Tarixin hər üzünə
şahid olanlar
Xaç yürüşlərindən İstanbulun fəthinəcən
Rum bir yaxınım var, adı Andreadır. Maraqlı
söhbətlərimiz olur, həlim, axıcı, öyrəndiyim,
öyrətdiyim söhbətlər. İki-üç gün
əvvəl yenə həmin söhbətlərdən birində
Fənər Rum Ïatriarxlığından bəhs etdi.
Tanımadığımı, hətta görmədiyimi dedim. Təcili
görməli olduğumu söylədi və cümə
axşamı məni orada gözləyəcəyini dedi.
Çünki Andrea həmin qurumda işləyir.
Açığı, Balat kimi qarmaqarışıq
yerdə bu cür möhtəşəm, özü də
kifayət qədər böyük abidənin necə
"gizli" qaldığına təəccübləndim.
Ümumiyyətlə, Balat elə yerdir ki, yüz dəfə də
getsən, yenə buralarda səni heyrətləndirən,
çaşdıran, gözlərini oxşayan, bəzən də
gördüyünə inanmadığın nəyləsə
qarşılaşa bilərsən.
Xaç yürüşündən bəri
İstanbul Rum Ortodoks Ïatriarxlığı, ya da
Ortodoks məzhəbini təmsil edən Şərqi ortodoks
kilsəsi də onlardan biri, hətta birincisidir. İstanbul
arxiyepiskopu I Bartholmeosun idarə etdiyi bu dini qurumun tarixi qədimdir.
Daxilindəki ilk çalxantılı hadisələr
1054-cü ildə başlayır və nəticədə Roma
ilə İstanbul bir-birlərini afaroz edərək
ayrılırlar. Həmin hadisə Katolik və Ortodoks olaraq
bildiyimiz iki böyük məzhəbin ortaya
çıxmasına səbəb olur. Bu
ayrılığın ardınca İstanbulda Romadan
asılı olmayan ilk müstəqil Ortodoks
Ïatriarxlığı qurulur.
Daha sonra latınlar bugünkü İstanbula IV
Xaç yürüşü təşkil edirlər. Bu
yürüş müsəlmanlara qarşı deyil, katoliklərin
düşmən və kafir gözündə gördükləri
Bizans imperiyasına və onun paytaxtı Konstantinopola
qarşı idi. 1204-cü ildə səlibçilər
Konstantinopolu tuturlar və Bizans İmperiyasının
torpaqları üzərində Latın imperiyasını
yaratmaqlarına rəğmən, patriarxlıq var olmağa
davam edir.
Sultanın gəlişi, Ortodoks xristianlarının
dirçəlişi
Büyük ayrılığın
yaşandığı dönəmlərdə türklər
sürətlə fəthlər həyata keçirirdilər.
Xristianların yaşadığı torpaqları onlardan
alıb öz torpaqlarına qatırdılar. Vəziyyətin
kritikləşdiyini, böyük təhlükənin
yaxınlaşdığını görən Bizans, Anadoluda
güc qazanaraq irəliləyən türklərə
qarşı Romadan yardım istəyir və birləşməyi
təklif edir, lakin iki kilsə arasındakı ixtilafa görə
buna nail ola bilmirlər. Romadan dəstək ala bilməyən
imperatorluq tezliklə paytaxtı olan Konstantinopolu itirir.
Çünki şəhər 1453-cü ildə Fateh Sultan
Mehmet tərəfindən alınaraq Osmanlının tərkibinə
qatılır, daha doğrusu, mərkəzinə çevrilir.
Beləliklə, Ortodoks xristianları üçün yeni
dönəm başlayır. Hətta şəhər Sultan
Fateh Mehmet tərəfindən fəth edildikdən sonra
patriarxın onu ziyarətə gəlməməyi Sultanın
diqqətindən yayınmır və məsələnin
araşdırılmasını əmr edir. Xrisitianlar
başlarında patriarxlarının olmadığını
deyirlər. Sultan Mehmet də vaxt itirmədən patriarx
seçilməyinə dair göstəriş verir və şərq-qərb
birləşməsinin olmamağı üçün
İstanbul Ïatriarxlığını dəstəkləyir.
Eyni Romada olduğu kimi patriarx seçimi həyata
keçirilir və Corc Skolarius, II Genadios adı ilə
Osmanlı hakimiyətindəki ilk patriarx olur. Beləcə
Ortodoks Kilsəsi, Roma əsarətindən qurtularaq tamamilə
özgürləşir.
İlk vaxtlar patriarxlığın ilk binası
Havariyyun Kilsəsi (müqəddəs Həvarilər kilsəsi)
olur. Zaman içində müxtəlif səbəblərdən
xeyli yer dəyişikliyinə məruz qalır. Hətta Fənərdəki
Məryəm Ana Ayazmasında da bir müddət fəaliyyət
göstərir. Söhbət ötən saylarımızda bəhs
etdiyimiz "Ayın biri" kilsəsindən gedir. 1597-ci ildə
Ayvansarayda Aya Dimitri Kilsəsinə köçür. Nəhayət,
1602-ci ildə yenə Fateh ərazisində yerləşən,
hazırkı Aya Yorgi Kilsəsinə köçür və
həmin tarixdən etibarən fəaliyyətini burada davam
etdirir.
Azadlığın zərərləri
Osmanlı dönəmində patriarxlıq qurumu Roma
dönəmində olduğundan daha rahat və sərbəst
olur, sadəcə rumların deyil, Bolqarıstan, Serbiya,
Qaradağ kilsələrinin də üzərində dini
avtoritar olma öhdəliyini davam etdirir. İşə bax ki,
Ïatriarx, vəzirlərlə eyni statusu daşıyır, vergi
vermir, hər cür təhlükəyə qarşı
yeniçəri mühafizə birliyi tərəfindən
qorunur. Çünki buna dair Sultan Fateh Mehmet fərman
imzalayır. Fərmandakı bəzi yarımbaşlıqlar
belədir: "Heç kim Ïatriarxa hökmranlıq etməsin,
kim olursa olsun, kimsə ona dəyib dolaşmasın, həm
özü, həm də birlikdə fəaliyyət göstərdiyi
keşişlər hər cür vergidən əbədiyyən
azad edilsinlər. Kilsələr məscidə təhvil verilməsin.
Nikah, dəfn işləri və digər adətlər Rum ənənəsinə
görə qeyd edilsin".
Osmanlı dövləti heç vaxt Ortodoks kilsəsinin
işlərinə qarışmamışdı. Bütün
bu haqların qarşılığında dövlətin
onlardan üç istəyi vardı; patriarxlar Sultana sadiq
qalsınlar, dövlətin qanunlarına riayət etsinlər və
birləşmək üçün planlar qurmasınlar. Gəl,
belə yerdə Nikola Makiavellini xatırlama. Deyir ki,
"Başqasının güclənməsinə səbəb
olan insan öz çöküşünü
hazırlayır". Bir başqa cümləsi isə belədir,
"Bir dəyişiklik, başqa bir dəyişikliyin təməlini
atır". Belədir, həmişə belə olub.
İnsan, əsarətdən çıxsa da,
azadlığın dərhal həzm edə bilməyən
varlıqdır. Nə qədər əmin edirsənsə et,
yenə də qorxacaq, yenə də inanmayacaq ona bəxş
edilən bu nemətin onun haqqı olduğuna. Elə hey təminat
axtaracaq, özünü qarantiyə almaq istəyəcək,
yerini bərkitməyi planlaşdıracaq. Həm də insan
doyumsuz varlıqdır, verdikcə istəyəcək, vermədikcə
tələb edəcək, tox olsa da, götürüb
saxlayacaq. Çünki insanın xislətindədir
tamahkarlıq və acgözlük.
Bizans xəyalları
Ïatriarxlıq, Osmanlı torpaqlarında bu cür rahat
yaşayarkən xaricdən edilən təsirlərlə və
Osmanlı İmperatorluğunu zəifləməyini fürsət
bilərək gizli-gizli qədim Bizansın yenidən
qurulmağı üçün hərəkətə
keçirlər. Anadoluda Türk hakimiyyətinə son
qoyulmağı, İstanbulun paytaxt olduğu böyük
Bizansı yenidən diriltməyi və yaxın şərqdə
Yunanıstan qurmaq fikri olan "Megali İdeyası"nı
inşa etmək üçün işlərə
başlayırlar. Ancaq görünən odur ki, bir şeyi
gözdən qaçırıblar, ölən heç nə
və heç kim dirilmir.
Bu əməllərin arxasınca üsyanlara
başlayırlar. II Mahmud zamanındakı bu üsyanların
suçlusu olaraq Fənər patriarxı V Corc
sorğulanır, günahını boynuna aldıqdan sonra edam
edilir. Bu hadisədən sonra edamın həyata keçirildiyi
yer olan patriarxlıq binasının orta qapısı "kin
qapısı" olaraq tarixə keçir və o gündən
bəri qapalı saxlanılır. O qapının önündə
xeyli dayandım, bir daha açılmayan qapı olar? Görəsən,
bundan sonra neçə əsr qapalı qalacaq. Bəlkə də,
tarix onun üzərinə vurulan kiliddir, sadəcə biz
xronologiyaya köklənirik. Bəlkə də, yox, elə
tarix o qara və kilidli qapının özüdür!
Ömürdən uzun "arzular"
Türkiyə Cümhuriyyəti dönəmində isə
hökumət Lozandan sonra patriarxlığı
araşdırmağa başlayır, patriarx olacaq şəxsin
Türk vətəndaşı olmağını və
seçkilərin Türkiyədə olmağını şərt
olaraq irəli sürür. Bu şərtlərdən sonra Fənər
Ïatriarxlığı passiv vəziyyətə gətirilir,
patriarx kəlməsi istifadə edilməməyinə qərar
verilir və kilsə lideri baş keşiş
adlandırılır.
1925-ci ildə dönəmin patriarxı Corcios
ölür, yerinə Konstantin seçilir. Ancaq Yunanıstanda
buna qarşı çıxanlar olur, türklərin istədiyi
kimi fəaliyyət göstərdiyinə görə.
II Dünya müharibəsinin ardınca Amerikadan dəstək
alan Ïatriarxlıq qurumu yenidən problem yaratmağa
başlayır. Ïatriarx seçilməsi ilə bağlı
şərtlərə əməl etməyən Atenaqoras,
1948-ci ildə Amerikanın güvəndiyi şəxs
olduğu üçün patriarx vəzifəsinə gətirilir.
Halbuki Atenaqoras həm türk vətəndaşı
deyil, həm də Türkiyə torpaqlarında vəzifədə
deyildi. Qısacası, müqavilə şərtləri
çərçivəsində Ïatriarx olmağı
mümkün deyildi. Fəqət arxasında olan güc səbəbi
ilə anlaşma şərtlərini yerinə yetirmək
üçün Atenaqros Türk vətəndaşlığı
alır və yenidən patriarx seçilir. Ancaq Atenaqorasın
güvəniləcək insan olmağı bir yana qalsın,
patriarx olan kimi siyasi hadisələri törədən əsas
fiqur olur. Türkiyə Cümhuriyyətində ən uzun
patriarxlıq dönəmi də Atenaqorasa məxsusdur.
Nifrət dili həmişə məğlubiyətə
aparır
Atenaqorosdan sonra Fənər patriarxlığına
Bartholemus gəlir. Sələfləri kimi xarici güclərin
dəstəyini alaraq Türkiyədə fəaliyyət
göstərmək istədiyi məlum idi. Ancaq gözlənilən
kimi olmamışdı, Fənər
Ïatriarxlığının Türkiyənin qürur mənbəyi
olduğunu söyləmiş, kin, nifrət dilindən uzaq
durmuşdu. Hətta din adamı yetişdirmək
üçün Türkiyədən asılı olmayan
müstəqil fəaliyyət göstərəcək Heybəli
Ada Ruhban məktəbinin açılmağını istəmişdi.
Günümüzdə Fənər Ïatriarxlığı
İstanbulda yaşayan Rum kökənli xrisitianlar və
Türk vətəndaşı olan Rum Ortodoks camaatının
arxiyepiskopluğu olaraq qəbul edilir. Türk dövləti sərhədləri
daxilində içində on iki metropolitlikləri mövcuddur.
Bundan əlavə, Türkiyə xaricində də metropolit və
yepiskopluqları mövcuddur. Türkiyə sərhədləri
daxilində yerləşən metrolitliklər: Kadıköy,
Tarabya, Adalar, Gökçəada, Bozcaada Metropolitləridir.
Türkiyə sərhədləri xaricində isə Girit
arxiyepiskopluğu, On iki ada, Amerika arxiyepiskopluğu, Avstraliya
metropolitliyi, Toronto metropolitliyi, Argentina metropolitliyi, Ïanama
metropolitliyi, Honq Konq metropolitliyi Fənər
Ïatriarxlığına bağlı monastır və
qurumlardır.
Altıncı əsrdən bəri fəaliyyət
göstərən, imperatorluqlar, imperatorlar, sultanlar, prezidentlər
görən bir qurumu və binanı ziyarət etmək,
tanış olmaq insanı həyəcanlandırır. Ən
çox da düşündürür. Xəyal kimi gəlir
adama, gözlərinə inanmaq istəmirsən. Fikirləşirsən
ki, bir xristian məzhəbi İslam ölkəsinin
imperatorundan güc alıb, gör, haralara qədər gəlib
çıxıb. Hələ binanın göz oxşayan
memarlığı, qızıl yatağı kimi par-par
parıldayan kilsənin daxili dizaynı insanı başqa aləmə
aparır. Hətta bir ara məyus da olursan, fikirləşirsən
ki, "gör, hələ nə qədər çox şey
bilmirəm" və anlayırsan ki, bildiklərin, bilmədiklərinin
zərrəsidir.
Yenə də Sokrata haqq verirsən. Elə
baldırğan zəhərini içməkdə də
haqlı idi.
Türkan TURAN
525-ci qəzet.- 2024.- 14 dekabr(¹230).-S.15.