Bu dünyanın qapısını döyürəm...
Unut,
gedək
Bu dünyanı unutmuşam,
Sən də unut, unut,
gedək.
Bir yanından mən tutmuşam,
Bir yanından sən tut, gedək.
Göy üzündən bir bulud dər,
Gözlərində qurut, gedək
Gecə
solğun işıq düşür
Yarpaqların arasından.
Oturmuşam yer üstündə,
Sünbül-sünbül dən tökülür
Gözlərinin qorasından.
Yığ ovcuna, bir az üfür,
Dodağında soyut, gedək.
Açıb bəyaz yaxasını,
Sinəsindən gün görünür.
Mərdimazar biri baxır,
Gözlərindən cin görünür.
Fürsət alıb gedər
indi,
Bas sinənə, ovut gedək.
Göy
o qədər doğub,
artıb,
Heç
qoymağa yer tapmıram.
Hamı
qapıb - qaç dərdində,
Al tapıram, ver tapmıram.
Çox
ağladın, daha bəsdi,
Göz yaşını qurut, gedək.
Mən dünyanı unutmuşam,
Könlüm, sən də unut, gedək.
A dünyanın yiyəsi
Bu dünyanın qapısını
döyürəm
,Nə açan var, nə səs verən birisi.
Ölənləri bağışladım Allaha,
Qoy, səs versin heç olmazsa dirisi.
Bəlkə elə sorğu-sual
yeridi,
Yüzdü, mindi nə üçünü, niyəsi.
Niyə
açmır bu qapını görəsən,
Hara gedib bu dünyanın
yiyəsi?
Bu dünyanın qapısını
döyürəm,
Yəqin
açsa, sözü
yoxdur deyəsi.
Eh, belə baş saxlamağa nə var ki,
Öləsən sən, a dünyanın
yiyəsi.
Bəlkə biləsən
Gözünün önündə gəzsəm,
görməzsən,
Bəlkə yoxluğumu gedim,
biləsən.
Özgə bir istəyim yoxdu heç səndən,
Səni
sevdiyimi dedim, biləsən.
Çəkirəm kölgəmi hərdən
üstünə,
Deyirəm yağışdan, gündən
qoruyum.
Yaxında olanda məni görmürsən,
Çəkilim uzaqdan, gendən
qoruyum.
Gözümü çəkmirəm sənin
üstündən,
Kimsə
nəzər etməz,
göz gözə gəlməz.
Yanımdan ötəndə hərdən
gülümsə,
Kimsə
söz eləməz, söz gözə gəlməz
Bir az bənzərin var bəyaz çiçəyə,
Üzünə şeh düşsə,
gözümdən düşər.
Səni
ki, bu qədər uca bilirəm,
Öz gözüm yan baxsa, gözümdən düşər.
Bir əlçim buluda dönə saçların,
Axşama,
səhərə kölgəlik
edə.
Hər gün ürəyimi dilə tuturam,
Gözünün önündən çəkilib
gedə.
Səni
bircə anlıq unutmadım heç,
Səni
sevdiyimi dedim, biləsən.
Gözünün önündə gəzdim,
görmədin,
Gedim, yoxluğumu bəlkə biləsən.
Küləklər səsimə səs versə
Nə qırmaya yükdü, nə tətiyə güc,
Əllidən o yana yaşamaq
nəhsdi
Ömür də bir çaya atılan daşdı,
Sular alıb gedir, nə bəhsə-bəhsdi.
Bir gün haçalansa önündə cığır,
Dərədən səs çıxmaz
ha bağır, çağır,
Görsən ki təpələr ovcuna
sığır,
O yalı sığalla, oxşa, əbəsdi
Dan yeri gözünə sıxa nurunu,
Bulanıq nəzərlər görə
durunu,
Görə göydə yaşı,
yerdə qurunu,
Bilə
bu nə sevgi, bu nə
həvəsdi.
Ruzisi torpaqdan, qisməti göydən
Hər gün əlçimlənir,
əyrilir bədən,
Heç
bir təltifində gözüm yox, vətən,
Küləklər səsimə səs
versə bəsdi.
Gedəsən
Saçını bir bahar yağışı yuya,
Yuya, qövsü-qüzeh naxışı
yuya,
Gözünü bir gülün
baxışı yuya,
Çiçəklər əlindən tutub gedəsən.
Əllərin boyana gülün
şehinə
Sinəni
açasan sübhün
mehinə.
Gül-çiçək şehinə
batıb gedəsən.
Beləcə vaxt keçə,
zaman əriyə,
Sevincdən göz dola, dodaq səyriyə.
Cığırın başını
qatıb gedəsən.
Yamaclar çiyninə alıb ovuda,
Gədiklər bir ana olub ovuda,
Sevgidən bir ocaq çatıb gedəsən.
Bir bahar havası, bir açıq sinə,
Yollar da
yol verə azacıq sənə,
Sanasan bu dağlar qalacaq sənə,
Dağları dalına atıb
gedəsən.
Qayıdıb gələndə görəsən
yaydı,
Görəsən bu dünya qızıl saraydı,
Ömür də verilmiş
kiçik bir paydı,
Onu yaşadasan ya adam kimi,
Ya da ki,
ya da ki, satıb gedəsən.
Səni könlümə əkdim
Səni
bir gül bilib könlümə əkdim,
Gün olub başına dolandım hər gün.
Mən səni hamıdan yuxarı çəkdim,
Desəm
ki, oduna qalandım hər gün,
Bir az yalan olar,
Yanına
nə özgə bir çiçək əkdim,
Nə özgə çiçəyə
bir tumar çəkdim.
Könlümdən su içdin, gözümdən işıq,
Aydan oğurladın, gündən
gün çaldın.
Hər gün bircə barmaq qalxıb ucaldın,
Ömrümə, günümə oldun
yaraşıq.
Olmadı
bir qayğın, olmadı dərdin,
Ay olub, il olub nazını
çəkdim.
Torpağa əksəydim, solub
gedərdin,
Nə yaxşı mən səni könlümə əkdim.
Nə divan eylər
Yamacda gül olsan, ətəkdə çiçək,
Yağış da islatsa ləçəklərini.
Açıb saçlarını darasa külək,
Kəpənək aldatsa ləçəklərini,
Bir sığal çəksə.
Dolanıb başına bal
arısı da,
Səndən bal çəksə,
Görən dərə neylər,
görən dağ neylər?
Seli yolu kəssə, yoxuşu kəssə,
Quşların qonmağa yeri qalmasa.
Buludu dağılsa, yağışı
kəssə,
Günəşin isitmək sehri qalmasa.
Könlünü bir cığır,
ya bir yol
çəksə,
Ay enib saçına bir sığal çəksə.
Görən dərə neylər,
görən dağ neylər?
Bəyaz
ləçəyini biri
qoparsa,
Görən dərə neylər,
görən dağ neylər?
Bir gün külək alıb səni aparsa,
Bilmirəm, doğrusu, dərə,
dağ neylər,
Bu halı pərişan, bu bülbül könül
Kim bilir, dağlara nə divan eylər.
Sənə şükür
Oturub sayıram, bitmir,
Verdiyin nemətin sayı.
Yedik, doyduq, sənə şükür,
Bu da qurdun-quşun payı.
Süfrəni silkirəm yerə,
Qırıntılar quş dənidi.
Köhnə dərdləri unutdum,
Verdiyin dərdlər yenidi.
Göz yaşı da bir nemətdi,
Gözümü yuyur, min şükür.
Hər nə versən, səadətdi,
Gözlərim doyur, min şükür.
Kəsmədim şükür payımı,
Göndərdim altdan yuxarı.
Cəbrayıl yalan toxuyur,
Bilmirəm nədir çıxarı.
Nə
verdin geydim əynimə,
Can isindi qışı, yayı.
Yedik, doyduq, şükür,
Allah,
Bu da qurdun, quşun payı.
Biri var
Açıb qızılgüllər, gün... işıq... nə xoş,
Bu may səhərinin özgə
sehri var.
Sarılıb budağa bu səhər bir quş,
Quşun
ürəyində yəqin
biri var.
Günəşin şəfəqi açan
gül üstə,
Titrəyən yarpağın özgə
mehri var.
Məna
axtarırsan indi hər səsdə,
Sənin
də könlündə
yəqin biri var.
Könül ovuduruq min şirin
dillə,
Hərdən aldanırıq, desəm
yeri var.
Bir qoca tələsir dolu zənbillə,
Onun da könlündə yəqin
biri var.
Közü bir alışa,
odu bir yana,
Bəlkə bir olmağın
özgə qəhri
var.
Səhərlər tələsir hərə
bir yana,
Hərənin könlündə yəqin
biri var.
Kəsilən budağın göyərməz
yeri,
Bu təzə pöhrənin
ayrı yeri var.
Mənim
də dünyada sevdiyim biri,
Məni
də dünyada sevən biri var.
Könül verdiyim dünya
Göy üzündə şamı
bir,
Səhəri, axşamı bir.
Üzündə min rəng, boya,
Gah şeytandı, gah mələk
Könül verdiyim dünya.
Qurda, quşa yuvadı,
Od, su, torpaq, havadı.
Naxışı, gülü saya.
Gah şirindi, gah acı
Könül verdiyim dünya.
Günəş odu, közüdü,
Hər fəsil bir üzüdü.
Bir damla suya dönər,
Ürəyimi suvarar,
Könül verdiyim dünya.
Deyirsən bu an
Bir də geri dönməz
deyirsən bu an,
Vaxt da əlimizdənn yapışmaz
daha.
Odu odumuza qarışmaz daha,
Külü külümüzə qarışmaz daha.
Bir də düyçə olmaz əyirsən bu an.
Meh əsər, dağıdar
üzdən dumanı,
İllərin tozunu silər deyirsən.
Üstünə qızıl şeh
çilər deyirsən.
Üzdə göyərəni, gözdən
damanı
Yığsan bulud olmaz, ələsən duman,
Yerin tarazını əyərsən
bu an.
Çiçəklər boylanar torpağın altdan.
Şirəsi torpağın üstünə
çıxar,
Qurusa dil üstə könlünü sıxar.
Söz də çiçəkləyər
dodağın altda.
Dönüb tərsə axar
damarında qan,
Durub dizlərinə döyərsən
bu an.
Hamı
gileylidi vaxt darlığından.
Amma kimsə bilmir vaxt hardan keçir,
Adam nə dövlətdən,
nə vardan keçir.
Sorsan çox razıdır öz varlığından.
Nə ayaqdan tutar, nə əldən zaman,
Dönüb bir də gəlməz deyirsən bu an.
Küsdürmüsən gülü bağdan
Bu sevdanı ha sığalla,
yola gəlməz,
Bir də dönüb uçurduğun kola gəlməz,
Qırdığını bir-birinə
cala, gəlməz,
Xəbərin yox, küsdürmüsən
gülü bağdan.
Dodağında tikan bitib gül yerinə,
Yara açıb, od səpmisən
kül yerinə,
Nə qatmısan bu rəngləri bir-birinə,
Heç
seçilmir qara ağdan.
Xəbərin yox, küsdürmüsən
gülü bağdan.
Çınqı olub daşdan ayrıl, qayadan qop,
Yuxulardan
oyanıb gəl, röyadan qop,
O qapıdan bir də keçməz atdığın top,
Nə vurursan soldan, sağdan.
Xəbərin yox, küsdürmüsən
gülü bağdan.
Bu fürsət də bir oyundu, qaydası
yox,
Ara, axtar, amma heç
bu boydası yox,
İndən belə yar sinəni,
faydası yox,
Şamaması qopub tağdan.
Xəbərin yox, küsdürmüsən
gülü bağdan.
Məmməd TAHİR
525-ci qəzet.-
2024.- 14 mart, ¹48.- S.15.