Telman ORUCOV
525-ci qəzet .-2024.- 8 avqust.(№140).- S.10-11.