Tarixin faciəli və ibrətamiz əhvalatları
(Əvvəli ötən şənbə
sayımızda)
Qul ticarətinin səmərəsi zonadan zonaya fərqli
idi. Əlbəttə, bu, bütünlükdə qulların və
onların ailələrinin həyatına təsir göstərirdi.
Qul ticarəti həmçinin çox sayda Afrikada olan
icmaların əhalisinin sayının azalmasına səbəb
olurdu. Artıq Yeni Dünyada məskunlaşan qulların qul
sahibi tərəfindən kənara satılması isə ərin
arvadından və uşaqlarından ayrılması ilə,
ailələr ikinci bir faciə yaşamalı olurdu.
Qul ticarətinin siyasi effekti də viran qoyucu idi, ticarəti
daim qulla təmin etməkdən yaranan ehtiyaca görə Afrika
qəbilə başçıları müharibələrin
sayını artırır və tayfa üzvlərinə
qarşı daha çox zorakılıq edirdilər.
Qızıl əldə etməyə onlarda böyük həvəs
yaranmışdı. Adamlar hətta allahlara inamlarını
itirirdilər və burada insan qurbanlarının verilməsi
ümumi bir xarakter daşıyırdı.
Qərb cəmiyyəti qaraları aşağı adam
növü, ancaq qul olmağa yarayan fərdlər hesab edirdi.
Yalnız Dostlar Cəmiyyəti olan kvakerlər 1770-ci illərdən
quldarlığı tənqid etməyə başladılar.
1790-cı illərdəki Fransa inqilabı fransız
quldarlığını ləğv etdi. Britaniyalılar
1807-ci ildə onların yolu ilə getməyə
uyğunlaşdılar. Böyük Britaniyanın müstəmləkəsi
olan Yamayka adasında quldarlığa qarşı mübarizə
daha kəskin xarakter aldı.
1831-ci ilə afrikalı qullar Yamaykada üsyan
qaldırıb, şəkər qamışı
plantasiyalarını yandırdıqdan sonra, İngiltərə
öz müstəmləkəsində qulların daha
böyük müqavimətindən qorxub, 1833-cü ildə
quldarlığı qanundan kənar elan etməklə,
qadağan etdi. Yamaykalı qullar azadlığa nail
olduqlarını görünməmiş bir sevinc mərasimi
ilə qeyd etdilər. Onlar kilsəyə toplaşıb, orada
qoyulmuş iri tabuta öz qandallarını, zəncirlərini,
plantatorların onları döymək üçün istifadə
etdikləri qamçıları qoyub, bu ölünü dəfn
etmək üçün qışqırdılar: “Əjdaha
öldü! Əjdaha ölmüşdür!” Axı
yamaykalıların üsyanları öz bəhrəsini
vermişdi.
Avropada quldarlığın ləğv olunması nəticəsində
yalnız az sayda ev qulları qalmışdı. ABŞ Qərb
dövlətləri arasında yeganə dövlət idi ki,
1860-cı illərə qədər quldarlığı
saxlamışdı. Bu ölkədə qullar böyük
miqdarda Cənub ştatlarında, Rusiyada isə təhkimçi
kəndlilər, kənd əhalisinin əksəriyyətini təşkil
etməklə, bu dövrə qədər
qalmışdılar. Qərbdə, Rusiyada rudiment kimi qalan təhkimçiliyi
quldarlığın bir növü sayırdılar,
çünki onlarda oxşar cəhətlər fərqlərdən
daha çox idi. İki il ərzində hər iki ölkədə
quldarlıq və təhkimçilik kimi eybəcərlik ləğv
olundu. 1861-ci ildə Rusiyada Krım müharibəsindəki məğlubiyyətin
təsiri altında təhkimçilik ləğv edildi, Vətəndaş
müharibəsinin gedişində isə Birləşmiş
Ştatlarda 1 yanvar 1863-cü ildə quldarlığın
qadağan olunması barədə Emansipasiya Deklarasiyası dərc
edildi.
Mərkəzi və Cənubi Amerikada XVI əsrin əvvəlindəki
ispan işğalından sonra bu ərazilərdə yeni
sivilaziya yarandı, onu Latın Amerikası adlandırdılar.
Bu, multiirqlərdən ibarət bir cəmiyyət idi. İspan
və portuqaliyalı yeni məskunlar öz vətənlərindən
Qərb yarımkürəsinə az sayda gəldiklərindən,
yerli hindularla qohum olmağa başladılar. Yeni gələnlərin
çoxu kişi cinsinə məxsus olanlar idi, Şimali
Amerikaya isə ingilislər və digər Avropa xalqlarından
olanlar öz ailələri ilə gəlmişdi. Ona görə
də ispan və portuqaliyalı mənşəlilər yeni ərazilərdə
yerli qadınlarla evlənməli oldular ki, ailə sahibi
olsunlar. 1501-ci ildən müstəmləkələrdəki
ispan hakimiyyətləri avropalılarla yerli qadınlar
arasında qarşılıqlı nikahların
bağlanmasına icazə verdi. Bu nikahlardan meydana gələn
uşaqlar metis adlanırdı.
Latın Amerikasına yeni gələn digər qrup isə
afrikalılar idi. Üç əsrdən çox bir müddətdə
8 milyondan çox qul ispan və portəgiz Amerikasına gətirilmişdi
ki, plantasiyalarda işləsinlər. Afrikalılar da ərazidə
multiirq xarakterli prosesin inkişafına kömək edirdilər.
Afrikanların və ağların uşaqları mulat
adlanırdı, onlar metislərə və ağların
uşaqlarına qoşulurdular, müəyyən
ölçüdə irqlər arasındakı fərqin itməsi
amili rolunu oynayırdılar. Afrikalılar, yerli hindular
Latın Amerikasında unikal bir cəmiyyət yaratdılar.
Avropaya və Britaniya Şimali Amerikasına bənzəməyərək,
hansılar ki, əsasən avropalı mənşəli olaraq
qalırdılar, Latın Amerikası əslində multiirq cəmiyyəti
kimi inkişaf etdi, onlar irqi fərqlər barədə xeyli az
sərt münasibət göstərirdilər.
Avropalılar Amerikalara at və mal-qara gətirdilər,
axı Kolumbdan əvvəlki dövrdə hər iki qitədəki
yerli əhali olan hindular ev heyvanlarına bələd deyildi,
onlara heyvan qoşulan təkərli nəqliyyat da yad idi.
Hindular yalnız ovladıqları bizonlara və lamalara
yaxşı bələd idilər. Mərkəzi Amerikada əhali,
ətindən istifadə etmək üçün it
saxlayır, hinduşka və bal arısı becərirdilər.
Atlar bəzən yerli Amerika qəbilələrində
canlı insanlara dəyişdirilirdi. Hindular at belində bizonları
daha asanlıqla ovlayırdılar. Meksikada əkinçilikdə
isə mayyalar əsl inqilab etmişdilər. Onlar üstündə
vur-tut iki dəni olan ot bitkisi sayılan qarğıdalı
üzərində yorulmadan seleksiya aparmaqla, onu,
qıçası üzərindəki indi yüzə qədər
dəni ilə seçilən səmərəli bir ərzaq
bitkisinə çevirmişdilər. Hindular
qarğıdalının becərmə texnologiyasını da
təkmilləşdirmişdilər. 1620-ci ildə
Massaçusets yarımadasına gələn və “Yeni Plimut”
koloniyası salan ingilislər qonşuluqda yaşayan hindularla
mehriban yaşayırdılar, onlardan toxum alıb,
qarğıdalı becərməyi öyrənmişdilər.
Koloniyanın qubernatoru işləyən Uilyam Bredford öz
kitabında yazır ki, qonşuluqdakı yerli adamlar torpaq sahələrimizə
səpmək üçün bizə toxum verdilər və
birinci ili yaxşı məhsul götürdük. İkinci
ili isə səpdiyimiz sahələrdə seyrək və
cılız cücərtilər alındı. Hindulara
müraciət etdikdə, onlar əkinə nə qədər
balıq verdiyimizlə maraqlandılar. Biz isə
ovladığımız balığın hamısını
yeyirdik, torpağa şumlamadan əvvəl balıq verməmişdik,
bizə bu sual çox qəribə gəldi. Hindular dedilər
ki, onlar okeandan ovladıqları balığın ümumi həcminin
üçdə birini münbitliyi bərpa etmək
üçün torpağa verirlər, qalanını isə
qida kimi istehlak edirlər. İngilislər sonrakı illərdə
əkinə, balıq verdiklərindən, yaxşı məhsul
götürdülər. Hindular bundan agah olmasalar da, balıq
verməklə torpağı fosforla zənginləşdirirmişlər.
Meksikalılar dağlarda və dağ ətəklərində
yaşadıqlarından əkin torpaqlarından səmərəli
istifadə etməyi də öyrənmişdilər. Digər
Cənubi amerikalılar terras əkinçiliyinə
üstünlük verdikləri halda, meksikalılar dağ
yamaclarında şum aparmırdılar, bunun əvəzinə
onlar qarğıdalı səpinində diqqətli zəhmət
tələb edən qazan dirəkdən istifadə edirdilər.
Həmin dirəklə torpaqda kiçik oyuq açır və
ora iki qarğıdalı dənəsi qoyub, onu torpaqla
örtüb, tapdalayırdılar. Belə plantasiyalar optimal
sıxlığına və alaqsızlığına
görə göz oxşayır. Belə əkinçilik mədəniyyətinə
görə əkin torpaqlarının eroziyasına əsasən
yol verilmir. Dağ yamaclarında şum etmək
üçün traktordan istifadə təsərrüfatsızlıq
nümunəsi kimi qiymətləndirilir.
Qarğıdalı XV əsrdə Cənubi Amerikadan
ilk dəfə Portuqaliyaya gətirildi. Bu bitki Avropaya gətirilib,
becərildikdən sonra mühüm əhəmiyyətli dənli
bitkiyə çevrildi, qitədə aclığa son
qoyulmasında əsas amillərdən biri kimi tanındı.
İndi ABŞ-da qarğıdalı sahəsinin hər
hektarından 100 sentner məhsul götürülür.
Dünyada istehlak olunan bitkiçilik məhsullarını 80
faizə qədəri Yeni Dünyadan gətirilən ərzaq
bitkiləri növlərinin payına düşür. Oradan
Avropaya və digər qitələrə kartof, pomidor, şirin
kartof, kakao, çili bibəri, tütün, əksər
paxlalı bitkilər gətirilmişdir. Pomidor Avropaya gətirildikdən
sonra geniş yayıldı, hətta Şimaldan Cənubi
Amerikaya da gətirildi.
Kartof Prussiyada kral Böyük Fridrixin (XVIII əsr) təşəbbüsü
və təsir vasitələrindən, hətta hiyləgərlikdən
istfadə etməsi ilə geniş yayılmağa
başladı. Rusiyada isə aclığın xeyli
azalmasında kartof xüsusi rol oynadı, ruslar onu “ikinci
çörək” adlandırırlar, belorusların isə
xörəklərinin əsasını kartof təşkil
edir. Bəzi rus ziyalıları isə kartofa neqativ münasibət
bəsləyirdilər, məsələn, A.N.Gertsen onu az səmərəsi
olan ərzaq hesab edirdi. Bütövlükdə kartof
istehlakı Köhnə Dünyada urbanizasiyanın genişlənməsinə,
əhalinin sayının artmasına pozitiv təsir göstərdi,
şəhərlər 47 faiz, əhalinin sayı isə 12 faiz
artdı
Amerikalarda yeni yaradılan mal-qara ferması, hindu aqrar məşğuliyyətində
xüsusi rol oynayan və onların istehsal etdikləri
qarğıdalı ilə təchiz olunurdu. Bu da iri
heyvandarlıq malikanələrinin yaranmasına səbəb
oldu.
Avropalılar həmçinin bu qitələrə yeni
dənli bitkilər gətirdilər, onlardan buğda və
şəkər qamışı iri plantasiyalarda becərilirdi.
Burada yerlilərdən və idxal olunan qul əməyindən
istifadə olunurdu. Avropalılar həm də Yeni Dünyaya
meyvə ağacları gətirmişdilər. Sitrus meyvələri
və üzüm Amerikaya Aralıq dənizi ətrafından gətirildi.
Yalnız XIX əsrdən etibarən onlar daha çox becərilirdi.
Portəgiz dənizçiləri isə XVI əsrdə
Amerikaya banan gətirdilər. Beləliklə, avropalılar
şirin kartofu və hindu dənli bitkisi olan
qarğıdalını XVI əsrdə artıq Afrikaya təqdim
etdilər.
Əgər quldarlıq kimi bəşəriyyətin
normal həyatına zidd olan bir varlıq qulların
üsyanı nəticəsində və Fransa
inqilabının təsiri ilə həyatı tərk etdisə,
onun insan haqları barədə bir sıra elementlərini
özündə ehtiva edən diktatura da bir növ
neoquldarlığı təmsil etdiyinə görə hökmən
qəbirə yollanacaqdır.
Cinayət layiqli cəzasını alır. Qəddarlıq
hədd tanımır
Adamlara, xalqa qarşı edilәn cinayәtlәrin
һamısı, kimin tәrәfindәn
törәdildiyindәn, onun әvvәllәr
һansı igidliyi olmasından asılı olmayaraq, öz
cәzasına çatmalıdır. Burada Viktor Hüqonun
mәşһur “93-cü il” romanındakı epizod yada
düşür. Olduqca fırtınalı suları olan Biskay
körfәzindә gәmi royalistlәrin
inqilabçılara qarşı mübarizәsinә
başçılıq etmәk üçün
İngiltәrәdәn Fransaya göndәrilәn general
Lantenakı aparır. Tufanlı dalğalar gәmini
atıb-tutanda gәmidәki çoxsaylı toplardan biri
açılır vә göyәrtәdә gәmi
divarının bir tәrәfindәn digәr
nöqtәlәrinә sürәtlә
һәrәkәt etmәyә başlayır.
Bütün topların onun zәrbәsindәn qopub
açılması vә gәmini batırması, məhv
etmәsi tәһlükәsi yaranır. Bu vaxt bir
nәfәr böyük igidlik göstәrәrәk
vә öz һәyatını tәһlükә
altına qoyaraq, top bir böyürә yaxınlaşanda
zәnçiri ona keçirir, onu yenidәn göyərtəyə
bağlamaqla ram edir vә gәmini labüd məhvdən
xilas edir. Olduqca hiddətlənmiş general gәmi
kapitanına әmr edir ki, bu qoçağı onun yanına
gәtirsinlәr vә o, kapitanın
döşündәki ordeni çıxarıb, həmin
dәnizçinin sinәsinә taxır. Sonradan isә
soruşur ki, həmin tәһlükәni yaradan vә
açılan topun topçusu kimdirsә, onu da gәtirsinlәr.
Kapitan izaһ edir ki, elә indi tәltif etdiyiniz həmin
topçudur, o, günaһını başa
düşәrәk, belә fәdakarcasına
һәrәkәt etmişdir. Lantenak әmr edir ki,
aparın onu güllәlәyin vә bu hökm yerinә
yetirilir. Sonra qayıqla onu saһilә aparan
dәnizçi, azacıq əvvəl qardaşının
ölümünә göstəriş verdiyinə
görә generalı qisas naminə qәtlә
yetirmәk istәyәndә, Lantenak ona belә cavab verir
ki, o, hәr iki dәfә әdalәtli
һәrәkәt etmişdi, igidliyinә görә
topçunu mükafatlandırmış,
mәsuliyyәtsizliyinә görә isә onu
cәzalandırmışdı. Dәnizçi generalın
məntiqə söykənən bu sözü ilә
razılaşmalı olur, nəinki intiqam almaqdan
yayınır, hətta ona sәdaqәt andı içir.
Başa düşür ki, bu, qardaşının xırda
xәtasına görә bir cәza, ancaq ağır
cәzadır, lakin bununla barışmalı olur.
Taxt-tacı qoruyub saxlamaq üçün hökmdarlar
bəzən böyük qəddarlıq nümayiş etdirir,
hətta öz yaxınlarının məhvindən də
çəkinmirlər. İngiltərə kralı VIII Henri
iki arvadını edam etdirmişdi. Rusiya çarı
Böyük Pyotr öz oğlu Alekseyin edam edilməsinə
göstəriş vermişdi. Qəddarlıqda Osmanlı
sultanları heç bir hökmdarla müqayisəyə girə
bilməzdilər. Atası II Bayazidin sultan Səlimə
taxt-tacını verməsi kimi bir alicənablığına
qarşı, o, kişi cinsindən olan bütün
qohumlarının edam edilməsi əmrini vermişdi. Səbəb
ondan ibarət idi ki, onlar Səlimin taxt-tacına iddia edə
bilərlər. Buna görə o, “Yavuz” ləqəbini
almışdı, bu “hiddətli”, “heybətli”mənasını
verir. Öz praktikasında çox adam öldürsə də,
qəddarlıqda onu ötənlər də var idi. Sultan III
Mehmet bir gecədə 19 qardaşını
öldürtmüşdü.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 8 iyun,¹101.-S.22.