Çaparaq notlar
3. "Bəyaz rəqs" necə meydana gəldi?
Yolum düşən ölkələrdə ilk
növbədə kitab dükanlarına baş çəkirəm.
İndi iş otağımdakı rəflərə
düzülmüş müxtəlif elmlərə və
janrlara aid kitabların az qala hərəsinin öz alınma,
"əldə olunma" tarixi var. Bəzi kitabları isə
özüm almamışam, mənə poçtla göndəriblər.
Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və
tanışlardan aldığım kitabları bu gün də
saxlayıram. Hətta, bəzən üzünü görmədiyim
adamlardan aldığım kitablar da var; məktubla müraciət
etmişəm, tezliklə lazım olan kitabı ünvanıma
göndəriblər.
Bu yaxınlarda rəfdəki
kitabları qaydaya salarkən göy cildli, irihəcmli bir kitab
diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəcə
olaraq iki, ya üç jurnalı üst-üstə tikib kitab
halına salmışdılar. "Kitabın"
üstünə göy kartondan səliqəli üzlük
çəkmişdilər. Cildin üzərinə isə rəngli
karandaşlarla bu sözlər yazılmışdı: Viktor
Astafğev. "Üarğ-rıba"
Amma üst-üstə tikilmiş bu jurnalların
adı, nəşr edildiyi tarix qeyd edilməyib. Çox ehtimal
ki, bu qalın dərgi "Roman-qazeta"dır. Adətən,
"Roman-qazeta"da səs-küy qoparan, məşhur əsərlər
nəşr edilirdi. Bizim yazıçılardan da bir
çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri
müxtəlif illərdə bu dərgidə çap
olunmuşdu.
Yadımdadır, 70-ci illərin sonunda rus
yazıçısı Viktor Astafyevin romanı oxucular
arasında geniş əks-səda vermişdi. Mən əsəri
heç cür əldə edə bilmirdim (Bəli,
kitabların da belə bəxtəvər günləri
vardı).
80-ci illərdə Elmlər Akademiyasında aspirant
olarkən dostlarımla Nalçikə istirahətə
getmişdim. Dağların başındakı turbazaların
birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs
təşkil edilirdi. Adətən, buraya daha çox gənclər
axışıb gəlirdi.
Mən rəqs etməsəm də, orijinal rəqs
nümunələri nümayiş etdirənləri maraqla seyr
edirdim.
Xatirimdədir, rəqs edənlər arasında nisbətən
yaşlı bir xanımın göstərdiyi "tryuklar"
hamının diqqətini cəlb edirdi. Bu xanım həm
Qafqaz, həm slavyan, həm hind, həm də Avropa
xalqlarının rəqslərini məharətlə ifa edirdi.
Çox zaman yaşıl donda olan bu xanımı biz öz
aramızda "yaşıl alov" adlandırır və
doğrusu, axşamlar çox vaxt elə bu şən
qadının göstərdiyi "nömrələri" izləməyə
gedirdik.
Növbəti axşamların birində yenə rəqs
meydançası gənclərin ixtiyarında idi. Birdən
"rəqqas qadın" qəfildən meydançaya
çıxdı. O, indi qıpqırmızı don
geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki
sehrli ilan kimi qıvrılır,
yığılıb-açılır, ətrafa od
saçırdı.
Arada fasilə oldu. Gecənin aparıcısı
növbəti rəqsi elan etdi: "Bəyaz rəqs". Adətən
bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət
edirlər. Heç gözləmədiyim halda "rəqqas
qadın" irəli yeriyib əlini mənə sarı
uzatdı. Üzrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm.
Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən,
hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür
xanımın təklifini rədd etmək olmaz, irəli
çıx...
Xanım rəqs edə-edə mənə ürək-dirək
verib bildirirdi ki, məsələ heç də onun təsəvvür
etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi
bacarırmışam.
Sən demə, qadın, rəqqas yox,
tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki
iri texnikumlardan birində direktor vəzifəsində işləyirmiş.
Mən onun rəqsə bu cür marağının səbəbini
soruşarkən qadın gülüb dedi: "Axı bizim
texnikumda minlərlə tələbə təhsil alır.
Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar
da az deyil. Mən hətta sizin Fərman Salmanovu da
tanıyıram. Çalışıram ki, bu tədbirlərdə
bütün xalqların mahnı və rəqsləri səslənsin.
Özüm də oxumağı, rəqs etməyi çox
sevirəm".
O, arada oxuduğu kitablardan sitatlar gətirirdi. Bir dəfə
söhbət hərlənib-fırlanıb Viktor Astafyevin yeni əsərinin
üstünə gəldi. Mən həmin əsər barədə
mətbuatda çox oxumuşdum. Amma əsərin özü
ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə
qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...
Hərə öz vətəninə yola
düşdü. Bir gün məhəllə poçtalyonu
qapını döydü. Əlindəki bağlamanı irəli
uzatdı. Baratı açıb baxdım. Xanımın vəd
etdiyi kitab idi. Viktor Astafğev "Üarğ-rıba".
Təəssüf ki, indi həmin kitabı göndərən
qadının adını unutmuşam. Amma rus
yazıçısı Viktor Astafyevin adı nə zaman
çəkilirsə, daim qeyri-ixtiyari, assosiativ olaraq həmin
qadını xatırlayıram.
P.S. Sonralar mən "Bəyaz rəqs" adlı
hekayəmdə öz müşahidələrimdən bəzilərini
qələmə almağa çalışdım. Təbii
ki, orada baş verən hadisənin məğzi, fabulası və
məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk
yox, bədii əsər yazmışdım.
4. "Dekret yeri" necə yarandı?
Məlum məsələdir ki, bədii əsərin
meydana gəlməsində daha çox təxəyyülün
rolu olur. Əsərin səviyyəsi isə, təbii ki,
istedadla bağlı bir məsələdir. Amma orası da var
ki, bəzən yazıçının şəxsi
müşahidəsi və ya tərcümeyi-halı ilə
bağlı nəsnələr də bu və ya digər əsərin
meydana gəlməsinə "təkan" verir.
Mən vaxtilə öz qeydlərimdə "Alın
yazısı", "Okean", "Bəyaz rəqs"
adlı hekayələrimin qələmə alınmasına səbəb
olan başlıca "amillərdən" bəhs
etmişdim.
İndi isə "Dekret yeri" adlı müxtəsər
bir hekayəmin yaranmasında hansı "həyat
faktının" rol oynaması barədə elə müxtəsərcə
söz açmaq istəyirəm.
Təyinatımı Saatlı rayonuna vermişdilər.
Maarif şöbəsinin (indi Təhsil şöbəsi
adlanır) müdiri, təcrübəli pedaqoq Qoçəli
Pənahov mənim hələlik Adıgün kəndindəki
orta məktəbdə fəaliyyətə
başlamağımı tövsiyə etdi. "Hələlik"
və "tövsiyə etdi" ifadələrinə
müraciət etməyim təsadüfi deyil. Zira müdir
vurğulamışdı ki, sən həmin məktəbə
dekret yerinə gedirsən. Bir müddət adı çəkilən
yerdəki məktəbdə işlədim. Yerli əhali
sürgündən qayıtmış Mehseti türkləri
idi. Bir gün dekretə çıxmış xanım öz
yerinə qayıtdı. Şöbə müdirinin tövsiyəsi
ilə rayondakı səkkizillik məktəbə gedəsi
oldum. Yenə dekret yerinə. Az sonra məni başqa bir yerə
dəyişəsi oldular. Yenə məlum səbəbə
görə. Günlərin bir günü xəbər gəldi
ki, "dekretçı" öz yerinə qayıdır. Mənim
Mollaəzizli məktəbinə dəyişməyim barədə
sərəncam verildi. Yenə dekret yerinə. Bir müddətdən
sonra təzəcə istifadəyə verilmiş M.Əzizbəyov
adına orta məktəbdə fəaliyyətə
başladım...
Elə o vaxtdan demoqrafik yüksəlişimizin təbliği
ilə məşğulam.
Bax, "Dekret yeri" belə yarandı...
Dil mozaikası
Lapşa.
Bir sıra türk dillərində, o cümlədən,
uyğur dilində işlədilən lapça sözündən
götürülüb. Mənası: kiçik hissələrə
doğranmış parça, hissə, əriştə, ləpik.
lll
Balbes.
Bu sözün kökünü çoxu bilmir. Ruslar
cahil, nadan mənasında işlədir. Düz də edirlər.
Amma bu, təmiz türk sözüdür. Mənası azərbaycanca
- BİLMƏZ, tatarca BİLMES, qırğızca BİLBES.
Bir sözlə, qanmaz, anlamaz... deməkdir.
Ta qalan sinonimləri özünüz əlavə edə
bilərsiz....
***
Eralaş. Bu söz, rus dilçilərinin
yazdığına görə, türkcə
"aralaş" sözündən götürülüb.
Araqarışmış, qatmaqarışıq, hərcmərclik,
səliqəsizlik.
"Çto gto u tebə, brateü, v qolove vseqda
eralaş takoy?" Qoqolğ.
lll
Birökovatıy. Rus ədəbi dilində işlənən
sözlərdəndir. Əsasən qurd, yalquzaq, canavar mənasını
verir. Daha çox tənhalığı
sevənlərə, aztəhsilli olanlara, habelə ciddi hərbi
xarakteri olan kəslərə belə ayamalar qoşulur.
Əslində isə bu söz, yəni "birökovatıy" kökən türkcədir. BÖRÜ, yəni canavar.
Ç.Aytmatovun "Ölüm kötüyü"ndəki
Akbarını (və eləcə də Daşçeynəri)
xatırlatmaq kifayətdir.
Türk xalqlarında BÖRÜ (AKBARI) sözünü ad-soyad kimi
götürən şəxslər də çox olub.
Mərhum sənətşünas Ənvər bəy
özünə "Börüsoy" təxəllüsünü
götürmüşdü.
lll
İzcən Mən desəm ki, rus dilindəki İzcən
sözü "ziyan" (fars köklü türkizmdir)
sözündən, Artelğ "ortaq" sözündəndir",
Tarakan sözü türk-çuvaş dilindəki tar-aqan -
tez qaçan ("ubeqaöhiy") sözündəndir....
heç kəs rus dilinin halına ağlamaz. Əksinə, bu
sözlərlə qonşularımızın dili zənginləşib.
Hələ karıy sözü... Desəm ki,
"ç¸rnıy" sözü elə bu
karıydandır, təəccüb etməzsiz. Mənbə də
deyə bilərəm. Hələlik yarımmənbə deyirəm:
(qramm. 1391-1428 qq.), zaimstv. iz törksk.; sr.: tur. kara, başk.
kara, tat. kara, kazaxsk. kara "ç¸rnıy". Sözün
qısası, karıy sözü "qara" sözündən
götürülüb.
lll
Xozəin.
İlk baxışdan tərtəmiz rus sözü
olduğu təsəvvürü yaradır.
Əslində idə bu söz, yəni
"xozyain", "Xoca" (xocam) sözündən
götürülüb. Doğrudur, leksemin əsası fars təmayüllüdür,
amma türkizm hesab olunur.
lll
Əlanğ, alaçöqa, aş, namus...
Dil metamorfozaları heyrətamiz
dərəcədə əsrarəngizdir. Biləsiniz ki, əlanğ, elanğ, ala ər ala
uap(ər)- (boş yer), habelə poləna gedib bir kökə
çıxır.
Və yaxud
alaçıq sözü rusların müxtəlif dialektlərində
alaçuqa (alaçuqa), alaçyuqa (alaçöqa),
olaçuqa (olaçuqa) kimi işlədilir. Ədəbi əsərlərdə
daha çox laçuqa (laçuqa) şəklində işlədilir
və a səsi ləğv edilir. Türklərsə bu
sözü daha çox alaçuk (alaçuk) kimi işlədir.
(sm. laçuqa (Sreznevskiy, 1, 15).
Dal və Radlov qeyd edir
ki, kuşat (kuşatğ) sözü tatarlardan (türklərdən)
götürülüb. Mənası aşat (aş yemək)
anlamına gəlir. İndi biz neyləyək ki,
qonşularımız aş yeməyə: aşmak estğ
deyiblər?
Yaxşı, bəs bu
"namus" sözünün kökü haraya gedib
çıxır? Bu, əlbəttə, mənası
hamıya (hər halda çoxuna) məlum olan sözdür.
Bəs sözün mənşəyi
haradan gəlir. Ərəb deyir farsdan, fars da deyir ki, ərəbdən.
Ta ermənini deməzlər ki...
Lap çoxdan əlimə
düşən türkcə yazılmış bir kitabda isə
bu sözün yunanlardan alındığı qeyd olunurdu.
Əslində bu versiyaların hər biri natamamdır.
Tatarlar demiş: namus, oət,
ədəp deməkdir.
P.S. Mən bunları yazmaqla heç də Şimal
qonşularımızı plagiat hesab etmirəm. Əksinə,
onlar türkizmlərlə dili xeyli zənginləşdiriblər.
Amma bəziləri elə
güman edir ki, mən rus dilinə lağ edir, onun kefinə dəyirəm.
Əksinə, az-çox bildiyim dil elə öz türkcəmizdir.
Mənə hərdən o da xoş gəlmir ki, məsələn
tütk qardaşlarımız dünya mədəniyyətinə
ilk dəfə hamam gətirdikləri halda nədənsə
"banyo" deyir. Niyə?
"POMPADUR"
Mayakovskinin tənqid hədəfində - Ruhulla Axundov
Ruhulla Axundov hələ çox gənc ikən, 27
yaşından Azərbaycan Kommunistlərinin rəhbərlərindən
biri, S.M.Kirovun dövründə MK katibi olmuşdu. Onun MK
katibliyindən azad edilməsinin əsas səbəbi bir nəfər
tanımadığı adamla əlbəyaxa davaya qalxması
olmuşdu. Məsələ belə olmuşdu: Ruhulla
Moskva-Xarkov qatarının vaqon restoranındakı pərdənin
endirilməsinə etiraz edən sərnişini əzişdirmişdi.
Milliyyətcə rus olan sərnişin hay-küy
qaldırmış, vaqona milis
çağırılmış, məsələyə
aydınlıq gətirilmişdi. Sorğu-sual zamanı Ruhulla
Axundov özünün MK katibi olduğunu təsdiq edən sənədi
göstərmişdi. Tezliklə bu məsələ o
vaxtkı mətbuatın gündəminə gəlmiş,
"Pravda" qəzetində kəskin yazı dərc
edilmişdi. Hətta, V.V.Mayakovski bu "insidenti"
özünün məşhur "Pompadur" şeirində
daha da qabartmışdı. Həmin şeirdə vəzifəli
şəxsin adi vətəndaşı əzişdirməsi
hiddətlə və şiddətlə tənqid edilmişdi.
...Mən Ruhulla Axundovun hazırda Şüvəlanda
yaşayan bəzi qohumlarını tanıyıram.
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 15 fevral, ¹29.- S.13.