Milli istiqlal mücadiləsi
"Bakı rüzgarı"nda
İSMAYIL SARYALIN XATİRƏ-ROMANI HAQQINDA QEYDLƏR
(Əvvəli ötən sayımızda)
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bir
müddət sonra ali təhsil almaq üçün xaricə
göndərilən tələbələrin sırasına
qatılmış Oğuz Berlin Texniki Universitetində təhsilini
davam etdirir. "Rus adət-ənənələri ilə tərbiyə
edilən həmin tələbələrin (Cümhuriyyət tələbələri
nəzərdə tutulur - T.A.) Avropa həyatına
uyğunlasmasında çətinlik çəkəcəkləri
aydın idi". Bununla belə, Avropa həyatının
Oğuzun taleyində həlledici rol oynadığını
söyləyə bilərik. "...Əhalinin
düzlüyünə, qanunlara hörmət bəsləməsinə,
ahəngdar həyat tərzinə heyran olan" Oğuz tezliklə
alman dilini öyrənir, Helena adlı bir alman qızına
aşiq olur. Yaxın dostuna ünvanlandığı məktubda
Oğuz yazırdı: "...Təhsilimi başa vurduğuma
görə rahatlandığımı güman etmə...
Helenanı ürəkdən sevirəm. Helenanın yanında
qalmaq məni xoşbəxt etsə də, Vətənimdən,
doğmalarımdan və uşaqlıq xatirələrimdən
uzaqda olmaqdan ömrüm boyu əzab çəkəcəyəm"
.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra
maddi sıxıntılarla qar-şılasmasına baxmayaraq,
Oğuz 1924-cü ildə ali məktəbi bitirir və ailə
həyatı qurduğu alman qızı Alya (Helena Hoffmann) ilə
Azərbaycana qayıtmağı qərara alır. Moskvada dəmiryolu
vağzalında qarşılaşdıqları mənzərə,
ilk təəssürat üzücü olur. Adamların eyni
cür geyinməsi, dilənçilərin çoxluğu,
küçə və meydanların natəmiz,
çala-çüxur olması daha çox avropalı gənci
- Alyanı məyus etmiş, qorxuzmuşdu. Oğuzu isə
başqa problem ciddi qayğılandırır, narahat edirdi. O,
ilk gündən ÇEKA agentlərinin daban-dabana onu izlədiyini
hiss edirdi. Hələ Moskvada ikən həmyerlisi, filosofagent
Cahangir Nağıyev guya şəxsi maraq göstərib
dostundan təhsillərini başa vurub öz ölkələrinə
qayıtmaq istəməyən tələbələr,
onların Avropada qalıb nə işlə məşğul
olduqları, siyasi görüşləri, tələbələrin
kim tərəfindən Bakıdan Avropaya yola
salındığı, İstanbulda, Parisdə kim tərəfindən
qarşılandığı barədə Oğuzu əməlli-başlı
sorğu suala çəkir. Oğuz siyasətlə
maraqlanmadığını söyləsə də, dostuna
kifayət qədər geniş məlumat verir.
Danışılanlar Cahangiri qane etməsə də, Oğuza
ehtiyatla bildirir ki, "Helena xanıma de ki, yad adamlarla söhbətində
diqqətli olsun, xüsusilə Qərbi Avropanı tərifləməsin.
Sən də dilini dinc qoy. Buranın qayda-qanunlarına əməl
etməyə məcbursan. Çalış, ÇEKA-nın cənginə
keçmə".
Bakıya gəldiyi ilk günlərdən bolşevik
rejiminin, üsul-idarəsinin bürokratik ən-gəllərinə,
ÇEKA-nın təqiblərinə, təhdidlərinə məruz
qalan gənc mühəndis, nəhayət, Moskva-Bakı
qatarında tanış olduğu Baksovetin sədri Paruşinin
vasitəsi ilə, çox çətinliklə də olsa,
iş tapır və Bakı-Sabunçu-Suraxanı elektrik dəmir
yolunda ixtisası üzrə əmək fəaliyyətinə
başlayır. Mənzil problemi və digər maddi çətinliklərlə
üzləşən Oğuz, eyni zamanda N.Nərimanov adına
Politexnik Texnikumunda və M.Əzizbəyov adına Politexnik
İnstitutunda işləyir.
Günlər ötdükcə Oğuzun həyatı
daha da ağırlaşır, gənc ailə maddi-mənəvi
sıxıntılar içində boğulur. Almaniyadan gələn
Aylanın anasının ölüm xəbəri Oğuzun
hamilə qadınını sarsıdır, problemlər daha da
çoxalır. ÇEKA Oğuzun hər addımını
izləyir, ona əməkdaşlıq təklif olunur, müxtəlif
şayiələrlə ailəsini təhdid edir. Oğuz
xanımı Ayla ilə ölkəni tərk etmək qərarına
gəlir. Bu arada onun Mətə (Nuri Saryal) adlı
övladı dünyaya göz açır. Ölkədən
çıxmaq ciddi təhlükəyə çevrilir.
Çətinliklər ailəni qərardan döndərə
bilmir. Əvvəlcə Oğuz, sonra Ayla ilə körpəsi
Bakını tərk edir. Onlar İranın Rəşt şəhərində
görüşür, bir müddət orada qaldıqdan sonra
Türkiyəyə keçməyə müvəffəq
olurlar: "İran sərhəddini keçib Anadolu
yaylasına qədəm basdılar. Gəldikləri ölkə
onların öz Vətənləri hesab olunurdu. Bura gəlib məskunla-şanlar,
buranı idarə edənlər də onların soyundan gələn
adamlar idilər. Buranın xalqı azadidi, yadların qırmancı
altında boynu bükük yaşamırdılar. Bu hisslərin
təsiri ilə Oğuz, onun ailəsi, təşkilat üzvləri
"Anadolu dağlarının çiçək, çəmən,
yarpaq qoxusu verən ətəklərində
azadlığı ciyərlərinə çəkir,
türklüyün rəmzi olan yeni Vətənlərinə
qovuşmağın xoşbəxtliyi və həyəcanını"
yaşayırdılar.
Qərb ölkələrinin, Rusiyanın ortaya
atdığı və həm mənəvi, həm də maddi
baxımdan dəstəklədiyi, şirnikləndirdiyi
"Şərq, yaxud erməni məsələsi" Azərbaycan
Xalq Cümhuriyyətinin də istiqlalı üçün
ciddi təhlükə mənbəyi olmuş,
xalqımızın istiqlal uğrunda mücadiləsinə
ciddi problemlər yaratmışdı. Nə qədər
acı və təəssüf doğursa da, bu, bir həqiqətdir
ki, erməni vandalizminə qarşı savaş istiqlal
mücadiləsinin tərkib hissəsi kimi tariximizə
düşüb. Memuar-romanda bu məsələyə - erməni
vəhşiliyinə, xəyanətinə də kifayət qədər
yer ayrılıb. "Parçala və hökm sür"
prinsipi ilə müstəmləkəçilik siyasəti
yeridən Rusiya ermənilərə silah-sursat verir, onlar da atəş
açır, qətliam törədirdilər. İki xalq
arasındakı dostluq münasibətlərini daim pozmağa
çalışan Rusiya onların arasını vurmaq
"niyyətlərini böyük bacarıqla həyata
keçirirdi". Gəncədə baş verən
türk-erməni toqquşmasından bəhs edən müəllif
yazır ki, "güllənin kim tərəfindən
atıldığı axıradək məlum olmadı.
Türk-erməni toqquşması baş tutmuşdu. Hökumət
buna göz yumdu. Toqquşmalar döyüşə
çevrildi". Hacı Paşanın və onun tələbə
oğlunun silahlı erməni quldurlarından xilas olmaq
üçün mindikləri fayton da gülləbarana tutulur:
"...Faytonçu yerə yuvarlandı, atlar da yerə sərildilər.
Hacı Paşa və oğlu faytonun içinə
yıxıldılar. Haradan, kimin atəş
açdığı məlum olmadı. Hacıkənddə
türklərə məxsus binaların ermənilər tərəfindən
yandırılması münaqişəni daha da
alovlandırmışdı". Yazıçı haqlı
olaraq bu qənaətə gəlir: "Türk-erməni
toqquşması sona çatdırılmış, amma
türklərlə ermənilər arasındakı dostluq
pozulmuşdu və o dostluğun yenidən qurulması
üçün uzun illər tələb olunurdu. Toqquşma
yalnız rus idarəçiliyini uzunmüddətli
rahatlığa qovusdurmusdu".
Əsərin başqa bir yerində - Oğuzun 5 nəfər
gəncəli tələbə ilə Kiyevdən qayıtdığı
zaman dəmiryolu vağzalındakı
qarışıqlığı təsvir edəndə də
eyni səhnə, eyni ssenarinin şahidi oluruq: yenə ermənilər
rus kazaklarının yardımı ilə
çalıb-çapır, dağıdır, əliyalın
azərbaycanlılara qarşı vəhşi əməllərini
davam etdirirlər: "...Silahlanan erməni gəncləri
stansiyanın yaxınlığında düşərgə
salmış rus kazaklarının köməyi ilə
stansiyaya nəzarəti ələ keçirmişdilər.
...Gurultu, çığırtı, şillə səsləri
eşidilirdi. Bir neçə erməni gənci
yaxaladıqları bir azəri kişini şillələyə-şillələyə
vağzalın qapısına doğru sürüyürdülər.
Yəhudi müdirin evində gizlənməyə məcbur olan
Oğuz və tələbə yoldaşlarını
axtarışdan and-amanla xilas edən yəhudinin dedikləri də
yuxarıdakı fikri təsdiqləyir: "Əminəm ki,
kazaklar erməni cavanları basdan çıxarır, onlar
gündüzlər gizlənir, gecələr silah
götürüb peyda olurlar, "əlaltdan gizli
döyüş aparırlar". Arxasında silahlı
kazakları görən ermənilər qurda hücum edən
köpəyə dönür, qarşısındakının
yenilməz və güclü olduğunu hiss edəndə isə
minbir cildə girir, yaltaqlanırlar. Erməni xislətinin bu
çirkin cəhətini də İ.Saryal məharətlə
təqdim edir: "Türklərin gəlişi barədə
erməni komitəsinə məlumat vermək lazım idi. Rəfibəyli
Ələkbər bəy xəbərin rəsmi şəkildə
verilməsinə ehtiyac duymadı, özü komitə sədrinə
zəng vurdu:
- Erməni dostlarımızın gözləri
aydın olsun. Belə həsrətlə gözlədiyimiz
türk qardaşlarımız gəldilər, - dedi.
Ələkbər bəyin bu kinayəli
danışığını sədr hiss eləmişdi,
amma məsələ onlardan ötrü həyati əhəmiyyət
daşıyırdı. O susdu, sonra belə cavab verd:
- Ələkbər bəy, tələsməyin,
onları öz gözlərimizlə görməliyik.
- Olar, niyə olmasın? Sizi sevindirmək
üçünbir manqa türk əsgərini dərhal Dəmir
Körpünün başına göndərərik.
Gözünüzü dörd açın. Sərvaxt olun.
Həqiqətən, türk əsgərləri
mahnı oxuya-oxuya körpünün ətrafında
dolaşdılar, ermənilər onlara çaşqın nəzərlərlə
tamaşa elədilər.
Ermənilər seçmə heyət göndərib
türk başçıları təbrik elədilər, ordu
komandan-lığına "Xoş gəldiniz" - eləyib,
erməni komitəsinin ləğv olunduğunu bildirdilər. Dəmir
Körpüdə gediş-gəliş bərpa edildi.
...İndi növbə paytaxt Bakını özlərini
bol-şevik elan eləyən ermənilərdən təmizlənməsinə
çatmışdı".
Yazıçı xəyanət və
satqınlığın erməni böyüklərindəki
qədər kiçiklərində də olduğunu diqqətə
çatdırır. Kazaklar silahlı ermənilərdən
gizlənən Oğuz və tələbə
yoldaslarının izinə düşür. Məlum olur ki,
"tələbələrin türkcə
danışdıqlarını məhəllənin erməni
uşaqları eşitmiş, rus kazaklarına xəbər
çatdırmışdılar".
Əsərdə ermənilərin hiylə və xəyanətlərlə
dolu həyatı real faktlara, gerçək olaylara əsasən
işıqlandırılır. Oğuz Almaniyadan qayıdanda
bir nəfər ona Gəncə üsyanından sonra şəhərdə
ÇEKA-nın amansız işgəncələrindən təngə
gəldiklərindən bolşeviklərin əlindən
silahlarını almağa, ÇEKA-da işləyənləri
tutmağa basladıqlarını, gürcülərdən
yardım istədiklərindən söz açır, sonda
deyir: "Gürcüstandan xəbər çıxmadı.
Ermənilər isə bizə xəyanət elədilər,
üstümüzə göndərilən yeni bolşevik
ordusuna kömək göstərdilər. Göndərilən
böyük sayda dəstələrə məğlub olduq. Bu,
fəlakət idi. Şəhərimiz darmadağın oldu, qadınlarımıza
da təcavüz edildi. ÇEKA yenidən təşkilatlanıb
intiqam almağa başladı". Oğuz xanımı ilə
istirahət üçün məmləkətin füsunkar
guşələrindən Hacıkəndə gedir və
öyrənir ki, Gəncənin türklər yaşayan məhəllələrinə
hücum etməklə var-dövlət qazanan ermənilər
bolşeviklərin hakimiyyəti zamanı Kommunist
Partiyasının sıralarına soxulur və törətdikləri
cina-yətlərə görə sığortalanırlar.
Memuarda Azərbaycan istiqlalına aparan yolun çətinlikləri,
problemləri ki-fayət qədər geniş verilib. Əsərdə
göstərilir ki, bolşeviklər 1918-ci il mart ayının
əvvəllərində Brest-Litovsk müqaviləsi
bağlayırlar. Rusiya müharibədən
çıxır. Cəbhələrdə gözləyən
bütün ordular geri çağırılır. Bu vəziyyət
azərbaycanlı və gürcü komitələrində
narahatlıq oyadır. Anadolu cəbhəsindən qayıdan rus
ordusunun böyük hissələri Tiflis və Gəncədən
keçməli idi. Gözlənilməz və radikal hərəkətlərin
qarşısını almaq lazım gəlirdi.
Ən vacib məsələ silahları cəbhədən
qayıdan birliklərin əlindən almaq idi. Tiflisdə
silahlarını vermək istəməyən və müqavimət
göstərən birliklər buraxılacaq, amma Gəncə
yaxınlığında qarşısı kəsiləcək,
zorla silahları əllərində alınacaq, əldə
edilən qənimət iki komitə arasında
bölüşdürüləcəkdi.
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet .- 2024.-12 iyul,№121.-S.15.