Müəllimlərə metodiki dəstək: müasir təhsil üçün vacib amil

 

Təhsil sahəsində son illər diqqət mərkəzində olan inkişaf istiqamətlərindən biri şagird nailiyyətlərinin yüksəldilməsi məqsədilə müəllimlərə göstərilən metodik dəstəyin keyfiyyətinin və effektivliyinin artırılmasıdır. Bu, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2030” üzrə Azərbaycanın qarşıya qoyduğu “Keyfiyyətli Təhsil” məqsədinə çatmaq istiqamətində atılan addımlardan sadəcə biridir. Şüarı “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” olan bu məqsədin hədəflərindən biri də şagirdlərin inkişafında əhəmiyyətli rola malik olan ixtisaslı müəllimlərin peşəkarlıq səviyyəsini artırmaqdır. Belə müəllimlərin əsas xüsusiyyətləri öz fənlərini və məzmun sahələrini yaxşı bilməkləri, şagirdin öyrənməsinin keyfiyyət qiymətləndirməsini aparmaları, müxtəlif uyğun tədris metodları və strategiyalarından istifadə etməkləri, şagirdlərin inkişaf ehtiyaclarını anlayaraq tədris və öyrənmə üzrə peşəkar bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsində fəal olmalarıdır.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi Cəmilə Kazımovanın sözlərinə görə, müasir təhsil yanaşmasında pedaqoqların şagirdlər üçün təlimi diferensiallaşdırması istiqamətində lazımi bilik və bacarıqları inkişaf etdirmələri geniş yayılmış təcrübəyə çevrilmişdir. Müəllimlər təhsilalanların fərdi göstəricilərini - hazırlıq səviyyələrini, maraqlarını və üstünlük verdikləri öyrənmə tərzlərini nəzərə alaraq təlimi bu göstəricilərə uyğunlaşdırmaq üçün müxtəlif yanaşmalar və strategiyaları araşdırırlar. Bunun əsasında bütün şagirdlərin öyrənməsinə və akademik uğur qazana bilmək bacarığına inam dayanır. İnsanların fərdi fərqlərinin və potensiallarının onların inkişafında önəmli rol oynayan faktorlardan biri kimi nəzərə alındığı bu dövrdə müəllimlərə metodik dəstəyin göstərilməsi zamanı seçilən yanaşmaların da diferensiallaşdırılmasına ehtiyacın müşahidə olunması təəccüblü deyil. Diferensial metodik dəstək modeli müəllimlərin fərdi və özünəməxsus xüsusiyyətlərini və inkişaf ehtiyaclarını nəzərə alaraq onların əsaslı peşəkar inkişafını təmin etməyə əsaslanan yanaşmadır. Bu metod müəllimlərə tərcih etdikləri metodik dəstək xidmətlərini seçmək imkanı verir. Keçmişdən miras qalmış yanaşmaya əsasən, metodistlik kollegial münasibətlərə deyil, iyerarxiyaya əsaslanan yanaşmanı dəstəkləyirdi: “Müasir metodik dəstəyin fokuslandığı əsas məqam isə müəllimlərə nəzarət etmək deyil, onların peşəkar inkişafını dəstəkləməkdir. Metodist fəaliyyətinə diskret bir hadisə kimi deyil, müəllimin təkmilləşməsinə və şagird nailiyyətlərinin yüksəldilməsinə yönəlmiş davamlı proses kimi baxılır. Metodistin yönləndirdiyi monoloqlar peşəkar inkişafı təşviq etdirmək məqsədi daşıyan reflektiv dialoqlar, söhbət və müzakirələrlə xarakterizə edilir. Metodist və müəllim birgə fəaliyyətlərində inkişaf etdikcə istifadə olunan metodik dəstək yanaşmasının dəyişməsi təklif olunur. Peşəkar hazırlıq artdıqca və şərait dəyişdikcə, metodist kontinuumda yuxarıya doğru irəliləməli və daha çox müəllim tərəfindən idarə olunan metodik xidmət yanaşmalarına keçməlidir. Müəllim tərəfindən idarə olunan metodik xidmət yanaşmaları ilə metodist və müəllimlər metodik xidmət prosesindən daha çox töhfə ala bilərlər. Effektiv metodik dəstək müəllimlərə öz peşəkar inkişaflarını idarə etmək səlahiyyəti və imkanı verən bir yanaşmanı mənimsəyir. Metodistin rolu bütün biliklərə və cavablara malik olan, müəllimi idarə edən bir fərd olmaqdan çıxararaq daha çox fasilitatorluğa əsaslanır. İnkişafyönümlü metodik dəstək modeli “Öyrənmə üçün liderlik: Müəllim nailiyyətinə necə kömək etməli” kitabında Glikman qeyd edir ki, müəllimin inkişafında iki amili nəzərə almaq lazımdır. Birincisi, müəllimin öz tədrisinə və şagirdin öyrənməsinə öhdəlik hissi, ikincisi isə müəllimin abstrakt düşüncə səviyyəsidir. Belə ki, bəzi təhsilverənlər vaxt və enerji baxımından çox böyük öhdəlik hissi nümayiş etdirərkən, bəziləri isə bu öhdəliyi çox az və ya heç nümayiş etdirmir. Heç bir öhdəlik hissi müşahidə olunmayan müəllimlərin yeganə motivasiyası işdə qalmaq olub, heç bir özünüinkişaf üçün vaxt və enerji sərf etməyə meyilli deyillər. Orta dərəcədə öhdəlik nümayiş etdirən müəllimlərdə bir akademik sahəni seçərək üzərində işləmələri, digər istiqamətlərə diqqət yetirməməkləri və ya bir qrup şagirdlə səylə işləyərək digərlərini nəzərdən kənarda qoyduqları müşahidə oluna bilər. Yüksək öhdəlik hissinə malik müəllimlər daim şagirdlər üçün əllərindən gələni etməyə, iş saatlarından kənarda həmkarlarına köməyə meyilli olurlar”.

Cəmilə Kazımovanın dediyinə görə, inkişafın erkən mərhələlərində olan müəllimlər çox vaxt qərar qəbul etməkdə və problemləri müəyyənləşdirməkdə problem yaşayırlar və onlar problemləri həll etməyin bir neçə yolunu öyrənmişlər. Direktiv-nəzarət zamanı metodist müəllim üçün məqsədlərin yazılmasına cavabdeh olan ekspert kimi çıxış edir. Direktiv-nəzarət zamanı metodist tərəfindən aydınlaşdırma, təqdim etmə, nümayiş etdirmə, istiqamətləndirmə, standartlaşdırma və ruhlandırma kimi əsas davranışları əhatə edir. Yekun nəticə olaraq müəllimin müəyyən bir müddət ərzində müəyyən bir tapşırığı yerinə yetirməli olur. Direktiv-məlumat (birbaşa-məlumat) yanaşmasında isə metodist müəllimə spesifik və dəqiq şəkildə nə etməli olduğunu demək əvəzinə ona təkliflərini təqdim edir və müəllim yerində və ya bir-iki gün sonra, tədbirlər planında hansı variantlardan istifadə edəcəyini bildirir. Burada direktivnəzarət və direktiv-informasiya yanaşmalarını fərqləndirən odur ki, birincidə metodist fəaliyyət planının nə olacağını müəyyənləşdirir, ikincidə isə müəllim metodistin tövsiyələri çərçivəsində nə ediləcəyini müəyyənləşdirir: “Nəzarət və məlumat arasındakı əsas fərq müəllimə təqdim olunan seçim imkanıdır. Orta səviyyəli abstrakt düşüncə, təcrübə və öhdəlik hissinə malik müəllimlərə əməkdaşlıq dəstəyi uyğun gəlir. Bu zaman metodist və müəllim məqsədləri, onlara necə və nə vaxt nail olunacağını komanda şəklində müəyyən edirlər. Əməkdaşlıq yanaşması metodistdən dinləmək, aydınlaşdırmaq, təqdim etmək, problem həll etmək və danışıqlar aparmaq kimi əsas bacarıqları tələb edir. Son nəticə, tədrisin sonrakı təkmilləşdirilməsi üçün strukturu, prosesi və meyarları müəyyən edən metodist və müəllim arasında qarşılıqlı razılaşmadır. Abstrakt düşünən, böyük təcrübə və tədrisə sadiqlik, öhdəlik hissi nümayiş etdirən müəllimlər qeyri-direktiv (dolayı) yanaşma ilə ən yaxşı şəkildə uyğunlaşdırılır. Qeyri-direktiv dəstək müəllimə məqsədlərə necə və nə vaxt nail olacağına nəzarət etməyə imkan verir. Metodist hələ də prosesə daxildir, lakin metodik dəstək prosesində daha passiv rol oynayır. Bu rolda metodistin davranışları dinləmək, refleksiya aparmaq, aydınlaşdırmaq, təşviq etmək və problem həll etmək kimi müəyyən edilir”.

Cəmilə Kazımova vurğulayıb ki, diferensial metodik dəstək modeli Metodik dəstəyin diferensial modeli hər bir müəllimin əsaslı peşəkar inkişafını təmin etmək üçün onların müxtəlif və özünəməxsus ehtiyaclarını nəzərə alan dəstək modelidir. Bu, müəllimlərə aldıqları metodik xidmətlərinin növləri ilə bağlı seçimlər təqdim edən yanaşmadır. Diferensial metodik dəstək xüsusilə müəllim yönümlü olur və metodistə müəllim üçün daha çox mentor, fasilitator olmağa imkan verir. Bundan əlavə, metodist səylərini ən çox ehtiyac duyulan yerə yönəldə bilər. Diferensiallaşdırılmış metodik dəstəyin dörd variantını təklif edilir: Müəllim metodik dəstək variantlarından birini seçir, metodist və müəllim daha sonra bu sahəyə diqqət yetirir: “Dərsdinləmə, məlumat toplama mərhələsi zamanı metodist dərs planında qeyd olunan dərsi tədris edən müəllimi müşahidə edir. Metodist tədris olunan dərs haqqında məlumat toplamaq üçün müşahidə alətindən - dərsdinləmənin qeydiyyat vərəqindən istifadə etməlidir. Bu prosedur müşahidədən sonrakı konfransda müəllim üçün yazılı məlumat əldə etməyə imkan verir. Dördüncü - diaqnostik müşahidənin, dərsdinləmənin təhlili komponentidir. Təhlil mərhələsi intensiv inkişafın əsasını təşkil edir; metodist sinifdə müşahidə olunanları konseptuallaşdırır və təhlili müəllim üçün anlaşıqlı məlumatlara çevirir. Beləliklə, müəllim metodistin dərs barədə hansı düşüncədə olması barədə təsəvvürə malik olur. İntensiv inkişafın beşinci komponenti diaqnostik debrifinq. Müşahidədən sonrakı konfrans metodistə müşahidə olunan dərslə bağlı müəllimlə dialoq aparmağa imkan verir və müəllimə dərs haqqında öz fikirlərini bildirməyə şərait yaradır. İntensiv inkişaf kooperativ peşəkar inkişaf özünüidarə inzibati monitorinq - intensiv inkişaf variantının altıncı komponenti olan kouçinq sessiyası zamanı metodist və müəllim diaqnostik prosesdən inkişafa ehtiyac olan bir bacarığı seçirlər. Yeddinci komponent olan fokus müşahidə, dərsdinləmə komponentidir. Bu zaman müəllimdə formalaşdırılması planlaşdırılan bir bacarığa fokuslanılır. Metodist müəllimin bu bacarıqdan istifadə etməsi haqqında məlumat toplamaq üçün nəzərdə tutulmuş fokus qeydiyyat vərəqindən istifadə edir. Səkkizinci komponent olan fokus brifinq metodist və müəllimə fokus müşahidənin, dərsdinləmənin nəticələrini nəzərdən keçirməyə və təhlil etməyə imkan verir”.

Cəmilə Kazımovanın söylədiyinə görə, metodik dəstəyin mahiyyəti peşəkar inkişaf yolunda müəllimi müşayiət etməkdir; buna görə də metodistlər lazımi yanaşmanı seçmək üçün bilik bazasına malik olmalıdır: “Əvvəlki nümunəyə diqqət yetirsək, əgər metodist sırf bu müəllimlə daha strukturlaşdırılmış nəzarət modelindən istifadə edərsə, bu, müəllimin tədris bacarıqlarının gələcək inkişafına mane ola bilər. Aydındır ki, bu müəllim şagirdin öyrənməsi ilə bağlı aydın anlayışa malikdir, lakin yalnız pedaqoji təcrübəsi yoxdur. Metodist müəllimin inkişaf səviyyəsini tanımalı və ona uyğun olaraq metodik dəstək yanaşmasını tənzimləməlidir. Nəhayət, metodist alınan risklərə görə mükafatların əldə oluna biləcəyini başa düşərək fəaliyyəti zamanı əlavə risklər almağa hazır olmalıdır. Eyni yanaşmanın tətbiqi metodist üçün daha rahat ola bilər, lakin bütün müəllimlər üçün effektiv olmayacaq. Buna görə də müəllimlərin metodik dəstək modelinin seçilməsinə cəlb edilməsinə icazə verilməsi müəllimlərin inkişafı üçün vacib ola bilər”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.14.