Şəhid bulağı
Sədərək döyüşlərində
güllə yarası alıb ömürlük yataq xəstəsi
olan bölük komandiri Əbdül Məmmədova və onun
oğlu, 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına
şəhid olmuş mayor Rasim Məmmədovun əziz xatirəsinə
həsr edirəm.
Sən oldun vətənə əbədi yoldaş,
Nədən qurumadı gözündəki yaş?
Səndən su içəcək nə qədər
yurddaş,
Sən çağla, ax, püskür, dilində
ağı,
Ay şəhid bulağı, şəhid
bulağı.
Yolçular su içib rəhmət söyləyər
Qarşında diz çökər, qamətin əyər,
Səni xatırlayan ürək göynəyər,
Asmısan sinəndən o al bayrağı,
Ay şəhid bulağı, şəhid
bulağı.
Yaraşdı soyuna əzəmət, vüqar,
Varmış taleyində bir əhdi ilqar,
Anan namaz üstə verdi bir qərar,
Göz yaşın axıtdı, əritdi
dağı,
Ay şəhid bulağı, şəhid bulağı.
Bu, Lələtəpəndi, azad etmisən,
Bir canda döyünən ana cismisən.
Zəfərinlə neçə-neçə qəlbə
girmisən,
Su içsin gözündən vətənin
bağı,
Ay şəhid bulağı, şəhid
bulağı.
Sən oldun bu gündən zamana yoldaş,
Yolçu ətrafında quracaq bardaş,
Səni unutmarıq, ay şəhid qardaş,
Gül-çiçək açacaq çeşmə
qırağı,
Ay şəhid bulağı, şəhid
bulağı.
Sovur, xırman olaram...
Dərdə dərman olaram,
Əmrə fərman olaram,
Əhdə vəfasız olsam,
Sovur, xırman olaram...
Bu arzu-qədər bilməz,
Qələm yazdı, O, silməz.
Sən elə can alırsan,
Əldə ölən dirilməz.
Sevmək könül verməkdir,
Saf bir gülü dərməkdir.
Hicran düşsə araya,
Mum kimi əriməkdir...
Şeir yazdım, bax, sənə,
Sağ ol demirsən mənə?
Allahdan ömür istə,
Sən qurban kəs kölənə.
Mən nərgizəm
Elə oğurladım qəlbini sənin,
Axtarsan taparsan güldə, çiçəkdə.
Yaxası açılmış tər bənövşənin
Yanında durmuşam sarı köynəkdə.
Nə qədər zərifəm, əl vur, baxsana,
Nərgiz çağırırlar çiçəklər
məni.
Qoparıb yaxana sancıb, taxsana,
Yeyib qurtarırlar böcəklər məni.
Heç də bənzəmirəm başqa bir gülə,
Ətrimdən-qoxumdan tanırlar məni.
Soyuqda qovrulub dönsəm də külə,
Yaşayır canımda nərgiz görkəmi.
Azacıq yaxınlaş, sinəmə bir bax,
Bənövşə qoxusu çöküb oraya.
Tapdama sən məni, basma heç ayaq,
Dözmək olmaz sən vurduğun yaraya.
Kirman RÜSTƏMLİ
525-ci qəzet .- 2024.- 17 dekabr(№231).-S.15.