Azərbaycanın
COP29 sədrliyi iqlim dəyişikliyinə böyük
töhfələr verəcək
Hazırda Azərbaycan COP29-un sədri kimi bütün
dünyanın diqqət mərkəzindədir. Məlum
olduğu kimi, bu ilin noyabrında ölkəmizdə BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası - COP29 keçiriləcək. Dünyanın ən
mötəbər tədbirləri sırasında olan bu
konfransa Bakı hərtərəfli hazırlaşır və
hədəfi qlobal birlik üçün faydalı olacaq nəticələr
əldə etməkdir.
Azərbaycan artıq neçə ildir ki, iqlim dəyişikliyi
ilə fəal mübarizəyə qoşulub və
yaşıl enerji siyasətində uğurlara imza atır.
Ölkəmizin COP29 sədri olaraq iqlim dəyişikliyi ilə
mübarizəyə böyük töhfə verəcəyi
şübhəsizdir.
Azərbaycanın sədr olaraq əsas prioritetləri
sırasında maliyyələşdirmə məsələsi
var. Konfrans bu istiqamətdə, eyni zamanda bir sıra digər məsələlərdə
irəliləyiş əldə etmək imkanı verəcək.
Azərbaycan 2030-cu ilədək elektrik enerjisinin
qoyuluş gücündə bərpaolunan enerjinin
payının 30 faizə çatdırılması hədəf
kimi müəyyənləşdirib. Ölkəmizin bərpaolunan
enerji potensialı - quruda külək və günəş
enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin
Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil
edir.
Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin
strateji əsasını Prezident İlham Əliyev tərəfindən
müəyyənləşdirilən və 2021-ci ilin
fevralında qəbul edilən "Azərbaycan 2030:
Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil
edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf
mühit və "yaşıl artım" ölkəsi
prioriteti qarşıya yeni hədəflər qoyur.
İşğaldan azad edilmiş ərazilər
"yaşıl enerji" zonası elan edilib və hazırda
bu ərazilərdə "Yaşıl Enerji Zonası"
Konsepsiyası tətbiq edilməkdədir. Azad edilmiş ərazilərdə
mövcud olan yüksək bərpaolunan enerji
potensialının istifadəsi və ərazilərin ekoloji cəhətdən
təmiz "yaşıl enerji" ilə təmin edilməsi
Konsepsiyanın əsas məqsədlərindən biridir.
"Yaşıl enerji zonası"nın yaradılması
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
bərpaolunan enerji mənbələrindən elektrik enerjisi
istehsalı, enerji səmərəliliyi tədbirləri,
elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin
damlarında bərpa olunan enerji qurğularının
(xüsusən günəş panellərinin) qurulması, həmçinin,
küçələrin və yolların
işıqlandırılmasında günəş enerjisi əsaslı
LED lampalardan istifadə, ağıllı enerji idarəetmə
texnologiyalarının tətbiqi kimi "yaşıl"
texnologiyalardan istifadə şəhər, rayon, qəsəbə
və kəndlərin layihələndirilməsi zamanı nəzərə
alınan əsas amillərdən biridir.
Bu günlərdə açıqlanan statistikaya
görə, Azərbaycanda günəş enerjisi istehsalı
rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk
yarısında günəş enerjisi istehsalı 9 dəfə
artaraq 32,3 mln. kVt·stdan 286,6 mln. kVt·sta çatıb.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, COP29-a ev sahibliyi edəcək
Azərbaycanda bərpa olunan mənbələrdən enerji
istehsalının artırılması regionda yaşıl
enerji zonasının genişlənməsinə dəstəkdir:
"Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf
mühitin qorunması, eləcə də yaşıl
iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və
regional hədəflərə töhfəsidir.
İnkişaf etmiş ölkələrdə icmalar və
eləcə də ailələr bərpa olunan enerji mənbələrdən,
o cümlədən, külək və günəş
şüalarından enerji istehsal edərək, həm öz
istehlaklarını ödəyirlər, həm də artıq
hissəni dövlətə satırlar. Oxşar praktikanın
Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını
artırmaqla yanaşı, vətəndaşların daha ucuz
enerji almasına gətirib çıxara bilər. Bu enerji
istehsalı və satışına yeni yanaşmanın tətbiqinə
imkan yaratmaqla yanaşı, enerji xəclərini azalda bilər.
Bunun üçün icma əsaslı inteqrasiya olunmuş
infrastrukturun formalaşdırılması da vacibdir".
Deputat, COP29-un keçirilməsi üzrə Təşkilat
Komitəsinin üzvü Sevinc Fətəliyevanın sözlərinə
görə, müasir beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan
Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı,
bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi
çıxış edir: "Məhz bunun nəticəsidir
ki, beynəlxalq birlik mötəbər tədbirlərin
keçirilməsində məkan olaraq ölkəmizi
seçir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə
bağlı tarixi qərarda bu faktorla əlaqədardır.
COP29-un keçirilməsinin Azərbaycana etibar edilməsi
çox mühüm hadisədir. Bu barədə qərar
2023-cü il dekabrın 11-də COP28-in Dubayda
keçirilmiş plenar iclasında qəbul olunub. COP-a sədrlik
rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın
Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi,
Şərqi, Qərbi və digər) ölkələrinə
keçir. Həmçinin bu regionlardakı qrup ölkələri
arasında da sədrliklə bağlı növbələşmə
mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə
dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin
yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə
düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla
yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini
irəli sürmüşdülər. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası və Ermənistan
Baş nazirinin Aparatı arasında aparılmış
birbaşa danışıqların nəticəsində
ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda
elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz
namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan
da öz namizədliyilə bağlı eyni addımı
atıb".
Deputat əlavə edib ki, COP iqlim dəyişikliyi ilə
mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli
tədbirlərindən biridir: "Azərbaycanın bu tədbirə
Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla
ev sahibi seçilməsi ölkəmizə yüksək
etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq
tədbirlərə ev sahibliyi etmək sahəsində
özünə böyük nüfuz qazanıb. Tədbirin Azərbaycanda
keçirilməsi ilə bağlı qərar həm də
ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın
Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən
iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın
atdığı addımlara dəstəyindən xəbər
verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla
yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə
prioritet sahə kimi gördüyünü bütün
dünyaya sübut edəcək. Tədbirin Bakıda
keçirilməsi Azərbaycanın nüfuzunun daha da
artmasına və ölkə reallıqlarının dünya
ictimaiyyətinə birbaşa və asan
çatdırılmasına böyük təkan verəcək.
COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın
dinamik inkişafına əyani surətdə şahid olacaqlar
ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da
güclənməsini özündə ehtiva edəcək.
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etmiş Azərbaycan yaratdığı yeni reallıqları
dünyaya təqdim edəcək. Təbii ki, bütün
bunlar beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli
dividentlər qazandıracaq".
O bildirib ki, ölkəmizin artıq beynəlxalq səviyyəli
tədbirlərin keçirilməsində kifayət qədər
təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan
Qran-Prisini, "Eurovision" mahnı müsabiqəsini, I
Avropa və IV İslam Həmrəyliyi oyunlarını,
Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası
Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini
Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının
nazirlər görüşünü və s. nümunə
göstərmək olar: "İki həftə ərzində
dünyanın nəbzi Bakıda döyünəcək və
şəhər təqribən 70-80 min xarici qonağı
qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq
imicinin daha da artmasına mühüm töhfə verməklə
bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi
ölkəmizin bəşəri dəyərlərə malik
olduğunu bir daha nümayiş etdirəcək".
Pərvanə
525-ci qəzet .- 2024.- 18 iyul,¹(125).-S.4.