Pis vərdiş
Rahat ömrə o qədər zərbə vurur
pis vərdiş.
Adamın vayına vaxtsız oturur
pis vərdiş.
Ona aludə olanlar itirir növrağın,
Əyləyib atlarını yolda, yorur pis vərdiş.
Gah olur ailənin düşməni, gah danlağı,
Dağıdır gözgörəsi, ev uçurur pis
vərdiş.
Yoluxur hər cürə insana cəmiyyət içrə
Çoxuna hiylə gəlib tor da qurur pis vərdiş.
Döndərir zorla cinayətkara çox
oğlanı,
Qanırıb qollarını, dalda burur pis vərdiş.
Onu tərgitməsən hərgah, sürəcək
dövranın,
Yalını artıq edərkən qudurur pis vərdiş.
İşləyir qana zəhər tək aparır
canları,
Çevrilir bir zəliyə, qan da sorur pis vərdiş.
Zakir israrla uzaq olsa da bəd vərdişdən,
Min təəssüf ki, cəmiyyətdə durur pis vərdiş.
Cavanlıq
Ömrün təməli, təptəzə
dövrandı cavanlıq,
Meydanda həyat eşqinə cövlandı
cavanlıq.
Tarix boyu minlərlə bəşər nəsli
içində
Çılqın, dəlisov, bir igid oğlandı
cavanlıq.
Həm güclü, cəsarətli vəhəm elmə
həvəskar,
Qurmaqla, yaratmaqla ötən andı cavanlıq.
Daim çalışıb zəhmət ilə
açdığı yolda,
Xoş arzu-məram, eşq dolu karvandı cavanlıq.
Sağlamdı, təravətlidi, coşqundu həyatı,
Bəzən də həyat qatili, “qan-qan”dı
cavanlıq.
Yollar arayır qaçmağa hər an qocalıqdan,
Tər güllər açan gəncliyə
heyrandı cavanlıq.
Səyyadıdır eşqin, dolaşar
dağı-aranı,
Ovlar cüyürü, ceyranı - tərlandı
cavanlıq.
Zakir, əbədi, ardı kəsilməz ola kaş ki,
Haqdan yazılan bir ulu fərmandı cavanlıq.
Söz
İnsanın könlün açır, qəm
dağıdır baməzə söz.
Vay o gündən, arada bəd fikir ilə gəzə
söz.
Söhbətə başlamamış, aqil olanlar
düşünür,
Boş yerə söyləməyir qanmaza, dilbilməzə
söz.
Dünyada çox danışan, gop danışan var
nə qədər,
Danışırlar gecə-gündüz, calayırlar
sözə söz.
Gah olur gövhər-zər, gah düzülür inci
kimi,
Gah dönür zəhrimara, fayda gətirmir bizə
söz.
Ehtiyatsızlıq edib boş buraxarkən
önünü,
Dolaşır dağı-aranı, yayılır həm
düzə söz.
Xoşa gəlsin deyə, vallah, nə qədər incələsək,
Nə səbəbdənsə sevilmir deyilərkən
üzə söz.
Olmayır çıxdığı yerdən geri
qaytarmaq onu,
Çırpılır dil-dodağa, az qalır
ağzı əzə söz.
İşlədərkən onu sərraf, daha qiymətli
olur,
Yox, əgər xırdalasaq, onda çətin ki,
dözə söz.
İstəyirsən biləsən sən də
sözün hikmətini,
Zakiri bir yol oxu, gör nə gözəldir təzə
söz.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.15.