Dəhşətlər
və bədbəxtliklər. Ləyaqət və iradə
xilaskar rolunda
(Əvvəli ötən şənbə
saylarımızda)
Qələbə tarixi faktdır, hətta
saxtakarlıqları ilə ad çıxarmış ermənilər
də öz üzərlərində onun silinməz
damğasını hiss etdiklərindən, bu həqiqəti
danmağa cəsarət etməzlər. Lakin azərbaycanlılar
həmin qəti qələbədən sonra da, sülhsevər
xalq olaraq qalır, hər bir xoş münasibətə əsl
dostluq hissləri ilə cavab verir. Azərbaycanlılar
ünsiyyətdə olduğu hər bir adama və xalqlara
münasibətdə, özünün unikal
tolerantlığı ilə əsl heyranlıq əks-sədası
doğurur. Ermənilər ağır məğlubiyyətlərinə
görə, daim əsarətində olduğu hallusinasiyalardan
ayılmalı, paranoyyalarına son qoymalı,
qonşularına qarşı bəslədikləri mənfur
düşmənçiliklə birdəfəlik
vidalaşmalıdırlar. Həyat özü onlardan bunu tələb
edir, revanşizm xülyaları erməni xalqını, malik
olduğu qurama yorğan tipli
dövlətini də məhv olmaqla üzləşdirə
bilər.
Azərbaycanlılar, keçmiş və indiki
müharibə qızışdıranları, istər onlar
Ermənistan rəhbərləri, istər Dağlıq
Qarabağ separatçıları olsun, haqlı olaraq lənətləyirlər.
Həm də, nəhayət üzləşdikləri iflasa
görə zərurət qarşısında düşmənçiliklə
vidalaşan xalqa, bu həqiqətən baş versə, xoş
münasibət göstərməyə də hazırdır.
Lakin ermənilərin, mübtəla olduqları qatı millətçilik
mərəzindən sağaltması da çətindir, bəlkə
də bütövlükdə mümkün deyildir. Axı bu xəstəlik
onlara əsrlər boyu sirayətlənmişdir. Xalqımız isə öz dövlət
başçısının uğurlu siyyasətinə loyal
münasibət göstərməklə yanaşı, gələcəyə,
daha firavan həyat tərzinə malik olacağına
böyük inam bəsləyir, daha xoş bir perspektiv
ümidi ilə yaşayır.
Uğurlu quruculuqdan və yeni nailiyyətlər qazanmaq
istəyindən xəbər verən bunlar isə həm də
sülh şəraitinin mövcudluğunu tələb edir. Ermənilər
də permanent düşmənçiliyi permanent sülhlə
əvəz etməyə çalışmalıdırlar,
bunun üçün birinci növbədə öz
psixikalarında dəyişiklik etməlidirlər. Son
müharibə onlara hökmən ayıldıcı təsir
göstərməlidir. Ayrı-ayrı xalqlar hazırda
süni intellekt yaratmaq və ondan faydalı qaydada istifadə
etməyə çalışırlar, qoy erməni xalqı hələ
zərərli toz basmış öz ruhunun təmizlənməsi,
gigienası ilə məşğul olsun, onun sağalma nəticəsi
olacaq bu metamorfoza, onlar üçün cəhalət əlaməti
olan zülmət qaranlıqdan sonra meydana gələn əsl
dan şəfəqi rolunu oynaya bilər.
Ïrezidentin fəaliyyəti təhlil edilərkən
uğurlar layiqli qiymətini aldığı kimi, heç də
bu o demək deyildir ki, ölkənin idarə edilməsində
nöqsanlara yol veilməmişdir. Respublika Ïrezidentinin
mübarizə sahəsindəki ardıcıl səylərinə
və həyata keçirdiyi geniş tədbirlərə
baxmayaraq, ölkədə məmur
özbaşınalıqları və ən ağır bəla
olan rüşvətxorluq halları baş verməkdə davam
edir. Lakin bu cinayətlər və xətalar, öz kəskin
cavabını almamış qalmır. Qanunu pozanlar ifşa
olunur, yüksək vəzifələrdən
uzaqlaşdırılır, layiq olduqları ağır cəzalara
məhkum edilirlər. Dustaqxana sakinləri arasında
keçmiş məmurların sayı heç də az
deyildir. Onu da qeyd etmək lazımdır ki, qanuna məhəl
qoymayan bir sıra mühüm nüfuz sahiblərinin nəhəng
imkanlarının məhdudlaşdırılması, geniş
səlahiyyətlərdən məhrum edilməsi, vəzifələrdən
qovulması Ïrezidentin bilavasitə şəxsi təşəbbüsü
ilə baş vermişdir və onların himayəsinə
sıxılan bir sıra ünsürlər istisna olmaqla, xalq tərəfindən
ölkə rəhbərinin bu fəaliyyəti də
böyük rəğbətlə
qarşılanmışdır.
Mübarizə heç də sona
çatmamışdır və davam edir. Lakin qorxulu virusu
(latınca "zəhər" deməkdir) məhv etmək və
cəmiyyətin bu sahədəki tam sağlamlığına
nail olməq da asan məsələ deyildir. Rüşvətxorluq
anatomiyaya aid bir rudimenti, atavizmi xatırlatsa da, onu cərrahiyyə
əməliyyatı ilə bir andaca kəsib atmaq mümkün
olmur. Həm də onun vurduğu yaralar da, arzu olunan kimi sürətlə
sağalmır. Lakin ölkə rəhbərinə bəslənən
inam bədbinliyə qapılmağa imkan vermir, məkrli xarici
düşmən üzərində qazanılan qələbə,
ağır fəsad sayılan daxili xəstəliyin də
hökmən müalicə olunacağına böyük
ümidlər yaradır. Mövcud çətinliklərə
baxmayaraq, uğurlar adamlara, daha xoş gələcək
üçün nikbin hisslər aşılayır.
Dövlət siyasətindən
baş çıxarmayanlar cəmiyyət üçün məsuliyyət
daşıyan bu quruma öz hədsiz tələbatlarını
daim ödəmək mənbəyi kimi baxırlar, dövləti
Amalfeya keçisinin buynuzu kimi permanent zənginlik mənbəyi
hesab edirlər. Bu, olduqca səhv düşüncədir.
Axı ideal dövlət barədə təsəvvür də
yalnız utopiya xarakteri daşıya bilər. Dövlət rəhbərindən
ölkəsini cənnətə çevirməyi
ummağın özü ağılsızlıqdır.
İdarəetmənin mahiyyəti və gücü isə
ölkəsinin ehtiyac və yoxsulluq cəhənnəminə
çevrilməsinə yol verməmək, vacib olan təhlükəsizliyi
təmin etməklə, əhalinin gecələr rahat
yatmasına şərait yaratmaqdır və bu, ölkəmizdə
öz təsdiqini bütünlüklə tapır. Bu məqsədlərin
yerinə yetirilməməsindən əsassız olaraq
şikayət etmək, ən azı, insafsızlıq
olardı.
Epiloq əvəzi və ya təsvirdə obyektivliyi
unutmamaq ehtiyacı
Görkəmli şəxsiyyətlər tarixdə
öz izlərini qoyduqlarına görə
yaşadığı dövrün və xalqının
başqa nümayəndələrindən xeyli dərəcədə
fərqləndiklərindən, hökmən seçilirlər.
Onlar xalqların taleyinə aid olan hadisələrin fəal
iştirakçısı, bəzən hətta müəllifi
olduqlarından, öz fəaliyyətləri ilə təkcə
zamanla canlı əlaqə yaradanlarına görə deyil, həm
də az qala simvola çevrildiklərindən, tarixi şəxsiyyətlər
adlanırlar. Onlara münasibət müxtəlif ola bilər,
musiqi aləti deyil ki, onların səslənməsindən
hamı həzz alsın. Onların portretində aparıcı
müsbət xüsusiyyətləri təsvir edən
çalarla yanaşı, onun cazibədarlığına xələl
gətirən, lakin reallığa xidmət edən yaxmaların
da olması bəlkə də vacibdir.
Çünki böyük şəxsiyyətlərdə
həm cazibə qüvvəsinə malik olan xüsusiyyətləri,
həm də onlar haqqında geniş yayılmış rəyə
xələl gətirən nöqsanları da tapmaq
mümkündür. Çünki insan təbiəti rəngarəngdir,
bir hissəsi olduğu ana təbiətin özünə bənzəyir.
Ona görə də onu yalnız bir, özü də çəhrayi
rəngdə təsvir etmək, həqiqətə göz
yummaq xarakteri daşıyır. Qəhrəmanlar hətta
başqalarından nə qədər fərqli olsalar da, insan
olaraq qalırlar, onlar Göy sakini olmayıb, Yer üstündə
yaşayırlar. İnsanlara xas olan xüsusiyyətlərin
heç biri onlara yad deyildir, onlar da eyni havanı udur, eyni
qaydada qidalanır, eyni xəstəliklərə mübtəla
olurlar. Onlar şöhrətin hansı zirvəsinə yüksəlsələr
də, yenə də bəşər nümayəndəsi
olaraq qalırlar.
Ona görə də tarixi şəxsiyyətlər təsvir
edildikdə, onun güclü təsiri altına düşmək
yalnız ziyan verir, axı onlar da, böyüklükləri ilə
yanaşı, qüsurlardan da heç də xali deyillər.
Onların fəaliyyətini təhlil etdikdə, çoxlu
müsbət keyfiyyətlərlə yanaşı,
qüsurları da tapmaq çətin deyildir. Onları adətən
bütöv şəxsiyyətlər kimi xarakterizə edirlər,
lakin onların obrazında işığın kölgə
salmaq xüsusiyyəti də nəzərdən
qaçmamalıdır, qaranlıqdan xəbər verən cəhətləri
də inkar etmək düzgün sayılmamalıdır.
Heç bir tarixi şəxsiyyət ideala, sitayiş
obyektinə çevrilməməlidir Onlara pərəstiş, fərqli
qaydada olan heyranlığı xarakterizə edən yüksək
qiymətdən doğur. Onları qədim Misir faraonları
kimi canlı Allah tək qəbul etmək fanatizm korluğundan
xəbər verir. Hamımızın pərəstiş etdiyi,
bəlkə də tarixdə başqa bir nümunəsi olmayan
Makedoniyalı Aleksandr da ciddi sayılmalı olan qüsurlardan
xali deyildi. Yuli Sezara gecə öz təbii ehtiyacını
ödəmək üçün verilən qabı ona
xatırlatmaqla, insan olduğunu unutmamağı yadına
salırdılar.
Təəssüf ki, bəzi
tarixçilər və yazıçılar bu şirniklənmələrdən
qaçmağı bacarmamışlar. Qədim yunan
tarixçisi Ïolibi (b. e. ə. 200-120-ci illər) Roma tarixinə
dair qiymətli kitabların müəllifi idi, lakin b.e.ə.
146-cı ildə Karfageni dağıdan və yandıran
Kiçik Stsipion Emilian Afrikalını bir sərkərdə
kimi tərifləyəndə, onun rəhmsizliyindən xəbər
verən əməllərinə göz yumur. Böyük
fransız yazıçısı Stendal (1783-1842-ci illər)
Napoleonun işğal müharibələrini tərif obyekti
kimi seçmişdi, ona görə də Avropanı qan
çanağına döndərənin apologeti
sayılır. Fransız yazıçısı madam de Stal
böyük intellekti ilə seçilirdi, lakin o, da nifrət bəslədiyi
Napolenu yalnız qüsurlar simvolu kimi təsvir edərək,
ona lənət yağdırmaqla, "azadlığın qəbir
qazanı" adlandırmışdı. Təkcə
Kiçik Ïlini (b.e.ə. 61-114-cü illər) öz əsəsrini
"İmperator Trayana panegirika" adlandırsa da, onun
işğal müharibələrinə tərif şəklində
toxunmamış, ancaq insanpərvərliyini, ilk dəfə
olaraq ehtiyacı olanlara aliment adlanan ərzaq köməyi etməsini
rəğbətlə qeyd etmişdir. Həm də onu da gizlətməmişdir
ki, Trayan xristianların təqib edilməsini tövsiyə
edirdi.
Sovet
yazıçıları ideoloji cəbhədə fəal
iştirak etmək üçün Lenini və Stalini göylərə
qaldırmaqda hədd tanımırdılar. Yazıçı
Leonid Leonov bizim eranın başlanğıcını
İiusus Xristin deyil, Stalinin anadan olduğu tarixlə əlaqələndirməyi
təklif edirdi. Azərbaycan ədəbiyyatında da
sitayiş xarakterli "Rəhbərə salam" uzun
şeiri, "Lenin" poeması, "Səhər"
romanı meydana gəlmişdi. Çoxları təzyiq
göstərən zamanın tələbindən kənara
çıxmağa cürət etmirdi, vahimə xofu real cizgilər
aldığından, onları mənəvi cəhətdən
sındırırdı.
Tarixi şəxsiyyətlərin tərifə layiq
xüsusiyyətlərini qabartmaq heç də qəbahət
deyildir, lakin onları bütləşdirmək cəhdləri
faydalı sayılmamalıdır, vurğunluqda da
ölçü hissi gözlənilməlidir. Əlbəttə,
bu cür standatlarda yazmaq heç də asan məsələ
deyildir, axı təsvirin özü də onun müəllifi
kimi ideal sayılmaq eşqinə düşsə, bu, əks nəticə
verəcəkdir. Ïarlaq rənglərin bolluğuna uymaq,
kölgənin bütünlüklə inkarına gəlib
çıxa bilər.
Qədim Romanın nəcib imperatorları (bizim
eranın 96-180-ci illərdə onlar imperiyanı uğurla idarə
etmişdilər) Allaha müraciət edəndə, öz
vicdanlarını nəzərdə tuturdular. O vaxtlar hələ
Romada monoteizm mövcud deyildi, gələcəkdə hakim dinə
çevriləcək xristianlığa sitayiş edənlər
isə təqib olunurdu, bu din yalnız IV əsrin sonunda dövlət
dini ola bildi. Lakin vicdan müasir dövlət xadimləri
üçün də vacib şərtdir, vicdanını daim
oyaq və ayıq saxlayanlar həm də öz xalqını
yaxşı başa düşür və onun arzularına
cavab verməyə çalışır. Onlar bilirlər ki,
vicdan, şəraitlər tələb edəndə deyil, daim fəaliyyətdə
olmalıdır. Bu yazıda da III Napoleonun ciddi qüsurları
ilə yanaşı, bəzilərinin qəddarlığından
isə öz xalqı böyük ziyan çəksə də,
əsasən, ali kürsüdə ləyaqətə xidmət
edən dövlət xadimlərinin örnək xarakterli
nümunəsi qələmə alınmışdır. Tarix
onları hökmən yaşadacaqdır. Həmin böyük
şəxsiyyətlər, müəyyən istinalar nəzərə
alınmasa, öz idarə etmələrinin nəcib
xüsusiyyətləri hesabına, həm də tarixin səhifələrini
bəzəməkləri ilə fərqlənəcəklər.
SON
10 mart. 2024-cü il.
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.22.