Şagirdlərə mənəvi və
ictimai məsuliyyət hissi aşılayan layihələr
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi
(BŞTİ) ardıcıl şəkildə maraqlı layihələr
həyata keçirir. Bu layihələr şagirdlərin
istedadlarının üzə çıxarılmasına,
nailiyyətlərinin yüksəldilməsinə, asudə
vaxtlarının düzgün təşkilinə, həmçinin
müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılmasına, valideynlərin məktəbin idarəolunmasında
iştirakına, məktəb rəhbərliyinin idarəçilik
baxımından istiqamətləndirilməsinə xidmət
edir. BŞTİ-nin reallaşdırdığı layihələr
və inkişafyönümlü pilot proqramlarda təhsil
işçiləri, məktəblilər və valideynlər
böyük həvəslə iştirak edirlər. Maraqla
qarşılanan layihələrdə qazanılan uğurlar
yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın
artmasına zəmin yaradır.
Layihələrin
əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi
dəyərlərə hörmət və ictimai məsuliyyət
hissi aşılamaq, istedadlı şagirdləri aşkara
çıxarmaq, mütaliəyə marağı artırmaq,
həmçinin paytaxt məktəblərinin fəaliyyətini
daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
İdarə
tərəfindən indiyədək paytaxt məktəblərinin
valideyn və məktəb arasında ünsiyyət
platformasını genişləndirmək, eyni zamanda,
övladlarının təhsilinə nəzarət işində
diqqəti artırmaq məqsədilə "Atalar və məktəb
birliyi", valideynlər üçün "Yay məktəbi"
və "Payız məktəbi", məktəb-ailə əməkdaşlığının
inkişafı istiqamətində müzakirələr,
"Açıq qapı" günləri, "Valideynin məktəbdə
bir günü", "Ailəm və məktəbim"
layihələri həyata keçirilib. Sözügedən
layihələr valideynlərlə yanaşı, ictimaiyyət
tərəfindən də böyük maraqla
qarşılanıb.
"Tarix
yazan müəllimlər", "Onlayn kitab klubu", "Məktəbdə...",
"Yaşıl layihə: Təbiəti qoruyanlar",
"Ailəm və məktəbim", "7-dən 17-yə
vətənpərvər!", "Peşəkarlıq
yolunda", "Biliyini paylaş", "Təhsil sistemində
uşaq müdafiəsi və təhlükəsizliyi",
"Dəyərlərimizi qoruyaq!", "Zərərli vərdişlərə
birlikdə yox deyək", "Yeniləşən məktəb",
"Bir məktəb-bir klub", "İdmansevərlər"
və Valideynlər üçün "Payız məktəbi"
adlı layihələr isə şagirdlər tərəfindən
böyük maraqla qarşılanıb. Sözügedən
layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi
dəyərlərə hörmət və ictimai məsuliyyət
hissi aşılamaq, istedadlı şagirdləri aşkara
çıxarmaq, mütaliəyə marağı artırmaq,
həmçinin paytaxt məktəblərinin fəaliyyətini
daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi bu gün
də bir-birindən maraqlı layihələrin icrasını
davam etdirir. Bu günlərdə İdarə tərəfindən
"Valideyn-müəllim-şagird
üçbucağı" adlı yeni sosial media layihəsinə
start verilib. Layihənin əsas məqsədi valideyn-məktəb
münasibətlərinin inkişaf etdirilməsi, effektiv
kommunikasiyanın qurulması üçün yeni
yanaşmaların tətbiq olunması,
qarşılıqlı əməkdaşlığın səmərəli
müstəviyə köçürülməsi, həmçinin
paytaxt məktəblərində bu istiqamətdə həyata
keçirilən təşəbbüslərin bütün təhsil
ictimaiyyətinə çatdırılmasından ibarətdir.
Layihə çərçivəsində görülən
işlərin, keçirilən məzmunlu və səmərəli
tədbirlərin məktəbin sosial şəbəkə səhifələrində
#valideynmüəllimməktəb həştəqi ilə
yayımlanması zəruridir. Təhsil müəssisələrinin
sosial şəbəkələrdəki səhifələrinin
bu istiqamətdə paylaşımları iyunun 1-dək izləniləcək,
fərqli, yaradıcı yanaşmaları ilə fərqlənən
və izləyicilər tərəfindən bəyənilən
paylaşımları ilə seçilən məktəblər
qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və
internet resurslarında onlar haqqında məlumat veriləcək.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi
"Sağlam təhsil mühiti - kreativ yanaşmalar"
adlı virtual müsabiqə də həyata keçirilir.
Müsabiqənin əsas məqsədi sağlam təhsil
mühitinin təşkili istiqamətində görülən
işlərin təbliğ edilməsi, təhsil müəssisələrinin
yaradıcı yanaşma və təcrübələrinin
geniş yayılması, eyni zamanda ictimaiyyətə
çatdırılmasından ibarətdir. Müsabiqə
çərçivəsində paytaxtın təhsil müəssisələrinin
sosial şəbəkə səhifələrində sağlam
təhsil mühitini əks etdirən qısa şərhlərlə
maraqlı videogörüntülər və ya fotoşəkillər
paylaşılacaq.
Qeyd
edək ki, təhsil müəssisələrinin aprelin 1-dək
#sağlamtəhsilmühiti haşteqi ilə yayımlanan
paylaşımları izləniləcək, ən çox bəyənilən
videogörüntü və ya fotoşəkillər qiymətləndiriləcək,
həmçinin BŞTİ-nin
sosial şəbəkə səhifələrində
yayımlanacaq.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi və
"Ədibin Evi"nin birgə təşkilatçılığı
ilə də maraqlı bir layihə icra olunur. "Məktəblilər
"Ədibin Evi"ndə" adlı layihənin həyata
keçirilməsinin əsas məqsədi məktəblilər
arasında mütaliə vərdişlərinin genişləndirilməsi,
ədəbiyyata marağın artırılması, şagirdlərin
məşhur ədəbi simalar və onların
yaradıcılıq nümunələri ilə
tanışlıq imkanlarının təmin olunmasından
ibarətdir. Layihə çərçivəsində məktəblilərin
"Ədibin Evi"nə ziyarətləri təşkil
olunacaq. Müxtəlif mövzuları əhatə edəcək
layihədə iştirak edən şagirdlər interaktiv
tapşırıqlar yerinə yetirəcəklər.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi "Məktəb
virtual məkanda" adlı müsabiqəyə də start
verib. Paytaxtın təhsil müəssisələri
arasında keçirilən müsabiqənin əsas məqsədi
məktəblərin sosial şəbəkə səhifələrinin
aktivliyinin artırılması və səhifələrin daha
geniş aiditoriya tərəfindən izlənilməsi, həmçinin
təhsil ocaqlarının həyatındakı yeniliklərin
ictimaiyyətə təqdim edilməsinin əhatə dairəsinin
genişləndirilməsindən ibarətdir. Qeyd edək ki,
müsabiqədə ən çox izləyici sayına malik,
aktiv paylaşımları olan məktəb səhifələri
qalib olacaq.
Müsabiqədə
iştirak edən məktəblərin sosial media
paylaşımlarında #virtualməktəb və #fəalməktəb
haşteqlərindən istifadə etməsi zəruridir. Bu, səhifələrin
monitorinqi və qiymətləndirilməsi üçün
vacibdir.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
"İdmansevərlər!" layihəsi də icra olunur.
Layihə çərçivəsində ümumi təhsil
müəssisələrində idmanın müxtəlif
növləri üzrə müsabiqə, yarış və
turnirlərin, "Kim sevirsə idmanı" adlı rəsm
sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə
birgə fləşmobların keçirilməsi nəzərdə
tutulur.
Eyni
zamanda layihə çərçivəsində idmanın
müxtəlif növləri üzrə nailiyyəti olan məzun
idmançılarla görüşlər təşkil ediləcək,
milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması
məqsədilə maarifləndirici videosüjetlər
nümayiş olunacaq.
Ümumi
təhsil müəssislərinin fiziki tərbiyə müəllimlərinin,
idman nailiyyəti olan şagirdlərin, məzunların
iştirakı ilə idmanın müxtəlif istiqamətləri
üzrə festivalların, OCEP layihəsi çərçivəsində
digər ölkələrin idman sahəsi ilə bağlı
şagirdlərin məlumatlandırılması məqsədilə
maarifləndirici görüşlərin keçirilməsi də
nəzərdə tutulur. Həmçinin ümumi təhsil
müəssisələrində sağlam həyat tərzi ilə
bağlı aidiyyəti qurumlarla əməkdaşlıq
çərçivəsində maarifləndirici tədbirlərin
təşkili də planlaşdırılır.
Qeyd
edək ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrinin V-Xl sinif
şagirdləri iştirak edə bilər.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
həmçinin "Valideyn-müəllim-şagird
üçbucağı" adlı yeni və çox
maraqlı sosial media layihəsinə start verilib. Layihənin əsas
məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf
etdirilməsi, effektiv kommunikasiyanın qurulması
üçün yeni yanaşmaların tətbiq olunması,
qarşılıqlı əməkdaşlığın səmərəli
müstəviyə köçürülməsi, həmçinin
paytaxtın təhsil müəssisələrində bu istiqamətdə
həyata keçirilən təşəbbüslərin
bütün təhsil ictimaiyyətinə
çatdırılmasından ibarətdir.
Layihə
çərçivəsində görülən işlərin,
keçirilən məzmunlu və səmərəli tədbirlərin
məktəbin sosial şəbəkə səhifələrində #valideynmüəllimməktəb
haşteqi ilə yayımlanması zəruridir.
Təhsil
müəssisələrinin sosial şəbəkələrdəki
səhifələrinin bu istiqamətdə
paylaşımları iyunun 1-dək izləniləcək, fərqli,
yaradıcı yanaşmaları ilə fərqlənən və
izləyicilər tərəfindən bəyənilən
paylaşımları ilə seçilən məktəblər
qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və
onlar haqqında internet resurslarında məlumat veriləcək.
Mütəxəssislərin
fikrincə, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən həyata keçirilən
layihələr məktəblilərin gələcək nailiyyətlərinə
müsbət təsir göstərəcək.
Əməkdar
elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
bir-birindən maraqlı layihələr icra olunur: "İdarənin
həyata keçirdiyi "Onlayn kitab klubu" layihəsi mənim
çox xoşuma gəlir. Şagirdlərdə kitaba,
mütaliəyə marağı artırmaq üçün
"Onlayn kitab klubu" kimi sosial layihələr çox
mühüm əhəmiyyət kəsb edir. Bu gün ümumtəhsil
məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin
təkmilləşdirilməsinə və onlarda mütaliə
mədəniyyətinin formalaşdırılmasına
çox ehtiyac var. Artıq bir neçə ildir ki, ümumtəhsil
məktəblərində şagirdlərin mütaliəyə
istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması üzrə bir sıra zəruri
tədbirlər həyata keçirilir. Əsas məqsəd isə
şagirdlərin kitaba, mütaliəyə marağını
artırmaqdır. Danılmaz həqiqətdir ki, kitabların
uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir.
Hörmət, mərhəmət, məhəbbət, sədaqət,
xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin
təbliğatçısı olan ədəbiyyat həqiqətən
xəzinədir. Bizim uşaqlar ən əvvəl milli dəyərlərə
sahiblənməli, sonra dünya mədəniyyəti ilə
tanış olmalıdırlar. Mütləq şəkildə
həm məktəbdə, həm də ailədə mütaliə
təbliğ edilməlidir. Fikrimcə, şagirdlərdə
mütaliəyə marağı artırmaq üçün
"Onlayn kitab klubu" kimi sosial layihələr həyata
keçirilməlidir. Mütaliənin üstünlüyü,
vacibliyi təbliğ edilməlidir".
Sevinc
QARAYEVA
525-ci qəzet . 2024.- 14 fevral, №(28).- S.15.