Oyuncaq
Güvəndiyin dağlara qar yağanda heç
üşüdünmü,
Dondumu heç ürəyində qönçə
açan tumurcuqlar?
Qəm köynəyin yaralara məlhəm edib
büründünmü,
Soldumu heç gözlərində ümid saçan
arzu-kamlar?
Qırıldımı oyuncaqlar?
Qəlbim imiş əllərində,
sıxıldığın
bilmədilər,
Pərdə tutdu gözlərini, görmədilər
olanları.
Pozmadılar yazılanı, günahları
silmədilər,
Kərpic-kərpic dağıtdılar o sevgidən
qalanları.
Qayıtmaz ki, ötən çağlar...
Yaraların gözü qopdu, sağalmadı heç
qaysaqlar.
Gözlərimdən axan yaşı görmədilər,
sezmədilər.
Ağrıyan qəlb hisslərini öz içində
gizli saxlar,
Məni məndə öldürməkdən
usanmayıb bezmədilər.
Çölüm Gülər, içim ağlar.
Darmadağın oldu bütün tutunduğum
tutacaqlar,
Mən bu dərdin ağuşunda yana-yana
külə döndüm.
Xatirəmdə bir dərs olub, yaddaşımda
qalacaqlar,
Kükrəyən bir vulkan idim, qəfil yandım,
qəfil söndüm,
Qara bəxtim qara bağlar.
Günahları kəndir edib, sükutundan
asacaqlar,
“Ətəyindən o daşları tökün” dedim,
tökmədilər,
Məndən sonra yoxluğuma nekroloqlar yazacaqlar,
Bu nifrəti içinizdən sökün dedim,
sökmədilər.
Ölməz axı “canı sağlar”.
Vətən
Vətən, sən bir nur qayəsi, biz də sənin
ulduzun, Dirçəldikcə güc alırıq,
bütünük, qürurluyuq.
Nə yaxşı ki, övladınam, köküm,
soyum türk qızı, Həsrətini bitirmişik, zəfərlə
onurluyuq. Hamılıqla fəxr edirik, biz azərbaycanlıyıq.
Hər dərdinə dərman olan həm dostuq, həm
sirdaşıq,
Sevincindən ilham alan gözü nəmli
yoldaşıq. Qarabağa məlhəm olduq, Təbrizinə
qardaşıq, Kədərinə son qoymuşuq, igid, dəliqanlıyıq,
Talış, ləzgi, avar, kürd, tat - biz azərbaycanlıyıq.
Tarixlərə yaddaş olan Poladıq, Mübarizik,
Düşməninə zərbə olan Dəmir Yumruq da bizik.
Qarabağım brilyant qaş, Azərbaycanım üzük,
Oğuz soyu, türk eliyik, hamımız Turanlıyıq, Təpədən
dırnağa qədər biz azərbaycanlıyıq.
Bütöv yurdun bütöv olar xalqı, eli, milləti,
Bu millətdən uzaq etsin, ulu Tanrım zilləti.
Parçalanıb bölünməsin yurdum bir daha qəti, Zəfərimiz
dünya boyda, şərəfliyik, şanlıyıq,
Bir millət, iki dövlətik, türk azərbaycanlıyıq...
Tale nazı
Həsrət baxan pəncərənin bir üzüyəm,
Gözüm yolda...
Misralarla yola çıxan könüllərin qəm
sözüyəm İtirmişəm şeirlərin sətrini
də...
Sağda, solda
Sovrularaq itirmişəm səmtimi də...
Günəşin də uduzduğu məğribi var,
Hər döyüşün bir qalibi, məğlubu
var...
Bu savaşın sonu hanı?!
Bir işığın zərrəsinə
saxlamışam taleyimi...
Mən zülmətin haqq sözüyəm.
Mən günəşə ümid olan
kor bəxtimin nur gözüyəm...
Yüküm ağır, özüm boyda.
Sancı çəkir hər sətirdə
köksüm altda ürəyimdə...
Bıçaqların izləri var kürəyimdə...
Mən yarımçıq yolçuların
kağızdakı sözcüsüyəm,
Yolunu dumanda azan talelərin elçisiyəm....
Allahımın ətəyindən
yapışmışam...
Hər kəlməmin önü şükür, sonu
şükür,
Mərdliyimi görən nadan qan yaş tökür...
Mən anamın doğulandan mərd qızıyam.
Dünya boyda dərd qızıyam...
Sətirlərdən dilə gələn haqq
yazıyam.
Gah gileyli, gah küsəyən, gah çağlayan,
Gah güləyən, gah ağlayan
Taleyin də çəkmədiyi bir nazıyam.
Gülər MÜBARİZ
525-ci qəzet .- 2024.- 6 iyun,¹99.-S.15.