Tanınmış azərbaycanlı
alim Səbzəli Cavadov vəfat edib
Tanınmış azərbaycanlı alim, tibb elmləri
doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin
üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko
Universitetinin professoru Səbzəli Cavadov vəfat edib.
Azərbaycan elminə ağır itki üz
vermişdir. Vətəni xaricdə yüksək səviyyədə
təmsil edən, tanınmış azərbaycanlı alim,
professor Səbzəli Cavadov 2024-cü il iyunun 4-də
ömrünün 64-cü ilində qəfil ürək
tutmasından vəfat ermişdir.
Səbzəli Javadov 1960-cı il mayın 20-də Azərbaycan
Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində
anadan olmuşdur. O, 1977-ci ildə Bakı şəhəri
Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir.
1977-1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb
İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat
Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya
ixtisası üzrə təhsil almışdır. Səbzəli
Javadov 1983-1986-cı illərdə keçmiş SSRİ-nin
Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin
Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. O, 1985-ci
ildə Mərkəzin aspirantları və gənc alimləri
arasında keçirilən elmi müsabiqənin qalibi
olmuş və fəxri fərmanla təltif edilmişdir.
1986-cı ildə isə biokimya kardiologiya ixtisasları üzrə
tibb elmləri namizədi alimlik dərəcəsi
almışdır.
Səbzəli Cavadov 1986-1993-cü illərdə Azərbaycana
qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə
başlamış, respublikada ilk eksperimental kardiologiya
laboratoriyasını təşkil etmiş və ona rəhbərlik
etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi
(indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi)
və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək
elmi şurasında doktorluq dissertasiyası dissertasiyası
müdafiə etmişdir. O, Almaniyanın Maqdeburq Tibb
Akademiyasında, Macarıstanda Milli Kardiologiya İnstitutunda və
İngiltərənin Bristol Universitetində biokimya və
eksperimental kardiologiya üzrə postdoktorluq təhsili
almışdır. O, Böyük Britaniyanın Bristol
Universitetinin Biokimya Departamentində birgə tədqiqat aparmaq
üçün üç dəfə Kral Cəmiyyəti
mükafatını qazanmışdır.
Səbzəli Javadov 1993-2003-cü illərdə Azərbaycan
Tibb Universitetində biokimya kafedrasının professoru olmuş
və eyni zamanda "Hüceyrə patologiyasının
biokimyası" problem elmi-tədqiqat laboratoriyasına və
Xəzər Universitetində biokimya departamentinə rəhbərlik
etmişdir. O, 1993-2003-cü illərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədr müavini vəzifəsində
çalışmış və Komissiyanın Rəyasət
Heyətinin üzvü olmuşdur.
Səbzəli Javadov 2003-2008-ci illərdə
Kanadanın Qərbi Ontario Universitetinin (indiki adı: Western
University) Tibb fakültəsinin dəvəti ilə Kanadaya
köçmüş və elmi tədqiqatlarını bu
universitetdə davam etdirmişdir. 2009-cu ildən həyatının
son gününə qədər ABŞ-də Puerto Riko
Universitetinin Tibb Fakültəsinin professoru və Ürək
Mitoxondrilərin Tədqiqi Elmi Laboratoriyasının direktoru
olmuşdur.
Səbzəli Cavadov ürək biokimyası və
fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə
malik beynəlxalq səviyyədə tanınmış alimdir.
O, ABŞ Stenford Universiteti tərəfindən hazirlanmiş
reytinq cədvəlinə görə 2022 və 2023-cü illərdə
dünyanın ən çox istinad edilən top 2% alimlərin
siyahısına daxil edilib. 2017 və 2018-ci illərdə
Puerto Riko Universitetinin Tibb Elmləri Kampusunun aspirantları tərəfindən
ilin "Fəxri Professoru" seçilmişdir. Onun Hirşa
indeksi 50-dir, elmi əsərlərinə 9000 dəfədən
çox istinad edilmişdir. 15-dən çox namizədlik və
doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur.
Cavadov 140-dan çox elmi məqalənin, kitab və kitab
bölməsinin müəllifidir, 3 patentə sahibdir, 120-dən
çox elmi konfransda çıxış etmişdir. Onun məqalələri
" Lancet", "Redox Biology", "Cardiovascular
Research", "Basic Science in Cardiology", "Antioxidants and
Redox Signaling", "Pharmacology and Therapeutics", "Cells",
"Journal of Molecular and Cellular Cardiology", "Cell Biology
and Toxicology", "Journal of Molecular Medicine", "American
Journal of Physiology" və bir sıra digər yüksək
impakt faktorlu jurnallarda dərc edilmişdir.
Səbzəli Javadov aşağıdakı bir sıra
Elmi Cəmiyyət və Komitələrin üzvü
olmuşdur:
l Amerika Kardioloqlar Cəmiyyətinin siravi üzvü
(2004-2015) və fəxri üzvü (2015-ci ildən).
l Amerika Fizioloqlar Cəmiyyətinin (2009-cu ildən) və
Redoks Biologiya və Tibb Cəmiyyətinin (2015-ci ildən)
üzvü.
l Beynəlxalq Ürək Tədqiqatları Cəmiyyətinin
(2006-2010), Avropa Biokimyaçılar Cəmiyyətləri
Federasiyasının (1986-2005), Britaniya Ürək-Damar Tədqiqatları
Cəmiyyətinin (1997-2003), Amerika Farmakologiya və Eksperimental
Terapevtiklər Cəmiyyətinin (2006-2008) üzvü.
l Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika
Kardioloqlar Cəmiyyətinin elmi qrant komitələrinin
üzvü, həmçinin İngiltərə , Belçika,
Çexiya və Xorvatiyanın elmi fondlarının Ad-hoc
üzvü.
l Sədr/Həmsədr/Rəyçi: Amerika Kardioloqlar
Cəmiyyətinin konfransları (2016-2017); Kanada Qərb
Universitetində illik Konfransları (2005-2008); Biologiya,
Nanotexnologiya, Toksikologiya və Tətbiqlər Elmi
Konfransları, Little Rock, AR (2009-2012); İllik Amerika Fizioloqlar
Cəmiyyətinin PR bölmə Konfransları, PR; ABŞ
Redoks Biologiya və Tibb Cəmiyyətinin İllik
Konfransları; 2-ci Dünya Anatomiya və Fiziologiya Konqresi Roma,
İtaliya, 2019.
l Amerika Fizioloqlar Cəmiyyətinin Puerto Riko bölgəsi
və Puerto Riko Fizioloqlar Cəmiyyətinin prezidenti (2015-2016 və
2019-2020).
l Tibbi və biotibbi tədqiqatlar sahəsində 10-dən
çox jurnalın redaksiya heyətinin üzvü və 30-dan
çox elmi jurnalda Ad-hoc rəyçi;
l Antioxidants & Redox Signaling (2010), Frontiers in Physiology
(2013), Cells (2019-2020) və Antioxidants (2023) jurnallarında qonaq
redaktor.
Səbzəli Cavadov vətənpərvərliyi və
milli dövlətçiliyə sədaqəti ilə vətənini
xaricdə xüsusi ehtiramla və yüksək səviyyədə
təmsil edirdi. O, hər il məzuniyyət götürüb
vətənə gələrkən bir sıra ali təhsil
ocaqlarında, Tibb Universitetində, Xəzər Universitetində,
Vəli Axundov adına Tibbi Profilaktika İnstitunda, Bakı
Dövlət Universitetində konfranslar, mühazirələr və
seminarlarla çıxış etməklə yanaşı gənc
tədqiqatçılarımıza elmi işlərində məsləhətlər
və müəyyən problemlərin həll olmasında
tövsiyyələr verirdi. Hal hazırda onun Azərbaycanda
hazırladığı yüksək ixtisaslı kadrlar həm
xarici ölkələrdə və həm də ölkə
dailində müxtəlif vəzifələrdə
çalışırlar.
Tanınmış alim, qayğıkeş və səmimi
insan, professor Səbzəli Javadovun əziz xatirəsi onun tələbələri,
dostları və onu tanıyanların qəlbində daim
yaşayacaqdır.
Allah rəhmət eləsin!
Evqeniy Qelfqat
Tkaçuk Vsevolod Arseneviç
Hamlet İsaxanlı
İradə Xəlilova
Alexey Galybin
Rəna Salamova
Tina Jokharidze
Tatyana Speransky
Nazim Abdullayev
Rza Səmədov
Rufulla Abdullayev
Ariz Xəlilov
Azad Hacıyev
Rafail Daşdəmirov
Sevil Hacıyeva
Rüfət Cəmilov
Arif Əfəndiyev
Gülnara Əzizova
Akif Qarayev
Tahirə Əsgərova
Aqil Orucov
Adil Allahverdiyev
Allahverən Həsənov
Afət Məmmədova
Rövşən Xəlilov
Paşa Qəlbinur
Vaqif Novruzov
Məcnun Babayev
525-ci qəzet.- 2024.- 11 iyun,№102.-S.16.