Qubadakı erməni
vəhşilikləri “Azərbaycan” qəzetinin səhifələrində
1918-ci ildə, Birinci Dünya müharibəsinin son mərhələsində
Azərbaycanın Quba qəzası tarixin salnaməsinə
amansız və faciəli bir epizodun səhnəsinə
çevrilmişdi. Tarixən Quba xanlığının və
eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında
erməni elementi heç bir gözəçarpan rol oynamasa
da, bolşevik və daşnak Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin əsasən ermənilərdən ibarət
və daşnak Hamazaspın komandanlığı altında
olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər
vətəndaş müharibəsi və ya sovet hakimiyyətinin
qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə
məhv edilməsi - soyqırımı hadisəsi idi.
Baş verən dəhşətlər “Azərbaycan” qəzeti
tərəfindən dəqiqliklə sənədləşdirilib.
Bu məqalədə biz “Azərbaycan” qəzetində
1918-ci ildə Quba qəzasında törədilmiş erməni
vəhşiliklərinin geniş
işıqlandırılmasını araşdıraraq, həmin
keşməkeşli günlərdə baş verən dəhşətli
hadisələrə işıq salmaq niyyətindəyik.
1918-ci il martın əvvəllərində erməni
nizamsız qüvvələri Azərbaycanın bir sıra
regionlarında dağıdıcı hücuma keçdi. Həmin
böləgələr sırasına Quba qəzası da daxil
id.
Ermənilərin, xüsusən də, onların hərbi
və siyasi ideoloqu olan S.Şaumyanın 1918-ci ilin martında
Bakıda və qəzalarda silsilə qətliamlar törətməsi
onların əvvəlcədən planladığı uzun
müddətli soyqırımı strategiyasından xəbər
verirdi.
Qubada fəaliyyət göstərən milli qüvvələr
yaxınlaşan təhlükəni görür və qəza
əhalisini labüd qırğından qorumaq
üçün müəyyən tədbirlər həyata
keçirirdilər. Amma onların onların cəhdlərinə
baxmayaraq, Bakı Xalq Komissarları Soveti və onun rəhbəri
S.Şaumyan, həmçinin mərkəzdəki bolşeviklərə
sığınıb onlardan təlimat alan yerli emissarlar
aldıqları təlimatlara uyğun olaraq Quba qəzasında
sabitliyi pozmağa can atırdılar.
S.Şaumyanın başçılığı
altında Qubada və Azərbaycanın digər bölgələrində
azərbaycanlılara qarşı törədilmiş
soyqırımlar, onların təkcə hakimiyyəti qəsb
etməklə məhdudlaşmayacaqlarını göstərirdi.
1918-ci il mayın 1-də türklərə
qarşı törətdikləri vəhşilikləri ilə
məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı
altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi
birləşmə üç tərəfdən Quba şəhərinə
daxil oldu. Erməni qəsbkarları silahsız əhalinin
amansızcasına qətlə yetirir, əmlaklarını
talayırdılar.
Ölənlərin sayı ilə bağlı təxminlər
müxtəlifdir, lakin Quba hadisəsi zamanı yüzlərlə
günahsız insanın həlak olduğu barədə məlumat
geniş yayılıb. Qurbanlar təkcə azərbaycanlılar
deyil, həm də bölgədə yaşayan müxtəlif
etnik və dini icmaların nümayəndələridir.
Qeyd edildiyi kimi, silah-sursat cəhətdən
düşməndən xeyli geri qalan yerli qüvvələr tərəfindən
Xaçmazda Hamazasp dəstəsinə qarşı ciddi
müqavimət göstərilmiş, lakin bütün cəhdlərə
baxmayaraq, düşmənin irəliləməsinin
qarşısını almaq mümkün olmamışdı.
Bir müddət sonra isə Nikolayevka kəndi
yaxınlığında daha bir qanlı döyüş
baş vermiş və bu döyüşdə hər iki tərəfdən
xeyli itki olmuşdu.
Quba və ətraf yerlərdə türk-müsəlman
əhali üzərində ermənilərin törətdikləri
vəhşilikləri araşdırmaq üçün Azərbaycan
Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci ilin iyul
ayında yaradılan Fövqəladə Təhqiqat
Komissiyası 1918-ci ilin dekabrında işə başlayaraq,
ermənilərin türk müsəlmanlara qarşı törətdikləri
kütləvi soyqırımları, zorakılıqları və
talanları çoxsaylı şahid ifadələri və
maddi sübutlar vasitəsilə aşkarlayıb üzə
çıxarıb.
1918-ci ilin dekabırın 16-da Komissiyaya verdiyi
izahatında Quba şəhər sakini, 40 yaşlı Məşədi
Həmdulla Əliyev qeyd edirdi ki, mən şəxsən
qadınların və uşaqların kütləvi surətdə
öldürülməsini və qadınların döşlərinin
kəsildiyini görmüşəm. Meyitlərin çoxu xəncərlə
eybəcər hala salınmışdı.
Bu hissəyə həmçinin Quba qəzasının
ayrı-ayrı kənd sakinlərinin ərizə və
müraciətləri də daxil edilib ki, həmin sənədlərdə
evlərin yandırılması, anbar, dəyirman və digər
tikililərin dağıdılması, mal-qaranın
oğurlanması, əşyaların qarət edilməsi və
sair nəticəsində zərərçəkənlərin
hər birinə vurulmuş zərərin miqdarı haqqında
məlumat verilir.
Soyqırımı hadisələri zamanı,
Qubanın Kilvar kəndində məskunlaşan ermənilər
zərər görməmiş, əksinə, yerli nüfuzlu
şəxslər tərəfindən qorunmuşlar. Bunu Azərbaycanın
Milli-Məbusan üzvü Həmdulla əfəndi Əfəndiyevə
Bakı erməni yeparxialnı (yepiskopu) Baqrat tərəfindən
“Azərbaycan” qəzetində göndərdiyi təşəkkür məktubu
sübut edir.
Quba qəzasında ermənilər tərəfindən
törədilmiş soyqırım hadisəsi haqqında “Azərbaycan”
qəzetinin müxtəlif illərdəki dərcində
mütəmadi olaraq geniş şəkildə bəhs olunub.
“Quba qəzasında da digər regionlarda olduğu kimi,
ermənilər kütləvi qırğınlar ilə əlaqədar
geniş hazırlıq işləri görmüşdülər.
Onlar qırğına başlamaq və hayata keçirmək
üçün bəhanə axtarmağa
başlamışdılar. Erməni qüvvələri
dünyanın hər bir yerinə müsəlmanlar tərəfindən
ermənilərin guya
sıxışdırıldığı barədə
teleqramlar göndərirdilər. Həmin zamanlar Quba qəzasında
yaşayan H.Hayrapetov, M.Kasparov, A.Boqdanov və A.Mukanyans tərəfindən
göndərilən teleqramda iddia edilirdi ki, Quba qəzasında
müsəlmanlar milli qırğın törədir,
qırğın nəticəsində erməni və rus kəndlərini
darmadağın edir və ibadət məkanlarını, kilsələri
od ilə yandırırlar”.
“Azərbaycan” qəzetində Quba qəzasında ermənilərin
törətdikləri vəhşiliklər və həmin qətliam
haqqında digər məlumatlarda da ətraflı bəhs
edilib. Qubada həyata keçirilən terror zamanı qətlə
yetirilən soydaşlarımızın sayının təxminən
dörd min nəfərdən artıq olduğu qeyd olunur. Həmin
hadisə nəticəsində Quba qəzasında yüz iyirmi
iki kənd tamamilə darmadağın edilmiş və 2750-dən
çox ev isə tamamilə
dağıdılıb-yandırılmışdı.
2007-ci ilin əvvəllərində - aprel ayında
Qubada xüsusi konstruksiya işləri zamanı qazıntı
aparılarkən kütləvi məzarlıq aşkar edildi. Məzarlıqda
təxminən 500-dək insan kəllə sümüyü
vardı. Bu kəllə sümüyünün 100-dən
çoxu qadınlara, 50-dən çoxu isə uşaqlara aid
idi. Həmin insanların ermənilərin 1918-ci ildə Qubada
vəhşicəsinə həyata keçirdiyi
soyqırımın qurbanı olduğu sübut olundu.
Xüsusi araşdırmalar nəticəsində məlum oldu
ki, ermənilər həmin dinc əhaliyə zorakılıq tədbiq
edərkən odlu silahdan istifadə etməyiblər.
Onların sümüklərdə güllə yeri aşkar
edilməmişdi. Tədqiqatlar zamanı məlum oldu ki,
öldürülmüş insanların baş nahiyəsindən
balta ilə vurub sonra xəncərdən istifadə etməklə
başı bədəndən ayırıblar, digər
soydaşlarımızın başlarına isə küt alətlə,
mismar ilə vurmaqla ağlasığmazcasına qətlə
yetirilib, sonra isə kütləvi şəkildə onlar
quyulara doldurulub və üzləri torpaqla örtülüb. Bəzi
mənbələrdən alınan məlumatlara əsasən,
1918-ci il Quba qəzasına daxil olan daşnak-bolşevik
qüvvələrinin sayı təxminən 5 min nəfərdən
çox olub. Beləliklə, onlar silahsız dinc əhaliyə
azğınlıqla divan tuta biliblər.
Tarixin qanlı səhifələrinin
yazıldığı 31 Mart soyqırımı təcavüzkar
erməni xainlərin xalqımıza qarşı törətdiyi
etnik təmizləmə siyasətinin çox qəddar
formasıdır. Ötən illər ərzində
xalqımıza qarşı erməni millətçilərinin
törətdiyi saysız cinayətlərin, o cümlədən,
həmin soyqırım haqqında əsl həqiqətlərin
dünya ictimiyyətinə çatdırılması,
soyqırımı kimi tanıdılması uğrunda
çoxsaylı fəaliyyətlər göstərilib.
Araşdırmalar nəticəsində müəyyən edilib
ki, kütləvi məzarlıqda azərbaycanlılarla
yanaşı, Qubada milli azlıq kimi yaşayan tat, yəhudi, ləzgi
və başqa etnik qruplar qeyri-insani əməllərlə qətlə
yetirilərək basdırılıb.
Ermənilərin Azərbaycanın ayrı-ayrı ərazilərində,
o cümlədən, Quba qəzasında törətdiyi
soyqırımlar ilə bağlı cinayət işi
başlanılıb. Quba soyqırımında faciəvi şəkildə
qətlə yetirilən əhalinin sayı müəyyənləşdirilib,
həmçinin zərərçəkənlər mütləq
qeydə alınıb. Beləliklə, zərərin
miqdarı hesablanıb və cinayətkarların kimliyi tam dəqiqləşdirilib.
Ancaq çox təəssüf ki, 1920-ci il aprel ayında Azərbaycanda
sovet hakimiyyəti qurulduğu zaman Fövqəladə Təhqiqat
Komissiyasının fəaliyyəti dayandırılıb və
bütün cinayət işlərinə bir-bir xitam verilib.
Hamazaspın rəhbərliyi altında erməni hərbi
birləşmələri Quba qəzasının
türk-müsəlman sakinləri daxil olmaqla, yəhudilərə
də qarşı güclü qırğınlar törətmişlər.
Xüsusi tədqiqatlar nəticəsində aşkar olunub ki,
Qubada soyqırımın baş verdiyi dövrlərdə -
1918-1919-cu illərdə ermənilər tərəfindən
üç min nəfərə yaxın yəhudi amansızca
qətlə yetirilib. Əlavə olaraq qeyd etmək
lazımdır ki, erməni daşnaklar 1918-ci ilin mart və
aprel aylarında Azərbaycanın digər bölgələrində
təxminən əlli minə qədər insanı xüsusi
işgəncələrlə amansızca qətlə yetiriblər.
Azərbaycanın ərazisində erməni birlikləri
tərəfindən törədilən qırğınlar
çoxsaylı qəzet və jurnallarda, yerli və xarici mətbuatda
işıqlandırılmışdı. 1918-ci ildə
kütləvi və amansız qətliamlara, soyqırımlara
məruz qalmış Quba qəzasındakı soyqırım
barədə də yerli bir çox qəzetlərdə bəhs
olunmuşdu və indiki zamanda da gələcək nəslin
maariflənməsində öz töhfəsini verməyə
davam edir.
1918-ci il hadisələri, həmçinin I Qarabağ
savaşı zamanı törədilən soyqırımlar dəyişməyən
erməni xislətindən xəbər verir. Buna baxmayaraq, Azərbaycan
xalqı tarixən mərd və sülhsevər olub. Həmdulla
Əfəndinin və digər yerli müsəlman əhalinin
Kilvar kəndində yaşayan erməni ailələrinə
göstərdiyi diqqət bunun sübutudur. Lakin ermənilər
xalqımızın ürəyi yumşaqlığından məharətlə
istifadə edə biliblər.
Dövrün ən çox oxunan “Azərbaycan” qəzetinin
31 mart 1919-cu il tarixli 147-ci sayında yazılıb:
“Xalqımız Azərbaycanın istiqlalı, türk
azadlığı, millət səadəti yolunda son damla
qanına və son nəfəsinədək heç bir fədakarlıqdan
geri durmayacaqlardır!
Ölənlərə rəhmət! Qalanlara ibrət!”
(Xəlil İbrahim).
Səriyyə ABİDOVA
Quba şəhəri “Soyqırımı Memorial
Kompleksi”nin əməkdaşı
525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.12.